Fovqəladə hallarda yaranmiġ ġƏRAĠTĠn aydinlaġdirilmasi və QĠYMƏTLƏNDĠRĠLMƏSĠ


§ 3.1.5. DP-22V DOZĠMETRLƏR KOMPLEKTĠ


Download 0.6 Mb.
Pdf ko'rish
bet3/4
Sana13.12.2020
Hajmi0.6 Mb.
#165975
1   2   3   4
Bog'liq
H.Ocaqov-Mülki müdafiə

§ 3.1.5. DP-22V DOZĠMETRLƏR KOMPLEKTĠ 

 

Təyinatı  və  texniki  göstəriciləri.  DP-22V  dozimetrlər  komplekti 

Ģüalanma dozalarını ölçmək üçündür. 

 

 

-Ģüalanma  dozalarının  gücü  0,5-dən  200  R/s-dək  dəyiĢərkən 



dozimetrlərin  ölçmə  diapazonu  2-dən  50  rentgenədəkdir.  Ölçmələrin  orta 

xətası ±10%-dir. Dozimetrlərin öz-özünə boĢalması bir sutka ərzində 4 R-dən 

artıq olmur. 


Dozimetrlər - 40°S-dən +50°S hədlərində və havanın nisbi rütubəti 98% 

olan hallarda iĢləyə bilir; bir komplekt qidaiandırma mənbəyilə (1,6 PMS-U-8 

tipli  iki  element)  fasiləsiz  iĢ  müddəti  30  saat,  dozimetrin  kütləsi  50  q, 

komplektin  kütləsi  5,6  kq-dır.  Doldurucu  pultu  iĢə  hazırlamaq  müddətı  1-2 

dəqiqədir. 

DP-22V  dozimetrlər  komplekti  50  ədəd  birbaĢa  göstərən  DKP-50A 

dozimetrindən,  3D-5  doldurucu  pultdan  futlyardan  (qutu)  və  texniki 

sənədlərdən ibarətdir (Ģəkil 3.10). 

 

                          



 

 

                        ġəkil 3.10. DP-22V Dozimetrik komplekti 



Komplektin  iĢə  hazırlanması  və  iĢlədilməsi.  Komplektin  iĢə 

hazırlanması  -  onu  həm  nəzərdən  keçirməklə,  həm  də  komplektliyini 

yoxlamaqdan  və  DKP-50A  dozimetrlərini  doldurmaqdan  ibarətdir.  Nəzərdən 

keçirməklə  yoxlayarkən,  dozimetilərin  məhz  bu  komplektə  aid  olduğunu  və 

texniki sazlığını yəqin etmək lazımdır. 

DKP-50A  dozimetrini  iĢə  hazırlamaq  üçün  onun  tozdanqoruyucu 

kolpakını və doldurucu pultun "Zaryad" (doldurma) yuvasının kolpakını burub 

açırlar. "Zaryad" dəstəyini saat əqrəbinin 

 


 

əks  istiqamətində  sonadək  çevirir,  dozimetri  yuvaya  yerləĢdirib  yüngülcə 

aĢağı basırlar. 

Operator dozimetrin okulyar;ndan müĢahidə etməklə "Zaryad" dəstəyini 

saat  əqrəbi  istiqamətində  tədricən  fırladaraq  telin  kölgəsini  dozimetr 

Ģkalasının  sıfır  bölgüsü  üzərinə  gətirir.  Sonra  dozimetrin  tozdanqoruyucu 

kolpakı öz yerinə geydirilir. 

Dozimetrin göstəricisi onu iĢığa tərəf tutmaqla telin Ģaquli vəziyyətində 

hesablanır. 

ĠĢlədilməyən dövrdə dozimetrlər doldurulmuĢ halda quru binada, +20°S 

temperaturda, Ģaquli vəziyyətdə saxlanılmalıdır. 

DP-24  doziırnetrlər  komplekti  -  3D-5  doldurucu  pultdan  və  beĢ  ədəd 

DKP-50A dozimetrdən ibarətdir. Komplekt az heyətli mülki müdafiə dəstələri 

və müəssisələri üçündür. Cihazın iĢə hazırlanması və iĢlədilməsi qaydası. DP-

22V cihazmda olduğu kimidir. 

 

§ 3.1.6. ĠD-1 DOZAÖLÇƏN CĠHAZ KOMPLEKTĠ 

Fərdi  dozimetrlər  komplekti  udulan  -neytron  Ģüalanma  dozalarını 

ölçmək  üçündür;  cihaz  -  50°S-dən  +50°S  temperatur  hədlərində,  habelə 

havanın nisbi rütubəti 98%-dək dəyiĢərkən iĢləyə bilər. 

Doldurucu  pult  dozimetrin  kondensatorunu  doldurmaq  üçündür. 

Dozimetr dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək' 

diapazonda 

-neytron  Ģüalanmasının  udulan  dozalarının  ölçülməsini  təmin 

edir.  Ölçülən  dozalar  dozimetrin  içərisində  yerləĢən  və  radlarla 

dərəcələndirilmiĢ Ģkalada hesablanır. Dozimetrlərin göstəricisinin sabitliyi altı 

ay  ərzində  istismar  zamanı  ölçmələrin  əsas  ölçmə  xətaları  hədlərində 

aparılmasmı təmin edir. 


Dozimetrləır  3D-6  doldurucu  pult  vasitəsilə  və  ya  çıxıĢ  gərginliyinin 

180-250V  hədləlrində  rəvan  dəyiĢdirilməsinə  imkan  verən  hər  hansı  (3D-5-

dən baĢqa) doldurucu pult vasitəsilə doldurulur. 

Komplekt titrəməyə,  zərbəyə, təkana qarĢı davamlıdır və istənilən növ 

nəqliyyat vasitələrində aparıla bilər. 

_____________________________ 

* Rad = 1,05 Rentgen= 0,01 Qrey 

 

Komplektin saz iĢləmə müddəti ən azı 5000 saat, xidmət müddəti ən azı 



15 il, texniki ehtiyatı ən azı 10000 saatdır. 

Futlyarla büirlikdə komplektin ölçüləri, dozimetrin və doldurucu pultun 

ölçüləri aĢağıdakı kəmiyyətlərdən artıq deyil: 

komplekt futlyarda olarkən - 1500 q; 

doldurucu tutqacla birlikdə - 19 x 128,5 mm; 

doldurucu pult - 105 x 37 x 122 mm. 

Futlyarla  birlikdə  komplektin,  dozimetrin  və  doldurucu  pultun  kütləsi 

aĢağıdakı  kəmiyyətlərdən  artıq  deyil:  komplekt  futlyarda  olarkən  -  1500  qr; 

dozimetr - 40 q; doldurucu pult - 500 q. 

Komplektin quruluĢu, iĢi və tərkib hssələri (Ģəkil 3.11). 

Ġstifadə  etmək  rahat  olsun  deyə,  dozimetr  quruluĢca  avtomat  qələm 

formasında  hazırlanmıĢdır.  O,  mikroskopdan,  ionlaĢma  kamerasından, 

elektroskopdan, gövdədən və kontaktlar qrupundan ibarətdir. 



                                    

 

                                  ġəkil 3.11. Dozaölçən ĠD-1 cihazı 



Fərdi  dozimetrlər  adamın  aldığı  -  neytron  Ģüalanmasının  udulan 

dozasını kifayət qədər dəqiqliklə təyin etməyə imkan verir. 

Dozimetrin  iĢ  prinsipi  belədir:  doldurulmuĢ  dozimetrə  ionlaĢdırıcı 

Ģüalanmalar təsir göstərərkən ionlaĢma karnerasının həc- 

 

 

mində  ionlaĢma  cərəyanı  yaranır  ki,  bu  da  kondensatorun  və  ionlaĢma 



kamerasının potensiallarını azaldır. 

Potensial, Ģüalanmanın dozasına proporsional surətdə azalır. Potensialın 

nə qədər dəyiĢdiyini ölçməklə alınan doza barədə fikir yürütmək mümkündür. 

Potensial ionlaĢma kamerasının içərisindəki kiçik ölçülü elektroskop vasitəsilə 

ölçülür. Elektroskopun mühərrik sisteminin, - platin telinin, - yerini dəyiĢməsi 

hesablama  mikroskopu  vasitəsilə  ölçülür  ki,  onun  da  Ģkalası  radlarla  dərəcə 

ləĢdirilmiĢdir.  Dozimetr  Ģkalasının  xətliyini  təmin  etmək  üçün  ionlaĢma 

kamerasının doldurma potensialı 180-250 V hədlərində seçilmiĢdir. 

Doldurucu  pultun  (quruluĢun)  iĢ  prinsipi  belədir:  dəstəyi  saat  əqrəbi 

istiqamətində fırladarkən ötürücü mexanizm pyezoelementlərə təzyiq göstərir, 

bunlar isə əyilərək öz uclarında poensiallar fərqi yaradır; bu potensiallar fərqi 

elə  yönəlmiĢdir  ki,  dozimetrin  ionlaĢma  kamerasının  mərkəzi  elektroduna 



mərkəzi mil vasitəsilə - müsbət, ionlaĢma kamerasının xarici elektroduna isə 

gövda vasitəsilə - mənfi elektrik yükü verilir. 

Doldurucu  quruluĢun  çıxıĢ  gərginliyini  məhdudlaĢdırmaq  üçün 

pyozoelementlərə paralel surətdə boĢaldıcı qoĢulmuĢdur. 

Ġstismar  zamanı  komplektin  mexaniki  zədələnməsinin  qarĢısını  almaq 

üçün aĢağıdakıları nəzərdə tutmaq lazımdır: 

•  komplekti  təkanlardan,  zərbələrdən  qorumaq,  onu  yerə  salmamaq; 

apararkən (daĢıyarkən) cihazlan futlyarında yerləĢdirmək; 

•  nəqliyyatda  apararkən  komplekti  mümkün  qədər  kuzovun  ön 

hissəsində yerləĢdirmək; 

•  iĢ  vaxtı  komplekti  çirklənmədən  və  iqlimin  zərərli  təsirindən  (yağıĢ, 

qar, bilavasitə günəĢ Ģüalarının təsirindən və s.) qorumaq. 

ĠĢi qurtarandan sonra komplektə texniki xidmət etmək lazımdır. 

Dozimetri  iĢ  vəziyyətinə  gətirmək  üçün  onu  doldurmaq  lazımdır. 

Doldurucu pult vasitəsilə dozimetrin doldurulması qaydası belədir: 

•  doldurucu  pultun  dəstəyini  saat  əqrəbinin  əks  istiqamətində  sonadək 

çevirin; 

 

• dozimetri doldurucu pultun doldurma-kontakt yuvasına yerləĢdirin; 



• doldurucu pultu güzgüsü ilə birlikdə xarici iĢıq mənbəyinə çevirin; 

• güzgünü oxu ətrafında döndərməklə Ģkalanın maksimal iĢıqlanmasına 

nail olun; 

•  dozimetri  aĢağı  basın  və  onun  okulyarından  müĢahidə  etməklə, 

doldurucu pultun dəstəyini saat əqrəbi istiqamətində o qədər fırladın ki, platin 

tel  dozimetrin  Ģkalasında  0  bölgüsü  üzərində  dayansın;  sonra  dozimetri 

doldurma-kontakt yuvasından çrxarın; 


•  dozimetri  iĢığa  tərəf  tutub  telin  vəziyyətini  yoxlaym;  telin  Ģaquli 

vəziyyətində onun kölgəsi 0 üzərində olmalıdır. 

ĠonlaĢdırıcı Ģüalanmaların təsir göstərdiyi sahələrdə iĢ zamanı dozimetri 

paltarın cibində gəzdirirlər. 

Dozimetrin  okulyarından  vaxtaĢırı  müĢahidə  etməklə,  telin  dozimetr 

Ģkalasındakı  vəziyyətinə  görə,  iĢ  vaxtı  alınan  -  neytron  Ģüalanmasının 

dozasını təyin edirlər. 

Telin əyilməsinin dozimetrik göstəricisinə təsirinin qarĢısını almaq üçün 

hesablamaları  telin  Ģaquli  vəziyyətində  aparmaq  lazımdır.  (ĠD-1  komplekti 

haqqında  daha  geniĢ  məlumat  komplektin  texniki  təsviri  və  istismarı  üzrə 

təlimatda verilmiĢdir). 

 

§ 3.2. KĠMYƏVĠ KƏġFĠYYAT CĠHAZLARI 



 

Havada,  ərazidə,  texnikanın  və  baĢqa  obyektlərin  səthlərindəki 

zəhərləyici  maddələri  (ZM),  adətən,  kimyəvi  kəĢfiyyat  cihazları  və  qaz 

siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında 

təhlildən  (analizdən) keçirməklə  aĢ-kar  edirlər.  Müasir  zəhərləyici  maddələri 

hiss  orqanları  vasitəsilə  (orqanolektik  üsulla)  aĢkar  etmək  heç  də  həmiĢə 

mümkün  deyil.  Əvvəla  onların  bir  çoxunun  heç  bir  iyi,  rəngi,  qıcıqlandırıcı 

xassələri yoxdur. BaĢlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə yüksəkdir 

ki,  onların  iyinə  və  ya  qıcıqlandıncı  təsirinə  görə  aĢkar  edilməsi  cəhdi  ciddi 

zəhərlənmələrlə  nəticələnə  bilər.  MüĢahidə  yolu  ilə,  yəni  əĢyanın  səthindəki 

ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmiĢ bitki 

yarpaqlarının  rənginin  dəyiĢməsinə  görə  bəzi  zəhərləyici  maddələri  təxmini 

olaraq aĢkar etmək mümkündür. 

 


Zəhərləyici  maddələri  çöl  Ģəraitində  aĢkar  və  təyin  etmək  (indikasiya 

etmək)  üçün  ən  çox  kimyəvi  metoddan  istifadə  edilir.  Bu  üsul  zəhərləyicl 

maddə ilə ona müvafiq seçilmiĢ digər bir xiisusi maddənin (reaktiv) qarĢılıqlı 

təsiri  sayəsində  müəyyən  bir  rəngə  malik  birləĢmə  yaranması  hadisəsinə 

əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna 

dəlalət  edir.  Bu  rəngin  çalarını  kağıza  çəkifmiĢ  rəng  etalonları  ilə  müqayisə 

edərək  ZM-in  konsentrasiyası  və  ya  havanın  zəhərlənmə  dərəcəsi  barədə 

qənaətə gəlmək mümkündür. 

Ġstifadə etmək rahat olsun deyə, kimyəvi kəĢfiyyat cihazlarında iĢlədilən 

reaktĠvləri  məsaməli  maddəyə  (süzgəc  kağızına,  selikakel  maddəsinə)  yaxır, 

yaxud  ĢüĢə  ampulaya  yığırlar.  Reaktiv  yaxılmıĢ  məsaməli  maddəni  (buna 

doldurucu  maddə  deyilır)  və  müvafiq  miqdarda  ampulaları  ĢüĢə  borucuğa 

yerləĢdirirlər. Ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu 

lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır. Ġndikator borucuğu 

iĢlədərkən  onun  uclarını  kəsir,  daxilindəki  ampulanı  qırır  və  zəhəli  havanı 

xüsusi  nasosla  sorub  borucuqdan  keçirirlər.  Bu  zaman  havanın  tərkibindəki 

ZM buxarlan reaktivlə reaksiyaya girərək məsaməli maddənin (doldurucunun) 

rəngini müvafiq surətdə dəyiĢir. Bu rəngə və onun tündlüyünə (çalarına) görə 

ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir. 

Kimyəvi  kəĢfiyyat  cihazları  və  qaz  siqnalizatorlarının:  qoĢun  kimyəvi 

kəĢfiyyat  cihazı  (VPXR),  yarımavtomat  kimyəvi  kəĢfiyyat  cihazı  (PPXR), 

QSP-IM  və  QSP-11  avtomat  qaz  siqnalizatorları  və  s.  növləri  olur.  Bunların 

bir neçəsini nəzərdən keçirək. 

§ 3.2.1. QOġUN KĠMYƏVĠ KƏġFĠYYAT CĠHAZl (QKKC), VPXR 

Bu  cihaz  havada,  ərazidə,  texnikanın,  avadanlığın  və  digər  əĢyaların 

səthindəki  ZM-i  təyin  etmək  üçündür.  Bu  cihaz  vasitəsilə  havada,  ərazidə, 


texnikanın,  müxtəlif  sursatların  səthində  zarin,  zoman,  iprit;  havada  V-qaz, 

fosgen, sianid turĢusu, xlorsian olub-olmadığı təyin edilir. 

Cihazın quruluĢu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) 

ibarətdir.  Qutuda  əl  nasosu,  nasosun  ucluğu,  indikator  borucuqlan  yığılmıĢ 

kağız kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu 

olan qızdırıcı yerləĢdirilib (Ģəkil 3.12) 

 

Cihazın dəstinə kürək, cihazın iĢlədilməsi, istismarı və zoman tipli ZM-i 



təyin  etmək  qaydaları  barədə  təlimat  -  yaddaĢ  vərəqəsi  də  daxildir.  Cihazı 

daĢımaq üçün qaytanlı çiyin qayıĢı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır. 



Əl  nasosu  -  porĢenlidir,  yoxlanılan  havanı  indikator  borucuqlarından 

vurub  keçirmək  üçündür.  Nasosu  dəqiqədə  50  dəfə  vurarkən  indikator 

borucuğundan  21  hava  keçir.  Nasos  baĢlıqları,  silindrdən,  Ģtokdan  və 

dəstəkdən ibarətdir və cihazın gövdəsində quraĢdırlmıĢ metal boruda yerləĢir. 

Borunun  dibindəki  yay,  rəzəni  (tutucunu)  açarkən  nasosu  basıb  bayıra 

çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf olmaqla yerləĢdirilir. 

Nasosun  baĢlıq  hissəsində  indikator  borucuqlarının  uclarını  kəsmək 

(çərtmək)  üçün  bıçaq  və  indikator  borucuqlarını  yerləĢdirmək  üçün  yuvalar 

var. BaĢlığın kəllə hissəsində borucuqların uclarını qırmaq üçün iki çökək yer 

də  düzəldilib.  Bunlardan  baĢqa  nasosun  baĢlıq  hissəsində  rezin  klapan  və 

klapanın  yəhəri  də  yerləĢdirilib.  BaĢlığın  klapan  tərtibatı  ilə  kip  birləĢməsi 

rezin araqat vasitəsilə təmin edilmiĢdir. 



                                    

 

                      ġəkil 3.12. QoĢun kimyəvi kəĢfiyyat cihazı (QKKC): 



 1 - qapaq, 2 - gövdə, - əl nasosu, 4 - kağız kasetlər, –  

 nasosun ucluğu, 6 - qoruyucu qapaqlar, 7 - tüstü əleyhinə süzgəclər, 

 8 - elektrik fənəri, 9 - qızdırıcının patronları, 10 - qızdırıcı, 11- çiyin 

 qayıĢı. 

 Nasosun dəstəyində ampulqıran və nüvə yerləĢdirilmiĢdir. Ampulqıran 

indikator borucuqlarının içərisindəki ampulaları qır- 

 

 

maq,  nüvə  isə  ampulaqıranı  nasosun  dəstəyində  bərkitmək  üçündür. 



Dəstəyin.yan  tərəfində  ampulaqıran  millər  iĢarələnmiĢdir  (markalanmıĢdır), 

Üç  yaĢıl  haĢiyəli  mil  -  üç  yaĢıl  hälqavari  haĢiyəsi  olan  borucuq  üçün  bir 

qırmızı  haĢiyəli  və  qırmızl  nöqtəli  mil  isə  bir  qırmızı  haĢiyəsi  və  qırmızı 

nöqtəsi olan borucuqlar üçündür. 



Kaset eyni iĢarəli 10 indikator borucuğunu yerləĢdirmək üçündür (Ģəkil 

3.13). 


Kasetin  üz  tərəfində  havada  ZM  olarkən  indikator  borucuqlarındakı 

doldurucu  maddənin  aldığı  etalon  rəng  göstərilmiĢ  və  kasetdəki  borucuqları 

iĢlətmək qaydası barədə qısa göstəriĢlər yazılmıĢdır. 


                                      

 

                 ġəkil 

3.13. Ġndikator borucuqların kağız kaseti 

Ġndikator  borucuqlarını  iĢlədərkən  onun  doldurucu  maddəsinin  aldığı 

rəngi  kasetin  səthindəki  rənglə  tutuĢdurmaqla  havada  olan  ZM-in 

konsentrasiyasını təxmini təyin etmək mümkündür. 

Kasetin aĢağı hissəsində indikator borucuqlarının haznlanmasının tarixi 

və yararlılığı müddəti göstərilmiĢdir. 

 

Nasosun  ucluğu  cihazı  tüstülü  Ģəraıtdə  iĢlədlərkən,  habelə  torpaqda 

dənəvər  materiallarda,  texnikanın,  paltarların  və  baĢqa  əĢyaların  üzərindəki 

ZM-i təyin edərkən iĢlədilir. 

Nasos  ucluğunun  gövdəsi  dörd  kəsimlə  qıfvari  hissəyə  birləĢdirilib, 

gövdəyə ĢüĢə silindr geydirilib. Qıfın aĢağı hissəsindəki yiv və xüsusi qayka 

vasitəsilə  ona  sıxıcı  halqa  bənd  edilib  ki,  onu  da  rəzə  ilə  lazımi  vəziyyətdə 

bərkitmək  mümkündür,  ġüĢə  silindrin  -  ucluğun  gövdəsinə.  o,  ucluğun  ısə 

nasosla birləĢmiĢ yerləri iki rezin araqatla kipləĢdirilir. 



Ġndikatorun boracuqları - ZM-i təyin etmək üçündür, içmə doldurucu 

maddə  və  reaktivli  ampulalar  yerləĢdirilib,  ucları  lehimlənmiĢ  ĢüĢə 



borucuqlardan  ibarətdir,  Borucuqlar  rəıagli  halqa  Ģəklində  haĢiyələrlə 

iĢarələnmiĢdir.  Bu  haĢiyələr  həmin  borucuq  vasitəsilə  hansı  zəhərləyici 

maddənin  təyin  edildiyinni  göstərir.  Cihazın  dəstində  üç  növ  indikator 

borııcuqları  olur:  bir  qımuzı  haĢiyəli  və  qırmızı  nöqtəli  borucuqlar  zoman, 

zarin  V-qaz  tipli  ZM-i;  üç  yaĢıl  haĢiyəli  borucuqlar  -  fosgen,  sianid  turĢusu, 

xlorsianı; bir sarı haĢiyəli borucuqlar isə ipritı təyin etmək üçündür. Hər kağız 

kasetdə eyni iĢarəli 10 indikator borucuğu yerləĢir. 

Tüstü əleyhinə süzgəclər - bir qat süzücü materialdan və bir neçə qat 

kapron  parçadan  ibarətdir.  Onlar  tüstünün  və  ya  turĢu  xarakterli  maddə 

buxarları  olan  havada  ZM-i  təyin  etmək,  həmçinin  torpaqda  və  dənəvər 

materiallardakı  zəhərləyici  maddələri  müəyyənləĢdirmək  üçündür.  Süzgəclər 

polietlen kisəcikdə saxlanılır. 

Qoruyucu  qalpaqlar  -  nasos  ucluğu  qıfının  daxili  səthini  davamlı 

zəhərləyici  maddələrlə  çirklənmədən  qorumaq,  habelə  torpağın  və  dənəvər 

maddələrin nümunələrini (problarını) yerləĢdirmək üçündür. 

Qızdırıcı - soyuq havada zəhərləyici maddələri təyin edərkən indikator 

borucuqlarını qızdırmaq  (temperaturu  müsbət 10-15°S-dən aĢağı olan havada 

iprit üçün borucuqları, (0

0

S-dən aĢağı olanda isə zoman borucuqlarını), habelə 



ampulaların  donunu  açmaq  üçündür.  Qızdırıcı  gövdədən  və  patronlardan 

ibatətdir (Ģəkil 3.14). 

Qızdıncının  gövdəsi  burulub  bərkidilən  dibə  malik  plastik  kütləli  üst 

örtükdən  ibarətdir.  Onun  daxilində  bir-birinə  lehimlənmiĢ  dörd  mis 

borucuqdan ibarət nüvə və dairəvi plastik kütlə lövhəcik yerləĢdirilmiĢ, ətrafı 

istilik-izolyasiya materialı ilə örtülmüĢdür. 

 

 


Örtüyün  xarici  səthindəki  iki  çıxıntıda  qızdırıcının  patronunun 

ampulasını  (3)  qırmaq  üçün  mil  (1)  yerləĢdirilir.  Qızdırıcının  patronu  metal 

gilizdən,  məhlul  ampulasından  və  piastik  kütlə  qalpaqdan  ibarətdir.  Gilizin 

dibinə  maqnezium  tozu  tökülmüĢ,  üstü  süzgəc  kağızdan  ibarət  araqatla 

örtülmüĢdür. 

                                          

 

ġəkil 3.14. Qızdırıcı: 



1 - patronları deĢmək üçün mil; 

2 - qızdırıcının gövdəsi; 

3 - qızdırıcının patronu. 

Plastik  kütlə  qalpağın  mərkəzində  baca  vardır;  istifadə  olunmamıĢ 

patronların  bacası  plyonka,  yaxud  polistrol  materialla  örtülü  olur.  Patrondan 

istifadə  edilərkən  məhlul  ampulasını  qırmaq  üçün  mil  məhz  bu  bacaya 

yeridilir. 

Cihazın  dəstində  xüsusi  metal  kasetdə  yerləĢdirilmiĢ  10  ədəd  patron 

(bəzən, 15 patron) olur. 

Ətrafdakı  havanın  temperaturıından  asılı  olaraq  qızdırıcının  yan 

bacalarının daxilində istilik aĢağıdakı hədlərə çatır: 

• mənfi 40°S-dən müsbət 35-85°S-dək, 7-8 dəqiqə ərzində müsbət 20-

30°S-dək soyumaqla; 


• mənfı 20°S-də müsbət 35-85°S, 7-8 dəqiqə ərzində müsbət 30-40°S-

dək soyumaqla. 

 

Qızdırıcının  temperaturu  15-20  dəqiqə  ərzində  müsbət  15  20°S 



hədlərində qalır. 

Cihazı iĢlətməyin ümumi qaydaları. Cihazı iĢə hazırlayarkən: 

• cihazda bütün əĢyaların yerində olduğunu və sazhğını yoxlamaq; 

•  indikator  borucuqları  kasetləri  bu  ardıcıllıqla  yerləĢdirmək:  ən 

yuxarıda - qırmızı haĢiyəli və qırmızı nöqtəsi olan borucuqları; sonra - üç yaĢıl 

haĢiyəli borucuqları; ən altda - sarı haĢiyəli borucuqları; 

•  tüstü  süzgəclərini  polietilen  kisədən,  istismar  üzrə  təlimatı  isə 

cihazdan çıxarmaq lazımdır. 

YürüĢ  zamanı  cihaz  sol  tərəfdə  gəzdirilir  və  qaytan  vasitəsilə  bel 

səviyyəsində bərkidilir. ĠĢlətmək üçün cihazı ön tərəfə çəkirlər. 

Ġndikator borucuqlarını iĢlədərkən "QoĢun kimyəvi kəĢfiyyat cihazının 

(QKKC) istismarı üzrə təlimatda." və boru kasetlərinin üzərindəki göstəriĢləri 

rəhbər tutmaq lazımdır. Nasosun iĢlədilməsi (vurulması) sürəti 1 dəqiqədə 50-

60 hərəkətə bərabərdir. 

Ġndikator borucuqlanndakı doldurucular bir sıra hallarda yalnız nəzərdə 

tutulduğu ZM-in təsirindən deyil, habelə havadakı digər maddələrin təsirindən 

də  rəng  alır.  Belə  hallarda  alınan  rəng,  adətən,  ZM  üçün  nəzərdə tutulandan 

fərqli  olur.  Buna  görə  də  bütün  hallarda  indikator  borucuğundakı 

doldurucunun aldığı rəngi kasetin üzərindəki rənglə müqayisə etmək lazımdır. 

Yüksək  konsentrasiyalı  neytral  və  zəhərli  tüstülər  indikator 

borucuğunda  ZM-in  təsirindən  yaranan  rəngi  dəyiĢdirə  (maskalaya)  bilir. 

Bunun  qarĢısını  almaqdan  ötrü  tüstü  bulıtdunda  cihazla  iĢləyərkən  tüstü 

süzgəcli ucluqdan istifadə edirlər. 



Ġndikator  borucuqlarının  uclarını  belə  açmaq  lazımdır  (Ģəkil  3.15. 

a,b,v): 


• sol əl ilə nasosu, sağ əl ilə indikator borucuğunu götürməli; 

• indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli; 

•  borucuğun  çərtilmiĢ  ucunu  nasosun  baĢlığındakı  məqsəd  üçün  olan 

çökək yerə basmaqla sındırmalı; 

• bu qayda üzrə borucuğun digər ııcunu da açmalı. 

 

 



                       

 

ġəkil 3.15. Ġndikator borucuqları vasitəsilə havada ZM-in təyin 



edılməsı. 

Ġndikator borucuğunun ampulasını qırmaq üçün: 

•  indikator  borucuğunun  açılmıĢ  ucunu  nasosdakı  ampulaqıranın 

borucuğa müvafiq rənglə iĢarələnmiĢ yuvasına yerləĢdirməli; bu zaman nasos 

baĢı  aĢağı  tərəfə  olmaqla  saxlanmalı,  yuvadakı  qırıcı  mil  isə  borucuğun 

içərisinə keçməlidir; 



• borucuğu yüngülcə ampulaqırandakı milə basnıaqla ampulanı qırmalı 

(əzməli); 

•  indikator  borucuğunu  ampulaqıran  yuvadan  çıxarmalı  və  onun 

iĢarələnrniĢ ucundan tutub Ģiddətlə silkələməli. 

Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün: 

•  cihazdzan  ucluğu  götürməli,  onun  gövdəsini  sola  burmaqla  qıf  ilə 

sıxıcı halqa aıasında 2-3 mm-lik araməsafə yaratmalı; 

• tüstü süzgəcini bu araməsafəyə yerləĢdirərək sıxmalı.  

Soyuq  havada  indikator  borucuqlarının  həssaslığı  zəifləyir,qırmızı 

haĢiyə və nöqtəli borucuqlarda isə ampuladakı məhlul donur. Buna görə də qıĢ 

vaxtı borucuqları iĢlədərkən qızdırıcıdan istifadə edilir. 

Qızdıncını iĢə hazırlamaq üçün (Ģəkil 3.16): 

 

•  patronu  qızdıncının  mərkəzi  yuvasına  yerləĢdirib  sonadək  aĢağı 



basmalı; 

• əllə milin baĢlığında təzyiq edərək patrondakı ampulanı qırmalı, mili 

sonadək  aĢağı  basmalı,  fırlatmalı  və  buxarlanma  dayanmayınca  patrondan 

çıxarmamalı. 

                                        

 


ġəkil  3.16.  Qızdıncmı  iĢə  sahnaq  (onun  patronunun  deĢmək)  qaydası 

Patrondan buxar çıxması qızdırıcının nornıal iĢinə dəlalət edir. 

Qızdıncının  iĢinin  səmərəsi  ətrafdakı  temperaturdan  asılı  olur.  Müsbət 

temperaturda qızdırıcı daha səmərəli iĢlədilir, hətta bəzən mayenin patrondan 

kənara  sıçraması  da  mümkündür.  Buna  görə  də  10-15°S-dən  yuxarı 

temperaturda  xüsusi  ehtiyac  olmadan  qızdırıcıdan  istifadə  etmək  məsləhət 

deyil. 

Cihazın fənərindən qaranlıqda iĢləyərkən istifadə edilir. 



Download 0.6 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling