Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir


Peyğəmbərlərin təlimi elmi abstraksiya deyil, həyat tərzidir


Download 54.5 Kb.
bet2/3
Sana18.12.2022
Hajmi54.5 Kb.
#1027997
1   2   3
Bog'liq
Allah elçisi olan peyğəmbərlər bəşəriyyətə ilahi qanunları çatdıran kamil insan nümunələridir

Peyğəmbərlərin təlimi elmi abstraksiya deyil, həyat tərzidir
Bundan əlavə, peyğəmbərlərin təlimi elmi abstraksiya deyil, həyat tərzidir. Bu təlimi qəbul edən insanların həyatında ciddi dəyişikliklər baş verir. Dini dünyagörüşü yalnız intellektual sferanı əhatə etmir, eyni zamanda insanın əqidəsi, əxlaqı və davranışına ciddi təsir göstərir. Bu, peyğəmbərlərin təbliğini alimlərin fəaliyyətindən fərqləndirən ən prinsipial cəhətdir. Bir alimin vəzifəsi öz fikirlərini yalnız insanların ağlına çatdırmaqdan ibarətdir. Alim və filosoflar bundan bir addım irəli gedə bilməzlər. İlahi təlimlər isə əqli dəlillərlə əsaslandırılmaqdan əlavə, insanın ruhunun dərinliklərinə nüfuz etməli və onun bütün vücuduna hakim olmalıdır. Dini əqidə insanın daxilində mənəvi inqilab yaradıb onu büsbütün dəyişir.
Peyğəmbərlərdən başqa, heç kim insanı özünə qarşı qiyam etməyə vadar edə bilməyib. İlahi peyğəmbərlərin missiyasının özəlliyi məhz bu olduqca çətin olan bir işin öhdəsindən gəlmələrindən ibarətdir. «Ən böyük cihad nəfslə cihaddır» kəlamı bu özəlliyin ifadəsidir. Dinə görə, meyil və istəklər seli qarşısında vüqarla dayana bilən insan insanlıq zirvəsinə ucalır, həqiqi hürriyyətə qovuşur, kamil insan olmaq şərəfinə nail olur. Belə bir dərəcəyə çatan insan cəmiyyəti islah edə bilər, zülmün dayaqlarını sarsıdıb ədaləti bərqərar etməyə müvəffəq olar. Zalımlara qarşı mübarizə daxili mübarizə ilə müqayisədə olduqca asan bir işdir. Bu mübarizədə kamil insan hər halda qalibdir, hakimiyyət kürsüsündə və ya zindanda olmasından asılı olmayaraq, qanına qəltan edilsə və ya dar ağacından asılsa da…
Belə bir insan üçün ən başlıcası Allahın razılığını əldə etmək bu razılıq isə qələbənin rəmzidir. Həzrəti Əli (ə) savaş öncəsi bütün döyüş hazırlığını gördükdən sonra belə dua edirdi: «İlahi, bizi düşmənə qalib et, əgər bunu etməsən, bizə şəhidlik nəsib et!» Azadlıq və din yolunda ən yaxın silahdaşları, ailəsi və övladları ilə birgə savaşan imam Hüseyn (ə) qanla dolu ovuclarını səmaya qaldırıb, bu qurbanların qəbul olunması üçün Allaha dua edir. Bu insanların mübarizəsinə dünyanı heyrətə gətirən əzəmət bəxş edən amil onların daxili mübarizədə, nəfslə cihadda qalib olmalarıdır. Bərk torpaqda toxum bitmədiyi kimi, pak olmayan qəlbdə iman toxumunun cücərməsi mümkün deyil, əsla. «Qəlb Allahın hərəmidir, orada Allahdan qeyrisinə yer verməyin» – deyə buyurub peyğəmbər (s).
«Allahdan başqa bir tanrı yoxdur – deyin, nicat tapın» fəryadı ilə öz missiyasını başlayan peyğəmdər (s) insan səadətinin İslamın ilk kəlməsi olan «La ilahə illəllah» kəlməsində ifadə olunduğunu bildirdi. Ərəb dilində «lə» «yox» deməkdir, inkarı bildirir. İslam öz dəvətini təsdiqdən yox, inkardan başlayır. «Lə» kəlməsində Tanrıdan qeyrilərinə qarşı üsyan gizlənib. Kəlmeyi-şəhadət deyən hər bir müsəlman ilk öncə daxili və xarici bütlərin əsarətindən azad olur, öz daxili bütxanasında yer alan, meyil və istəklərinin təcəssümü olan bütləri sındırıb həqiqi azadlığa qovuşur. Allaha bəndəliyin mahiyyəti bundan başqa bir şey deyil. İslam dininə görə, insan öz boynuna keçirdiyi buxovları çıxarmadan kənardan ona təhmil edilən zəncirləri qırmaq iqtidarında deyil. Fironla mübarizə aparmaq üçün seçilmiş Musa ilk öncə öz daxilində olan Fironu məğlub etməlidir. Yalnız bundan sonra onun zülmə qalib gəlməsi mümkün ola bilər. Daxili ədalətə nail olmadan ictimai ədalətə qovuşmaq mümkünsüzdür. Peyğəmbərimizin (s) peyğəmbərliyinə şəhadət verərkən «Təsdiq edirəm ki, Muhəmməd (s) Allahın qulu və elçisidir» deyirik. Qulluq məqamı peyğəmbərlik məqamından öncə gəlir və bu, təbiidir. Çünki Tanrıya qul olmadan peyğəmbərlik işinin öhdəsindən gəlmək mümkün deyil. Yalnız Tanrıya qul olmaqla həqiqi azadlığın ləzzətini dadmaq olar. Daha doğrusu, həqiqi azadlıq Allaha qul olmaqdan başqa bir şey deyil.
Məhz bu səbəbdən peyğəmbərlərin dəvəti iki amilə əsaslanır: təlim və təzkiyyə (təmizlənmə). Elmi kəsb etmək yolunda bir addım atan şəxs bir addım da iman əldə etmək yolunda atmalıdır. Həzrəti Muhəmməd (s) öz səhabəsi Əbuzərə nəsihət edərkən, buyurur: «Ey Əbuzər! Qiyamət günü cənnət əhlindən bir dəstə cəhənnəm əhlindən bəzilərini görüb soruşarlar: «Necə oldu ki, siz cəhənnəmə düşdünüz? Halbuki, biz sizin tərbiyənizin, elminizin sayəsində cənnətə düşmüşük». Cavabında deyərlər: «Biz başqalarını yaxşı əməllər etməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizə əməl etmirdik». Hədislərimizə əsasən, qiyamət günü ən çox peşmanlıq çəkən o kəsdir ki, başqaları onun vasitəsilə əbədi səadətə qovuşar, o özü isə öz elminə əməl etmədiyi üçün əzaba düçar olar. İslam baxımından elm insana ad-san, şan-şöhrət qazanmaq üçün yox, digər insanların yolunu işıqlandırmaq üçün lazımdır. Elm başqalarına fayda yetirdiyi zaman dəyər sayıla bilər: «Əməlsiz alim yağışsız bulud kimidir». Elm insana məsuliyyətdən başqa bir şey bəxş etməz. İmam Cəfər Sadiqin (ə) buyurduğu kimi: «Alimin bir günahı bağışlanana qədər cahiln 70 günahı bağışlanar».

Download 54.5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling