I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
40 dil sevdası da baş tutmadı. Beləliklə, Türküstan tarixinin müəyyən və çox qısa bir dövrü üçün böyük əhəmiyyət kəsb edən özbək maarifçilərinin – tarixdə məşhur “cədidçilik” hərəkatı kimi şöhrətlənmiş ziyalıların milli dil mübarizəsi türk xalqları tarixinin maraqlı və undulmaz səhifələrindən biri kimi tarixə qovuşdu.
ƏDƏBIYYAT 1. Naim Karimov. Mahmudxoca Behbudiy. Toşkent, 2010. 2. Poyan Ravşanov. Behbudiyninq sonqi manzili. “Özbəkistan adabiyoti va sanati”, 2010, №30. 3.
4. Hacı Muin. Behbudiy muxlislariga ochiq xat. “Turkistan” qazeti, 1922, 21 dekabr. 5. Vadud Mahmud. Mahmudxoca Behbudiy tegrasiqa yiğilqan yozuvchilar. “Turkistan” qazeti, 1923, 10 dekabr. 6. Laziz Azizzoda. Mahmudxoca Behbudiy. “Maorif va okutivchi” jurnali, 1926, № 2. 7. Mahmudxoca Behbudiy. İki emas, tört til lozım. “Oyna” jurnali, 1913, № 1, s. 12-14.
Yashar Gasimbayli “Uzbek philosophers’ national language meeting”
The cultural and educational activity of Uzbek philosophers known by the name of “ chadidler” that widespreads in Turkestan is dealt in the article of “Uzbek philosophers’ national language meeting” in the beginning of XX century. Founder and leader in the development of this movement Mahmudxocha Bexbudi’s educational activity was important. In the great thinker and philosopher’ s works the main goals of the literary and cultural policy in the new era of Turkistan is enlightened. Demonstrating wisdom and fursightedness M. Behbudi tried to show not only old centuries traditions of language in Turkustan, but also the main mission and duties of the modern communication in terms of changing political realities. The articles of “Not only two, but also four language, The issue of language” , in generally reflect of the national language of the time its historical value and relevance hadn’t lost.
Key words: The Uzbek philosphers, chadidlar, Mahmudhocha Behbudi, the struggle for national language, “The issue of language”, “Not only two, but also four language”.
Aqil Cəfərov, fil.ü.f.d., dosent AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi dr.agil_jafarov@mail.ru
AZƏRBAYCAN DİLİNDƏ ORFOFONİYA MƏSƏLƏLƏRİ Türkoloji dilçilikdə, o cümlədən Azərbaycan dilçiliyində hər zaman sözün düzgün tələffüz olunması orfoepiya kimi verilsə də, lakin dünya dilçiliyində aparılan eksperimental fonetik tədqiqatlar göstərir ki, sözün necə deyilməsi, yəni necə düzgün tələffüz olunması orfoepiyanın yox, orfofoniyanın tədqiqat obyektidir. Bu baxımdan müasir dilçilikdə maraq doğuran sahələrdən biri də orfofoniyadır. Bu termin son zamanlar Azərbaycan dilçiliyində işlənsə də, lakin dilçiliyimizdə bu termini ilk dəfə professor Fəxrəddin Veysəlli özünün «Eksperimental fonetika» və «Fonetika və fonologiya məsələləri» kitablarında işlədərək bu haqda məlumat vermişdir. O zaman alimin qaldırdığı təşəbbüs cavabsız qalsa da, hazırda «Azərbaycan dilinin orfofoniya lüğəti» professor Fəx-
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
41 rəddin Veysəllinin rəhbərliyi ilə böyük bir işçi qrupu tərəfindən hazırlanaraq nəşr olunmuşdur (1). Lakin orfofoniya haqqında dilçiliyimizdə məlumat az olduğundan bəzən dilçilərimiz tərəfindən tez- tez «orfofoniya nədir?», «orfofoniyanın orfoepiyadan fərqi nədir?» və ya «bu elə orfoepiyadır da» və s. sual və ifadələr işlədilir. Bu fikirlərə aydınlıq gətirmək üçün məsələnin əsl mahiyyətinə varmaq istərdik. Dil sistemində bir dil vahidinin və yaxud söz birləşmələrinin müxtəlif variantlarının iki və daha artıq fərqli ifadə formaları meydana çıxanda norma problemi yaranır. Dil norması – dil sisteminin ictimai kommunikasiya prosesində möhkəmlənmiş və seçilmiş, ən davamlı şəkildə istifadə olunan vahidlərinin kompleksini təşkil edir. Normanın linqvistik statusu yazılı nitqin şifahi nitqə təsiri nəticəsində ədəbi dil və dialektlərdə gedən dil proseslərinin müxtəlif aspektlərdən qavranılması zaman müəyyən olunur. Norma dildaxili kateqoriya kimi dil sisteminə aiddir. Norma dil sisteminə məxsus səs vahidinin bütün potensial imkanlarını reallaşdırır, səs vahidinin funksionallığını artırır. Burada təbii ki, səslərin müasir tədqiqat metodları tətbiq edilməklə ciddi eksperimental-fonetik araşdırma nəticəsində təqdim olunan norma nəzərdə tutulur. Müxtəlif dilçilik ədəbiyyatlarında, lüğətlərdə təqdim olunan normanı da qeyd etmək məqsədə- uyğun olardı. Dil sistemində – fonetik, leksik, morfoloji, sintaktik normalar var və bu normalarda baş verən dəyişikliklər də burada öz ifadəsini tapır. Dilin fonoloji sisteminin tələffüz normasının formalaşmasına daima təsiri olduğu üçün bura dil sistemində gedən fonoloji dəyişikliklərin də böyük təsiri vardır. Bu isə fələffüz normasının dilin fonoloji sistemindən çox asılı olduğunu göstərir. Bununla yanaşı qeyd etmək lazımdır ki, fonoloji sistem yalnız fonemlərin düzülüşündən deyil, eyni zamanda bu fonemlərin qarşılıqlı əlaqələrindən, distribusiyasından, uyğunlaşmasından, funksional yükündən və yerdəyişməsindən asılıdır. Tələffüz normalarından danışarkən, ilk növbədə onun 2 aspektini – orfoepiya və orfofoniyanı qeyd etmək lazımdır. Orfoepiya – yunanca «orthos» (doğru, düzgün) və «epos» (danışıq, nitq) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orfoepiya – sözün komponentlərinin normativ tələffüz qaydalarını və fonem tərkibini müəyyən edən qaydaların məcmusudur. Məlum olduğu kimi, orfoepiya ədəbi dilin formalaşması ilə əlaqədardır. Bu zaman şifahi nitqin fəaliyyət dairəsi genişlənir və natiqlərin nitqinin yeni formaları yaranır. Ayrı-ayrı dillərdə orfoepik norma bir-birin- dən fərqli şəkildə təzahür edir və ədəbi dilin əsas normalarından biri olduğunu sübut edənə kimi müəyyən inkişaf yolu keçir. Orfoepik norma – dildaxili kateqoriya və kodlaşdırılmış norma kimi izah olunur. Dil kateqoriyası kimi dil sistemi tərəfindən təqdim olunan potensial imkanlara malikdir. Bu zaman norma bəzi ictimai faktorların təsirinin nəticəsi kimi qəbul olunmalıdır. Bu norma müəyyən zaman daxilində müəyyən dil kollektivinin nitqi kimi qəbul olunur. Eyni zamanda orfoepik norma dil kodifikasiyası kimi lüğətlərdə verilmiş qaydaların ifadəsi kimi mövcud olur. Bu zaman orfoepik norma kodifikatorun istifadə etdiyi təhlil metodları ilə izah olunur. Tələffüz normalarının ikinci aspekti isə orfofoniyadır. Orfofoniya – funksional səs vahidlərinin tələffüz normalarının, hər bir sözün tərkibindəki fonem allofonlarının tələffüz qaydalarıdır. Burada fonemlərin tələffüz variantları və yaxud çalarlarının tələffüzü öyrənilir. Tələffüz variantları isə allofonlar hesab olunur. Qeyd etdiyimiz kimi, allofonlar fonemin konkret şəkildə təzahürü, variantı və növüdür. Məsələn, əl, əla, müəyyən, nə üçün vahidlərində qara verilmiş saitlər ə foneminin allofonlarıdır. Habelə əl-lər, göz-zər, qız-dar, nar-rar, adam-nar sözlə- rindəki l, z, d, r, n səsləri əsas (invariant) hesab olunan l foneminin allofonlarıdır. Əl, lələ, dədə, nədən vahidlərində bütün səslər /ə/ foneminin allofonlarıdır. Heca, sait və samitin müəyyən fonetik əhatə dairəsində olması da ən yüksək variantlığının yaranmasına şərait yaradır. Orfoepiya və orfofoniyanın fərqləndirilməsi prosesinin ardıcıl aparılması çox mühümdür. Belə ki, orfoepiyada müxtəlif funksional vahidlər müqayisə edilirsə, orfofoniyada isə eyni funksional vahidin müxtəlif səs reallaşmaları müqayisə edilir. Orfoepiya və orfofoniyanın fərqləndirilməsi dialekt sözlərinin ədəbi dildə işlənməsində, xarici dilləri öyrənərkən tələffüz səhvlərinin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
42 düzəldilməsində xüsusi əhəmiyyətə malikdir. Orfofoniyada həmçinin sözün normativ fonem və yazıdakı hərf tərkibi müqayisə edilir. Gördüyümüz kimi, orfofonik norma problemi dildə bir fonem vahidinin müxtəlif tələffüz formalarında işləndiyi zaman yaranır. Orfoepiya və orfofoniya arasındakı münasibətlər fonemin müxtəlif baxımdan izahı ilə əlaqədardır. Sözün normativ fonem tərkibi bəzən fonemlərin realizasiyası – işlənməsi zamanı pozula bilir. Bəzən bu fonetik hadisənin əksi baş verir, yəni fonemlərin normaya uyğun tələffüzü zamanı sözün fonem tərkibi dəyişir. Qeyd edək ki, orfofoniya sözdəki hər hansı səsin fonematik variantlarının yaranma səbəbini də araşdırır. Məhz bu baxımdan orfofonik variantlıq yalnız fonoloji sistemə aid edilir və bəzən dil daşıyıcıları tərəfindən hiss olunmur. Bu variantlıq dil sisteminin hər hansı bir inteqral əlamətinin pozulması ilə müşahidə olunur. Əgər bu əlamət hər hansı bir fonemin differensial əlaməti sayılmırsa, o zaman inteqral əlamət hesab oluna bilər. Əlbəttə, yalnız dil sisteminin əsas inkişaf amillərinə uyğun gələn əlamətlər bu baxımdan səciyyələnir. Səs variantlarını seçərkən müxtəlif fonetik, fonoloji və ekstralinqvistik faktorlar nəzərə alınmalıdır. Bu kodlaşdırılmış normadan dilin səs sisteminin taleyi çox asılıdır. Bütün dillərin səs sistemində sait və samitlər bir-birindən kəskin surətdə fərqlənən, aydın ifadə olunmuş funksional xüsusiyyətləri ilə seçilən dil vahidləridir. Bu nöqteyi-nəzərdən 2 dilin fonoloji sistemini müqayisə edərkən bu səciyyəvi xüsusiyyətləri nəzərə almaq lazımdır. Nitq axınında fonemlərin real funksionallaşmasını nəzərə alaraq deyə bilərik ki, bu funksionallaşma minimal tələffüz vahidi – heca daxilində yalnız ayrı-ayrı səslərin deyil, həm də bu səslərin qarşılıqlı təsirinin öyrənilməsinə imkan yaradır. Orfofoniya həm də seqment vahidlərin (fonemlərin) və superseqment vahidlərin (vurğu və intonasiyanın) normativ reallaşması kimi başa düşülməlidir. Orfoepik və orfofonik normaların xüsusiyyətləri tələffüz tipindən asılıdır. Bu zaman tam tələffüz forması və natamam tələffüz forması müəyyən olunur. Natamam tələffüz forması adından da göründüyü kimi səhv tələffüz formasıdır. Ədəbi tələffüz formasında yayınmalar bəzən dialekt və digər dillərin tələffüz formasının təsiri ilə olur. Müəyyən vurğu altında tələffüz olunmuş saitlərin, samitlərin, sait və samit birləşmələrinin xüsusiyyətləri, onların orfoepik və orfofonik xüsusiyyətlərinin öyrənilməsi bu səslərin tələffüzünün effektiv metodikasının yaranmasına kömək edir. Tələffüz normalarının təhlili dilin fonoloji sisteminin əsas inkişaf amillərinin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, tələffüz normalarına ekstralinqvistik faktorların, cəmiyyətdə gedən ictimai proseslərin də böyük təsiri vardır. Tələffüz normalarının real inkişaf yolu dilin fonoloji sistemini və onda olan variantlıqla səciyyələnir. Bu isə ilk növbədə tələffüz normasının linqvistik kateqoriya olmasına dəlalət edir. Lakin tələffüz norması eyni zamanda sosial anlayışdır və sosiolinqvistik kateqoriyadır. Sosiolinqvistik faktorlar dil sistemi daxilində bu sistemin qanunauyğunluqları ilə ziddiyyət təşkil etmədikdə tələffüz normalarına öz müsbət təsirini göstərə bilər. Azərbaycan dilinin orfofoniyası və orfoepiyasının mənimsənilməsi düzgün tələffüz qaydalarının öyrənilməsinə imkan yaradır.
ƏDƏBIYYAT 1. Azərbaycan dilinin orfofoniya lüğəti. Bakı, 2016. 2. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984. 3. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı, 2007. 4. Əfəndizadə Ə. Azərbaycan dilinin orfoepiyası (nam dis.). Bakı, 1954. 5. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1970. 6. Veysəlov (Veysəlli) F. və b. Eksperimental fonetika. II hissə, Bakı, I, 1980. 7. Yadigar (Veysəlli) F. Fonetika və fonologiya məsələləri. Bakı, 1993.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
43 8. Ziya K. Səhnə dili haqqında. Bakı, 1947. 9. Siebs Th. Deutsche Aussprache. Reine und gemäßigte Hochlautung mit Wörterbuch. 19., umgearbeitete Auflage. Berlin, 1969. 10. Jones D.An English Pronouncing Dictionary. London, 2002. 11. Р.И.Аванесов. Русское литературное произношение. М., 1972.
İnternet resursları 12. http://nedir.az/orfoepiya-nedir-orfoepiya-haqqinda 13. https://azerdict.com/izahli-luget/orfoepiya 14. http://studme.org/1494051118424/literatura/orfoepiya 15. http://megalektsii.ru/s48425t1.html
Agil Jafarov Ortophonia issues in Azerbaijan language
Summary Ortophonia and orphoepy terms are specified in the language position in the article. The author clarifies how to use this or that term and which is accurate in the language position.
Key words: orthophony, orphoepy, pronunciation style, experimental phonetics, pronunciation norms
Aynel Məşədiyeva, fil.ü.f.d., dosent AMEA Nəsimi adına Dilçilik İnstitutu, Elmi katib aynel.meshadiyeva@mail.ru
MÜASİR TÜRK DİLLƏRİNDƏ VƏ DİALEKTLƏRİNDƏ FEİLİ BAĞLAMALARIN ŞƏXS VƏ HAL ŞƏKİLÇİLƏRİ İLƏ İŞLƏNMƏSİNƏ DAİR
Məlum olduğu üzrə, feilin şəxssiz formalarının əsas xüsusiyyəti şəxslər üzrə dəyişməzlikdir. Buna görə də onları şəxssiz, yaxud da qeyri-predikativ forma adlan-dırırlar. Linqvistik ənənəyə görə şəxssiz fellər həmçinin infinit formalar, şəxsli fellər isə finit formaları adını almışlar. Dilçilikdə feili bağlamalara feilin bütün əsas qrammatik kateqoriyalarına, o cümlədən şəxs kateqoriyası vasitəsi ilə subyekt oriyentasiyasına malik canlı forması kimi baxılır. Lakin feili bağlamalara feil formasını şəxsli (finit) edən xüsusiyyətlər xas deyildir. Feili bağlama başqa hərəkətlə nisbətdə olan hərəkəti – paralel olaraq bu və ya başqa hərəkətləri bildirir.
Belə qənaətə gəlmək olar ki, feili bağlama tabe olan formadır, lakin eyni zamanda verbal və predikativlik əlamətlərini saxlayır.
Təsrif oluna bilən və özünün xüsusi mübtədası olan bəzi türk dillərinin, buryat və evenk dillərinin feili bağlamalarını buna misal gətirmək olar. Lakin, buna baxmayaraq, onlar ayrı cümlə düzəltmək qabiliyyətinə malik olmayan asılı predikatlardır. Türkoloji elmində feili bağlamalar adətən dəyişməyən fel forması kimi şərh edilir. Feili bağlamaların bu cür tərifinə M. Askarova [1, s.4], A.Tursunov [12, s.4], N.P. Dırenkova [5, s.130], İ.P. Pavlovun [11, s. 2] və başqalarının əsərlərində rast gəlmək olur. Feili bağlamaları həmçinin şəxssiz forma adlandırırlar, belə ki, feilin şəxssiz formalarının əsas xüsusiyyəti onların şəxslər üzrə dəyişməməsidir. Fikrimizcə, müasir türk dillərində feili bağlamaların dəyişməyən forma kimi təyin edilməsi qeyri-qənaətbəxşdir. Həmin tərifi türk dillərində feili bağlamalara aid etmək çətindir. Çünki, türk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
44 dillərində feili bağlama formalarının yalnız şəxs şəkilçiləri deyil, həmçinin hal şəkilçilərini də qəbul etdikləri hallarla rastlaşırıq. Feili bağlamaların türk dillərində dəyişməyən forma kimi tərifi bəzi dilçilərin əsərlərində tənqidi təhlilə məruz qalmışdır. Bəzi təriflərə nəzər yetirək. Məsələn, Y. Janmavov qeyd edir: “Türk dillərində feili bağlamalar qətiyyən dəyişməyən fel formasını ifadə etmir. Onlar, bir qayda olaraq, özündən sonra morfoloji kateqoriyaların şəkilçilərini qəbul etmirlər, lakin onların müsbət və mənfi formaları, fel növlərinin formaları ola bilər. Bundan başqa, feili bağlama formaları ayrı-ayrı dillərdə tez-tez şəxs şəkilçiləri, bəzən isə hətta hal şəkilçiləri qəbul edirlər” [3, s. 5-6]. Y.İ.Ubryatovanın “Yakut dilinin sintaksisinə dair tədqiqat” əsərində düzgün olaraq qeyd edilir: “Yakut dilində feili bağlamalar bir də ona görə sözdəyişdirici formalara aid edilməlidir ki, onlar hər şeydən əvvəl xəbər şəkilçiləri formasında şəxs şəkilçiləri qəbul edir” [13, s.42].
“Yakut dilində, E. İ.Korkina qeyd edir ki, feili bağlamaların əksəriyyəti şəxs və hal şəkilçilərini qəbul edir. Bundan başqa, şəxs və kəmiyyət üzrə də dəyişir [9, s.11]. Daha sonra müəllif qeyd edir: “Məsələn, -an, a-ıı, -aarı, -maorı, -ımına, -bakka şəkilçili fe-li bağlamalar hər iki halda bütün üç şəxslərdə şəxs şəkilçiləri (xəbər şəkilçiləri) qəbul edə bilərlər [3, s. 11]. Türk dillərində feili bağlama formalarının şəxs şəkilçiləri ilə işlənməsi çoxfunksiyalı xarakter daşıyır.
Müasir türk dillərində və dialektlərində feili bağlamaların şəxs şəkilçiləri ilə işlənməsi probleminin öyrənilməsinin zəruriliyi həmin mövzuya həsr olunan xüsusi tədqiqatların olmaması ilə müəyyənləşdirilir.
Bəzi müasir türk dillərində feili bağlamaların şəxs şəkilçiləri ilə işlənməsinin ifadə üslublarının fərqli xüsusiyyətlərinə malikdir. Feili bağlamaların morfoloji kateqoriyaların şəkilçilərini qəbul etməsi hallarına bəzi türk dillərində tez-tez rast gəlinir. Belə hal əsas etibarilə yakut dilində feili bağlamaya təsadüf edilir. Belə ki, bu dildə demək olar ki, bütün feili bağlama formaları özünə xəbər şəkilçisi birləşdirir. Müasir yakut dilində şəxs şəkilçiləri ilə işlənən feili bağlamaların vasitəsilə sintetik mono- və polisubyektiv, polipredikativ konstruksiyalar, habelə həmin feil for-maları ilə ifadə olunan sadə cümlə xəbəri əmələ gəlir. Feili bağlamalar yakut dilində polisubyektiv polipredikativ cümlələrin tabe olan hissəsində hərəkəti həyata keçirən şəxsin göstərilməsinin zəruriliyi zamanı şəxs şəkilçiləri ilə işlədilir.
Feili bağlamalar yakut dilində fel forması kimi, feilin bütün qrammatik kateqoriyalarına – feilin növlərinə, təsdiq və inkar formalarına malikdir. Bəzi misallara baxaq. Müasir yakut dilində -an feili bağlaması şəxs şəkilçilərini qəbul edir.
1.
2. Barannın - sən gedərkən 2. Barannıt - siz gedərkən 3. Baran - o gedərkən 3. Barannar - onlar gedərkən -A/ıı şəkilçili feili bağlamalar yakut dilində yalnız təkrar işlənərkən özlərinə xəbər şəkilçisi birləşdirə bilər. Məsələn, tək halda birinci şəxs – bara - barabın-gedərək, cəm halda birinci şəxs – kele –kelebit - gələrək, körö – köröbün – baxaraq [9, s.32]. Müasir yakut dilində -a/-ıı şəkilçili feili bağlamalar qoşa işləndikdə şəxs şəkilçisi qəbul etmirlər. Misallara baxaq: Kııs mutuqu ılan buoru хаhа-хаhа, Aleksandr dieki кörü teliir – Qız budağı götürərək və daim torpağı qurdalayaraq Aleksandr tərəfə baxır. [9, s.32]. Yakut dilində elə hallar var ki, -a/-ıı şəkilçili feili bağlamalar qoşa formada 1-ci və 2-ci şəxsdə şəxs şəkilçisi qəbul etmədən işlənir. Bir misal gətirək: Bihigi künühün üörene –üörene kiehetin üleliibit– Biz gündüz oxuyaraq, ax-şamlar işləyirik [9, s.32]. Müasir yakut dilində şəxs şəkilçiləri qəbul edən bir neçə feili bağlama formalarına da baxaq: - ımına şəkilçili feili bağlama (-an şəkilçili feili bağlamanın inkar forması) - barımınabın - məngetmədən - 1-ci şəxs tək hal forması; - aarı şəkilçili feili bağlama - onoroorubut – biz edərək- 1-ci şəxs cəm hal forması; - ımaarı – (-aarı şəkil-çili feili bağlamanın inkar forması), (qeyd edək ki, bu feili bağlama şəxs şəkilçisi ilə və onsuz işlənə bilər) - barımaarıbın – mən getmədən- 1-ci
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
45 şəxs, tək hal. Yakut dilində başqa feili bağlamalardan fərqli olaraq, -aat şəkilçili feili bağlama şəxs şəkilçiləri qəbul etmir. Lakin, qeyd edək ki, bu feili bağlama forması - kıtta və kıtarı - birgə, bərabər , ... kimi qoşmaları ilə uyğunlaşaraq təsirlik hal şəkilçisini qəbul edir və şəxs bildirir, məsələn, min baraаppın kıtta (кıtarı)- mən gələn kimi – 1-ci şəxs., tək hal.; en baraakkın kıtta (kıtarı) – sən gələn kimi - 2-ci şəxs, tək hal. Müasir yakut dilində yalnız iki feili bağlama (bıtınan və bıçça) formaları dəyişilməzdir. Yakut dilinin tədqiqatçıları S.V. Yastremski, O. Bötlinqk, E. K. Pekarski və L.N. Xaritonovun –bıçça şəkilçili feili bağlama formalarına zərf kimi baxmaları diqqət çəkir. Yalnız Y. İ. Ubryatova – bıçça formasını feili bağlama kimi təhlil etmişdir. Bu feili bağlama forması yakut dilinin başqa feili bağlama forma-larından onunla fərqlənir ki, o qeyd-şərtsiz dəyişməyən formadır, yəni nə şəxs, nə də hal şəkilçiləri qəbul edir, həmçinin inkar forması yoxdur. -Imına və -bakka tərkibli feili bağlamalar yakut dilində ayrı-ayrı hallarda şəxs şəkilçiləri ilə birləşərək sadə cümlədə tabe olmayan xəbər funksiyasında işlədilirlər. Şəxs və hal şəkilçilərinin qəbulu başqa müasir türk dillərinə də sirayət edir. Belə ki, özbək dilində də feili bağlamaların şəxs şəkilçilərini təkrar qəbul etmələri halları var. Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling