Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir


Download 54.5 Kb.
bet1/3
Sana18.12.2022
Hajmi54.5 Kb.
#1027997
  1   2   3
Bog'liq
Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir


Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir.
Bu məsum insanlar Allah tərəfindən bəşəriyyətə mənəvi kamilliyin yolunu göstərmək kimi müqəddəs bir missiyanı yerinə yetirmək üçün seçilirlər.
Bəzən peyğəmbərləri tərif edərkən onları dünyanın dahi şəxsiyyətləri ilə müqayisə edib, onların üstünlüyünü sübut etməyə cəhd edirlər. Müxtəlif tədbirlərdə peyğəmbərimiz haqqında danışan bəzi ziyalılarımız onun güclü tarixi şəxsiyyət olduğunu vurğulayaraq, gah onu nəhəng siyasi xadim, gah istedadlı sərkərdə, gah da ki böyük bir alim kimi göstərməyə çalışırlar. Bəzən hansısa Qərb dövlətində dünyanın yüz dahi şəxsiyyətinin siyahısının tərtib olunması və peyğəmbərimizin (s) adının o siyahının başında gəlməsi faktı iftixarla qeyd edilərək, əziz İslam peyğəmbərinin (s) müqəddəs şəxsiyyəti bu siyahıya daxil edilmiş Nyuton, Stalin, Lenin, Eynşteyn və s. kimi şəxsiyyətlərlə müqayisə olunur. Görəsən, Allah elçiləri olan peyğəmbərlər dünyanın dahi alimləri və filosoflarından hansı xüsusiyyətləri ilə fərqlənirlər? Bu yazıda məhz bu suala cavab verməyə çalışacağam.
Peyğəmbərlərin öz fikirlərinin təbliğ edilməsində göstərdikləri qətiyyət onların təlimlərini alimlərin irəli sürdüyü elmi nəzəriyyələrdən fərqləndirən əsas cəhətlərdən biridir. Hər hansı bir elmi nəzəriyyə irəli sürən alim öz fikir və görüşlərinin tamamilə doğru olmasına və gələcəkdə digər elmi kəşflərlə müəyyən dəyişikliklərə uğrayıb-uğramayacağına tam şəkildə əmin ola bilməz. Elmin inkişafı alimlərin baxışında təsir qoyub yeni fikirlərin meydana gəlməsinə zəmin yaradır. Lakin peyğəmbərlər bu məsələdə digərlərindən tamamilə fərqlənirlər. Onlar öz sözlərinin doğruluğuna tam əmin olaraq öz missiyalarını həyata keçirməkdə heç bir tərəddüdə yol verməyib, bu işdə bir addım belə geri çəkilməyə razı olmurlar. Onlar öz fikirlərini qətiyyət və əzmlə müdafiə edərək məqsədlərinin həyata keçirilməsi uğrunda canlarından belə keçməyə hazır olublar. Bu qətiyyət xüsusilə İslam peyğəmbərinin (s) həyatında, daha dəqiq desək, həyatının Məkkə dövründə (peyğəmbərlik missiyasının başlanğıc dövrü) özünü qabarıq şəkildə göstərir. Qüreyş müşriklərinin hədə-qorxularına baxmayaraq, Həzrət Muhəmməd (s) böyük əzmlə öz dinini təbliğ etməkdə davam edir.
Hədə-qorxularının nəticəsiz qaldığını görən müşriklər öz mübarizə taktikalarını dəyişərək peyğəmbərə var-dövlət və məqam təklif etməklə onu öz yolundan döndərməyə cəhd edirlər. Onların bu təkliflərinin cavabında peyğəmbər (s) belə buyurur: «Əgər günəşi sağ əlimə, ayı isə sol əlimə versələr (yəni dünyanı mənə versələr), təbliğimdən əl çəkən deyiləm». Peyğəmbərlərin qorxmazlıq və şücaəti bilavasitə onların öz əqidələrinin doğruluğuna tam əmin olmaları ilə əlaqədardır. Alimlər isə bir çox hallarda irəli sürdükləri fikirlərin tam doğru olduğunu iddia edə bilmirlər. Eynşteynin yazdığı kimi: «Çox az alim tapılar ki, öz fikirlərinin tam doğru olduğunu iddia etsin. Əksinə, Nyuton kimi dahi şəxsiyyətlər etiraf ediblər ki, bu günün inkaredilməz bir həqiqətinin yanlışlığı sabah üzə çıxa bilər və həmin həqiqət gələcək nəsillər üçün qəbuledilməz ola bilər. «Heç bir peyğəmbərin öz təbliğ müddətində keçmiş fikir və görüşlərindən əl çəkməsi və təlimlərinin yeniləri ilə əvəz olunması görünməyib. Digər tərəfdən alim və mütəfəkkirlər tərəfindən əldə olunan nailiyyətlər tədricən uzun-uzadı eksperiment və tədqiqatlar nəticəsində əldə olunur. Peyğəmbərlərin fəaliyyətini araşdırdıqda məlum olur ki, onlar öz nailiyyətlərini qısa bir müddətdə heç bir araşdırma və tədqiqat aparmadan əldə edirlər. Çünki onların ifadə etdikləri həqiqətlər vəhy vasitəsilə Tanrı tərəfindən onlara çatdırılır. Peyğəmbərlərin çox çeşidli və əhatəli təlimlərinə nəzər saldıqda bu təlimlərin universallığı və hər dövrə uyğunlaşması diqqəti cəlb edir. Bundan əlavə, dinlərin əsas hökmlərinə nəzər salsaq, görərik ki, bu hökmlərdən heç birinin o dövrlərdə yaşayan alimlərin fikirləri ilə oxşarlığı yoxdur. İslam peyğəmbərinin (s) yaşadığı mühitin xüsusiyyətlərinə diqqət yetirsək, nadanlıq və cəhalətin hökm sürdüyü bir cəmiyyətdə bu cür ali və yüksək fikirlərin meydana çıxmasının qeyri-mümkünlüyü tamamilə aydın olur. Məlum olur ki, peyğəmbərin (s) təlim və göstərişləri öz beyninin məhsulu deyil, ilahi vəhydən qaynaqlanan bir həqiqətdir.
Alimlər və peyğəmbərləri fərqləndirən cəhətlərdən biri də budur ki, birincilər bir-birindən təcrid olunmuş halda fəaliyyət göstərərək hər biri öz qarşısında olan elmi məsələlərin həllində özünəməxsus, digərlərindən fərqli bir yolla getmişdir. Bundan əlavə, çox vaxt bir alimin irəli sürdüyü fikirlər digərləri tərəfindən inkar edilib. Bunun nəticəsində əsaslı şəkildə fərqlənən nəzəriyyələr ortaya çıxıb.
Peyğəmbərlərdən hər biri özündən əvvəl gələnlərin təlimlərini təsdiq edərək, hamısı eyni xətt üzrə hərəkət ediblər. Onların təlimlərini araşdırdıqda məlum olur ki, bu təlimlər arasında heç bir prinsipial fərq yoxdur. Bu bir daha sübut edir ki, peyğəmbərlərin təlimi eyni mənbədən – ilahi vəhydən qaynaqlanır: «Bu kitabı haqq olaraq sənə nazil etdik, bu (kitab) ondan öncə olan kitabları təsdiq edən və onlara hakim olan kitabdır». (Maidə – 48)
Yaxud «Ali-İmran» surəsinin 81-ci ayəsində Allah-Təala buyurur: «…Və Allah peyğəmbərdən qəti söz aldı: Sizə kitab və hikmət vermişəm, sizin yanınıza dininizi təsdiq edən peyğəmbər gələndə ona inanıb yardım edin».

Download 54.5 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling