Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Download 0.62 Mb.
Pdf ko'rish
bet42/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

ADSORBSİYA NƏZƏRİYYƏSİ 
Bərk adsorbentlər böyük xarici, yaxud daxili səthə malik olan və 
təmasda olduğu maye və ya qazları adsorbsiya edə bilən təbii, süni 
materiallardır.
Lənqmürün monomolekulyar adsorbsiya nəzəriyyəsi -1915-ci ildə 
İ.Lənqmür aşağıdakı müddəaları əsas tutaraq adsorbsiya izoterminin tənliyini 
almışdır.
1. Adsorbsiya qüvvələri kimyəvi təbiətlidir və nisbətən qısa
məsafələrdə təsir göstərir.
2. Adsorbsiya adsorbentin bütün səthində deyil, onun səthinin
çıxıntılarında yerləşən aktiv mərkəzlərdə gedir. 
3. Adsorbsiyaolunmuş molekullar adsorbentin səthində hərəkət etməyib,
aktiv mərkəzlərdə fiksəolunmuş vəziyyətdədir və bir-biri ilə qarşılıqlı təsirdə 
deyillər.
4. Aktiv mərkəzlər doyma xassəsinə malikdir. Hər aktiv mərkəz bir 
adsorbat molekulu saxlaya bilər. Ona görə də, belə adsorbsiya nəticəsində
adsorbentin səthində monomolekulyar təbəqə əmələ gəlir.
5. Adsorbsiyaolunmuş molekul müəyyən müddətdən sonra aktiv mərkəzdən
qopur – desorbsiya edir, onun yerini yeni adsorbat molekulu tutur və s. 
Nəticədə sistemdə dinamik adsorbsiya tarazlığı yaranır.
Fərz edək ki, adsorbentin səthi sabit temperaturda qazla təmasdadır və 
sistem adsorbsion tarazlıq halındadır. Onda vahid zamanda adsorbsiya olunan
qaz molekullarının sayı desorbsiyaolunan molekulların sayına bərabərdir.
ν
ads
.=ν
des

Adsorbentin səthinin ümumi sahəsini vahid qəbul edək. Onun adsorbat
molekulları ilə tutulmuş hissəsini θ ilə işarə edək. Onda səthin boş hissəsi (1-
θ) olar. Aydındır ki, θ – fiziki mənaca adsorbsiya olunmuş maddə miqdarının 
(A) maksimal adsorbsiyaya nisbətinə bərabərdir.
θ = A/A

(4) 
V
ads.
= V
des.
olduğu üçün k
ads.
P(1-θ) = k
des.
θ. Bu ifadənin hər iki tərəfini
k
des.
sabitinə bölüb, kads./ kdes.= k qəbul ets


(Temperaturun artması ilə desorbsiya güclənir, k –azalır. A

- sabit kəmiyyət
olub, adsorbentin maksimal tutumunu, maksimal adsorb siyanı göstərir. Onun 
qiyməti adsorbentin vahid səthinə düşən aktiv mərkəzlərin sayından, adsorbat 
molekullarının ölçülərindən asılıdır.

Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling