15/fbk/pp təSDİq ediRƏM: fbk-nın sədri V. R. Yunusova


Download 132.99 Kb.
bet19/22
Sana24.12.2022
Hajmi132.99 Kb.
#1065042
1   ...   14   15   16   17   18   19   20   21   22
Bog'liq
SİLLABUS 20 s UŞAQ ƏDƏB qiybai

Qısa icmalı:T.Mahmudun yaradıcılığnda Azərbaycan təbiətinin gözəllikləri. “Süsən gəzir Abşeronu”,”Kəpənək gözəlliyi”,” Sehirli meşəbəyi”.”Alpinistlər” poemalarında, “İstisu lğvhələri” şeirlər toplusunda, “Bu torpağı tanı sən” şeirlər silsiləsində balaca oxucularında Vətən məhəbbəti, yurd sevgisi, fədakarlıq və s. kimi keyfiyyətlər aşılamağa çalışır.
M.Aslan uşaq şeir yaradıcılığında böyük xidməti olan şairdir.”Dağ ürəyi”,”Böyürtkən böyrü tikan”, “Səhəri kim açır”,”Dəvələr niyə göyşüyür?” və s. kitablarında mövzu rəngarəngliyi. Şifahi xalq ədəbiyyatına bağlılıq, xalq şeiri ritmini uşaq şeirinin dili ilə həmahəngləşdirməsi – “Alma ağacı”,”Nənəm xalşa toxuyur”,”Nehrəm,çalxan” və s. şeirlərində olduğu kimi.
Zahid Xəlilin kitablarına toplanmış uşaq şeirlərində yaş həddinin nəzərə alınması – “Yalançı İmran”,”Göydən üç alma düşdü”,”Mən rəngləri tanıyıram”,”Quşlar,quşlar” və s. əsərlərində.Şairin”Çinarların yuxusu”,”Siçanların kələyi”,”Yeddi rəngli muncuq” nağıl-poemalarında uşaqların dünyagörüşünün inkişafına, zənginləşməsinə xidmət edir. “Ballıca” kitabında uşaqlara ictimai fikirlərini çatdırır (“Okean səyahəti”,”Üçbucaq ölkəsinin adamları”, “Çiyələklərin çəhrayı nağılı” və s.
Dərslik: 1. Q.Namazov “Azərbaycan uşaq ədəbiyyatı”,2007, səh.351-362. 2. Vəfalı A. “Bədii ədəbiyyat – yeni nəslin tərbiyəsi.1972, “Azərbaycan” jurnalı.
















1960-80-cı illərdə Azərbaycan uşaq ədəbiyyatında nəsr.X.Hasilova, Ə.Babayeva,Ə.Əhmədovanın həyat və yaradıcılığı.Uşaq ədəbiyyatında mövqeləri. X.Hasilovanın,Ə.Babayevanın,Ə.Əhmədovanın hekayələrinin,povestlərinin oxusu və təhlili.
Qısa icmalı:Müasir uşaq nəsri Azərbaycan ədəbiyyatının mühüm qollarından biri kimi. Bu illərin nümunələrini yaradan qocaman ədiblərimiz – M.İbrahimovun “Həyatdan hekayələr”, S.Rəhimov, Ə.Vəliyevin “Uşaqlara sovqat”,”Bir cüt ulduz”,Mir Cəlal,M.Rzaquluzadə və s. hekayələri də bu qəbildəndir.60-80-cı illərin nəsrinin orta nəslinin nümayəndələri Q.İlkin,E.Ağayev, Y.Əzimzadə, E.Mahmudov, X.Hasilova,Ə.Babayeva,N.Süleymanov və b təmsil edirlər.
Xalidə Hasilovanın həyatı, Azərbaycan uşaq ədəbiyyatı sahəsində böyük xidməti olan yazışılardan biri kimi fəaliyyəti. İlk hekayələri:”Təqvim”,”Nailənin kubikləri”,”Şaxta babanın hədiyyəsi”,”Buyurun, əyləşin” və s. hekayələrində uşaqlarda elmə,biliyə həvəs, xalqımıza məxsus nəcib hisslər, böyüklərə hörmət, dostluq, səmimiyyət kimi nəcib keyfiyyətlər, vərdişlər aşılanır.
Ələviyyə Babayevanın uşaq nəsrinin inkişafında rolu. “Ayran”,”Deputat nənə”,”Mənim əzizlərim”,”Sabirin bacısı”.”Təl ağac” və s hekayələrində insan xarakterləri. Yazıçının yaradıcılığında qarşıya qoyulan qoyduğu problemlər - əməyə məhəbbət, böyüklərə hörmət, hər şeyi öyrənmək həvəsi, oyuncaqlarla rəftar, uşağı həyatın konkret sahəsi ilə tanış etmək və s.Yazıçının tərcüməçi kimi fəaliyyəti. Əzizə Əhmədova uşaq nəsrinin inkişafında müstəsna rolu vardır.Yazıçının müasir mövzulara meyli, hekayələrində bu günkü nəslin təebiyə və təhsili, sənətlərə həvəsi,istək və arzulara, özündən böyüklərə ehtiramı, təbiətin ecazkar gözəlliyinin təsviri, təbiətsiz insan həyatının mümükünsüzlüyünün təsdiqi və s. öz əksini tapır. “Onu çiçəklər sevdi” kitabında toplanmış – “Ayı meşədən küsdü”,”Heyvanların qış hekayələri”, “Səyyar dovşan”,”Ağlağan çəpiş”,”Göl əfsanəsi” və s. təmsillərdə hər bir heyvan, quş,çiçək, bitki öz xüsusiyyətinə uyğun qələmə alınmışdır. Dərslik: 1.Q.Namazov “Azərbaycan uşaq ədəbiyyatı”, 2007, səh.362-372, səh.380-384.
















1960-80-cı illərdə dramaturgiya.Yusif Əzimzadə və Əli Səmədlinin həyat və yaradıcılığı. Y.Əzimzadə və Ə.Səmədlinin hekayələrinin oxusu və təhlili.

Download 132.99 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling