Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet1/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   42

Həcər Adil qızı Qasımova 
Elmi redaktor:  
h.e.d., dos. MƏMMƏDOV R.F.  
 
 
Rəyçilər:   h.e.d., 
dos. 
ƏLİYEV Ə.İ.  
 
h.e.n. QƏMBƏROV H.D.  
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XARİCİ ƏLAQƏLƏR HÜQUQU 
 
H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: 
«Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.  
 
Dərslik 
 
 
 
 
 
 
 
Dərslikdə xarici əlaqələr hüququnun mühüm nəzəri və praktiki 
problemləri araşdırılır, Azərbaycan Respublikasının praktikasında 
xarici  əlaqə orqanları (dövlətdaxili orqanlar, diplomatik 
nümayəndəliklər, konsulluqlar, xüsusi missiyalar, beynəlxalq 
təşkilatlardakı nümayəndələr), onların fəaliyyətini tənzimləyən prin-
sip və normalar öyrənilir. 
Azərbaycan Respublikası  Təhsil 
Nazirinin 25.02.2008-ci il tarixli 266 
saylı  əmri ilə  dərslik kimi təsdiq 
edilmişdir. 
 
 
Dərslik Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası, o 
cümlədən hüquq ixtisası üzrə  təhsil alan tələbələr üçün nəzərdə tu-
tulmuşdur. 
 
 
 
 
 
 
 
2008
017
017
07
658
03
1207000000





)
(
M
Q
 
 
 
 
 
 
 
 
 
BAKI – 2008 
 
1
©
 «Bakı Universiteti» nəşriyyatı, 2008 

MÜNDƏRİCAT 
4. 6. 2. Funksiyaların həyata keçirilməsi vasitələri................137 
V FƏSİL. Diplomatik immunitet və imtiyazlar .......................141 
 
GİRİŞ...........................................................................................3 
5. 1. Diplomatik immunitet və diplomatik  
         imtiyaz anlayışları ...............................................................141 
 
I FƏSİL. Dövlətin xarici əlaqələrinin hüquqi təşkili ...............9 
5. 2. Diplomatik immunitet və imtiyazların nəzəri  
1. 1. Beynəlxalq hüquq, xarici siyasət və diplomatiyanın  
         əsaslandırılması problemi ....................................................143 
        qarşılıqlı əlaqəsi....................................................................9 
5. 3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları.........148 
1. 1. 1. Beynəlxalq sistemdə siyasət və hüquq.....................9 
5. 3. 1. Binanın və nəqliyyat vasitələrinin toxunulmazlığı......... 148 
1. 1. 2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi....... 11 
5. 3. 2. Arxiv və sənədlərin toxunulmazlığı ...........................153 
1. 2. Dövlətin xarici əlaqələri və xarici əlaqələr hüququ..............13 
5. 3. 3. Nümayəndəliyin vergi və gömrük imtiyazları ...........154 
1. 3. Xarici əlaqələr hüququnun müasir təbiəti ............................16 
5. 3. 4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ............155 
 
5. 4. Nümayəndəliyin personalının şəxsi immunitet  
II FƏSİL. Xarici əlaqələr hüququnun mənbələri ....................20 
         və imtiyazları .......................................................................156 
2. 1. Diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq  
5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları .......156 
         hüququn prinsip və normaları..............................................20 
a) şəxsi toxunulmazlıq .......................................................156 
2. 2. Konsul fəaliyyətini tənzimləyən beynəlxalq  
b) iqamətgahın, şəxsı kağız və yazışmaların,  
        hüququn prinsip və normaları...............................................47 
    əmlakın toxunulmazlığı .................................................159 
2. 3. Dövlətdaxili qanunvericilik və xarici əlaqələr hüququ.........58 
c) yurisdiksiyadan immunitet ............................................160 
 
d) Vergi və gömrük imtiyazları .........................................163 
III FƏSİL. Dövlətdaxili xarici əlaqə orqanları ........................76 
5. 4. 2. İmmunitet və imtiyazlardan istifadə edən  
3. 1. Konstitusion orqanlar ...........................................................76 
            digər kateqoriyalar .....................................................166 
3. 1. 1. Prezident ....................................................................76 
 
3. 1. 2. Hökumət və hökumət başçısı .....................................85 
VI FƏSİL. Beynəlxalq təşkilatların diplomatiya hüququ.......171 
3. 1. 3. Qanunverici orqan .....................................................88 
6. 1. Beynəlxalq təşkilat və konfranslarda dövlətlərin  
3. 2. Xüsusi orqanlar.....................................................................96 
        nümayəndələri anlayışı və onların hüquqi statusunun  
3. 2. 1. Xarici Işlər Nazirliyi ..................................................96 
        fərqli xüsusuiyyətləri ............................................................171 
3. 2. 2. İxtisaslaşdırılmış orqanlar ..........................................103 
6. 2. Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi  
 
IV FƏSİLDaimi diplomatik nümayəndəliklərin təşkili və  
        nümayəndəlikləri ..................................................................178 
                   fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi ....108 
6. 3. Beynəlxalq təşkilatın orqan və konfranslarında  
4. 1. Tanınma, diplomatik münasibətlərin qurulması  
        dövlətlərin nümayəndə heyətləri ..........................................188 
         və diplomatik nümayəndəliklərin təsis olunması ...............108 
6. 4. Müşahidəçilərin hüquqi statusu ............................................191 
4. 2. Diplomatik missiyanın başlanması və bitməsi .....................113 
6. 5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı  
4. 3. Diplomatik dərəcələr, rütbələr və vəzifələr ..........................119 
         nümayəndələrinin immunitet və imtiyazları........................196 
4. 4. Diplomatik nümayəndəliyin personalı..................................122 
 
4. 5. Nümayəndəliyin strukturu. Diplomatik korpus ....................125 
VII FƏSİL. Xüsusi missiyalar hüququ.....................................206 
4. 6. Diplomatik nümayəndəliyin funksiyaları və onların  
7. 1. Xüsusi missiyalar institutunun anlayışı  
        həyata keçirilmə vasitələri ....................................................129 
        və tarixi inkişafı....................................................................206 
4. 6. 1. Nümayəndəliyin funksiyaları.....................................129 
7. 2. Xüsusi missiyaların təsnifatı və onların təşkili və  
 

 
3

        fəaliyyətinin beynəlxalq hüquqi əsasları ..............................209 
 
GİRİŞ 
7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri ....................217 
VIII FƏSİL. Konsulluq hüququ................................................220 
 
8. 1. Konsul münasibətlərinin yaradılması və konsul  
Xarici  əlaqələrdə  iştirak etmək hüququ, öz xarici əlaqə 
orqanları vasitəsilə beynəlxalq aləmdə  təmsil olunmaq hüququ 
dövlətlərin suverenliyindən irəli gələn ən mühüm hüquqlardandır.  
        nümayəndəliklərinin təsis edilməsi ......................................220 
8. 2. Konsul missiyasının başlanması və bitməsi.  
         Konsulluğun personalı, konsul korpusu ..............................224 
Dövlətlərin beynəlxalq sistemdəki yeri və mövqeyi müəyyən 
mənada onların tarixi taleləri, öz xarici əlaqələrini hansı formada 
həyata keçirmələrindən, diplomatik məharətlərindən və diplomatik 
xidmətlərinin təşkili və fəaliyyəti səviyyəsindən asılıdır.  
8. 3. Fəxri konsul institutu............................................................228 
8. 4. Konsul funksiyaları ..............................................................231 
8. 5. Konsul immunitet və imtiyazları .........................................235 
8. 5. 1. Konsul nümayəndəliklərinin immunitet  
18 oktyabr 1991-ci il Konstitusiya Aktının qəbul edilməsi ilə 
öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respub-
likası üçün də müstəqil xarici siyasət yeritmək, beynəlxalq birliyə 
daxil olmanın öz yollarını  işləyib hazırlamaq, dövlətlərarası mü-
nasibətlərin əsas istiqamətlərini müəyyən etmək kimi geniş imkanlar 
açılmışdı. Müstəqillik və suverenlik Azərbaycan Respublikasına 
dünya birliyinə inteqrasiya olmaq, bütün dövlətlərlə bərabər əsaslarla 
qarşılıqlı münasib əlaqələr yaratmaq imkanı bəxş etdi.  
             və imtiyazları ..........................................................236 
8. 5. 2. Konsul vəzifəli şəxslərinin immunitet  
             və imtiyazları ..........................................................239 
  
Əlavələr 
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası.....................246 
Konsul əlaqələri haqqında Vyana Konvensiyası ..........................264 
Xüsusi Missiyalar haqqında Konvensiya .....................................297 
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il oktyabr ayının 
10-da prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə 
mərasimindəki çıxışında qeyd etmişdir ki, "respublikamızın qarşıs-
ında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya 
miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridil-
məsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz bir-
inci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə 
yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, 
qarşılıqlı faydalı  əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu 
əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq möv-
qelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, 
elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək-
dən ibarətdir”
1
. Müstəqil Azərbaycanın yeni rəhbərliyi tərəfindən 
həyata keçirilən sülhsevər xarici siyasət kursu beynəlxalq aləmdə 
geniş qəbul edilmişdir
2
.  
Dövlətlərin Universal xarakterli beynəlxalq təşkilatlarla  
münasibətlərində nümayəndəliyi haqqında  
Vyana Konvensiyası.....................................................................318 
Birləşmiş Millətlər Təşkilatının immunitet və  
imtiyazları haqqında Konvensiya .................................................360 
Diplomatik xidmət haqqında  
Azərbaycan Respublikasının Qanunu...........................................366 
Azərbaycan Respublikasının səfirliyi haqqında Əsasnamə..........380 
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi.....................388 
Azərbaycan Respublikasının Konsulluğu haqqında  
Əsasnamə......................................................................................407 
Azərbaycan Respublikasının Ştatdankənar (fəxri)  
konsulu haqqında Əsasnamə ........................................................417 
Azərbaycan Respublikası və Özbəkistan Respublikası  
arasında Konsulluq Konvensiyası ................................................434 
 
5
                                                 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  
1
 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997, səh. 205 
haqqında Əsasnamə ......................................................................464 
2
  Шукуров  И.  Дипломатия  мира.  Об  итогах  визитов  президента 
Азербайджанской  Республики  Гейдара  Алиева  в  зарубежные  страны 
(1993-1997 гг. ). Изд-во «Азербайджан», Баку, 1997, ъ. 11.  
İstifadə olunmuş ədəbiyyat siyahısı..............................................472 
 
 


Totalitar sistem şəraitində beynəlxalq arenaya birbaşa çıxış 
imkanlarından illərlə məhrum olmuş respublikamız üçün təbii ki, bu, 
tamamilə yeni fəaliyyət sferası idi. Uzun illərdən bəri asılılıq 
şəraitində yaşayıb yenicə müstəqillik əldə etmiş bir xalq, bir respub-
lika üçün indiki qarışıq dünyada düzgün xarici siyasət xətti müəyyən 
etmək və  uğurla həyata keçirmək son dərəcə  çətin bir iş idi. 
Azərbaycan nəinki heç bir dövlətdə və beynəlxaq təşkilatda müstəqil 
dövlət kimi təmsil olunmur, hətta xarici siyasət sahəsində mütəxəssis 
kadrlar hazırlayacaq heç bir instituta belə malik deyildi.  
Bu gün Azərbaycan diplomatiyasının səsi dünyanın bütün 
qitələrindən, planetimizin onlarla ölkəsindən gəlir. Azərbaycan 
hazırda 158 ölkə ilə diplomatik əlaqələr qurmuşdur. Ölkəmizdə 34 
dövlətin diplomatik nümayəndəliyi və konsulluğu, 10-dan çox bey-
nəlxalq təşkilatın nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın 
xarici ölkələrdəki səfirliyi, daimi nümayəndəliyi və baş konsullu-
qlarının sayı artıq 54- ü keçmişdir.  
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və 
təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk günlərin-
dən yaradılmışdır.  
Respublikamız beynəlxalq hüququn subyektinə çevrildikdən 
sonra yaranan ən zəruri məsələlərdən biri onu xarici əlaqələrdə təmsil 
edəcək xüsusi orqanlar sisteminin yaradılması idi. Bu məqsədlə ölkə 
daxilində xarici əlaqələrin dövlətdaxili orqanları sistemini yaratmaqla 
yanaşı, xarici əlaqələrin xarici orqanları – Azərbaycan Respublikası-
nın səfirlikləri, missiyaları, beynəlxalq təşkilatlardakı nümayəndələri, 
konsulluqları də təsis olunmağa başlanmışdır.  
Digər tərəfdən paralel olaraq Azərbaycan Respublikasının xa-
rici siyasət fəaliyyətini, diplomatik xidmət orqanlarının təşkili və 
fəaliyyətini tənzimləyən qanunların, normativ hüquqi aktların qəbul 
edilməsi, xarici əlaqə orqanlarının yaradılması  və  fəaliyyətini 
tənzimləyən mühüm beynəlxalq konvensiyalara, sənədlərə qoşulması 
zərurəti də yaranırdı.  
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və 
təşkilati  əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk 
günlərindən yaradılmışdır. Lakin bu sahəd hələ görülməli olan bir 
çox işlər qabaqdadır. Sevindirici haldır ki, öncəki araşdırmalarımız 
nəticəsində təklif kimi irəli sürdüyümüz bir sıra dövlətdaxili qanun-
vericilik aktları (Azərbaycan Respublikasının Səfirliyi haqqında 
Əsasnamə, Azərbaycan Respublikasının Konsulluğu haqqında 
Əsasnamə və s.) bu gün Milli Məclis tərəfindən qəbul edilmişdir.  
Bu mürəkkəb prosesin ən mühüm tərkib hissələrindən biri isə 
beynəlxalq aləmdə milli maraqları qorumağı bacara bilən peşəkar 
diplomat kadrların hazırlanması üçün ali tədris müəssisələrinin 
yaradılması idi.  
Hal-hazırda Respublikamızı dünyada layiqli təmsil edə biləcək 
beynəlxalq hüquqşünasları yetişdirən mühüm tədris müəssisələri 
mövcuddur ki, hazırki dərslik də  məhz bu mütəxəssislərin uyğun 
sahədəki vacib biliklərə yiyələnməsinə xidmət edir.  
Xarici  əlaqələr hüququnun nəzəri və praktiki problemlərinin 
öyrənilməsi, xarici əlaqə orqanlarının təşkili və fəaliyyətinin milli və 
beynəlxalq hüquqi əsaslarının araşdırılması, ölkəmizin öz 
müstəqilliyinin ikinci onilliyinə inamla qədəm qoyduğu bu gü-
nümüzdə, xüsusilə vacibdir. Azərbaycanın xarici siyasətinin uğurları 
bu məsələnin həllindən birbaşa asılıdır.  
    
 
 
 
 
 

 
7

I FƏSİL 
 
DÖVLƏTİN XARİCİ ƏLAQƏLƏRİNİN 
HÜQUQİ TƏŞKİLİ 
 
 
1.1.Beynəlxalq hüquq, xarici siyasət və  
diplomatiyanin qarşılıqlı əlaqəsi 
 
Beynəlxalq hüquq, xarici siyasət və diplomatiya təkcə bir- biri 
ilə sıx bağlı olan deyil, həmçinin, bir çox baxımdan kəsişən anlayış-
lardır. Buna görə də onlardan hər hansı birinin ayrılıqda tədqiq olun-
ması qeyri-mümkündür.  
Beynəlxalq hüququn xarici siyasət və diplomatiya ilə qarşılıqlı 
əlaqəsi beynəlxalq hüququn mühüm nəzəri problemlərindən birini 
təşkil edir. Bu qarşılıqlı əlaqə problemini daha ümumi xarakterli iki 
məsələnin – siyasət və hüququn qarşılıqlı əlaqəsi və xarici siyasət və 
diplomatiyanın qarşılıqlı əlaqəsi şəklində araşdırmaq olar.  
 
1.1.1. Beynəlxalq sistemdə siyasət və hüquq 
Siyasət geniş  və çoxşaxəli bir anlayışdır. ”Siyasət” sözü yun-
anca politika sözündən götürülüb dövləti idarə etmək məharəti 
mənasını verir. Müasir anlamda bu termin dövlətin həyata keçirdiyi 
kurs, dövlət fəaliyyətinin müəyyən istiqaməti deməkdir.  
Siyasət anlayışı dövlətin fəaliyyətinin məqsəd və prinsiplərini 
və onun həyata keçirilməsinin üsul və vasitələrini  əhatə edir. 
Bütövlükdə siyasət dövlətin həyatının ən müxtəlif sferalarına dəlalət 
edir. Ümumi siyasət anlayışı ilə yanaşı bu və ya digər konkret sahəni 
əhatə edən iqtisadi siyasət, mədəni siyasət kimi xüsusi anlayışlar da 
mövcuddur.  
Hər bir dövlətin siyasəti tətbiq olunma sferasına müvafiq 
olaraq onun daxili və xarici siyasətinə bölünür. Həm daxili, həm də 
xarici siyasət eyni ali dövlət orqanları – dövlət başçısı, hökumət və s. 
vasitəsilə idarə olunur. Lakin müxtəlif sferalarda reallaşdığına görə 
onların həyata keçirilməsinin üsul və vasitələri də müxtəlif olur.  
Xarici siyasət beynəlxalq sistemdə reallaşır və burada o, digər 
dövlətlərin, xarici siyasətləri ilə qarşılıqlı  əlaqədə olur. Dövlətin 
xarici siyasət fəaliyyəti təkcə daxili faktorlarla deyil, həmçinin 
beynəlxalq sistemin vəziyyəti ilə də müəyyən olunur.  
Bütövlükdə xarici siyasət anlayışı geniş anlayış olub aşağıdakı 
elementləri özündə  cəmləşdirir: xarici siyasət kursu, xarici siyasət 
doktrina və konsepsiyaları, xarici siyasəti həyata keçirən orqanlar və 
dövlətin xarici siyasət fəaliyyəti.  
Xarici siyasət və beynəlxalq hüququn qarşılıqlı  əlaqəsi prob-
lemi mahiyyətcə beynəlxalq sistemdə siyasət və hüququn qarşılıqlı 
əlaqəsi problemidir.  
Hər hansı bir siyasətin nəticəsi kimi yaranan münasibətlər 
məhz hüquq normalarının köməyi ilə qorunub saxlanılır və 
möhkəmləndirilir. Siyasət öz birbaşa ifadəsini hüquqda tapır.  
Hüquq normaları siyasi qərarlara məcburi xarakter verməklə 
yanaşı, həmçinin özündən öncə mövcud olan hüquq prinsiplərinə 
əsaslanır.  
Hüquq, siyasətin nəticələrini möhkəmləndirməklə  və eyni 
zamanda onun reallaşdırılmasının təşkilati formalarını yaratmaqla 
yanaşı, digər tərəfdən siyasətin öz üzərində fəal təsirini də hiss edir. 
Onların qarşılıqlı  əlaqəsində siyasət prioritetə malikdir. Belə ki, 
hüquq normalarının yaradılması, onun məzmununun müəyyən 
edilməsi ilə yanaşı, siyasət, həmçinin hüququn həyata keçirilməsi 
prosesinin məzmununu da müəyyən edə bilir. Bəzən müxtəlif 
şəraitlərdə hüququn tətbiq edilməsi prosesində onun məzmunu 
dəyişikliyə uğrayır.  
Beləliklə, hüquq və siyasətin qarşılıqlı  əlaqəsi həm hüqu-
qyaratma, həm də hüquqtətbiqetmə proseslərində özünü büruzə verir. 
Siyasi münasibətlər nəticəsində yaranan hüquq normaları elə  həmin 
siyasi münasibətlərin tənzimlənməsinə xidmət edir.  
Mahiyyətcə bütün beynəlxalq hüquqi aktlar təkcə hüquqi deyil, 
həmçinin siyasi xarakter daşıyır. Onların doğurduğu münasibətlər də 
eyni zamanda həm hüquqi, həm də siyasi münasibətlərdir. Amerikalı 
müəllif L. Henkin yazır ki, “bütün norma və öhdəliklər öz əsaslarına 
görə siyasidirlər, onlara əməl etmək, həmçinin onları  şüurlu surətdə 
pozmaq – siyasi aktdır, xarici siyasət aktıdır”.  
Doğrudan da beynəlxalq hüquq normalarının pozulması, həm 
də onlara əməl olunması xarici siyasət fəaliyyətində ifadə olunur və 
dövlətin uyğun qərarı isə xarici siyasət qərarıdır.  
 

 
9

Beynəlxalq sistemdə hüquq və siyasətin qarşılıqlı 
münasibətlərinin nəzəri cəhətdən düzgün müəyyən olunması mühüm 
praktiki əhəmiyyətə malikdir.  
Bu narahat dövrümüzdə  ən realist xarici siyasət beynəlxalq 
hüquqa istinad edən siyasət olmalıdır. Yalnız beynəlxalq hüququn 
tələblərinə  əməl edərək dövlətlərin  ən mühüm siyasi maraqlarına – 
onların müstəqilliyinə, suverenliyinə  və  təhlükəsizliyinə  təminat 
vermək olar.  
 
1.1.2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi 
Beynəlxalq hüquq normaları dövlətin xarici siyasət, xüsusilə 
də diplomatik fəaliyyət prosesi zamanı yaranıb fəaliyyət göstərir.  
Müxtəlif müəlliflər diplomatiyaya bir çox təriflər vermişlər. 
Lakin diplomatiya anlayışı çoxtərəflidir və onu bir təriflə əhatə etmək 
mümkün deyil 
Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır: 
“diplomatiya sözün geniş  mənasında dövlətin xarici əlaqələri 
haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi 
və ya sənətidir. ” 
Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xü-
susiyyətlər də  əlavə edir. Məsələn, ingilis diplomatı E.Satau diplo-
matiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi 
münasibətlərin aparılmasına ağlın və taktın tətbiqi kimi müəyyən 
edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, diplomatiya sözü 
nə xarici siyasəti, nə  də beynəlxalq hüququ deyil, yalnız danışıqlar 
məharətini ifadə etməlidir.  
Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici 
siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur. Diplomatik 
lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimidir: “Diplomatiya – həll 
olunan məsələnin xarakterini və konkret şərtləri nəzərə almaqla tətbiq 
olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin 
məcmusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək 
üsuludur. İkinci tərifə əsasən diplomatiya – dövlətin xarici siyasətinin 
məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki 
müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması 
üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki 
diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı 
nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.” Bir çox yerlərdə diplo-
matiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və 
müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndirilir.  
Diplomatiya və xarici siyasət anlayışlarını bir-birindən fərq-
ləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və dip-
lomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplo-
matiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin 
fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi 
güc, kəşfiyyat, xarici siyasi təbliğat və c. Lakin diplomatiyadan fərqli 
olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd 
və vəzifələrə malik olurlar.  
Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kur-
sudur. O dövlətin məqsəd və  vəzifələrini, onun beynəlxalq 
münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, 
istərsə  də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını 
müəyyən edir.  
Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici 
siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin 
vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, 
diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda dip-
lomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə 
xidmət edir.  
Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hər 
hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların 
hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikirə) mənəvi si-
yasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması 
üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşdır-
mağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən 
cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid 
tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün 
eynidir, lakin məlumdur ki, hər kəs üçün eyni olan ümumi diplo-
matiya mövcud deyildir. Hər dövlətin özünəməxsus diplomatiyası 
vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya 
məharətindən asılıdır.  
Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi 
tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qada-
ğan olunduğu müasir dövrdə xarici siyasətin həyata keçirilməsinin 
əsas vasitəsidir.  
K.K.Sandrovskiy diplomatiyanın spesfik və yalnız ona xas 
 
10
 
11

olan bir sıra cəhətlərini ayırır. Bunlara ilk növbədə beynəlxalq işlərdə 
dövlətin fəaliyyətinin rəsmi xarakteri aiddir. İkincisi, diplomatik 
fəaliyyət dövlətin istənilən orqanları ilə deyil, yalnız və yalnız bu 
məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsi 
ilə  həyata keçirilir. Üçüncüsü isə diplomatiya bütün hallarda yalnız 
dinc vasitələrlə həyata keçirilməlidir. Xarici siyasəti həyata keçirmək 
üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə 
diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o
mühüm və müəyyənedici cəhətdir.  
Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya 
anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti 
tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli dip-
lomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr 
çərçivəsində bir neçə dövlət və dövlətlər qrupu tərəfindən həyata ke-
şirilir və çoxtərəfli  əsasda dövlətin danışıqları, məşvərətləri ilə mü-
şayiət olunur.  
BMT-nin və digər beynəlxalq təşkilatların yaradılması ilə 
çoxtərəfli diplomatiya daha böyük əhəmiyyət kəsb etməyə başlayır. 
Onun özünəməxsus xüsusiyyətləri vardır: iştirakçıların razılaşdırdığı 
xüsusi proseduralar əsasında həyata keçirilir; iştirakçıların mövqeyi 
fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazır-
lanır; qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyə xarakteri 
daşıyan hüquqi aktlar formasında qəbul edilir.  

Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling