Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


QAZ DİSPERSİON MÜHİTLİ MİKROHETEROGEN SİSTEMLƏR


Download 0.62 Mb.
Pdf ko'rish
bet45/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

QAZ DİSPERSİON MÜHİTLİ MİKROHETEROGEN SİSTEMLƏR 
Qaz dispersion mühitli mikroheterogen sistemlər aerozollar adlanır.
Dispers fazanın aqreqat halına görə aerozollar iki qrupa bölünür: 
1. Dispers fazası maye damcıları şəklində olan sistemlər -dumanlar; 
2. Dispers faza bərk maddə hissəciklərindən ibarət olan sistemlər -
tüstülər, tozlar (tozlu hava).
Bir çox hallarda hər iki növ aerozolların qarışığı müşahidə olunur.
Məsələn, iri şəhərlərdə sənaye tüstülərinin havanın nəmini udması 
nəticəsində, çirkli və zəhərli qarışıq aerozol yaranır.
Disperslik dərəcəsi ən yüksək olan aerozollar tüstülərdir, onlarda dispers
faza hissəciklərinin ölçüləri 10
-9
-10
-5
m intervalında olur. Toz hissəcikləri
10
-5
m və daha böyük, duman damcıları isə 10
-7
-10
-5
m ölçülərində olur. 
Aerozolların mühüm bir xüsusiyyəti ondan ibarətdir ki, dispers mühit
(hava) qaz halında olduğundan, hissəciklərin sedimentasiya və diffuziya sürəti 
çox yüksək olur. Bundan başqa, aerozollarda elektrolitik dissosiasiya baş vermir
və ikiqat elektrik təbəqəsi olmur. Lakin aezol hissəcikləri çox hallarda
elektrik yüklü olur. Bu, onların bir-birinə toqquşması, səthlərində ionların 
adsorbsiya olunması, radiaktiv və ultra bənövşəyi şüalanma ilə əlaqədardır.
Aerozollar davamsız dispers sistemlərdir.
Aerozolların kinetik xassələri ilə əlaqədar olaraq, onlar üçün aşa-ğıdakı
spesifik hadisələr xarakterikdir, termoforez, fotoforez və termoprepitasiya.
Termoforez – aerozol hissəciklərinin temperaturun aşağı olduğu 
istiqamətdə hərəkət etməsidir.
Fotoforez - hissəciklərin birtərəfli işıqlanma nəticəsində istiqamətli 
yerdəyişməsidir.
Termoforez və fotoforez hadisələri atmosferdə buludların və dumanların 
əmələ gəlməsində və hərəkətində mühüm rol oynayır.
Termoprepitasiya - aerozol hissəciklərinin soyuq səthlə təmasda 
olduqda, öz kinetik enerjisini itirməsi nəticəsində onun üzərində çökməsi 
hadisəsidir. 



Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling