Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir


Elmi kəsb etmək yolunda bir addım atan şəxs bir addım da iman əldə etmək yolunda atmalıdır


Download 54.5 Kb.
bet3/3
Sana18.12.2022
Hajmi54.5 Kb.
#1027997
1   2   3
Bog'liq
Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir

Elmi kəsb etmək yolunda bir addım atan şəxs bir addım da iman əldə etmək yolunda atmalıdır.
Yuxarıda deyilənlər ilahi elçilərin təlimini alim və filosofların fəaliyyətindən fərqləndirən əsas cəhətlərdir. Din alimlərindən birinin dediyi kimi, yazıq filosof böyük zəhmətlə yüzlərlə termindən istifadə edərək müəyyən fikri neçə il ərzində tələbəsinin ağlına yeridir. Lakin peyğəmbərlər heç bir elmi termindən istifadə etmədən sadə cümlələr vasitəsilə öz fikirlərini ifadə edərək milyonlarla insanın qəlbini fəth edirlər. Burada bir tarixi hekayəti qeyd etmək yerinə düşər:
Böyük İslam alimi İbn Sinanın tələbəsi Bəhmənyar bir gün ona deyir: «Sən elə bir adamsan ki, peyğəmbərlik iddiası etsən, camaat qəbul edər və sənə iman gətirərlər». İbn Sina bu işin qeyri-mümkünlüyünü sübut etməyə çalışsa da, Bəhmənyar öz dediyindən əl çəkmir. Bu hadisədən bir müddət keçir, soyuq bir qış günündə onlar ikisi birlikdə səfərə gedirlər. Sübh vaxtı azan veriləndə İbn Sina yataqda olan Bəhmənyarı səsləyir və ondan xahiş edir ki, içməyə su gətirsin. İsti yataqdan qalxmaq istəməyən Bəhmənyar onun cavabında deyir: «Ustad, özünüz həkimsiniz, hamıdan yaxşı bilirsiniz ki, mədə çox isti olanda insan sərin su içsə xəstələnər». İbn Sina deyir: «Mən həkiməm, sən isə tələbəmsən, mən səndən su istəyirəm». Bəhmənyar öz sözünü sübuta yetirmək üçün müxtəlif bəhanələr gətirib yatağından qalxmır. İbn Sinaya onun yataqdan qalxmayacağı bəlli olduqdan sonra deyir: «Mən susuz deyiləm, səni sınamaq istədim. Yadındadırmı, mənə sual verdin ki, nə üçün peyğəmbərlik iddiası etmirsən? Mənim yanımda neçə il dərs oxumağına baxmayaraq, əmrimə itaət etməyə hazır deyilsən, səndən su istəyirəm, sözümə qarşı min cür dəlil gətirirsən. Peyğəmbərin vəfatından dörd yüz il keçməsinə baxmayaraq, o azan verən öz isti yatağından qalxıb uca minarədən səslənir: «Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın rəsuludur» və yüzlərlə insan bu dəvətə cavab verib məscidə axışır. Mənimlə peyğəmbərin fərqi bax budur».
Peyğəmbərlərin işinin çətinliyi məhz ondadır ki, onlar öz fikirlərini bunları qiyamətə qədər yaşadacaq insanların qəlbinə nüfuz etdirməlidirlər. Bu fikirlər həm alim və mütəfəkkirləri, həm də sadə insanları öz təsiri altına almalıdır. Bu məsələdə heç bir dahi alim peyğəmbərlə müqayisə edilə bilməz. Odur ki, peyğəmbəri tərif etmək istəyən şəxs yalnız bir cümlə ilə kifayətlənə bilər: «Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın qulu və elçisidir».
Hacı Şahin Həsənli
Download 54.5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling