Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"


Download 18.1 Mb.
Pdf ko'rish
bet40/119
Sana31.12.2017
Hajmi18.1 Mb.
#23506
TuriDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   119

Cədvəl 48.2. 

 

İon Cs


+

Cs

2+



Cs

3+

Cs



4+

Cs

5+



Cs

7+

Cs



6+

İonla


potensial

şma 


ı, eV 

3,9 27,4  62  113 171 275 410 

 

Əgər nəzəri



doğrudurs

ner


4,9

ard


dilmiş 

civə buxarı d

uğu 2520 Å olan yalnız bir dənə ultrabənövşəyi xətdən ibarət olan 

şüalanma s

ir. Ə

ə, 


la

nı m


id

ək üçün iç

də civə 

uxarı və dig

lan şüşə balon yaramır, çünki şüşə ultrabənövşəyi şüalar üçün 

ey

n



yyə 

a, e


jisi 

 eV olan elektronlarla bomb

man e

alğa uzunl



pektri verməlid

ər vasitələr o

lbətt bu şüa nma

üşah ə etm

ərisin

b

q ri-şəffafdır. Bundan başqa ultrabənövşəyi şüalanmanın spektral tərkibini tədqiq etmək 



üçün şüşədən düzəldilmiş optik cihazlar da yaramır. Bu məqsədlə, uyğun olaraq, 1800 və 

1200 Å dalğa uzunluğuna qədər şəffaf olan kvars və flüorit materiallardan istifadə edilir. 

Uyğun təcrübələr göstərdi ki, doğrudan da dalğa uzunluğu 

λ

≈2537 Å olan bir dənə 



ultrabənövşəyi xətt müşahidə olunur. 

Bu xəttin doğrudan da birinci həyəcanlanmış haldan normal hala keçid nəticəsində 

yarandığına, həmin xətti optik yolla həyəcanlandırmaqla təcrübədə inanmaq olar. Belə ki, 

seyrəldilmiş civə buxarını dalğa uzunluğu 

λ

≈2537 Å olan monoxromatik şüa dəstəsi ilə 



işıqlandırsaq, onda yuxarıda deyilənlərə uyğun olaraq, bu şüa ı udan atomlar enerjisi 

4,9 eV olan hala keçməli və E

1

 və E



2

 arasında başqa enerji səviyyələri yoxdursa, normal 

hala tərs keçid zamanı  həmin dalğa uzunluğuna malik yalnız bir dənə  xətt 

şüalandırmalıdır. Təcrübələr bu mülahizəni də tam təsdiq edir. Belə spektral xətlər 

rezonans xətləri adlanır. Çünki bu xətlərin dalğa uzunluğu optik həyəcanlanma zamanı 

udulan işığın dalğa uzunluğuna dəqiq bərabərdir. Aydındır ki, rezonans xətlərin dalğa 

uzunluğunu təyin edərək, böhran potensiallarını hesablamaq olar. özü də bu zaman Frank-

Hers təcrübələrində alınmış  J=J(u) qrafikindəki maksimumlara görə tapılmış qiymətə 

nisbətən daha dəqiq nəticə alınır. Bu məqsədlə (48.5) düsturuna əsasən alınmış aşağıdakı 

ifadədən istifadə edirlər: 

 

259


)

(

124



B

u

eu

hc =

=

λ



 Å    

(48.6) 


Məsələn, civə atomunun rezonans xətti üçün 

λ

=2537 Å olduğunu (48.6)-da nəzərə alsaq, 



onun birinci böhran potensialı üçün u=4,887 V tapırıq ki, bu da Frank-Hers təcrübələrində 

tapılmış 4,9 V qiyməti ilə yaxşı uyğun gəlir. 

Frank-Hers təcrübələrinin metodikasını bir qədər təkmilləşdirməklə civə atomları 

05 V böhran potensialı uyğun gəlir ki, bu da 

təcr

ında sürətləndirici u gərginliyi yaradılır. 



gərginliyində natriumun yaln

 sarı  D – xətti 

şüalanmağa başlayır. Deməli, nat

rezona


ır. (48.6)

qiymətini dəqiqləşdirmək ola

n maqneziumun 

rezo


üçün ikinci böhran potensialın 6,7 V olduğunu müşahidə etmişlər. Bu həyəcanlanmış 

haldan əsas hala tərs keçid zamanı dalğa uzunluğu 

λ

=1849 Å olan şüalanma baş verir. Bu 



spektral xəttə isə (48.6) düsturuna görə u=6,7

übi qiymətlə çox yaxşı uzlaşır. Civənin üçüncü böhran potensialı 10,4 V artıq 

ionlaşma potensialıdır. Deməli,  u>10,4 V olduqda rabitəsiz hallardan aşağıda yerləşən 

bütün enerji səviyyələrinə keçidlər baş verməlidir. Doğrudan da, təcrübə göstərir ki, bu 

zaman civə atomunun tam spektri həyəcanlanır. 

Qazın elektron zərbələri ilə  işıqlanmasının həyəcanlaşdırılmasını  və bu işıqlanmanı 

müşahidə etmək üçün prinsipial sxemi 48.6 şəklində göstərilmiş qurğudan isğifadə edilir. 

Bu qurğuda qızdırılmış K katodu ilə onu əhatə edən silindr 

formalı s toru aras

S toru da öz növbəsində silindrik A anodu ilə  əhatə 

olunmuşdur.  K katodu ilə  s toru arasında məsafə kiçik 

olmalıdır ki, burada toqquşmalar az olsun. Əksinə, S toru 

və  A anodu arasındakı  fəza nisbətən böyük olmalıdır ki, 

toqquşmaların demək olar ki, hamısı  məhz burada baş 

vermiş olsun. Bu fəzada sahə olmamalıdır. Ona görə də A 

anodu və S toru birləşdirilir. Beləliklə, sürətləndirici aralıq 

elektronların qaz atomları ilə toqquşaraq onların 

həyəcanlandırdığı fəzadan ayrılmış olur. 

Məsələn, fərz edək ki, lampa natrium buxarı ilə 

doldurulmuşdur. Təcrübə göstərir ki, u  gərginliyi 2,1 V-

dan kiçik olduqda natrium buxarı  işıqlanmır.  u=2,1 V 

ız 

λ

=5896 Å dalğa uzunluğuna malik



S

S

A

A

K

u

u

S

S

A

A

K

u

u

Шякил 48.6.

rium üçün sarı D – xətti rezonans xəttidir, u=2,1 V isə 

 düsturunda 

λ

=5896 Å yazaraq bu rezonans potensialının 



r: u=2,103 V. Sürətləndirici gərginliyin sonrakı artırılması 

zamanı natriumun şüalanma (buraxma) spektrinin digər xətləri də alınır. 

Digər biratomlu qazlar və buxarlar üçün də analoji mənzərə müşahidə olunur. 

Məsələn, maqnezium buxarını sürətləndirici potensialın  u=3,2 V qiymətində elektron 

zərbələri ilə həyəcanlandırdıqda, şüalanma spektri yalnız bir dənə 

λ

=4571 Å olan xətdən 



(rezonans xətti) ibarət olur. 

λ

-nın bu qiymətinə əsasən (48.6) düsturunda



ns potensialıd

nans potensialı üçün 2,65 V qiyməti alınır.  u=6,5 V sürətləndirici gərginlikdə 

həyəcanlaşma zamanı maqneziumun şüalanma spektri iki xətdən ibarət olur: 

λ

1



=4571 Å 

dalğa uzunluğuna malik olan əvvəlki xətt və 

λ

2

=2852 Å olan ikinci xətt. Sürətləndirici 



gərginliyin daha böyük qiymətində (10 V) maqnezium buxarının tam şüalanma spektrini 

almaq mümkün olur. 

 

Ё49. Rezonans şüalanması və lüminessensiya 

 

260 



 

ələri (Ё48) Bor postulatlarının doğruluğunu inandırıcı şəkildə sübut 

ir. Ona görə  də Bor postulatlarına  əsaslanaraq təcrübədə müşahidə olunan bir sıra 

hadisələri, o cümləd

la izah etmək 

olar


Frank-Hers təcrüb

ed

ən rezonans şüalanmasını  və lüminessensiyanı inam



Əvvəlcə rezonans şüalanmasını  nəzərdən keçirək. 1904–1905-ci illərdə Vud 

həyəcanlaşdırılmış qazların  şüalanmasının tədqiqinə  həsr olunmuş  təcrübələr aparmışdı. 

O, havası çıxarılmış şüşə balonun içərisində metal natriumun bir parçasını yerləşdirmişdi. 

Qızdırma nəticəsində balonun içərisi natrium buxarı ilə dolmuş olur. Kondensor linza

alovuna xörək duzu daxil edilmiş şamdan gələn işığı toplayaraq natrium buxarına doğru 

yönəldir. Belə işıq mənbəyi natriumun dalğa uzunluqları 

λ

D1

=5896 Å və 

λ

D2

=5890 Å olan 

iki sarı  D

1

  və  D



2

  xətlərini bolluqla şüalandırır. Düşən işıq dəstəsinin yolunda natrium 

buxarı, yalnız düşən işıq istiqamətində deyil, həm də bütün istiqamətlərdə parlaq sarı işıq 

saçmağa başlayır. Spektroskopik tədqiqatlar göstərdi ki, bu işıqlanma natriumun həmin 



D

1

 və D



2

 sarı xətlərindən ibarətdir. Həm də müəyyən edildi kiD

1

 və D



2

 xətləri natrium 

buxarı tərəfindən güclü udulur. Buxarın temperaturu və deməli, sıxlığı artdıqca udulma da 

artır və düşən işığın buxara nüfuzetmə  dərinliyi azalır. Bunun nəticəsində  işıqlanan 

oblastın uzununa ölçüləri kiçilir. Buxarın kifayət qədər müəyyən sıxlığında işıqlanma, 

düşən işıq dəstəsinin daxil olduğu yerdə nazik səth qatında baş verir. Bu zaman D

1

 və D



2

 

xətlərinin hər ikisi genişlənir və nəhayət, bir-birinə qovuşurlar. 



Buna bənzər hadisəni Vud civə buxarında da müşahidə etmişdir. Bu halda 

həyəcanlaşdırıcı  işıq kimi civənin buraxdığı 

λ

=2537 Å dalğa uzunluğuna malik 



ultrabənövşəyi şüalanmadan istifadə olunmuşdu. Güclü udulmanın qarşısını almaq üçün 

içində civə buxarı olan qab kvarsdan hazırlanmış, işıq mənbəyi olaraq isə civəli kvars 

lampadan istifadə edilmişdir. Müəyyən edildi ki, civə buxarı dalğa uzunluğu məhz 

λ

=2537 Å olan işığı güclü udur və sonra isə  həmin dalğa uzunluğuna malik işığı bütün 



istiqamətlərdə yenidən  şüalandırır. Civə buxarını civənin 

λ

=1850 Å dalğa uzunluğuna 



malik ikinci xətti ilə  də  şüalandırdıqda həmin hadisə müşahidə olunur. Lakin bu dalğa 

uzunluğu daha güclü udulduğu üçün müşahidə aparmaq xeyli çətinləşir. Sonralar bu cür 

müşahidələr digər kimyəvi elementlər üçün də aparıldı  və belə  nəticə  çıxarıldı ki, 

yuxarıda təsvir olunan hadisə bütün maddələr üçün mövcuddur. Lakin güclü udulmanın 

və uyğun işıq mənbəyinin tapılması ilə  əlaqədar çətinliklərin olması  həmin hadisənin 

təcrübədə praktik olaraq müşahidə olunmasını mürəkkəbləşdirir. 

Vud yuxarıda təsvir olunan hadisələri müşahidə etdiyi dövrdə onları,  əlbəttə ki, 

klassik fizika təsəvvürlərinə əsasən izah edirdilər. Belə güman edilirdi ki, atoma müəyyən 

məxsusi tezliklər xasdır və o, məhz bu tezliklərə uyğun spektral xətlər şüalandırır. Atomu 

müəyyən tezliyə malik olan monoxromatik şüa ilə  işıqlandırdıqda, atomda məcburi 

rəqslər həyəcanlanır və atom həmin tezlikli işığı yenidən şüalandırmağa başlayır. Düşən 

işığın tezliyi atomun məxsusi tezliklərindən birinə bərabər olduqda, yəni rezonans zamanı 

bu effekt xüsusilə güclü surətdə özünü göstərməlidir. Buna görə  də  həmin hadisə 

rezonans şüalanması və ya işıqlanma adlandırılmışdır. 

Aydındır ki, düşən işığın təsiri ilə  rəqsə  gələn atom aldığı enerjini yenidən 

şüalandırmayaraq, ətrafdakı atomlara şüalanmasız da verə bilər. Bu halda enerjinin həmin 

hissəsi son nəticədə istilik kimi ayrılır. Bu effekt rezonans işıqlanmanın zəifləməsi və ya 

sönməsinə  səbəb olur. Baxılan qazın atomları arasında qarşılıqlı  təsir güclü olduqda bu 

effekt də güclü olur. Xüsusi halda, bu, qazın sıxlığını artırdıqda və ya bu qaza digər 

maddənin atomlarını  əlavə etdikdə baş verir. Məsələn, civə buxarının 10

-3

 mm c.st. 



 

261


təzyiqində rezonans işıqlanması yaxşı müşahidə edilir. Lakin 0,2 mm c.st. təzyiqinə malik 

olan hidrogen qazı  əlavə etdikdə  işıqlanmanın intensivliyi iki dəfə, hidrogenin sonrakı 

artımında isə daha çox azalır. Digər qazların əlavə edilməsi də buna oxşar təsir yaradır. 

Rezonans şüalanmasının yuxarıda verilmiş klassik izahı ilk baxışdan çox inandırıcı və 

yeganə mümkün izah kimi görünür. Lakin tənqidi yanaşdıqda məlum olur ki, bu, heç də 

belə deyildir. Doğrudan da, rezonans şüalanması ayrıca götürülmüş bir hadisə olmayıb, 

daha ümumi bir hadisənin, yəni spektral xətlərin şüalanmasının xüsusi halıdır. Ona görə 

də 


vantı atomu 

həy


 

ətdir. 


a kənar aşqarlar daxil etdikdə bu effekt güclənir. 

ən başa 


düş

cisimlər müxtəlif xarici həyəcanlaşdırıcı  təsirlər 

nəti

hər iki hadisəni eyni bir mexanizm əsasında izah etmək lazımdır. Spektral xətlərin və 



spektral seriyaların mənşəyini klassik fizika izah edə bilmirdi. Yalnız kvant nəzəriyyəsi 

buna imkan verir. Deməli, rezonans şüalanması da bu nəzəriyyəyə  əsasən izah 

edilməlidir. Doğrudan da belə izahat mümkündür və o, aşağıdakı kimidir. 

Düşən işığın h

ν

 enerjili kvantı atomu həyəcanlandırmalıdır, yəni onu E



1

 normal enerji 

səviyyəsindən daha yuxarıda yerləşən səviyyəyə keçirməlidir. Fərz edək ki, E

1

-dən 



yuxarıda yerləşən ən yaxın səviyyə E

2

-dir. Onda h



ν

<E

2

-E



1

 olduqda, düşən işıq kvantının 



h

ν

 enerjisi atomu E



2

  səviyyəsinə keçirmək üçün kifayət etmir və bu işıq k

əcanlaşdıra bilməz. Atomun həyəcanlaşaraq  E

2

 enerjili hala keçməsi üçün h



ν

E

2

-E



1

 

olması  tələb olunur. h



ν

=E

2

-E



1

 olduqda kvantın enerjisi tamamilə  həyəcanlaşmaya sərf 

olunur və maksimum həyəcanlaşma baş verir. Qısa müddətdən sonra atom E

2

 



səviyyəsindən ən yaxın aşağı səviyyəyə, yəni E

1

 səviyyəsinə qayıdır və bu zaman enerjisi 



h

ν

′=E



2

-E

1

 olan kvant şüalanır. Beləliklə, 



ν

′=

ν



 olur, yəni həyəcanlaşdıran və yenidən 

şüalanan işıqların tezliyi eynidir. Kvant nəzəriyyəsi baxımından rezonans şüalanması 

məhz bundan ibarətdir. 

Natrium buxarında bir xəttin deyil, bir-birinə yaxın yerləşmiş iki D

1

 və D



2

 xətlərinin 

şüalanması faktı isə kvant nəzəriyyəsinə əsasən belə izah oluna bilər ki, natrium 

atomunun həyəcanlaşmış  E

2

 enerji səviyyəsi  əslində bir-birinə çox yaxın yerləşmiş iki 



enerji səviyyəsindən ibar

Qazın konsentrasiyası artdıqda işıqlanmanın sönməsi hədisəsi həm klassik fizika, həm 

də kvant nəzəriyyəsi baxımından başa düşülür. Doğrudan da, həyəcanlaşmış  E

2

 



səviyyəsində yerləşən atom şüalanmadan öz enerjisini ətrafdakı atomlara verə bilər. 

Qazın sıxlığı artdıqda və ya qaz

Yuxarıda  şərh olunanlar hadisənin yalnız  əsas sxemini göstərir və onun bütün 

cəhətlərini (məsələn, enerji səviyyələrinin və spektral xətlərin enlənməsini) əhatə etmir. 

Bor postulatları lüminessensiya hadisələrini də başa düşməyə imkan verir. Qeyd edək 

ki, Bor postulatları irəli sürülənə  qədər bu hadisələrin mahiyyəti qətiyy

ülmürdü. Əvvəlcə lüminessensiya nədir? sualına cavab verməyə çalışaq. Bu məsələyə 

Ё2-də müəyyən qədər toxunulmuşdur. 

Bütün cisimlər, intensivliyi və polyarizasiya dərəcəsi spektrin müxtəlif hissələrində 

cismin temperaturu və Kirxhof qanununa uyğun olaraq bu cismin udma qabiliyyəti ilə 

təyin olunan elektromaqnit dalğaları buraxırlar. Belə şüalanma temperatur (istilik) və ya 

tarazlıq  şüalanması adlanır. Bir çox 

cəsində, istilik şüalanması ilə yanaşı cismin temperaturundan asılı olmayan əlavə 

şüalanma da verir. Məsələn, televizor ekranının, qaz boşalması borusundan elektrik 

cərəyanı keçərkən bu borudakı qazın, doğranərkən qəndin, bəzi canlı orqanizmlərin 

(işıldaquş), çürümüş  ağacın işıqlanması  və s. Bütün bunlar soyuq işıqlanmaya misaldır. 

İstilik  şüalanmasından  əlavə baş verən belə  şüalanma,  əgər xarici təsirlər kəsildikdən 

sonra onun davam etmə müddəti işıq rəqslərinin periodundan xeyli böyükdürsə, 

 

262 


lüminessensiya adlanır. 

Bu tərifin birinci hissəsi və "lüminessensiya" anlayışının özü ilk dəfə Y. Videman 

tərəfindən təklif olunmuşdur. Lüminessensiyanın tərifinin ikinci hissəsi, yəni davam etmə 

müddəti üçün meyar isə S. 

İ. Vavilov  tərəfindən daxil edilmişdir ki, bu da 

lüminessensiyanı  işığın qayıtması  və  səpilməsi, yüklü hissəciklərin tormozlanma 

şüa

.

atom və molekullar çoxluğu, yəni müəyyən 



tem

iya hadisəsinin ən mühüm 

cəh

lanması, Vavilov-Çerenkov şüalanması və s. kimi daha qısa müddətli ikinci şüalanma 



hadisələrindən fərqləndirməyə imkan verir. Əlbəttə, bu meyar heç də mütləq sərt 

olmayıb, yalnız ümumi xarakter daşıyır  Belə ki, bir çox hallarda bu meyar 

lüminessensiya ilə qeyri-lüminessensiya arasında kəskin sərhəddi təyin etməyə imkan 

vermir.  Əvvəllər lüminessensiyanı flüoressensiya və fosforessensiya olmaqla iki yerə 

bölürdülər. Flüoressensiya dedikdə, xarici həyəcanlaşdırıcının təsiri kəsildikdən dərhal 

sonra kəsilən  şüalanma başa düşülürdü. Xarici həyəcanlaşdırıcının təsiri kəsildikdən 

sonra müəyyən zaman müddəti  ərzində davam edən  şüalanma isə fosforessensiya 

adlandırılırdı. Lakin sonralar aparılmış  tədqiqatlar nəticəsində aydın oldu ki, 

flüoressensiya və fosforessensiya arasında heç bir prinsipial fərq yoxdur. Onlar bir-

birindən xarici təsir kəsildikdən sonra yalnız davametmə müddəti ilə  fərqlənirlər. Ona 

görə bölgü öz mənasını itirmiş oldu. Lakin işıqlanmanın qısa müddətli olduğunu yalnız 

keyfiyyətcə qeyd etmək üçün bəzən yenə də "flüoressensiya" anlayışından istifadə edilir. 

Məsələn, xüsusi ölçmələr göstərir ki, seyrəldilmiş qazların rezonans işıqlanmasının 

davam etmə müddəti 10

-8

-10


-9

 saniyədir. 

Lüminessensiyanın yuxarıda verilmiş tərifi ilə əlaqədar olaraq bəzi məsələləri də qeyd 

etmək lazımdır. Temperatur makroskopik anlayış olduğundan tam şüalanmanı ayrı-ayrı 

molekullar və atomlar üçün temperatur şüalanmasına və lüminessensiyaya bölmək heç bir 

məna kəsb etmir. Belə bölgü yalnız 

peratura malik olan cisimlər üçün doğrudur.  Əgər cisim qeyri-tarazlıq halındadırsa, 

yəni onun müəyyən temperatura malik olduğunu demək mümkün deyildirsə, onda bu 

halda nə temperatur şüalanması, nə də ki, lüminessensiya haqqında danışmaq olmaz. Bu 

müddəa ayrı-ayrı atom və molekulların şüalanmasına da aiddir. Bu səbəbdən də qazların 

Vud tərəfindən tədqiq olunan işıqlanması üçün tez-tez işlənən "rezonans flüoressensiyası" 

əvəzinə "rezonans şüalanması" kimi neytral anlayışdan istifadə edilməsi daha 

məqsədəuyğundur. Doğrudan da, "rezonans flüoressensiyası" anlayışı özünü yalnız 

nisbətən böyük sıxlığa malik olan qazların işıqlanmasına baxarkən doğruldur. Rezonans 

şüalanması isə həm də seyrəldilmiş qazlarda müşahidə olunur. 

Lüminessensiya müşahidə olunan maddələr lüminoforlar adlanır. Həyəcanlaşdırma 

üsulundan asılı olaraq lüminessensiyanı çoxlu sayda müxtəlif növlərə bölürlər (bax: Ё2). 

Lüminessensiya məsələləri, hətta onun ayrı-ayrı növləri elmi ədəbiyyatda geniş tədqiq və 

müzakirə olunmuşdur. Bu proses hələ davam edir. Lüminessens

əti onun kvant xarakterli olmasıdır. Hər bir şüalanma kimi, lüminessensiya da 

şüalanan sistemin müəyyən həyəcanlaşmış enerji səviyyələrindən daha aşağı səviyyələrə 

kvant keçidləri nəticəsində yaranır. Lüminessensiyanın xarakterik əlamətlərindən biri, 

yəni işıqlanmanın müəyyən müddət davam etməsi bu baxımdan dərhal başa düşülür. 

Çünki çoxlu sayda cisimlər həyəcanlanmış hallarda uzun müddət qala bilir. 

Lüminessensiyanın xarakteri cismin enerji spektrinin quruluşu, həyəcanlanmış hallarda 

onun qala bildiyi orta zaman müddəti, işığın udulması  və buraxılması üçün seçmə 

qaydaları və s. ilə təyin olunur. 

1852-ci ildə Stoks fotolüminessensiya üçün aşağıdakı qaydanı müəyyən etmişdi: 

 

263


lüminessensiya işığının 

λ

′ dalğa uzunluğu həyəcanlaşdırıcı işığın 



λ

 dalğa uzunluğundan 

böyükdür: 

λ

′>



λ

. Bu qayda lüminessensiyanın kvant xarakterli olmasını göstərir. 

Doğ

 t

 tərs keçid nəticəsində sistem E



′ 

səv


Bundan əvvəlki paraqraflarda biz atomların stasionar hallarının, enerji səviyyələrinin 

övcud olmasını isbat edən və

məyə imkan verən təcrübələri 

nəzərdən keçirdik və müxtəlif e

ı keçidlərin mümkün olmasına 

əsas


asına uyğun olaraq 1,2,…,i,… kimi 

nöm


nerjisinin qiymətinin atom

xüs


xluğundan  E

1

  və  E



2

 enerjili 

yal

Şüalanma keçidləri aşağıdakı kimi iki növə 



böl

rudan da, həyəcanlaşdırıcı  işığın kvantı sistemi normal E

1

 enerji səviyyəsindən 



həyəcanlaşmış E

2

 səviyyəsinə keçirirsə, E



2

E

1

+h



ν

 şərti ödənməlidir. Sistemin əvvəlki E

1

 

səviyyəsinə ərs keçidi zamanı şüalanan işığın tezliyi 



ν

′=(E

2

-E



1

)/h olduğundan 

ν

′≤

ν



 alınır. 

Sistem E

2

 səviyyəsindən əvvəlki E



1

 səviyyəsinə deyil, ondan bir qədər yuxarıda yerləşən 

səviyyəyə də qayıda bilər ki, bu halda 

ν

′<



ν

 (

λ



′>

λ

) olur. 



Lakin Stoks qaydasının pozulması da müşahidə oluna bilər. Fərz edək ki, işıq kvantı 

sistemi hər hansı  həyəcanlaşmış  E

1

′  səviyyəsindən  E



2

′>E

1

′  şərtini ödəyən  E



2

′ yuxarı 

səviyyəsinə keçirir. Onda E

2

′≤E



1

′+h

ν

 yaza bilərik. Lakin



1

iyyəsinə deyil, E

1

<E

1

′  şərtini ödəyən  E



1

  səviyyəsinə  də keçə bilər və bu zaman 

şüalanan işığın tezliyi 

ν

′=(E



2

′-E

1

)/h



>(E

2

′-E



1

′)h və ya 

ν

′>

ν



 (

λ

′<



λ

) olar. 


 

Ё50. Spontan şüalanma 

Download 18.1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling