1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Əmək münasibətlərinin tənzimlənməsinin konseptual əsasları
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
- Bu sahifa navigatsiya:
- 9. Cəmiyyətdə ixtisaslaşmış əməyin rolu
8. Əmək münasibətlərinin tənzimlənməsinin konseptual əsasları
Əmək və kapital arasında münaqışələrin artması, real partlayış təhlükəsi bir çox praktik və nəzəriyəçiləri əmək münasibətlərinin həllinin güc tətbiq olunmadan, digər formaları axtarmağa məcbur etdi. Həmin dövrdə əmək münasibətlərini tənzimləmək sahəsində ziddiyyətlərin həllinin konseptual əsasları qoyuldu. Onlar əsasən aşağıdakıdan ibarət idi: İnsanların öz həmkarlar təşkilatları birliyinə bərabərhüquqlu tərəfdaş kimi əmək bazarına çıban zəhmətkeşlərin həmkarlar ittifaqları və sahibkarların birliyi – təbii hüququ hamı tərəfindən qəbul olunmalıdır; Sosial-əmək münasibətləri sistemində mühüm yer dövlətə məxsusdur; Sosial razılıq yalnız işçilərin həyat səviyyəsi kifayət qədər yüksək olduqda, yəni əmək haqqı və sosial zəmanət onların yaxşı yaşamasına və işləməsinə, ailəsinin sosial rifahını təmin etməyə imkan verdikdə mümkündür; Cəmiyyət insan əməyinə və əməyin özünə hörmət etməlidir; Əmək və kapital bir-birlərini tamamlayan elementlərdir, bunsuz cəmiyyətin normal inkişafı mümkün deyil. Təbii ki, son yuzillikdə deyilənlər daha da inkişaf etdirilmişdir. Əmək münasibətlərinin tənzimlənməsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) çox böyük rolu var. 9. Cəmiyyətdə ixtisaslaşmış əməyin rolu Son onillikdə inkişaf etmiş sənaye olkələrində ixtisaslı əmək və bilik istehsalın həlledici amili olmuşdur. Hər şeydən əvvəl əmək ehtiyatlarını səmərəsiz istehsal edən müəssisə məhsul və xidmətin ən yüksək keyfiyyətinə nail ola bilməz, istehlakçının dəyişən sorğusuna tez cavab verə bilməz, buna görə də kəskinləşən rəqabət mübarizəsində sıxışdırılıb çıxar. Ancaq ixtisaslaşmış əmək, peşə biliyi həm çox ödəniş, həm də sosial təminat tələb edir. Təsadüfi deyil, əmək haqqının orta səviyyəsi ABŞ-da, Qərbi Avropa ölkələrində və Yaponiyada 90-cı illərin ortalarında hər saata 12-14 dollar müəyyən edilmiş, fəhlənin aylıq əmək haqqı isə 1600-2000 dollara qədər hüdudda dəyişir. Beləliklə, ixtisaslaşmış əməyin artan rolu müasir şəraitdə işəgötürənlərin və muzdlu işçilərin iqtisadi maraqları üçün istehsalın başlıca amil kimi əsasıdır. İnkişaf etmiş sənaye ölkələrinin artan iqtisadi potensialı cəmiyyətin sosial sistemi və onun strukturunu əsaslı şəkildə dəyişməyə imkan vermişdir. Bu üzvlərinin 2/3-si “orta təbəqəni” təşkil edən cəmiyyətdir: buraya kiçik və orta biznesi təmsil edən sahibkarların böyük bir hissəsi, müxtəlif səviyyəli menecerlər, mühəndis-texniki işçilər, azad peşə adamları və ixtisaslı fəhlələr daxildir. Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling