Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
3.5. Tranzistor və mikrosxemlər əsasında qida mənbələrinin gərginlik stabilizatorları, onların praktiki sxemləri və işçi parametrləri Elektron qurğularının, xüsusən də rəqəm elektron qurğularının ən vacib qovşaqlarından biri də gərginlik stabilizatorlarıdır. Nəqliyyat avadanlığında, xüsusən də aviasiya avadanlığında, bir çox elektron cihaz sistemlərinin dəqiq işləməsi üçün qida gərginliyinin stabilləşdirilməsi ən vacib şərtlərdən biridir. Yüksək stabillik tələb olunmadığı halda adi, yaxud tənzimləyici elementi (tranzistor) olan parametrik stabilizator istifadə olunur. Nisbətən yüksək stabilizasiya üçün kompensasiyalı stabilizator sxemi istifadə olunur. Şəkil 3.49,a-da tənzimləyici elementli parametrik stabilizatorun, 3.49,b-də konkret parametrlərə malik olan bu tip stabilizatorun, 3.49,c-də isə kompensasiyalı 323 stabilizatorun sxemi verilmişdir. Bu sxemləri təhlil edərək, hesabatını aparın və elementlərini seçin. a) b) c) Şək.3.49. Tənzimləyici elementli parametrik stabilizatorun (a), konkret parametrlərə malik olan parametrik stabilizatorun (b), kompensasiyalı stabilizatorun (c) sxemi Şəkil 3.50-də verilmiş 7800 seriyalı mikrosxem stabilizatorların və 7812 markalı mikrosxem əsasında qurulmuş stabilizatorun sxemini təhlil edərək, hesabatını aparın və elementlərini seçin. Şək. 3.50. 7800 seriyalı mikrosxem stabilizatorlar və konkret markalı mikrosxem əsasında qurulmuş gərginlik stabilizatrou 324 Şəkil 3.51-də verilmiş mikrosxem stabilizatorlu tutum süzgəcli qida blokunun sxemi verilmişdir. Verilmiş konkret parametrləri nəzərə almaqla sxemini təhlil edərək və hesabatını aparın, və onun elementlərini seçin. Şək.3.51. Mikrosxemli stabilizatora malik və tutum süzgəcli qida blokunun sxemi Bir sıra electron qurğularının qidalandırılması üçün mənfi qütblü, bəzi hallarda isə iki qütblü qida gərginliyi tələb olunur. Şəkil 3.52-də verilmiş, mənfi qütblü çıxış gərginliyi təmin edən 7900 seriyalı mikrosxem stabilizatorlarının və 7912 markalı mikrosxem əsasında qurulmuş stabilizatorun sxemini təhlil edərək, hesabatını aparın və elementlərini seçin. Şəkil 3.53-də verilmiş LM317 mikrosxemi əsasında idarəolunan stabilizatorun və RC4195 mikrosxemi əsasında ikiqütblü stabilizatorun sxemini təhlil edərək, hesabatını aparın. Şək.3.52 Şək. 3.53 |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling