I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
K.Musayev 30 ildən sonra (4) bu dilin sintaksisi üzərində tədqiqatlar aparmışdır. O, Şərqi- Qıpçaq dillərinin bu budağı zəif öyrənildiyi üçün sintaktik quruluşu monoqrafik planda araşdırmışdır. Həmin dilin materialları əsasında ikidilli, üçdilli lüğətlər yaradılmışdır (8, 148 s.; 9, 688 s.) Məlum olur ki, karaim dilinin sintaksisi əksər türk dillərinin sintaksisindən fərqlənir, belə ki, tarixi inkişaf prosesində həqiqi sintaktik quruluşda hind-Avropa dillərinə, ələlxüsus da slavyan dillərinin sintaktik quruluşunun təsiri ilə bağlı əldə edilmiş yeni ideyalar (söyləmin formasından məzmununa doğru), sxemlərdə yaxınlıq (10), formal, kommunikativ, ekspressiv, semantik və funksional sintaksisin tədqiqi üzrə yaxşı nəticələr qazanılmışdır. Feili bağlama tərkibləri cümlədə bu dilə yaxın olan dillərdən, məsələn, qazax dilindən fərqlənir. Müq.et: Ol üyqe barıp ayttı (qaz.)- Ol üvqə bardı da ayttı (O, evə getdi və danışdı) Digər türk dilləri ilə müqayisədə söz sırasının pozulduğu hallar çox müşahidə olunur. Bu bəlkədə həmin dilin öz qanunauyğunluğundan irəli gəlir. Məs.: Şaqarı Troxnun (Troki şəhəri), Şaqarında Troxnun (Troki şəhərində), şaqarından Troxnun ( Troki şəhərindən), başı atnın (atın başı),İt yatat alnında ivnin (İt evin yanında uzanıb).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
9 I növ təyini söz birləşmələrində fərqli quruluş özünü göstərir: temir (li) çalman (dəmir hasar), yarığı aynın (ayın işığı). Beləliklə, az nüfuza malik olan (əhalisinə görə) karaimlərin (o cümlədən çuvaşların) digər türk dilləri ilə hərtərəfli müqayisəsi türkoloji dilçiliyə xeyli yenilik gətirə bilər.
ƏDƏBIYYAT 1.Yusifov Mübariz. Türkologiyaya giriş. Bakı, «Nurlan», 2001 2.Караимско-русско- польский словарь. М., 1974 3.Лебедева Э.И. Очерки по истории крымских караимов-тюрков. Симфереполь, 2000 4.Мусаев К.М. Грамматика караимского языка. М., 1964 5.Мусаев К.М. Краткий грамматический очерк караимского языка. Москва, 1977 6.Прик О.Я. Очерк грамматики караимского языка (крымский диалект). Махачкала: Дагучпедгиз, 1976 7.Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещение. М., 1975 8.Леви Б.З. Русско-караимский словарь. Симфереполь, 2005 9.Баскаков Н.А., Зайончковский А., Шапшал С.М. Караимско-русско-польский словарь. М., 1974 10.Мусаев К.М. Синтаксис караимского языка. М., 2003
Ismail KAZIMOV Karaims and their language Summary Karaims Kipchak group of ethnically Turkic languages are included in the article and some of them are informed about the language features. Karaims could be converted into scattered nationwide live in their spoken languages. This language is melted under the influence of powerful information in separate areas at risk of disappearing. However, the Karaim language in Ukraine and settled in the main living areas on the basis of its own information, the task of the local accents. Karaim language dialects and Krakow on the basis of two main dialekt qalic funksionallasdıgı could arise from their common literary language. Key words: Karaim, north-east area, qalic dialect, Krakow dialect, spoken language
İsmayıl Məmmədli, fil.ü.e.d., prof. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin müdiri ismayil.memmedli1946@mail.ru
BİRİNCİ TÜRKOLOJİ QURULTAY: AZƏRBAYCAN DİLİNDƏ LÜĞƏTÇİLİK VƏ ORFOQRAFİYA MƏSƏLƏLƏRİ
1926-cı il fevralın 26-dan martın 5-nədək yüksək dövlət səviyyəsində keçirilən Birinci Türkoloji Qurultay bütün türk xalqlarının həyatında əlamətdar, ictimai-siyasi, mədəni-elmi, tarixi əhəmiyyəti ilə yadda qalmışdır. Təsadüfi deyildir ki, qurultayda keçmiş SSRİ məkanının türk xalqları yaşayan bütün məkan və bölgələrindən, həmçinin xarici ölkələrdən dəvət olunmuş 131 görkəmli türkoloq və başqa elm sahələrini təmsil edən alimlər də iştirak etmişlər (ümumi sayı 600 nəfər olmuşdur). Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən 90 il keçir. İndi də böyük inamla və qətiyyətlə demək olar ki, bu qurultay öz dövrünün siyasi-ictimai, sosial-mədəni, elmi həyatında əvəzolunmaz tarixi rol oynamışdır. Xüsusi vurğu ilə deyə bilərik ki, qurultayda toxunulan mə- sələlərdən ən öndə duranı dil problemi olmuşdur. Qurultay keçirilərkən 17 iclası olmuşdur və həmin iclaslarda 37 məruzə dinlənilib müzakirə edilmişdir. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
10 Məruzələrin yeddisi türk xalqlarının tarix və etnoqrafiyasına, mədəniyyətinə, ikisi ƏDƏBIYYATına vvə onun tədrisi problemlərinə həsr edilmişdir. Təbiidir ki, qurultay öz əsas işinə tarix, mədəniyyət, ƏDƏBIYYAT, etnoqrafiya, folklor kimi sahələrdən başladı. İlk məruzə ilə Türkoloji qurultayın təşkilat komitəsi tərəfindən dəvət olunmuş akad. V.V.Bartold çıxış etdi. Məruzəçilər öz dövrlərinə görə ən tanınmış, görkəmli alimlər – V.V.Bartold, A.Y.Krımski, S.F.Oldenburq, L.V.Şerba, A.N.Samoylloviç, N.İ.Aşmarin. S.E.Malov olmuşlar. Bir cəhəti də qeyd edək ki, XX əsrin ilk rübündə türkoloji qurultayın keçirilməsi elmi-türko- loji mühitin yaranması, türkçülüyün etnososial potensialının güclü olması və türkçülük dü- şüncəsinin inkişaf etməsi kimi bir dövrə, bir gerçəyə söykənməklə baş tutdu. Birinci Beynəlxalq Türkoloji Qurultayın diqqət mərkəzində duran əsas məsələlər: dil məsələsi, əlifba və orfoqrafiya məsələləri idi. Həmin məsələlərə qurultayın 6-cı, 7-ci, 9-cu, 10-cu, 11-ci, 13-cü iclaslarında baxıldı. 13-cü iclasda əlifba layihələri səsə qoyuldu və latın qrafikalı əlifba 7 səsə qarşı 101 səslə qəbul olundu. 9 nəfər səsvermədə iştirak etmədi. Onu da qeyd etmək maraq- lıdır ki, I Beynəlxalq Türkoloji Qurultayın blankları qədim Orxon-Yenisey yazıları ilə verilmişdir. Türkoloji Qurultayda ümumilikdə 8 qətnamə və etnoqrafiya komissiyasının 1 qərarı qəbul olundu. Əgər bütövlükdə Türkoloji Qurultayın tarixi əhəmiyyətini ümumiləşdirmiş olsaq, onda belə qənaətləri göstərə bilərik. Qurultayda bütün türk tarixinın türk xalqları üçün indiyə qədər misli görünməmiş türkçülüyün əsası qoyulmuşdur. Belə ki, qurultay türkdilli xalqlar üçün 10 maddə, 81 bənddən ibarət taleyüklü qətnamə qəbul etdi. 1. Yeni Türk Əlifbası haqqında 2 bənd; 2. Türk dillərinin öyrənilməsi və başqa dillərlə əlaqəsi haqqında 5 bənd; 3. Türk dilinin (ana dilinin) tədrisi metodikası haqqında 11 bənd; 4. Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələr haqqında 12 bənd (söhbət 1926-cı ildə qurultayın keçirildiyi vaxtdan gedir). Bu haqda akademik V.V.Bartoldun (6 bənd) və akademik Oldenburqun təklifləri səsləndi. B.Çobanzadə həmin təkliflərin qətnamə kimi qəbul edilməsini faydalı saymış və onlar qəbul olunmuşdur. 5. Ölkəşünaslıq məsələləri haqqında 4 bənd; 6. Etnoqrafiya komissiyasının qətnaməsi 9 bənd; 7. Türk dillərinin orfoqrafiyası haqqında 9 bənd; 8. Təşkilat komissiyasının qətnaməsi 10 bənd; 9. Türk dillərində elmi terminologiya sistemi haqqında 13 bənd. Bu gün bizi 90 illik bir zaman Birinci Türkoloji Qurultaydan ayırır. İndi də böyük inam və qətiyyətlə söyləyə bilərik ki, bu qurultay öz dövrünün ictimai-siyasi, mədəni-elmi, tarixi əhəmiyyəti ilə yadda qalmışdır. Qurultaydan 90 il keçsə də, onun gündəliyinin ana xəttini təşkil edən bir çox dil məsələləri bu günümüzdə müstəqillik illərində aktual və müasir səslənir, onun ideyaları, qərar və qətnamələri həyata keçirilir, orada edilən məruzələrin mətnləri öyrənilir. 1. Qurultayda L.B.Şerba, L.İ.Jirkov orfoqrafiyanın ümumi əsasları haqqında Qalımcan İbrahimov, Novşirovanov və F.Ağazadə türk dillərinin orfoqrafiyası haqqında çıxış etmişlər. 2. L.B.Şerbanın ”Orfoqrafiyanın əsas prinsipləri və onların ictimai mahiyyəti” mövzusunda məruzəsi dinlənildi. Məruzədə orfoqrafiya və onun qaydalarının təyinetmə imkanları nəzərdən keçirildi. Ayrı-ayrı sözlərin yazılış qaydalarının parametrləri; nitq vahidlərinin mənalı morfoloji hissələrinin verilməsi; dilin mənalı vahidlərinin düzgün yazılışı; söz birləşməsi və cümlələrin düzgün tərtibi, qanuni şəklə salınması; qrafik transkripsiya sistemində səsin və ya sözün yazılışı, eyni zamanda, qrammatik işarələr sisteminin qaydalarından bəhs olunurdu. Onu da göstərmək lazımdır ki, akademik L.Şerbanın bu fikirləri 1963-cü ildə çap edilmiş “Правила алфавита и орфография, фонетика французского языка» adlı kitabında olduğu kimi verilmişdir. 3. Qurultayda türk dillərinin orfoqrafiyası barədə qətnaməni də qəbul edilməsi diqqəti çəkən cəhətlərdəndir. Qətnamənin məzmunu belədir: 1) Türk dillərində imla qaydalarına düzgün əməl etmək üçün 4 elmi prinsipdən istifadə olunur. Bu prinsiplər içərisində fonetik prinsip ən münasib prinsipdir. Fonetik prinsip mənalı nitq vahidlərinin fonetik vahidini yazıda eynilə əks etdirir. Fonetik prinsipə əsasən sözün yazılışı onun
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
11 tələffüzü ilə müəyyənləşir. Fonetik prinsipin əsasında nitqin səs təhlili durur; yazan şəxsdən yalnız eşitmək, yazacağı sözləri, səsləri fərqləndirə bilmək və onları uyğun hərflərlə yazmağı bacarmaq tələb olunur. Qətnamədə xüsusi olaraq səsləndirilir ki, bu və ya digər ölçülər, yəni prinsiplər etimoloji və morfoloji prinsiplə uyğunlaşmalıdır. 2) Etimoloji prinsipin (hərçənd ki bu prinsip türk dillərinin təbiətini tam əhatə etmir) həyata keçirilməsi ədəbi ənənədən asılı olmalıdır. Bu prinsipdən dil vahidlərinin mənşəyini təyin etmək zamanı kara gəlir. Ayrı-ayrı səs birləşmələrinin yazılışında, xüsusən də yerdəyişmə hadisəsi müşahidə edilən sözlərdə işlənir. Düzgün yazmaq üçün təkcə etimologiyadan istifadə etmək olar. Etimoloji prinsip tarixi prinsiplə qarışıq salınmamalıdır. Mədəni dillərin bir çoxunun orfoqrafiyasının çətinlik və mürəkkəbliyi məhz etimoloji yazının çoxluğu ilə əlaqədardır. 3) Türk dilini yaşadan xalqlar fonetik prinsipdən istifadə edərkən şərq və qərb qaynaqlarından alınan sözlər xalq tərəfindən mənimsənilməlidir. 4) Tələffüzə əsaslanan fonetik prinsipdə saf və qovuşuq heca tipləri aydınlaşmalıdır. 5) Mükəmməl, normativ orfoqrafiya yaratmaq üçün daha əlverişli şəraiti ayrı-ayrı vasitələrdə qəbul olunacaq yeni latın əlifbası əhəmiyyət kəsb edəcək. 6) Ədəbi dilin vahid, stabilləşmiş milli orfoqrafiya qaydaları qorunmalıdır. Milli orfoqrafiya hər bir dilin qrammatik və digər fərqləndirici əlamətlərini öz prinsipləri daxilində əks etdirmək gücünə malik olmalıdır. Həmçinin də hər bir ədəbi dilin yazı qaydaları – orfoqrafiya normaları canlı dilin əlamətlərini minimum əks etdirməlidir. Öz sadəliyi, münasibliyi, asan və aydınlığı cəhətdən türk xalqlarının orfoqrafiyası bir sıra üstünlükləri ilə fərqlənir. Bu gün 90 illik bir zaman bizi I Türkoloji Qurultaydan ayırır. İndinin özündə də böyük inam və qətiyyətlə söyləyə bilərik ki, bu qurultay öz dövrünün mədəni-elmi, ictimai-siyasi, tarixi əhəmiyyəti ilə yadda qalmışdır. Heç də təsadüfi deyil ki, qurultayda toxunulan məsələlərdən ən öndə duranı dil problemi olmuşdur. Mərhum akademik Tofiq Haciyevin bu vacib məsələ haqqında çox dəyərli mülahizələrinin xatırlatmaq ədalətli olardı: ”Türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan bizi I Türkoloji Qurultay, adətən, ən çox dil məsələləri ilə xatırlanır. Əlbəttə, bu, təsadüfi deyil, – dil məsələsi bütün nəzəri çıxışları ilə, səviyyəsi ilə yanaşı təcrübi səciyyə daşıyırdı. Gözlə görünən, praktik kütləvi rezonans olan məsələlər idi: türk dillərinin imla, termin, əlifba məsələləri, türk ədəbi dili və ana dilinin tədrisi mövzuları. Məsələnin başqa tətəfi də var. Bütün elmi-mədəni mahiyyəti ilə yanaşı, qurultayın gündəliyi ovaxtkı sovet dövlətinin birinci növbədə siyasi məzmun maraqlandırdı. Çoxmillətli SSRİ-də bu qurultayın gücü milli rezonans olmalı idi”. Görkəmli alimin bu fikirlərindən də aydın olur ki, I Türkoloji Qurultayın nəzəri və praktiki əhəmiyyəti ölçüyəgəlməz olmuşdur. Türk xalqlarının bu ali məclisindən 90 il keçsə də, onun gündəliyinin ana xəttinin təşkil edən bir çox dil məsələləri: əlifba, orfoqrafiya, imla məsələləri bu günümüzdə müstəqillik illərində də aktual və müsir səslənir, onun ideyaları, qərar və qətnamələri həyata kecirilir, qurultayda dinlənilən məruzələrin mətnləri öyrənilir.
ƏDƏBIYYAT 1. Hacıyev Tofiq. Birinci Türkoloji Qurultayda ədəbi dil məsələləri, Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr edilmiş elmi konfransın tezisləri. 2. Vəliyev Sevindik. Birinci Türkoloji Qurultayda türk dillərinin orfoqrafiyası haqqında, səh.60-61. 3. Xəlilov Buludxan. Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri, Bakı, 2016.
First Turkological Congress: Vocabulary and Orthographic Issues in Azerbaijani SUMMARY
First Turkological Congress, its procedure and importance are described in the presented article. Introduced scientific issues, subject matters and their items are emphasized by the author.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
12 Vocabulary and orthographic issues from the first congress till nowadays are mentioned and development in those aspects during these 90 years are brought to the attention of the leaders. Key words:vocabulary, First Turkological Congress, scientific issues, orthography.
Mehman Musayev, fil.ü.e.d., prof.
Qazi Universiteti ədəbiyyat fakültəsi, çağdaş türk ləhcələri və ədəbiyyatları bölümü, müəllim mehman.musaoglu@gmail.com
DƏDƏ QORQUD DASTANLARININ QAVRAMLAR DÜNYASI, ÖZƏL MƏTNQURUCU İŞARƏLƏRİ, SEMİOTİK KODLARI VƏ KONSEPTUAL-SİNTAKTİK QURULUŞU
Giriş Şüurun koqnitiv modelləri; indi sosial elmşünaslıqda dünyanın mifoloji-konseptual dil xəritəsinin və ədəbi-bədii mətnlərin germenevtik, semiotik, kulturoloji, epistemoloji vəfiloloji- linqvistik yöntəmlərlə açıqlanması prinsiplərinə görə öyrənilir. Mətnin həm ümumi-ənənəvi, həm də semiotik özəllikləri monoqrafik tədqiqatlara bir bütün olaraq cəlb olunur. Ədəbi-bədii mətnin qurulmasında özünü göstərən “özəl mətnqurucu işarələr” (Musayev 2012: 286-290) Umberto Ekonun təbiriylə “semiotik kodlar”(Усманова 2001:364-365)olaraq müəyyənləşdirilir. Dünyanın dil xəritəsində yer alan qavramların(konseptlərin) türkcə mətndəözəl mətnqurucu işarələrlə açıqlanmasının öyrənilməsi isə, türkologiyada bir elmi yenilik olaraq özünü göstərir(Musaoğlu: 2013:1-28; 2014:111-161). Məruzədədə yaradılan və yazılanDədə Qorqud dastanlarının qavramlar dünyası, özəl mətnqurucu işarələri, semiotik kodları və bunlara bağlı olaraq konseptual-sintaktik quruluşundan bəhs olunur.
1. Yaradılan Dədə Qorqud Qorqudşünaslıqda çox vaxt dastanların yarandığı deyil, yazıya alındığı dönəmlərlə olan bağlantıları işıqlandırılır. Halbuki “yaradılan Dastanla yazılan Dastan bir-birinin eyni deyil” (Abdulla 2009:17). Buna baxmayarq, dastanlardakı arxetipik obrazlar, dəyişməyən süjet və fabulaları təşkil edən ana variantlar və mifdən yazıya və ya təbiətdən mədəniyyətə keçid prosesi sanki unudulur vəçox vaxt sadəcə eposun yazıya alındığı dövr, onun coğrafiyası, əlyazmasının tənqidi nüsxələrinin hazırlanması və s. tədqiqata cəlb edilir. Dədə Qorqud mətnində açıqlanan qavramların böyük bir qismi dastanın yarandığı yazısız mifoloji dönəmdən yazılı mədəniyyət epoxasına keçid dövrünə aiddir. Bu dövrün dil xəritəsində yer alan qavramlar daha çox etnoqonik və kosmoqonik mifoloji görüşlərlə, yaradılışla, ilkin inanç və etiqadlarla bağlıdır. Bir sözlə, qədim dövr insanlarının dünyanı tədricən hiss edərək onu nəzmlə, atalar sözləri və məsəllərlə,nəğmələrlə ritmik-qafiyəli alqış və qarğışlarla, ağıtlarla və s. özününküləşdirməsi prosesi təhkiyə yolu ilə əvvəlcə nəsrlə əsatir vəəfsanələrdə (Сагояков 2010:9- 28), sonra isə nağıl, rəvayət və dastanlarda öz əksini tapır. Sözügedən folklorik ədəbi növlərdə və yaranan Dədə Qorqud dastanlarında da ən çox aşağıdakı qavramlar açıqlanmışdır: -Xaos, kosmos, təbiət, mədəniyyət, din, inanç, yer, göy, Tanrı; -Ata, ana, övlad, oğul, qız,bakirlik, bakirəlik; -Mərdlik, namərdlik, igidlik, xəyanət, həyat, eşq, qardaşlıq; -Mif, yazı, yasaq, güc və s.
2. Yazılan Dədə Qorqud Dastanın yazıya alındığı dövrdə türk-isalm dünyasının dil xəritəsində yuxarıdakılardan bir az daha fərqli qavramların sıralanmasına təsadüf edilir. Burada“Allahın birliyi, islam, peyğəmbərlik, namaz, dua;Fani, günah, ölüm, alın yazısı, axirət;Namus, şərəf, qorxaqlıq, asilik və s. qavramlar özəl mətnquqrucu işarələrlə açıqlanır.Sözügedən qavramlara görə işlənilən və hər hansı ədəbi-bədii mətni ayrıca bir fenomen kimi təşkil edən, konseptual və kateqorial əlamətləri ilə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
13 seçilən semiotikvasitələr isə,‘özəl mətnqurucu işarələr’ terminiylə adlandırılır. Ədəbi-bədii mətndə özəl mətnqurucu işarələrin işlənilməsi dilin quruluş-ifadə fərqliliyi, etnoqrafik, milli və mənəvi özəlliklərləbağlı olur. 3. Ortaq özəl mətnqurucu işarələr Dədə Qorqud mətnində dastanın yarandığı və yazıya alındığı dövrlərdəki mövcud qavramlar dünyasının açıqlanmasına görə işlənilən özəl mətnqurucu işarələrin sıralanmasında ciddi bir iyerarxiya vardır. Bu özəl mətnqurucu işarələrin bu və ya digər şəkildə bütün dövrlərdə yaranması, əslində onların ədəbi-bəşəri səciyyəli olduğunu göstərir. Sözügedən özəl mətnqurucu işarələr dünya folklorik təhkiyəsi, türk-islam mədəniyyəti və Oğuz-Azərbaycan coğrafiyası “dil-qavram xəritəsi”ni təşkil edən fenomenləri ehtiva edir. Onlardan bəziləri aşağıdakılardan ibarətdir: -Dərbənd, Qorqud, qopuz, sapand, ok, yay, at, kılınç, çomaq, çadır, su, ağaç, qurd; -Üç canavar qalınlığında kaftan, Əski pambıq bez olmaz, Kül təpəcik olmaz; -Əzrayıl, alqış, qarğış, buğa, ad qoyma, qanı qaynama,tək göz, qatır, dəvə, körpü; -Av avladı, quş quşladı, Boy boyladı, soy soyladı, Ana südü- dağ çiçəyi,Dünya şirin, can dadlı; Başıma qaxınc, üzümə toxunc olmasın və s.
4. Semiotik kodlar və subkodlar Sözügedən mətnqurucu işarələr; yaradılan və yazılan dastan mətnində kommunikativ-, aksional-, simvolik-, proayretik- (yunan. proairetikoi ‘seçimi yerinə yetirən, qərara gələn) və kulturoloji-semiotik kodlar olaraq müəyyənləşir. Semiotik kod göstərilən istiqamətlərdə qaydaların və müxtəlif normaların məcmusu və ya görünüşdə mövcud olmayan quruluş (Eko 2009) demək olub, ‘dil↔nitq və kod↔mətn’ müstəvisində hər cür mətn quruculuğunun konseptual-semiotik əsasını təşkil edir (Хлебникова 2006).Subkod isə dilin mövcudluq forması olaraq “kod”a görə daha az həcmli və aşağı funksional səviyyəli kommunikativ alt sistemdir (Koжемякина və s. 2006). Dədə Qorqud mətninin qavramlar və özəl mətnqurucu işarələr xəritəsindən hərəkətlə ‘dil↔nitq və kod↔mətn’ müstəvisində dastanların əsas semiotik kodları və subkodlarından bəziləri aşağıdakı konseptual-linqvistik parametrləriylə təsnifləndirilir.
4.1. “Oğuz-Qorqud-Ozan” kodu Milli-mənəvidəyərlərimizinözəl mətnqurucu işarələrləkodlar-subkodlar olaraq müəyyənləşməsi vəonların kommunikativ-, aksional-, simvolik-, proayretik- və kulturoloji- etnoqrafik leksikon olaraq ifadəsi, özünüOğuz-Qorqud-Ozan kodundatapır. Belə ki,“sapand, ok, yay, at, kılınç, ocaq, qopuz, çadır” kimi etnoqrafik səciyyəli leksik vahidlərlə ifadə olunan subkodlar,Oğuz-Qorqud-Ozan semiotik kodunu təşkil edir.Sözügedən semiotik kod isə Türklük qavramının məzmununu ehtiva edən və onu semiotik işarələr sistemi olaraq göstərən başlıca vasitələrdən biridir.
4.2. Atalar sözləri, məsəllər və frazeologizmlərlə ifadə edilən subkodlar Atalar sözləri və məsəllər, somatik və qeyri-somatik frazeologizmlər sözügedən dastanların mətnindəsemiotik-kulturoloji kodlar olaraq işlənilir. Məsələn,Ailə vəata-anaböyüklüyü qavramı, özəl mətnqurucu işarə olaraq işlənilən “Qız anadan görməyincə ögit almaz, oğul atadan görməyincə süfrə çəkməz” atalar sözü ilə ifadə edilir. Özəl mətnqurucu işarələr olaraq işlənilən “Ayağına ət tuşağın urmaq; düğünü qanlı olmaq” (toy gecəsi bakirə çıxmaq) frazeologizmləriylə isə “bakirlik və bakirəlik” qavramı açıqlanır. Bunlar türk-müsəlman əxlaq tərzinin siqnalçısı olanbir semiotik kodun ayrı-ayrı subkodlarıdır.
5. Dədə Qorqud dastanlarının konseptual-sintaktik quruluşu Dədə Qorqud dastanları, ehtimal ki, başlanğıcda həm nəsrlə, həm dəşeirlə söylənilmişdir. Elə nəsr və nəzmlədə yazıya alınmışdır. Buna görə də şeirvə nəsrlə söylənilən mikromətnlər dastanda çox vaxt dialoji-çərçivəli örnəklərdən ibarət olur. Eposda açıqlanan qavramlarla, özəl mətnqurucu işarələr və semiotik kodlar arasında dil↔mətn müstəvisində gerçəkləşən konsetual- I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
14 linqvistik və sintaktik paralelliklər mövcuddur. Məsələn, dostluq qavramı epik mətnləşmədə komponentləri sintaktik paralellərlə qurulan mikromətn örnəyinin şeirlə söylənilən dialoji-çərçivəli sintaktik quruluşu ilə ifadə olunur: Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling