I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
Kül abid olub fatə verən başıma” (2, 114). Xain dost və ya dostlar motivi həm heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə özünü göstərir. Xain dost motivi heyvanlar haqqında nağıllardan təmsillərə keçmişdir. Belə ki, “Dost dosta tən gərək” nağılında dostluğun səmimiyyət üzərində deyil, tamah, güc üzərində qurulduğunun şahidi oluruq. “Dost dosta tən gərək” nağılında şir, qurd, bir də tülkü dost olurlar. “Bunlar şərt qoydular ki, hər nə tapsalar bir yerdə yesinlər. Həm də bir-birinə kömək eləsinlər. Bir gün şir bir öküz, qurd bir qoyun, tülkü də bir toyuq gətirdi. Şir qurda dedi: - Bunları bölüşdür Qurd dedi: - Şir ağa, öküz sənin, çünki sən böyüksən. Səndən xırda mənəm, qoyun da mənim. Hamımızdan kiçik tülküdü. Toyuq da tülkünün olsun. Bu bölgü şirin xoşuna gəlmədi, dartıb qurdun dərisini boğazından çıxartdı, qurdu parça- parça elədi. Tülkü bunu görəndə üzünü şirə tutub dedi: - Şir ağa, qulaq as, gör mən necə bölürəm. Bir öküz naharın olsun Gündüz yeməyin qoyun olsun Şam yeməyin toyuq olsun Tülkü kənarda qalsın. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
434 Bu bölgü şirin xoşuna gəldi. Tülküyə afərin dedi. Soruşdu: - Bu bölgü qaydasın kimdən öyrənmisən? Tülkü gülə-gülə dedi: - Sən qurdun dərisini boğazından çıxaranda mən dərsimi aldım” (1, 68). Qasım bəy Zakirdə tısbağa, ilan və dəvənin dostluğu, yəni xain dostlar motivi nağıllardan alınmışdır. Təmsildə xain dostlar tısbağa, ilan və dəvədirsə, heyvanlar haqqında nağılın qəhrəmanları isə şir, qurd və tülküdür. Zakir mövzunu da qismən dəyişmiş, qaravəllilərdə rast gəldiyimiz yaş motivini təmsilə daxil etmişdir. Nağılda həm də pay bölməyi dərisi üzülən qurddan öyrənən tülkü hiyləgərliyin, həyatda qalmağın formulunu tapmış olur. Qasım bəy Zakirin “Xain yoldaşlar haqqında” təmsili bu baxımdan səciyyəvi nümunə ola bilər. İlanla tısbağanın hiyləsini duyan dəvə yeməyi onların əlindən alır, hər ikisini də cəzalandırır. Təmsilin poetikasına uyğun olaraq müəllif finalda əxlaqi nəticə çıxarır, dostluqda xəyanəti, yalnız öz mənafeyini düşünməyi mənfi hal kimi pisləyir: Dəvə zahir edib bir nimxəndə, Dedi: "öz yaşımı deyərəm mən də". Götürüb ağzına yerdən çörəyi, Başladı ahəstə tər göyşəməyi. Dedi: "ey mədəni-hədyanü kəzaf! Bu söz ilə dəvə uşaq imiş saf" Lazımdır şol yerdə bu növ misal Nəsihət eyləsin xəlqə əhli-hal. Özündən böyüyə etsə xəyanət, Ac qalır, etməsin, əlbət, səd əlbət. Bir adam ki, qoya hiylə binası, Aqibət özünə dəyər xətası. Yoldaş yoldaş ilə xədəng nisbət, Düz gərək ta ruzi-həşru qiyamət. Əgər əyri ola dəruni, çün yay, Kirişi qırılıb axır olur zay (7, 344). Əslində heyvanlar arasında pay bölmək motivi Zakirin “Aslan, qurd və çaqqal” təmsilində də vardır. Burada aslan, qurd və çaqqalın dostluğu sınanır, üç gün, üç gecə ac qalan dostların pis niyyətləri ortaya çıxır. Nağılda “mən dərsimi aldım” zərbi-məsəli Zakirin təmsilində daha da poetikləşir. Ona görədir ki, çaqqalın sözləri bu gün də zərbi-məsəl kimi işlədilir: Qalib olmuş idi şirə iştəһa, Qurda dedi: - “Bölgü sənindi, durma, Təqsim eylə, olaq yeməyə məşğul”. Anlamayıb fikrin kürki-biüsul, Dedi: - “Ey sərvər, cənabi-bari, Öz əlilə göydə bölüb bulari. Təmsillərdə tez-tez qarşımıza çıxan doğruluq, düzgünlük, insanlara faydalı məsləhətlər vermək və s. kimi motivlər də heyvanlar haqqında nağıllardan alınmadır. Ədalətlilik, doğruluq, düzgünlük kimi qədim zamanlardan bəri insanları düşündürən ümumbəşəri anlayışlar həm heyvan miflərində, həm heyvanlar haqqında nağıllarda, həm apoloqlarda, həm də təmsillərdə müştərək motivlərin yaranmasına səbəb olmuşdur. Mənəvi saflığa, yüksək insani keyfiyyətlərə və xeyirxah əməllərə çağırış heyvanlar haqqında nağıllarla təmsilləri məzmun planında bir-birinə yaxınlaşdıran əsas keyfiyyət olmuşdur. Məsələn, sədaqətli olmaq motivi heyvanlar haqqında nağıllardan təmsillərə keçmişdir. Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabında verdiyi “Nazikbənazik- Tazikbətazik” nağılında ailə həyatında və dostluqdakı sədaqət Qasım bəy Zakirin “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilində dostların sədaqətinə çevrilmişdir. “Nazikbənazik-Tazikbətazik” nağılında deyilir ki, qarlı qış günündə Nazikbənazik (bit) Tazikbətaziyə (birə) umac bişirir ki, gəlib yesin. Tazikbətazik isə dama çıxıb qar kürədiyi yerdə bacadan sürüşür və isti umac qazanına düşüb ölür. Nazikbənazik ərinin ölümünə çox kədərlənir. Bu nağılda da sədaqətli dostlar motivi vardır. Belə ki,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
435 Tazikbətaziyin dostları dəvə, çinar, qarğa, sərçə bu xəbəri eşidəndə Nazikbənaziyi tək buraxmırlar və onun dərdinə şərik olurlar (5, 16). Bu da ilk növbədə insanların bir-birilə ünsiyyət ehtiyacından doğmuşdur. Bu ünsiyyətin qurulmasında böyük potensial qüvvəyə, lakonik ifadə üsuluna və geniş məzmuna malik olan, insanda dərin fikirlər, bəşəri hisslər, yüksək mənəvi-əxlaqi keyfiyyətlər yaradan, insanı daha da zənginləşdirən nağılların da rolu böyük olub. Əməkdar elm xadimi, professor Kamran Əliyevin də qeyd etdiyi kimi, xalq yaradıcılığının gözəlliyi onun təbiiliyində, səmimiliyində və sadəliyindədir (3, 23). Nağılların yerli-yerində, zamanında söylənilməsi insanların məntiqi təfəkkürünün inkişafında mühüm rol oynayan amil kimi diqqəti cəlb edir. Nağıllar insan ruhunun müqəddəs yazısı, insan fikirlərinin güzgüsü, min illərin müşahidəsinin bədiiləşmiş şəklidir. Nağıllar xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. Nağıl sadəcə əyləndirmək üçün deyildir, hamının- qocanın da, cavanın da, uşaqların da ona ehtiyacı var. Nağıllar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir. Nağıllar insanda görmədiyimiz, bilmədiyimiz cəhətləri güzgü kimi göstərmək qüdrətinə malikdir. Həm dostların bir-birinə hiylə gəlməsi, bir-birini aldatmağa, bir-birinə xainlik etməyə çalışması, həm də dostların bir-birini darda qoymaması, ən təhlükəli anda da birlikdə olmaları, dostlarını xilas etmək üçün bütün güclərini birləşdirmələri folklordan gələn xain dostlar və sadiq dostlar motivinin yazılı ədəbiyyatdakı variantlarıdır. Bu cür təmsillər müəllif əlavələrinə, izahlarına baxmayaraq yenə də folklor motivlərinin yenidən işlənmiş şəklindən başqa bir şey deyildir. Burada əsas məsələ motivlərin oxşar və ya fərqli olmasına baxmayaraq onların həm nağıllarda, həm də təmsillərdə sadə inkişaf süjetinə malik olması ilə seçilməsidir. Ona görə də heyvanlardan bəhs edən nağıllarda sonluq nikbin də olsa, bədbin də olsa hadisələr təbii, sadə formada inkişaf edir. Eyni süjet-kompozisiya elementi təmsillərə də aiddir. Hikmət Ziyanın bir təmsili “Qarı və pişik” nağılı ilə səsləşir, daha doğrusu şair təmsildə lovğalıq motivini heyvanlar haqqında nağıldan almışdır. Pişik bığına baxıb, Danışdı kişilikdən. Siçana xoruzlanıb, Qorxdu, qaçdı küçükdən (4, 143). Heyvanlar haqqında nağıllardan təmsillərə keçən bir çox motivlər şairlər tərəfindən o qədər sərrast işlənmişdir ki, sonradan məntiqi sonluq zərbi-məsələ çevrilmişdir. Bunlardan biri “ədalət olmayan mülk bərbad olar” məsəlidir ki, bayquşların söhbəti motivi şəklində yazılı ədəbiyyata gətirilmişdir. Məsələn, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində “Nuşirəvan və bayquşların söhbəti” adlı təmsilində bunu açıqca görürük.
Sadəcə nağıldan gələn hazır motivlərin məsələ, aforizmə çevrilməsindən söhbət getmir, həm də eyni motivin təmsildə aforizmə və ya məsələ dönüşməsindən gedir. Belə təmsillərdən çıxarılan nəticə aforizmə, bəzən də məsələ dönüşür. Bir çox halda heyvanlar haqqında nağıllarda buna rast gəlmək mümkün deyildir. Azərbaycan təmsil ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakirin hekayə və təmsillərində aforizmə çevrilmiş ifadələr üstünlük təşkil edir. Belə ki, formaca şərq və qərb təmsillərindəki bir çox ənənəvi xüsusiyyətləri yaradıcılığına gətirən Zakir hekayə və təmsillərdə əvvəl əhvalatı danışır, sonra isə əsas məqsədi yığcam, ümumiləşdirilmiş şəkildə verir. Hekayə və təmsillər məsnəvi formasında, geniş xalq kütlələrinin başa düşdüyü canlı və sadə dildə yazılmışdır (8, 17). Yuxarıda Qasım bəy Zakirin “Dost dosta tən gərək” nağılı əsasında yazdığı “Aslan, qurd və çaqqal” təmsilində zərbi-məsələ çevrilmiş sonluq (Dedi: - “Mən bilməzdim binadan, başdan. Öyrəndim o gözü çıxan qardaşdan”) haqqında danışdıq. Nağıllardan keçən motivlərin dəyişikliyə uğraması təmsil yazan şairlərin məhdud bir çərçivədə qalmayıb geniş ümumiləşdirmə apardığını, heyvanlar haqqında nağılları yaxşı bildiyini göstərir. Təmsil müəllifləri aldıqları mövzuları, motiv və süjetləri çox vaxt olduğu kimi işləmir, onu dəyişir, yeni məzmunla, xüsusən də ibrətamiz ifadələrlə bəzəyirlər. Bir çox mütəxəssisin Mirzə Ələkbər Sabirin İ.Krılovun “Qarğa və tülkü” təmsilini sərbəst şəkildə dilimizə çevirdiyini dediyi (6, 7) eyni adlı təmsil əslində yuxarıda qısa məzmununu verdiyimiz heyvanlar haqqında nağıldan faydalanılmaqla yaranmışdır. İ.Krılov da bu mövzunu Lafontendən alaraq işləmişdir. Orijinal deyə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
436 biləcəyimiz səviyyədə olan “Qarğa və tülkü” təmsili bu cəhətdən spesifikdir: Bеlə sözdən fərəhlənib qаrğа, Аğzını аçdı, tа ki, еtsin “ğа”. “Ğа” еdərкən hənuz bircə кərə Pеndiri dimdiyindən еndi yеrə. Tülкü fövrən hаvаdа qаpdı, yеdi, Qаrğаyа tənə ilə böylə dеdi: “Оlmаsаydı cаhаndа sаrsаqlаr, Аc qаlаrdı, yəqin ki, yаltаqlаr” (5, 360). Mirzə Ələkbər Sabir “Qarğa və tülkü” təmsilində iki obrazın misalında bir axmaqla bir yaltağın hekayəsini təqdim etmişdir. “Qarğa və Tülkü” təmsilinin orijinala yaxın tərcüməsini verən A. Şaiqdə isə Sabirin son misraları kimi didaktik kəsər yoxdur. Suya girmədən onun dərinliyini yoxla, yaxud çayı görmədən çırmanma məsəli motiv kimi həm heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə mövcuddur. “Tülkü və qurd” təmsilində tülkü nağılda olduğu kimi orucam deyir, qurdu aldadaraq tələyə salır və quyruğu ələ keçirir. Zakir nağıldan fərqli olaraq təmsili nəsihətamiz bir sonluqla bitirir: Hər kimsə ola əqlü fəhm-huş,
Bu məsəli eyləməsin fəramuş: Əvvəl gərək suyu yoxlasın möhkəm,
Boyluyandan sonra soyunsun adəm (5, 46). Həm təmsillərdə, həm də heyvanlar haqqında nağıllarda bir çox müştərək motivlər vardır ki, bu motivlərə hətta lətifələrdə, məzəli hekayələrdə də rast gəlirik. Məsələn, məzəli əhvalat kimi çox yayılan dəvənin toya dəvət edilməsi, onun da oynamaq, oxumaq bilmədiyini, bu dəvətin su, yaxud duz gətirmək üçün olduğunu söyləməsi təmsillərdə də eyni ilə təkrarlanır. Bu məzəli əhvalatın yazılı ədəbiyyatın nümunəsi olan təmsillərə düşməsinə ilk olaraq Xaqaninin bir epik şeirində rast gəlirik. Burada sadəcə olaraq dəvənin yerində eşşək obrazı iştirak edir. Bu təmsil bu gün lətifə şəklində danışılan məzəli əhvalat olub, Xaqani tərəfindən təmsilləşdirilmişdir. Bu da farsca yazan şairin xalq arasında dolaşan heyvanlar haqqında nağıllardan, lətifələrdən istifadə etdiyini sübut edir. Ancaq onu da demək lazımdır ki, həm Xaqaninin, həm də Nizaminin təmsilləri şifahi xalq ədəbiyyatından alınsa da, bu təmsillər eyni zamanda xalq arasında məşhurlaşaraq nağıllara və lətifələrə də təsir etmişdir. Bəhs olunan əhvalat Xaqani Şirvaninin bir əsərində Kufəli bir gözəlin kor bir əcəmi varına, puluna görə sevməsi səhnəsində verilmişdir. Kor əcəm gözəlin saxta sevgisinə, yalan sözlərinə inanır. Şair, Kor əcəmə sevgisinin yalan üzərində qurulduğuna inandırmaq üçün aşağıdakı təmsili söyləyir:
Eşşəyə dedilər: “Buyur toya gəl”,
Eşşək qah-qah çəkib güldü nəhayət.
Dedi: ”Siz istəyən rəqqas deyiləm,
Nə də çalğıçı tək tapmışam şöhrət.
Hamballıq etməyə
çağırırsınız,
Su, odun daşımaq lazımdır əlbət” (10, 426). Burada təmsil əslində fikri qüvvətləndirmək, ideyanı daha da qabarıq vermək üçün yazılmışdır. Eyni obrazdan F.Kərimzadə “Xudafərin körpüsü” əsərində də istifadə etmişdir: “Dəvəni toya çağırdılar, bikef oldu. Soruşdular bu nə hikmətdi? Cavab verdi ki, oynamağa çağırmırlar ha, ya duza göndərəcəklər, ya suya, ya da oduna.”
Lovğalıq, təkəbbür, özündən razılıq kimi motivlər üzərində qurulmuş heyvanlar haqqında nağıllarda (“Qarı və pişik”, “Dəvə və tikan” və s.) mövzu təmsillərə keçmiş, müəyyən dəyişikliyə uğrasa da əvvəlki əsas ideyasını qoruya bilmişdir. Burada dəyişən obrazlar, məzmundakı epizodik xətlərdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
437
ƏDƏBİYAT 1. Azərbaycan nağılları, V cild. Bakı: “Çıraq” nəş., 2004, 336 səh 2. Azərbaycan folkloru antologiyası. X kitab, İrəvan Çuxuru folkloru. Tərtib edənlər: H.İsmayılov, Ə.Ələkbərli. Bakı: “Səda” nəş., 2004, 471 səh. 3. Əliyev Kamran. Romantizm və folklor. Bakı: “Elm” nəş., 2006, 160 səh. 4. Hikmət Ziya. Təmsillər. Bakı: “Yazıçı”, 1982, 237 səh. 5. Köçərli F. Balalara hədiyyə. Bakı: “Gənclik” nəş., 1987, 75 səh. 6. Krılov İ.A. Təmsillər. Tərtib edən: Telli İbrahimova, ön söz: Məmməd Arif. Bakı: “Şərq- Qərb” nəş., 2006, 144 səh. 7. Zakir Qasım bəy. Seçilmiş əsərləri. Bakı: “Yazıçı”, 1984 8. Zakir Qasım bəy. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press” nəş., 2005, 400 səh. 9. Sabir Mirzə Ələkbər. Hophopnamə, 2-ci cild. Bakı: “Şərq-Qərb” nəş., 2004, 384 səh. 10. Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: “Lider” nəş., 2004, 672 səh.
Summary In the article the common motives of the tales about animals and the fables are drawn into the investigation on the base of the examples. The common motives of the tales about the animals were used repeatedly by the authors of the fables and gained the new shades of meaning. The main task here is not similar and different motives, is having their simple plot line. As a matter of fact thought the motives were same, the aim function of the fables differ them from the tales about animals. Key words: tales about animals, fables, motives, characters, folklore, written literature, funny stories.
Tuğba Bayrakdarlar, doktorant Gazi Üniversitesi Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, araştırma görevlisi tbayrakdarlar@gmail.com
TÜRKMEN ATASÖZLERİNDE AİLE VE AKRABALIK KAVRAMI Atasözleri bir milletin kültürel değerlerini, inançlarını, dünya görüşünü yansıtan ve gelecek nesillere öğüt verme, yol gösterme, hatalardan ders çıkartma amacı taşıyan hikmetli sözlerdir. Geçmişten günümüze dilden dile ve nesilden nesile aktarılırken ait olduğu milletin adeta kimliğini üzerinde taşıyarak o topluma çeşitli yönlerden ayna tutar. Kuruluş bakımından oldukça sade, basit cümle yapısının aksine içerisinde derin anlamlar taşır. İnsanlara hayatın çeşitli konuları ve durumlarıyla ilgili bir takım mesajlar verir. Atasözlerinin ilk defa hangi tarihte ve kim tarafından söylendiği bilinmemekle birlikte yazılı kaynaklarda ilk örnekleri 8. yüzyılda Köktürk Abideleri’nde görülmektedir. Atasözleri, Türkmen Türkçesinde nakıl, atalar sözi terimleri ile ifade edilir ve Türkmen halk edebiyatının en zengin türlerinden biridir. Genellikle vatan, millet, insan ve tabiat sevgisi, aile ve akrabalık ilişkileri, kahramanlık, adalet, doğruluk, dürüstlük, erdemlilik, çalışkanlık, birlik beraberlik, kardeşlik gibi olumlu; kibir, kin, öfke, kıskançlık, kurnazlık, tembellik, haksızlık, hırsızlık, zalimlik, zorbalık, acımasızlık, aç gözlülük, bencillik, cahillik vb. olumsuz değerler
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
438 üzerine söylenegelmiş ata mirası olan sözler, günlük hayatta her zaman halk arasında kullanılmaktadır. Bu çalışmada Türkmen atasözlerinde aile ve akrabalık kavramı ele alınmış, söz konusu lehçenin sözlükleri taranarak tespit edilen örnekler Türkiye Türkçesine aktarılmıştır. Elde edilen malzeme tematik sınıflandırılırken kendi içerisinde Aile kavramı ile ilgili Türkmen atasözleri ve Akrabalık kavramı ile ilgili Türkmen atasözleri olmak üzere iki ana başlık halinde verilmiştir. Aile kavramında anne-baba ve anne-baba-çocuk ilişkisini yansıtan atasözleri değerlendirilirken, akrabalık kavramı içerisinde ise teyze-hala-yenge, yeğen-kuzen, amca-dayı, gelin-kaynana, dünür vb. ilişkisini gösteren örnekler alt başlıklar halinde verilmiştir. İnceleme sonucunda Türkmen toplumundaki aile ve akrabalık anlayışı hakkında genel bir değerlendirme yapılarak, Türkmenlerin bu değerler karşısındaki tutum ve davranışlarına yönelik ortak bir kanıya varılmaya çalışılmıştır.
Ülkər Baxşıyeva, doktorant Azərbaycan Dövlət Pedaqoji Universiteti elman.guliyev@box.az
MİRZƏ İBRAHİMOVUN ELMİ ARAŞDIRMALARINDA CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞI MİLLİ MƏFKURƏ VƏ YENİ TİPLİ REALİST MƏKTƏBİN NÜMUNƏSİ KİMİ Azərbaycan ədəbiyyatı və ədəbi-ictimai fikir tarixində tamamilə yeni bir dövr hesab olunan Cəlil Məmmədquluzadə yaradıcılığının araşdırılması ədəbiyyatşünaslığımız üçün həmişə vacib məsələlərdən biri olmuşdur. Ayrı-ayrı tədqiqatçılar məqsəddən asılı olaraq C.Məmmədquluzadə irsini ya birbaşa hədəf seçmişlər, ya da onun yaradıcılığını ümumi ədəbiyyat problemləri daxilində öyrənmişlər (3; 9; 7; 5; 10; 2; 11; 8; 18; 1). Bu tədqiqatlar həm onun yaradıcılıq xüsusiyyətlərini öyrənmək, həm də yazıçının ədəbi mühitdəki yerini, rolunu və təsir dairəsini müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir. Diqqət etdikdə görürük ki, Mir Cəlalın 1946-cı ildə tamamladığı “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlı doktorluq əsəri istisna olunmaqla C.Məmmədquluzadə irsinin tədqiqi əsasən keçən əsrin ikinci yarısından sonrakı dövrlərə təsadüf edir. Lakin akademik Mirzə İbrahimov Cəlil Məmmədquluzadə yaradıcılığına digər tədqiqatçılardan fərqli olaraq XX əsrin 30-cu illərində müraciət etmişdir. Mirzə İbrahimov 1937- 1938-ci illərdə yazmış olduğu “Böyük demokrat” əsəri ilə görkəmli yazıçı C.Məmmədquluzadəni yalnız bir yazıçı kimi tədqiq etməmiş, həm də onun milli ictimai-ədəbi mühitdəki çəkisini və bu mühitə təsirini müəyyənləşdirməyə çalışmışdır. M.İbrahimovun 1957-ci ildə çap etdirdiyi “Böyük demokrat” (Bakı, 1957), “Böyük satira ustası” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1966) monoqrafiyaları və 10 cildlik əsərlərinin 9-cu cildində yer almış 70 səhifəlik “Satira ustası” adlı məqaləsində görkəmli sənətkarın yaradıcılıq xüsusiyyətləri təhlil olunsa da, bu tədqiqatlar içərisində əsas yeri 1937-1938-ci illərdə qələmə alınmış “Böyük demokrat” tutur. Çünki bu tədqiqat əsəri C.Məmmədquluzadənin ədəbi-bədii fəaliyyətinin müxtəlif problemlərini öyrənmək, yaradıcılıq üslubunu, ideya istiqamətlərini müəyyənləşdirmək, yazıçı irsinin maarifçi və tənqidi realizm xüsusiyyətlərini üzə çıxarmaq və ədəbiyyatşünaslığımız üçün vacib olan bir sıra məsələlərə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Lakin M.İbrahimov “Böyük demokrat” adlı tədqiqat əsərində bir çox elmi uğurlara nail olsa da, o dövrkü ideologiyanın təsiri nəticəsində bir sıra məsələlərə obyektiv yanaşa bilməmişdir. Daha doğrusu, sovet ideologiyasının birtərəfli yanaşma metodu C.Məmmədquluzadə irsinin ictimai-milli aspektinin araşdırılmasına mane olmuşdur. Məqalədə biz yeri gəldikcə bu məsələlərə aydınlıq gətirəcəyik. Mirzə İbrahimov “Böyük demokrat” əsərində C.Məmmədquluzadə ilə bağlı tədqiqatlarını on əsas bölmə üzrə aparmışdır. Bu bölmələr ardıcıl olaraq C.Məmmədquluzadəyə qədərki Azərbaycan ədəbiyyatı məsələlərini, Mirzə Cəlilin yaradıcılığının ilk mərhələsini, “Əkinçi”dən “Molla I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
439 Nəsrəddin”ə qədər Azərbaycan mətbuatının keçdiyi yolu, “Molla Nəsrəddin” ədəbi mərhələsini, “Molla Nəsrəddin”lə və “Füyuzat”ın üslub fərqi və qarşıdırmasını, C.Məmmədquluzadə dramaturgiyası və nəsrini, C.Məmmədquluzadənin jurnalistik fəaliyyətini və s. problemləri əhatə edir. Bölmələrin bu şəkildə düzümü və C.Məmmədquluzadə sənət və məfkurəsinin bu sistem daxilində araşdırılması onu göstərir ki, M.İbrahimov problemə düzgün yanaşmış, onun araşdırılma koordinatlarını düzgün müəyyənləşdirmişdir. M.İbrahimovun C.Məmmədquluzadə ilə bağlı araşdırmaları təsadüfi xarakter daşımır. O, C.Məmmədquluzadəni Azərbaycan ədəbiyyatında demokratik ideyaların və yeni realizm məktəbinin layiqli nümayəndəsi hesab etdiyi M.F.Axundov və M.Ə.Sabirlə bir sırada təqdim edir. Lakin C.Məmmədquluzadənin jurnalistik fəaliyyətində dayanan milli-ictimai mahiyyətin Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling