Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
Yoxlama sualları:
1.Avtomobil nəqliyyatının digər növ nəqliyyat vasitələrinə nisbətən üstünlüyü- nü təşkil edən hansı xüsusiyyətləridir? 2.Avtomobilləşmə prosesinin yaratdığı əsas neqativ fəsadları hansılardır? 3.Avtomobilləşmə prosesinin səviyyəsinin müqaisəsi aparıldıqda (müxtəlif ölkələr arasında) hahsı göstəricidən istifadə edilir? 4.Avtomobilin konstruktiv təhlükəsizliyi məsələlərinə nə zaman fikir verilməyə 4. başlandı və bu nə ilə əlaqədar idi? Ə D Ə B İ Y Y A T 1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I hissə) Mövzu № 2. Avtomobilin konstruktiv təhlükəsizliyi üzrə normativ sənədlər Mühazirənin planı. 1.Cəmiyyətin nəqliyyat vasitələrinin konstruktiv təhlükəizliyinə qoyduğu əsas tələblər 2. NV-nin konstruktiv təhlükəsizliyi üzrə Beynalxalq konvensiyanın qəbul edilməsi 3. Beynalxalq konvensiyanın hərəkətin təhlükəsizliyinin təmin olunmasında rolu Qeyd etdiyimiz kimi, avtomobillərin sayının durmadan artması və onların dinamiki göstəricilərinin yüksəlməsi son nəticədə yollarda baş verən YNH-nin sa- yının kəskin artmasına gətirib çıxartdı. Əvvəllər belə düşünürdülər ki, avtomobil- lə əlaqədar yol qəzalarının səbəbləri məs onların texniki nasazlığı ilə bağlıdır. La- kin aparılan təhlillər göstərdi ki, bir çox hallarda yol qəzalarında təzə və texniki cəhətdən saz olan NV-ləri iştirak edir. Yəni qəzanın baş verməsi avtomobilin tex- niki vəziyyəti ilə deyil, onun konstruksiyasının təkmil olmaması ilə bağlıdır. Bunları nəzərə alaraq cəmiyyət və dövlət tərəfindən XX əsrin 50-60-cı illərin- də iri istehsalçılar qarşısında avtomobillərin konstruktiv təhlükəsizliyinin artırılması məsələsi qoyuldu, mütəxəssislər tərəfindən bu sahədə çoxlu sayda elmi- tədqiqat işləri aparılmağa başlandı (buna yeni texniki avadanlıqların yaradılması da dəstək verirdi). Bununla bərabər bu sahəni tənzimləyən müvafiq normativ sənədlərdə işlənib hazırlanırdı. Lakin nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyinə qoyulan tələblər müxtəlif ölkələrdə bir-birindən fərqləndiyindən avtomobillərin beynalxalq yük daşımaları zamanı problemlər yaranırdı. Yəni avtomobilin konstruktiv təhlükəsizliyi bir ölkənin tələblərinə cavab verdiyi halda, digər ölkənin 5. tələblərinə uyğun gəlməyə bilərdi. Bu isə həmin ölkədə avtomobilin istismarını qadağan edirdi. Bu problemin həlli üçün 33 Avropa ölkəsi, Yaponiya və Avstraliya 1958-ci ildə Cenevrədə birgə Beynalxalq konvensiya imzaladılar. Bu sənəddə avtomobilin konstruktiv təhlükəsizliyini təmin edən sistem və aqreqatlara qoyulan tələblər və onların sınaqlarının keçirilməsi qaydaları öz əksini tapmışdır. Bu tələblər həm təkərli nəqliyyat vasitələrinə, həm də onların detallarına və üzərində qoyulan avadanlığa aiddir. Konvensiyaya əsasən ona qoşulan dövlətlər: 1. Müxtəlif sistemlər və aqreqatlara hazırlanan tələblər və sınaq metodikaları hamı tərəfindən qəbul edilməli və riayət olunmalıdır; 2. Öz dövlət standartlarını hazırlayan zaman Konvensiyanın qoyduğu tələbləri əsas kimi götürməli. Yəni onların standart və texniki aktların tələbləri Kon- vensiyanın tələblərinə zidd olmamalıdır; 3. Konvensiya iştirakçısı olan ölkələr, aqreqat və ya avadanlığın sınaqdan keçməsi haqda nişanı öz ölkəsinin ərazisində qüvvədə olmasını qəbul et- mək. Konvensiyaya əsasən təkərli NV-ləri aşağıdakı 4 kateqoriyaya bölünür: L,M. N. O. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling