1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
İşəgötürən və işçinin maraqları
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
- Bu sahifa navigatsiya:
- 7. Əmək bazarında əmək münasibətlərinin həlli yolları
6. İşəgötürən və işçinin maraqları
Əmək bazarı mövcuddur və bu bazarda satıcı və alıcı var. İşçi quvvəsinin alış qiyməti və şərtləri, əmək qabiliyyəti və fərdin imkanı barədə onlar özləri razılaşmalıdır. İşəgötürənlərə hər şeydən əvvəl maraqlıdır ki, onların qoyduğu kapital daha tez və çox gəlir gətirsin, onlar qiymətli işçi quvvəsini ucuz almaq və onun fəaliyyətini öz istehsalının maraqları və tələbə uyğun saxlamaq istəyir. Muzdla tutulmuş işçilər isə öz növbəsində maraqlıdır ki, az fiziki və zehni güc sərf etməklə daha yüksək əmək haqqı alsın. Beləliklə, “sənaye cəmiyyətinin” meydana gəlməsi ilə iqtisadi “mənfəətin” əmək və kapital arasında “bölgü” problemi özünü biruzə verir. Müəlliflərin əksəriyyətinin fikrincə, XIX əsrin sonunda XX əsrin əvvəllərində sənaye cəhətdən imkişaf etmiş ölkələrdə əmək haqqı səviyyəsinin sabit yüksəlməsi yalnız istehlak mallarının və xidmətlərin bahalaşmasına mütəşəkkil fəhlə hərəkatının öz münasibətini bildirməsi ilə izah edilməlidir.Digər müəlliflər isə bu fikrə etiraz edərək bildirirlər ki, qiymətlərin artması əsas etibarilə fəhlələrin mütəşəkkilləşməsi sayəsində əmək haqqının artırılması barədə “fəhlələrin ağılasığmaz tələblərindən” irəli gəlirdi. Onların fikrincə, inflyasiya prosesləri məhz əmək haqqının bu cür artırılmasının nəticəsidir. 7. Əmək bazarında əmək münasibətlərinin həlli yolları Sosial tərəfdaşlar dəyişən şəraitdə əməkdaşlıq etməyi öyrənməlidir. Dünya təcrübəsi göstərir ki, münaqişələri həll etməyin iki üsulu var: zorakı və sülh. Zorakı üsul dedikdə, biz ancaq birbaşa zorakılığı yox, işçinin işəgotürən qarşısında əsaslanmış sərt avtoritar idarəetmə? Eləcə də müntəzəm olaraq qorxu altında iqtisadi məcburiyyətini başa düşürük. Sosial tərəfdaşl;q işçilər və işəgötürənlər arasında münasibətlərin elə sistemini özündə ifadə edir ki, burada sosial sülh çərçivəsində onların mühüm sosial-əmək maraqlarının razılaşdırılmasını təmin edir və tərəflərin qarşılıqlı əlaqəsini, etimad, tərəfdaşlığı tələb edir. Uzun tarixi dövr ərzində əmək bazarında əmək münasibətlərinin zorakı üsulla həlli hakim olmuşdur Müəssisənin sahibkarının öz işçisinə cüzi miqdarda əmək haqqı ödəmək, iş gününün uzadılmasını özbaşına artırmaq, istehsal normasını müəyyən etmək və s. Üçün praktiki olaraq heç bir məhdudiyyəti olmamışdır. Əvvəllər fəhlələr doğrudan da “proletar” vəziyyətə düşmüşdülər, onlar ağır fiziki iş gördükləri halda, özünü və ailə üzvlərini dolandıra bilmir, heç bir şəraiti olmayan mənzillərdə yaşayır, tez-tez aclıq və xəstəlikdən ölürdülər. Eyni zamanda, onlar kollektiv müqavimət göstərə bilmirdilər. Çünki o dövrdə həmkarlar ittifaqları təşkilatları qadağan olunmuşdu. Fəhlələrin kortəbii çıxışları qəddarcasına susdurulurdu: sahibkar tətilçiləri işdən qovur, polis fəhlələrin mitinq və nümayişlərini dağıdırdı. Təsadüfi deyil ki, XIX əsrin ortalarında Avropa qitəsində oxşar şəraitdə fəhlə sinfinin müdafiəsinə qalxan və sosial məsələnin həllində öz üsullarını nəzərdə tutan çoxsaylı sosialist nəzəriyyələri meydana gəldi. Məsələn, marksizm baniləri fəhlə sinfinin dözülməz vəziyyətini əmək və kapital arasında ziddiyyət kimi aydınlaşdırır və hesab edirdilər ki, yalnız mübarizə ilə, inqilabi güc yolu ilə fəhlə sini öz azadlığını əldə edə bilər. Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling