Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data
Download 0.51 Mb.
|
Müh 5 Analoq və rəqəmsal data
- Bu sahifa navigatsiya:
- Tezlik zolağının genişliyi
Şək. 3.9 Kompozit periodik siqnalın zaman və tezlik oxu üzərində ayrılmasının təsviri
f tezlikli ilə sinusoid dalğasının amplitudu kompozit siqnalın maksimal amplitudu ilə demək olar ki, eynidir. 3f tezlikli sinusoid dalğasının amplitudu f tezlikli hissəsinin üçdə biri, 9 f -də olan amplituda birincinin doqquzda bir hissəsidir. f tezlikli sinusoidal dalğanın tezliyi, kompozit siqnalın tezliyi ilə eynidir; ona əsas tezlik və ya birinci harmonik deyilir. 3f tezlikli sinusoidal dalğanın tezliyi, əsas tezlikdən 3 dəfə çoxdur; buna üçüncü harmonik deyilir. 9f tezlikli üçüncü sinusoidal dalğanın tezliyi, əsas tezlikdən 9 dəfə çoxdur; bu da doqquzuncu harmonik adlanır. Şəkil 3.10 qeyri-periodik kompozit siqnalları göstərir. Bu bir və ya iki söz səsləndirildiyi zaman mikrofon və ya telefon aparatı tərəfindən yaradılan siqnal ola bilər. Bu vəziyyətdə, kompozit siqnal periodik ola bilməz, çünki bu o demək olardı ki, eyni sözü və ya sözləri tam eyni tonla təkrar edirik. Şək. 3.10 Kompozit qeyri-periodik siqnalın zaman və tezlik oxu üzərində ayrılmasının təsviri Bu kompozit siqnalın zaman oxu üzərində təsvirində sonsuz sayda sadə sinusoidal tezliklər mövcuddur. Bir insan səsində tezliklərin sayı sonsuz olsa da, diapazonu məhduddur. İnsan səsi 20 ilə 20 kHs arasında fasiləsiz tezlik diapazonu yarada bilər, səlis eşidilmə üçün telefon kanallarında 4 kHs diapazonu kifayət edir. Qeyd edək ki, siqnalın tezlik ayırması fasiləsiz bir əyri şəklində olur. Burada 0.0 və 4000.0 arasında sonsuz sayda real dəyərlərə malik tezlik mövcuddur. f tezliyinə uyğun amplitudu tapmaq üçün əyrini kəsmək şərti ilə tezlik oxuna şaquli bir xətt çəkirik. Şaquli xəttin hündürlüyü müvafiq tezliklərin amplitududır. Tezlik zolağının genişliyiKompozit siqnalda olan tezliklərin diapazonu onun tezlik zolağı genişliyidir (enidir). Tezlik zolağı eni, adətən minimal və maksimal tezliklər arasındakı fərqdir. Məsələn, kompozit siqnalın tezliklərinin 1000 və 5000 arasında olduğu halda, onun tezlik zolağının eni (5000 – 1000) = 4000 olacaqdır. Şəkil 3.11 tezlik zolağı genişliyi konsepsiyasını göstərir. Şək. 3.11 Periodik və qeyri-periodik siqnalların tezlik zolağı genişliyi Şəkildə iki kompozit siqnal, biri periodik və digəri qeyri-periodik siqnallar əks olunur. Periodik siqnalın tezlik zolağı eni 1000 və 5000 (1000, 1001, 1002, ...) arasında olan bütün tam saylı tezlikləri ehtiva edir. Qeyri-periodik siqnalların tezlik zolağı eni eyni diapazondadır, lakin tezliklər kəsilməzdir. Download 0.51 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling