Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Beynəlxalq təşkilatlar yanında dövlətlərin


Download 4.58 Kb.
Pdf ko'rish
bet17/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

6.2. Beynəlxalq təşkilatlar yanında dövlətlərin  
daimi nümayəndəlikləri 
 
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi 
nümayəndəliyi diplomatiya hüququnun nisbətən yeni 
institutlarındandır. Onun yaranması I Dünya müharibəsindən sonra 
ümumdünya miqyaslı siyasi beynəlxalq təşkilatın – Millətlər 
Cəmiyyətinin yaranması ilə bağlıdır.  
Birləşmiş Millətlər Təşkilatının yaranması ilə isə beynəlxalq 
təşkilatlar yanında dövlətlərin nümayəndəliyi institutu yeni inkişaf 
mərhələsinə daxil olur. BMT-nin fəaliyyətinin ilk günlərindən üzv-
dövlətlər burada özlərinin daimi missiyalarını yaratmağa başladılar. 
Bu institutun hüquqi əsasları da elə  həmin dövrdən formalaşmağa 
başlamışdır. 1948-ci il dekabrın 3-də BMT-nin Baş Assambleyasının 
qəbul etdiyi 257(III) qətnamə ilə daimi nümayəndəlik yaratmaq 
praktikasının qanunauyğunluğu təsdiq olundu. Bu qətnamə 
dövlətlərin BMT-də  və onun Avropa şöbələri yanında daimi 
nümayəndəliklərini təsis etmək hüququnu təsdiq edib 
möhkəmləndirir və daimi nümayəndəliyin və daimi missiyaların 
üzvlərinin təyinolunma qaydalarını  və müəyyən dərəcədə hüququ 
statusunu da müəyyən edir.  
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi 
nümayəndəliyi institutunun hüquqi əsasları BMT Nizamnaməsinin 
105-ci maddəsində  də  əks olunmuşdur. Bu maddənin 2-ci bəndində 
deyilir ki, “təşkilat üzvlərinin nümayəndələri də  həmçinin təşkilatın 
fəaliyyəti ilə bağlı öz funksiyalarını müstəqil yerinə yetirə bilməsi 
üçün vacib immunitet və üstünlüklərdən istifadə edirlər”
1
.  
BMT-nin Baş Assambleyası 1946-cı il fevralın 13-də 
Birləşmiş Millətlər Təşkilatının immunitet və imtiyazları haqqında 
Konvensiyanı, daha sonra 1947-ci il 21 noyabrda isə BMT-nin 
ixtisaslaşdırılmış müəssisələrinin immunitet və imtiyazları haqqında 
Konvensiyanı qəbul etmişdir.  
BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il 
Konvensiyasının maddə IV 16-cı bölməsində müəyyən olunur ki, 
“dövlətlərin nümayəndələri” anlayışına bütün nümayəndələr, onların 
müavinləri, müşavirlər, texniki ekspertlər və nümayəndə heyətlərinin 
                                                 
katibləri daxildir. 1946-cı il aprelin 19-da BMT-nin Cenevrədəki 
Avropa  şöbəsinin immunitet və üstünlükləri haqqında BMT-nin baş 
katibi və İsveçrə Federal Şurası arasında bağlanan razılaşmanın 13-cü 
bölməsində də analoji tərif verilmişdir.  
BMT və ABŞ arasında bağlanan və bağlandığı anda BMT-nin 
immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyasına  əlavə 
hesab olunan, 1947-ci il BMT-nin mərkəzi müəssisələrinin 
yerləşməsi haqqında razılaşmaya  əsasən BMT yanında dövlətlərin 
daimi nümayəndələri və nümayəndə heyətlərinin əməkdaşları “uyğun 
şərt və öhdəliklərə  əməl olunmaqla Birləşmiş  Ştatlara akkreditə 
olunan diplomatik nümayəndəliklərə verilən eyni immunitet və 
imtiyazlara malikdir”(maddə V, 15-ci bölmə).  
Müasir dövrdə dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi 
nümayəndəlikləri, xaricdəki diplomatik fəaliyyətin mühüm tərkib 
hissəsinə çevrilmişdir. Bu ilk növbədə BMT yanında dövlətlərin 
daimi nümayəndəliklərinə aiddir. BMT-nin üzv dövlətlərinin böyük 
əksəriyyəti burada öz daimi nümayəndəliklərini təsis etmişlər. Həmin 
orqanların aparatı aid olduğu dövləti BMT-nin müxtəlif orqanlarının 
işində  hərtərəfli təmsil etməklə yanaşı, BMT çərçivəsindən kənarda 
da diplomatik fəaliyyətlə  məşğul olur. Onlar digər dövlətlərin, o 
cümlədən, aralarında normal diplomatik münasibətlər olmayan 
dövlətlərin analoji nümayəndəlikləri ilə  əlaqə saxlayırlar. BMT 
yanında daimi nümayəndəliklərin bu üstünlüyü onun əhəmiyyətini 
daha da artırır.  
Eyni zamanda bir sıra məhəlli beynəlxalq təşkilatların 
nəzdində  də üzv-dövlətlərin daimi nümayəndəlikləri mövcuddur. 
Məsələn,  Ərəb Ölkələri Cəmiyyəti, Amerika Dövlətləri Təşkilatı  və 
s.  
Azərbaycan Respublikasının ilk daimi diplomatik nüma-
yəndəliyi BMT-də təsis olunmuşdur. Nyu-Yorkda BMT-nin mərkəzi 
müəssisələri yanında Azərbaycan Respublikasının daimi nü-
mayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın Avstriya 
Respublikasındakı  səfirliyi Azərbaycanı BMT-nin Vyana şöbəsində 
təmsil edir. İsveçrədə BMT-nin Cenevrə ofisi və buradakı digər 
beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikası, həmçinin 
daimi nümayəndəliyə malikdir 
1
. Qeyd edək ki, Azərbaycan 
                                                 
1
 Крылов С. Б. История создания ООН. М.: ИМО. 1960, ъ. 235 
1
 The list of Azerbaijani Embassies, missions and consulates Abroad. 
 
184 
 
185

orqanıdır.”
1
Respublikasının BMT-nin Cenevrə ofisi və buradakı beynəlxalq 
təşkilatlar yanında diplomatik nümayəndəliyi vasitəsilə daha geniş 
əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq siyasi, hüquqi, iqtisadi, 
hərbi sahələrdə  və  həmçinin elm və  mədəniyyət sferasında həyata 
keçirilir.  
Hər iki tərifdə daimi nümayəndəliklərin və onların 
əməkdaşlarının hüquqi vəziyyətlərinin  əsasını  təşkil edən  əsas və 
həlledici əlamət göstərilmişdir. Bu həmin missiyaların nümayəndəlik 
xarakteridir ki, bundan irəli gələrək onları dövlətlərin xarici əlaqə 
orqanlarına aid edirlər. Səfirliklər kimi onlar da xarici əlaqələrin 
daimi orqanlarına aid edilirlər və  hər bir dövlətin diplomatik xid-
mətinin bir hissəsini təşkil edirlər. Lakin səfirliklərdən fərqli olaraq, 
onlar artıq qeyd etdiyimiz kimi üçtərəfli münasibətlər sahəsində, daha 
dəqiq desək göndərən dövlət – təşkilat – həmin təşkilatın 
qərargahının və ya şöbəsinin yerləşdiyi yerləşmə dövləti iştirak edən 
münasibətlər sahəsində  fəaliyyət göstərirlər. Və buna görə  də 
ikitərəfli diplomatiya sahəsindən fərqli olaraq, təşkilata üzv olarkən 
və ya burada öz nümayəndəliyini təsis edərkən, maraqlı dövlətin başqa 
dövlətlər tərəfindən de-yure tanınmasına və ya diplomatik 
münasibətlərin qurulmasına ehtiyac olmur.  
İnsan hüquqları sahəsində  həmin nümayəndəlik vasitəsilə 
Azərbaycan Respublikası BMT-nin İnsan Hüquqları Komissiyası ilə, 
insan hüquqlarının müdafiəsi və  təşfiq edilməsi üzrə BMT-nin 
Yarımkomissiyası ilə, insan hüquqları üzrə Ali Komissariatla, 
azlıqlar üzrə BMT Yarımkomissiyası ilə, o cümlədən, insan hü-
quqlarının beynəlxalq müdafiəsi ilə  əlaqədar yaradılmış digər 
müxtəlif komitələrlə əməkdaşlıq edir.  
Həmin missiya vasitəsilə ölkəmiz, həmçinin, Ümumdünya 
Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Miqrasiya üzrə Bey-
nəlxalq Təşkilatla, Ümumdünya Ticarət Təşkilatı  ,Əqli Mülkiyyət 
üzrə Ümumdünya Təşkilatı ilə  əməkdaşlıq edir və onların 
strukturlarının sessiyalarında iştirak edir.  
Daimi nümayəndəliklərin təsis olunması qaydaları. Əvvəla, 
yalnız həmin Təşkilatın üzvü olan dövlətlər belə nümayəndəlikləri 
təsis edə bilərlər. Bu təşkilata daxil olmayan, lakin onun işinin 
gedişatından maraqlı olan dövlətlər burada özlərinin daimi 
müşahidəçilər missiyalarını yarada bilərlər.  
Azərbaycan Respublikası, həmçinin Avropa Şurası yanında 
Strasburqda daimi nümayəndəliyini təsis etmişdir.  
Respublikamız, həmçinin  Şimali Atlantika Müqaviləsi 
Təşkilatında daimi müşahidəçi missiyasına, Brüsseldə Avropa İttifaqı 
yanında daimi müşahidəçisinə (Azərbaycan Respublikasının Belçika 
Krallığındakı 
səfiri) malikdir. Azərbaycanın Avstriya 
Respublikasındakı  səfirliyi Azərbaycanı  həmçinin ATƏT-də  də 
təmsil edir. Respublikamız  İslam Konfransı  Təşkilatı  və s. regional 
qurumlarda da öz daimi nümayəndəlikləri vasitəsilə  təmsil 
olunmuşdur.  
1975-ci il Vyana Konvensiyası “daimi nümayəndəliyi” 
beynəlxalq təşkilatların üzvü olan dövlət tərəfindən Təşkilat yanında 
akkreditə edilmiş nümayəndəlik və daimi xarakterli missiya kimi 
müəyyən edir
1
B.V.Qanyuşkinin verdiyi tərifə əsasən “daimi nümayəndəlik - 
beynəlxalq təşkilatda üzv dövləti təmsil etmək üçün, onunla təşkilat 
arasında olan əlaqələri saxlamaq üçün yaradılan suveren dövlətin 
                                                                                                        
 
187
                                                
İkincisi, 1975-ci il Konvensiyasının 5-ci maddəsində qeyd 
olunur ki, Təşkilat yanında dövlətlərin daimi nümayəndəlikləri 
“təşkilatın qaydaları ilə icazə verildiyi” təqdirdə  təsis oluna bilər. 
Doğrudan da bəzi universal xarakterli təşkilatlar, (Beynəlxalq 
Valyuta Fondu; Beynəlxalq  İnkişaf və Yenidənqurma bankı), eləcə 
də, regional təşkilatlar (Afrika Birləşmiş  Təşkilatı) təşkilat yanında 
daimi nümayəndəliklərinin yaradılmasını  nəzərdə tutmur. Bununla 
yanaşı 5-ci maddədəki müddəanı çox dar və hərfi mənada şərh etmək 
düzgün olmazdı. Yəni bu o demək deyildir ki, təşkilatın 
nizamnaməsində  və ya digər təsisat aktında daimi nümayəndəliyin 
yaradılmasının mümkünlüyü birbaşa qeyd olunmalıdır.  Əsas qayda 
kimi burada həmin təşkilatda qəbul olunmuş, daha sonra 
sanksiyalaşdırılmış (məs, qətnamələrdə) adi praktikanı göstərmək 
olar.  
 
Monistry of Foreign Affairs Republic of Azerbaijan Department of State 
Protocol. Baku: 2005. 
1
 Ганюшкин Б. В. Дипломатическое право международных органи-
заций. М.: 1972, с. 2.  
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 250 
 
186 

Üçüncüsü, daimi nümayəndəliklərin yaradılması üzv-döv-
lətlərin öhdəliyi deyil, məhz hüququdur. Dövlətlər öz suveren 
iradələrini hakim tutaraq və maliyyə, kadr və s. məsələləri nəzərə 
alaraq bu məsələni müstəqil həll edirlər. Xüsusilə, qeyd etmək 
lazımdır ki, bu hüquq heç bir diskriminasiya olmadan bütün 
dövlətlərə verilməməlidir.  
Yerləşmə dövlətinin onun ərazisində bu cür daimi nüma-
yəndəliklərin yerləşdirilməsinə olan razılığına gəldikdə isə  hər 
şeydən əvvəl beynəlxalq təşkilat bu nümayəndəliklərin təsis edilməsi 
üçün yerləşmə dövlətindən razılıq almalıdır. Lakin dövlətlər arasında 
diplomatik münasibətlərdən fərqli olaraq, qəbul edən dövlətdən bir 
dəfə alınan razılıq avtomatik olaraq həmin beynəlxalq təşkilat 
yanında öz daimi nümayəndəliyini təsis etmək istəyən bütün 
dövlətlərə  şamil edilir. Gələcəkdə bu və ya digər daimi 
nümayəndəliyin yaradılması üçün hər bir ayrılıqda götürülmüş hal 
üçün xüsusi razılıq tələb olunmur.  
1975-ci il Konvensiyasının 8-ci maddəsi çoxsaylı akkreditədən 
və ya təyinatdan bəhs edir. Bu maddənin müddəalarına uyğun olaraq 
göndərən dövlət bir şəxsi iki və ya bir neçə beynəlxalq təşkilat 
yanında nümayəndəliyin başçısı kimi akkreditə edə bilər və yaxud da 
nümayəndəliyin başçısını özünün digər nümayəndəliyinin diplomatik 
personalının üzvü kimi təyin edə bilər. O, həmçinin, nümayəndəliyin 
diplomatik personalının üzvünü başqa beynəlxalq təşkilat yanında 
nümayəndəliyin başçısı kimi və ya nümayəndəliyin personalının 
üzvü kimi təyin edə bilər. Göstərilən müddəalar daimi 
nümayəndəliklərin personalının sayının azaldılmasına xidmət edir. 
Həmin maddənin 3-cü bəndində deyilir ki, iki və ya bir neçə dövlət 
eyni  şəxsi bir beynəlxalq təşkilatın yanında nümayəndəliyin başçısı 
kimi akkreditə edə bilərlər. Bu müddəa indiyə kimi BMT-də mövcud 
olan praktikaya əsaslanmamışdır. Lakin onun özünün də müsbət 
tərəfləri vardır.  
Daimi nümayəndəliyin funksiyaları 1975-ci il 
Konvensiyasının 6-cı maddəsində  ətraflı müəyyən olunmuşdur. 
Burada, xüsusilə qeyd olunur ki, daimi nümayəndəliyin sadalanan 
funksiyaları tam müfəssəl və  qəti deyildir. Konvensiya yerləşmə 
dövlətinin razılığı ilə digər funksiyaları da mümkün hesab edir.  
Ümumiyyətlə, daimi nümayəndəliklərin gündəlik iş 
fəaliyyətində  həyata keçirdikləri funksiyalar çox rəngarəng və 
hərtərəflidir. 6-cı maddəyə uyğun olaraq daimi nümayəndəliklərin 
funksiyaları, xüsusilə, aşağıdakılardan ibarətdir: göndərən dövlətin 
təşkilat yanında təmsilçiliyini təmin etməkdən; göndərən dövlət və 
təşkilat arasında  əlaqələrin saxlanılmasından; təşkilatla və onun 
çərçivəsində danışıqların aparılmasından; təşkilatda aparılan 
fəaliyyətin araşdırılması və bu haqda göndərən dövlətin hökumətinə 
məlumat verilməsi, göndərən dövlətin təşkilatın fəaliyyətində  iştira-
kını  təmin etməkdən; təşkilata münasibətdə göndərən dövlətin 
maraqlarının müdafiəsindən; təşkilatla və onun çərçivəsində 
əməkdaşlıq yolu ilə  təşkilatın məqsəd və prinsiplərinin həyata 
keçirilməsinə yardım etməkdən.  
Digər dövlətlərin, o cümlədən, aralarında diplomatik mü-
nasibətlər olmayan dövlətlərin daimi nümayəndəlikləri ilə  əlaqələr 
yaratmaq və inkişaf etdirmək funksiyası da getdikcə genişlənir və 
daha çox əhəmiyyət kəsb edir.
1
  Bəzi hallarda öz hökumətlərinin 
tapşırığı ilə bu orqanlar diplomatik münasibətlərin qurulması 
haqqında danışıqlar aparır və razılaşmalar imzalayır.  
Qeyd olunan funksiyalar mahiyyət etibarilə  və onların həyata 
keçirilməsi formasına görə diplomatik nümayəndəliklərin 
funksiyalarına çox yaxındır. Lakin eyni zamanda dövlətin bu xarici 
əlaqə orqanlarına konsulluq, diplomatik müdafiə kimi funksiyaların 
həvalə edilməsini də qanunauyğun hesab etmək olmaz. Məlum 
olduğu kimi konsul münasibətləri maraqlı dövlətin qarşılıqlı razılığı 
ilə onlar arasında imzalanmış razılaşma əsasında qurulur və əgər bir 
və ya bir neçə dövlət qarşılıq tələb etmədən daimi nümayəndəliklərə 
öz ərazilərində konsul funksiyalarını həyata keçirməyə icazə verirsə, 
digər dövlətlər bununla razılaşmaya da bilər və daimi 
nümayəndəliklərin göstərilən hüququnun tanınmasına onları  məcbur 
etmək hüquqa ziddir.  
Analoji fikir Konvensiyanın layihəsi müzakirə olunan zaman 
diplomatik müdafiə funksiyasına münasibətdə  də söylənmişdir. 
Məsələn,  İsrailin nümayəndəsi  Ş.Rozen beynəlxalq hüquq ko-
missiyasında belə fikir irəli sürmüşdür ki, göndərən dövlətin 
vətəndaşına vurulmuş  zərərə görə beynəlxalq təşkilatın beynəlxalq 
 
189
                                                 
1
 Müxtəlif dövlətin daimi nümayəndəlikləri arasında məhz bu 
münasibətləri bəzi hüquqşünaslar, məsələn, M.Bartau “kollektiv 
diplomatiya” adlandırmağı təklif edirdi. (Bax, YİLC, 1968. vol. p. 44) 
 
188 

məsuliyyətinə aid olan məsələlərdə daimi nümayəndəlik “kvazidiplo-
matik müdafiə” həyata keçirə bilər. 
1
 Belə  vəziyyət istisna hallarda 
yer ala bilər və daimi nümayəndəliklərin diplomatik müdafiə həyata 
keçirmək hüququnu ümumi qaydaya aid etmək doğru olmaz. Məlum 
olduğu kimi əksər hallarda belə müdafiə uyğun dövlətin diplomatik 
nümayəndəlikləri və konsulluqları tərəfindən müvəffəqiyyətlə həyata 
keçirilə bilər.  
Bu və ya digər səbəbdən, məsələn, qəbul edən dövlətlə dip-
lomatik münasibətlərin olmaması səbəbindən göndərən dövlət qəbul 
edən dövlətin orqanları qarşısında öz vətəndaşlarının müdafiəsini 
burada yerləşən beynəlxalq təşkilat yanındakı öz daimi 
nümayəndəliyinə yalnız yerləşmə dövlətinin razılığı ilə  həvalə edə 
bilər.  
Diplomatik münasibətlərin mövcud olması halında isə  əgər 
dövlət diplomatik müdafiə funksiyasını  səfirliyə deyil, bu ölkədəki 
daimi nümayəndəliyə həvalə etmək istəyirsə bunun üçün də yerləşmə 
dövlətinin səssiz formada da olsa razılığı vacibdir. Əks halda dövlətin 
hüquq bərabərliyi pozulmuş olardı. Belə ki, göndərən dövlət 
yerləşmə dövlətinin ərazisində səfirlikdən başqa diplomatik müdafiə 
funksiyasını  həyata keçirən daha bir orqana malik olmuş olardı  və 
sonuncunun isə belə bir hüququ mövcud olmayacaqdı.  
Dövlətin bu kateqoriya daimi nümayəndəliklərinin də öz 
funksiyalarını həyata keçirə bilmələri üçün uyğun əməkdaşlar ştatına 
ehtiyacı olur. Konvensiyanın 13-cü maddəsi  nümayəndəliyin 
tərkibini müəyyən edir. Əməkdaşların kateqoriyalarının 
adlandırılması demək olar ki, səfirliklərlə eynidir. Daimi 
nümayəndəliklər, nümayəndəliyin başçısından başqa diplomatik 
personaldan, inzibati-texniki personaldan və xidmətçi personaldan 
ibarət olurlar. Onların özünəməxsus xüsusiyəti isə ondan ibarətdir ki, 
daimi nümayəndəliklərin tərkibində daimi nümayəndələrin rəsmi 
müavinlərinə də rast gəlinir.  
Bildiyimiz kimi, səfirliyin diplomatik personalının üzvü 1961-
ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 1-ci 
maddəsinin müəyyən etdiyi kimi diplomatik rütbəyə malik olan 
şəxsdir. Daimi nümayəndəliklərin diplomatik personalının üzvü isə 
1975-ci il Konvensiyasında göstərildiyi kimi, daimi nümayəndəliyin 
                                                 
personalının ekspertlər və müşavirlər də daxil olmaqla diplomatik 
statusa malik olan üzvləridir (maddə1). Bu müddəa  əsas fərqi  əks 
etdirir. Bu fərq xaraktercə siyasi təşkilat olan BMT-nin özündə o 
qədər də  bəlli olmur. Çünki, buradakı daimi nümayəndəliklərdə 
əsasən kadrlı, peşəkar diplomatlar çalışır və onlar bu və ya digər 
diplomatik rütbəyə malik olurlar. Qeyd olunan xüsusiyyət BMT-nin 
ixtisaslaşmış qurumlarında, AEBA-da özünü daha qabarıq göstərir. 
Belə ki, bu cür konkret yönlü qurumlar onun fəaliyyətinə xüsusi 
mütəxəssislərin cəlb olunmasını  tələb edir. Onların hamısı isə, təbii 
ki, kadrlı diplomat ola bilməz.  
Daimi nümayəndəliyin inzibati – texniki və xidmətçi personalı 
səfirlik və missiyalarda olduğu kimi nümayəndəliyin inzibati – 
texniki və xidməti vəzifələrini həyata keçirirlər.  
Adıçəkilən üç kateqoriyadan ibarət olan nümayəndəliyin 
tərkibinin sayı Konvensiyada aşağıdakı kimi nizamlanır: 14-cü 
maddədə deyilir ki, “nümayəndəliyin personalının sayı  təşkilatın 
funksiyalarını, həmin nümayəndəliyin təlabatını  və yerləşmə 
dövlətində mövcud şərait və  şərtləri nəzərə almaqla normal və 
ağlabatan olan həddi aşmamalıdır”.  
Təqdirəlayiq haldır ki, daimi nümayəndəliyin personalının 
sayını müəyyən edən 14-cü maddədə 1961-ci il Diplomatik əlaqələr 
haqqında Vyana Konvensiyasından fərqli olaraq, yerləşmə dövlətinin 
personalın sayını birtərəfli qaydada məhdudlaşdırmaq hüququ təsbit 
olunmamışdır. Bu maddədə qeyd olunan “normal və  ağlabatan” 
həddin kim tərəfindən müəyyən olunması  məsələsinə  gəldikdə isə, 
BHK mübahisəli hallarda danışıqların labüdlüyünü xüsusi 
vurğulamışdır. Danışıqlarda hər üç tərəf göndərən dövlət – 
beynəlxalq təşkilat- qəbul edən dövlət iştirak etməlidir.  
Konvensiyanın 73-cü maddəsində qoyulan daha bir tələbə 
əsasən daimi nümayəndəliyin başçısı  və onun diplomatik personalı 
“prinsipcə göndərən dövlətin vətəndaşları olmalıdırlar.” Onlar 
yerləşmə dövlətinin icazəsini almadan onun vətəndaşları arasından 
seçilə bilməzlər. Bu icazəni isə yerləşmə dövləti istədiyi zaman ləğv 
edə bilər.  
Nümayəndəliyin  əməkdaşlarının  təyin olunması qaydasına 
gəldikdə isə uzun müzakirələrdən sonra 9-cu maddədə 14 və 73-cü 
maddələri nəzərə almaqla daimi nümayəndəliklərin  əməkdaşlarının 
göndərən dövlət tərəfindən azad təyin olunması prinsipi əks olundu. 
1
 YİLC,1968. vol. p. 44 
 
190 
 
191

Artıq  əvvəl də qeyd etdiyimiz kimi, daimi nümayəndəliklərin 
başçıları yerləşmə dövlətinə akkreditə olunmadıqları üçün onlara 
aqreman da tələb olunmur. (onlar eyniylə BMT-nin Baş katibi yanına 
və ya beynəlxalq təşkilatın digər ali vəzifəli  şəxsləri yanına da 
akkreditə olunmurlar). Daimi nümayəndəliklərin başçıları bu sahədə 
münasibətlərin üçtərəfli xarakterinə  əsasən xüsusi hüquqi statusa 
malikdirlər ki, buna görə  də onlar yalnız beynəlxalq təşkilatların 
özlərinin yanında akkreditə oluna bilərlər. Lakin bu halda belə 
“akkreditə olunmaq” termini şərtidir. Belə ki, daimi nümayəndənin 
təyin olunmasının bütün prosesi təşkilat tərəfindən nəzarəti nəzərdə 
tutmur.  
Beynəlxalq Hüquq Komissiyası onun XXI sessiyasının işi 
haqqında hesabatında bu məsələyə xüsusi diqqət yetirmişdir. 
“Beynəlxalq təşkilat yanında dövlətin nümayəndəsi, həmin ölkəyə 
akkreditə olunmuş diplomatdan fərqli olaraq, öz dövlətinin yerləşmə 
dövlətindəki nümayəndəsi deyildir. Beynəlxalq təşkilat yanında 
dövlətin nümayəndəsi dövləti təşkilat yanında təmsil edir” .  
Beynəlxalq təşkilatın baş katibi və ya digər vəzifəli şəxsləri də, 
həmçinin göndərən dövlətin öz daimi nümayəndələrini və onun 
personalını sərbəst müəyyən etmək hüququnu məhdudlaşdıra bilməz. 
L.Qross bununla əlaqədar yazır ki, “daimi nümayəndələr öz 
səlahiyyətlərini baş katibə  təqdim etsələr də, onun yanına akkreditə 
olunmurlar, belə ki, bu, üzv-dövlətlərin təyin etdikləri nümayəndələri 
qəbul etməmək və ya onlar üzərində nəzarət həyata keçirmək hüququ 
demək olardı. Baş katibin heç bir belə hüququ suveren dövlətlər 
tərəfindən tanınmır”.  
Daimi nümayəndəliklərin başçılarının təyin olunması 
məsələsindən sonra, onun səlahiyyətləri məsələsinə baxaq. 1975-ci il 
Konvensiyası təsdiq edir ki, daimi nümayəndənin təyinini təsdiq edən 
səlahiyyətləri dövlət başçısı  və ya hökumət başçısı  və yaxud xarici 
işlər Naziri, və yaxud da əgər bu Təşkilatda qəbul olunmuş praktika 
ilə icazə verilirsə  hər hansı bir digər səlahiyyətli nazir tərəfindən 
verilir. Daha sonra bu səlahiyyətlər haqda müəyyən olunmuş qaydada 
Təşkilatın səlahiyyətli orqanına xəbər verilir. (Məs, BMT-də daimi 
nümayəndələr öz səlahiyyətlərini Baş katibə təqdim edirlər).  
Ümumiyyətlə, hansı orqanın səlahiyyətlər verməsi məsələsi 
hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur. Azərbay-
can Respublikasının konstitusiyasının 109-cu maddəsinin 15-ci 
bəndinə  əsasən prezident Azərbaycan Respublikasının beynəlxalq 
təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.  
Hesab olunur ki, əgər dövlət verdiyi səlahiyyətlərdə başqa cür 
müəyyən etməyibsə, o zaman onun daimi nümayəndəsi həmin dövləti 
bəzi xüsusi tələb qoyulan orqanlardan başqa (Təhlükəsizlik Şurası və 
s.) BMT-nin bütün başqa orqanlarında təmsil etmək hüququna malik 
olur.  
Daimi nümayəndənin səlahiyyətləri ona heç bir vəkalət 
olmadan ex officio, onu göndərən dövlətlə yanında fəaliyyət 
göstərdiyi təşkilat arasında müqavilənin hazırlanmasında və 
qəbulunda iştirak etmək hüququ verir. Belə  qəbuletmənin 
formalarından biri, məsələn, müqavilənin mətnini təsdiq edən BMT-
nin hər hansı bir orqanının qətnaməsinə səs verməsi ola bilər. Lakin 
bu müqavilənin son imzalanması üçün və hətta onun ad referendum 
imzalanması üçün daimi nümayəndəyə xüsusi vəkalət tələb olunur. 
Müqavilənin imzalanması üçün səlahiyyətlərin BMT katibinin hüquq 
bürosuna müqaviləni imzalamadan 24 saat öncə  təqdim olunması 
tövsiyə olunur.  
BMT-nin ixtisaslaşdırılmış qurumları və AEBA yanında daimi 
nümayəndəliklərin səlahiyyətlərinin təqdim olunması praktikası da, 
bəzi xüsusiyyətlər nəzərə alınmaqla, analojidir. Məsələn, dövlət 
başçısı, hökumət başçısı  və  ya  xarici  işlər naziri tərəfindən verilən 
səlahiyyətlərlə yanaşı, bir sıra ixtisaslaşdırılmış qurumlarda 
səlahiyyətlər həmin qurumun fəaliyyət predmeti ilə  əlaqəli olan 
nazirliklərin rəhbərləri tərəfindən verilir. İKAO-da, məsələn, daimi 
nümayəndəliklərin səlahiyyətləri aviasiya, nəqliyyat və ya yol 
əlaqələri naziri tərəfindən imzalana bilər. BƏT-də daimi nü-
mayəndənin təyin olunması barəsində baş direktora məlumat vermək 
kifayətdir, FAO-da uyğun dövlətin Romadakı diplomatik 
nümayəndəliyinin başçısı tərəfindən xəbərdarlıq edilir.    
Müqavilə və konvensiyanın imzalanması üçün YUNESKO və 
BƏT-dən başqa bütün ixtisaslaşdırılmış qurumlar tərəfindən xüsusi 
vəkalət tələb olunur.  
Təyinolunma prosesini bitirən mərhələ - onun haqqında bildiriş 
verməkdir. Göndərən dövlət öz daimi nümayəndəliyinin 
əməkdaşlarının baş tutmuş təyinatı haqqında, onların vəzifələri, rütbə 
və birinciliyi haqda və onların gəlişi haqda Təşkilatı  xəbərdar 
etməlidir. Bundan sonra Təşkilat həmin məlumatı yerləşmə dövlətinə 
 
192 
 
193

ötürür ki, sonuncusu onları immunitet və üstünlüklərdən istifadə edən 
şəxslərin siyahısına daxil etsin.  
İndi də daimi nümayəndəliklərin  əməkdaşlarına tapşırılan 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling