Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Download 0.62 Mb.
Pdf ko'rish
bet43/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

ELEKTROLİTLƏRİN ADSORBSİYASI 
 
Zəif elektrolitlərin adsorbsiyası, əksər hallarda qeyri-elektrolitlərin 
adsorbsiyasından kəskin fərqlənmir, adsorbat molekulyar halda olur. Qüvvətli 
elektrolitlər isə ionlar şəklində adsorbsiya olunur və bu prosesdə Vander-Vaals 
qüvvələri deyil, kimyəvi qarşılıqlı təsir qüvvələri həlledici rol oynayır. Odur ki, 
qüvvətli elektrol itlərin adsorbsiyası daha mürəkkəb təbiətlidir.
İon adsorbsiyası iki əsas mexanizm üzrə gedir: 
1. ekvivalent və ya iondəyişmə adsorbsiyası; 
2. ionların kristallar üzərində seçici adsorbsiyası.
Hər iki halda ionların adsorbsiyası bərk və maye fazaların sərhəddində
ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi ilə əlaqədardır. Bərk elektrolitlərin
elektrolit məhlulu ilə sərhəddində ikiqat elektrik təbəqəsi iki yolla əmələ gəlir.
1. ionların kristalın səthində adsorbsiyası nəticəsində; 
2. kristalın səth təbəqəsində ionlara dissosiasiya nəticəsində.
Bu proseslər elektrolit məhluluna salınmış elektrodun səthində ikiqat 
elektrik təbəqəsinin yaranmasına oxşayır.
 
Mühazirə 14 
 
MAYE DİSPERSİON MÜHİTLİ KOLLOİD SİSTEMLƏR 
 
Maye dispersion mühitli kolloid sistemlər üç qrupa bölünür: 
suspenziyalar (B/M), emulsiyalar (M/M) və köpüklər (Q/M).
Suspenziyalar. Bu tip kolloid sistemlərdə bərk dispers faza hissə-cikləri 10
-
5
-7
m ölçülərində olur. Daha iri hissəciklər tez çökür. Suspenziyaların 
disperslik dərəcəsi mikroskopik və ya sedi mentasiya analizi üsulları ilə təyin
edilir. Ən kobud dispers suspenziyalar asılqan adlanır. Suspenziyaları həm 
dispersləşmə, həm də kondensləşmə üsulları ilə alırlar. Qatı suspenziyalar yüksək 
tiksotropiya qabiliyyətinə malikdir.
Disperslik dərəcəsi az olduğundan, suspenziyalar tipik kolloid 
məhlullarla müqayisədə kinetik davamsız olub, sedimentasiyaya uğrayır. Onların
aqreqativ davamlılığını sistemə stabilizator (ionlar, səthi aktiv maddələr,
yüksəkmolekullu birləşmələr və s.) əlavə etməklə artırırlar. Stabilizator
hissəcikləri dispers faza hissəciklərinin səthində adsorbsiya olunaraq, onların 
aqreqasiyasının qarşısını alırlar.
Suspenziyalar təbiətdə mühüm rol oynayır. Çöküntü süxurlarının əmələ 
gəlməsi, çayların deltasında lil yığılması suspenziyaların sedimen tasiya və


koaqulyasiyası ilə əlaqədardır. Yağlı boyalar tikintidə isti fadə olunan əhəng 
və sement məhsulları suspenziyalarıdır. 

Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling