I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
–Qunça şəkilçili feili bağlama formasında iştirak edən şəxs, mənsubiyyət şəkilçisinə uyğun ifadə olunur. Həmin şəkilçi –qunça şəkilçisinin birinci ele-metinə birləşir. Misal gətirək: Biz ukiqinimizça – biz oxuyana qədər; Uzim borq-ma-qunimça kampirninq kungli tulmaydi – Mən getməyənədək qocanın (ağbirçəyin) ürəyi sakitləşməyəcək [8, s.244]. - Qanşa, - qenşe; - kanşa, - kenşe şəkilçili feili bağlama qaraqalpaq dilində for-ması da şəxs şəkilçiləri qəbul edir. Məsələn, Üyqe kelip cetkenimşe otırqanımda ara-dan taqı da eki saat yötti – mən evə gələnədək, evdə oturdum, iki saat vaxt keçdi [ 2, s.472]. Tuva dilində də belə hallara rast gəlmək olur. Məsələn, kelqijemçe – mən gələnə kimi; kelqijençe – necə ki, mən gəlməmişəm [6, s.405]. Müasir türk dilinin bəzi dialektlərində bir sıra feili bağlamaların şəxs və hal şəkilçilərini qəbul etmələrini göstərməmək maraqlı olmazdı. Belə ki, türk dilində -arak/-erek şəkilçili feili bağlamalar Vidin, Ərzincan, Kütahya və Ərzurum dialektlərində –dan/-dən çıxışlıq halın şəkilçilərini qəbul edir: duşunerekten, gezınerekten (Vidin); acıyanahdan, dayanarahdan, sogerekden (Ərzincan), deerekten, harlayarakdan, gurleyelekden (Kütahya), alarahdan (Ərzurum). -Alı/-eli şəkilçili feili bağlama formaları türk dilinin Karaman dialektində beri sözü ilə çıxışlıq halın şəkilçisini qəbul edir: “Cunki helaset Mesias geleliden beri bunlardan hokum ve kahinlik (papazlık) kalkdı” (İM 19: 21-22). Eski anadolu türkçəsində də analoji fonetik variant müşahidə olunur. Bununla yanaşı burada həmçinin -dan beru fonetik variant da mövcuddur. Lakin bu formaya nadir hallarda rast gəlinir. Misallara baxaq: :“Fakat karadenizde bulunurumuş. Rab-binoslar kendileri sahilendiriorlar ki Rabbinin Yerusalimdebulunan hanesi veran olalıdan beru bu gune gelene kadar garyu denizdede bulunmaz oldu, bu balık deyi sahihlendiriorlar” (İM 182: 9-14). Müasir türk dili dialekt və şivələrində -dık/- dığından şəkilçili feili bağlama forması şəxs şəkilçisi qəbul edir. Misal: Musinin yehudileri Mısırdan cıkardığında kelplerin havlamadığı gibi, Hristozunda canları cehimden cıkardığında, şeytanlar karşı koymaya kadir olmadılar (İM 14: 26). Bu feili bağlama şəkilçisinə türk dilinin Urfa və Ərzurum dialektlərində rast gəlinir. Həmin feili bağlamanın Urfa dialektində zaman zərfi olduğunu, Ərzurum dialektində isə eyni zamanı bildirməsini qeyd etmək mühümdür. Bunu misallarla izah edirik: kırdığında, vardığında (Urfa dialekti); Tah aldığımda atdım “ta aldığım zaman, gorduğunde elini opdi və s. - Dıqda, - dikdə, - duqda, - dükdə şəkilçili feili bağlama formasının qədim Azərbaycan dilində tez- tez mənsubiyyət şəkilçisini qəbul etdiyini qeyd etmək maraqlıdır. Bu şəkilçilər –dıq və da elementlərinin aralarına qoyulur. Misallara baxaq: açdığımda – mən açanda, gəldiyində - o gələndə və s. Qeyd edək ki, “Dədə Qorqud Kitabıda” həmin feili bağlama forması tez-tez “ləyin” sözü ilə işlədilir. Qeyd edək ki, bu feili bağlamanın “leyin” sözü ilə işlənməsi hərəkətin tez həyata I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
46 keçməsini bildirir. Misal gətirək: Qazılıq Qoca onu gördügündələyin yel kimi yetdi – Qazılıq qoca onu görüb küləək kimi qaçaraq gəldi ; Qazılıq Qoca qələyə yetdigindələyin cəngə başladı- Qazılıq qoca qalaya çatan kimi döyüşməyə başladı [Kitabi Dədə Qorqud, Bakı, 1962, c.106-107]. -Dıqda şəkilçili feili bağlama forması müasir Azərbaycan dilində mənsubiyyət şəkilçisi qəbul etmir və “ləyin” sözü ilə işlənmir. Azərbaycan dilinin yazılı abidələrində -dıqca şəkilçili feili bağlamanın həmçinin mənsubiyyət şəkilçisi ilə işlədilməsinə tez-tez rast gəlinir. Həmin feili bağlama forması mənsubiyyət şəkilçisi ilə uyğunlaşaraq aşağıdakı formaları mənimsəyir: - dığımca, - diğimcə, - duqumca, - düqümcə, - dıqınca, - diqincə, - duqunca, - düqüncə. Misallara baxaq: Baxduqunca hər nəzərdə qeyri-zat Allahı gör (Nəsimi, 14 əsr); Rəqibindən cəfalar çəkdigimcə qılırmən bəd dualar dürlü - dürlü(Xətai, 15 əsr) [10, s.18]. -Dıqca şəkilçili feili bağlama forması müasir Azərbaycan dilində mənsubiyyət şəkilçisi qəbul etmir. Qeyd edək ki, türk dillərində ikincili feili bağlamalar şəxs şəkilçilərindən başqa hal şəkilçiləri qəbul edirlər. Bildiyimiz kimi, qoşmalar hallana bilən söz kateqoriyaları ilə işlədilir. Belə ki, feili bağlamalar hallanmır, qoşmalar onlarla nadir hallarda uyğunlaşırlar. Feili bağlamalar bəzi müasir türk dillərində isə yalnız o zaman hal şəkilçiləri qəbul edir ki, onlardan sonra qoşmalar gəlsin. Məsələn, qumuq ədəbi dilində qınça, - qinçe, - qunça, - qünçe şəkilçili feili bağlama forması berli- ilə,- danbaşlayaraq qoşması ilə uyğunlaşaraq –çıxışlıq halın şəkilçisini qəbul edir. Məsələn, Sen aytqınçadan berli de anqlaqan edim men o xabarnı – Mən bu xəbəri sən mənə danışandan xeyli əvvəl eşitmişdim [3, s.39]. Çıxışlıq halın şəkilçisi başqırd dilində bəzən –qas şəkilçili feili bağlama forması alır. Məsələn: kaytkastan - qayıdaraq, uylağastan – fikirləşib və i.a. [4, s.186]. Bəzi feili bağlamalar Tuva dilində hal, şəxs və kəmiyyət şəkilçilərini qəbul edə bilər. Belə ki, tuva dilində - kaş şəkilçili feili bağlama forması aşağıdakı hal və kəmiyyət formalarına malikdir. Məsələn: adlıq hal – kelqeş – gələrək tək hal, kelqeşter – gələrək- cəm hal; yiyəlik hal – kelqeştin- gələrək – tək hal, kelqeşternin – gələrək cəm hal; yerlik hal – kelqeşte –gələrək tək hal, kelqeşterde – gələrək cəm hal; çıxışlıq hal – kelqeşten-gələrək tək hal, kelqeşterden – gələrək cəm hal [3, s.335]. Tuva dilində belə hallar əsasən folklor dilində müşahidə olunur. -Pışaan şəkilçili feili bağlama forması Tuva dilində yalnız kəmiyyət və hallar üzrə dəyişmir, həmçinin şəxs şəkilçisi qəbul edir. Bu feili bağlamanın tuva dilində iki müxtəlif təhlili var: 1) həmin forma feili bağlama kimi təhlil edilir; 2) bu feili bağlama bəzi feili bağlama əlamətləri ilə əsaslandırılmış feili sifət hesab olunur. Feili bağlama formaları bəzi müasir türk dillərində yerlik və çıxışlıq hallarının şəkilçilərinin vasitəsilə əmələ gəlir. Məsələn, Azərbaycan dilində - anda, - əndə - danışanda, gələndə; - dıqda/ - dikdə - aldıqda, gördükdə. Bu cür feili bağlamalar qoşmalarla birləşə bilərlər, misal üçün: Azərbaycan dilində - oxuyandan sonra, gəldikdən sonra, yedikdən sonra və i.a. Türk xalq danışıq dilində feili bağlamaların çıxışlıq halın şəkilçisi ilə işlənməsi həmçinin qeyd olunur. Bu növ feili bağlamalara – (y)arak/erek ikincili feili bağlamalar aiddir. Həmin feili bağlamalar çıxışlıq hal şəkilçiləri ilə işlədilərək aşağıdakı formanı alır: - (y) araktan/ - (y) erekten. Misallara baxaq: “Tek tek basaraktan, bade süzerekten İnce dizerekten, gel yarim, gel aman” [15, s.431]. basaraktan, süzerekten, dizerekten. –Arak/-erek şəkilçili feili bağlamaların həm çıxışlıq, həm də yerlik hallarının şəkilçiləri ilə işlənməsi hallarına türk dilinin Rize dialektində (Rize ilçəsi) təsadüf edilir. Misallar: “ gelu, diyor, şindi nerdeyse, diyerekten buni nasi duydisa miktat diyanamadi... [16, s.267]; Bindi, bi şey yapti, bi marifet yapti, kuş-lar bağladi attina ustine et kodi falan diyerekte...[16, s.267]. Göründüyü kimi, - (y)arak/-(y)erek şəkilçili feili bağlama forması birinci misalda çıxışlıq halında, ikinci misalda isə yerlik halında işlədilir - diyerekten (çıx.h.), diyerekte (yer.h). Müasir türk dilində -(y)alı/-(y)eli şəkilçili feili bağlama forması beri qoşması ilə birləşərək çıxışlıq halda işlənə bilər. Məsələn: Ben mektubunuzu alalı(dan) beri iki hafta oldu [7, s.481]. Qədim osman mətnlərində, A.N.Kononovun qeyd etdiyi kimi, -(y)alı/-(y)eli şəkilçili feili
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
47 bağlama forması çıxışlıq halda beri qoşmasız işlədilir [7, s.481]. Belə hala 14-19 əsrlərdə Azərbaycan dilinin yazılı abidələrində də təsadüf edilir. Məsələn, 14-cü əsrin görkəmli şair Nəsiminin əsərlərində -alı/-eli şəkilçili feili bağlama forması bəzən –dan/-dən çıxışlıq hal şəkilçiləri ilə işlədilir. Misallar gətirək: Saçların düşəlidən bədri-zülfün tabına; Ey latə tapici sənə eyb etməzəm nədən [10, s.16]. Müasir türk dillərinin bəzi dialektlərində də feili bağlama şəkilçisi -iken/-ken çıxışlıq halının şəkilçiləri ilə işlədilir. Məsələn, müasir türk dilinin Kipr və Anadolu dialektlərində -iken/-ken şəkilçisi –dan/-den çıxışlıq halının şəkilçiləri ilə birləşərək iki məna verir: 1) müqayisə “daha yaxşı” və 2) tez keçmə. Misallar:1) Pişerken hem koku bakımından çekici olurken yerkenden daha fazla lezzet verir [15, с. 64]; 2) gelirkandan = gelir gelmez [16, с. 95]. Göründüyü kimi, hal-kəmiyyət formaları və başqa kateqoriyalar adətən ikincili feili bağlamalara məxsusdur. Qeyd edək ki, birincili feili bağlamalar çox nadir hallarda hal şəkilçiləri ilə birləşmir. Hal şəkilçilərinin birincili feili bağlamalarla işlənməsi halları əsas etibarilə türk dillərinin dialekt və şivələrində, həmçinin xalq-danışıq dilində qeyd olunur. Azərbaycan dilinin qərb dialekt və şivələrində M.Ş. Şirəliyev - ıp 4 şəkilçili birincili feili bağlamaların çıxışlıq hal şəkilçiləri - ıfdan, - ifdən, - ufdan, - üfdən ilə işlənməsi hallarını aşkar etmişdir. Misal: Qızarıfdan yerə keçmərsən, hələ bir üzümə də baxersan? [14, s.98-99]. Maraqlıdır ki, müasir qumuq dilində birincili feili bağlamaların hal şəkilçiləri ilə işlənməsi qəti müşahidə olunmur. Müasir türk dillərinin materiallarını araşdıraraq biz belə bir nəticəyə gəlirik ki, türk dillərinin feili bağlama formalarının dəyişməyən forma kimi şərhi əsassızdır. Belə ki, bir sıra türk dillərində feili bağlama formaları şəxs, kəmiyyət və hal şəkilçiləri qəbul edə bilərlər. Hər şeydən əvvəl, bu halı yakut dilinin feili bağlamalarına aid etmək olar. Həmin dildə feili bağlamaların şəxs və kəmiyyət üzrə dəyişə bilər, həmçinin hal şəkilçiləri qəbul edir. Bir fakt da maraqlıdır ki, yakut dilində yalnız –bıçça şəkilçili feili bağlama forması mütləq dəyişməyən formadır, yəni nə şəxs, nə də hal şəkilçilərini qəbul edir, həmçinin inkar aspekti yoxdur. Hal-kəmiyyət formaları adətən ikincili feili bağlama formalarına məxsusdur. Türk dillərində birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi çox nadir müşahidə olunur. Həmin hal əsas etibarilə türk dillərinin dialekt və şivələrinə (Azərbaycan dilinin qərb dialekt və şivələri), həmçinin xalq-danışıq dilinə aiddir. Müasir türk dillərində feili bağlamaların bir çox hallarda çıxışlıq və yerlik hallarının şəkilçilərini qəbul etməsi də maraqlı faktdır. Məsələn, başqırd dilində - kaytkastan– qayıdaraq, qumuq dilində -aytqınçadan berli –sən söyləyəndən əvvəl; tuva dilində - kelqeşte– gələrək; türk dilində - basaraktan - basaraq.
-Arak/-erek şəkilçiləri türk dilinin Rize dialekt və şivələrində həm çıxışlıq, həm də yerlik hal şəkilçilərini qəbul edir: diyerekten buni – bunu deyərək, falan diyerekte- nə isə deyərək. Zənnimizlə, türk dillərində şəxs və kəmiyyətə görə dəyişə və hal şəkilçiləri qəbul edə bilən feili bağlamalara feilin xüsusi forması kimi baxmaq zəruridir.
ƏDƏBIYYAT
1. Аскарова М. Деепричастие в современном узбекском языке, автореф. канд. дисс., Ташкент, 1950 2. Баскаков Н.А. Каракалпакский язык, т. 2, ч. 1, М., 1952 3. Джанмавов Ю.Д. Деепричастия в кумыкском литературном языке, Изд-во «Наука», М., 1967 4. Дмитриев Н.К. Грамматика башкирского языка, М.-Л., 1948 5. Дыренкова Н.П. Грамматика ойротского языка, М.-Л., 1940 6. Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фонетика и морфология, I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
48 М., 1961 7. Кононов А.Н. Грамматика современного турецкого литературного языка, М.-Л., 1956 8. Кононов А.Н. Грамматика современного узбекского литературного языка, М.-Л., 1960 9. Коркина Е.И. Деепричастия в якутском языке, Новосибирск. 1985 10. Мамедов Г.Г. Деепричастия в письменных памятниках азербайджанского языка 14-19 веков, автореф. канд. дисс., Баку, 1967 11.
Павлов И.П. Деепричастия в чувашском языке и их синтаксические функции; автореф. канд. дисс., М., 1953 12. Турсунов А. Деепричастия в современном киргизском языке, автореф. канд. дисс., Фрунзе, 1958 13.
Убрятова Е.И. Исследования по синтаксису якутского языка, М.-Л., 1950 14.
Ширалиев М.Ш. Об этимологии деепричастной формы на - ыбан, - ибəн, - убан, - үбəн // «Вопросы языкознания», № 3, 1960 15. Argunşah M. Türkçede zarf-fiil eklerinin durum ekleriyle kalıplaşması // Turkish Studies - International Periodical for the Languages, Literature and History of Turkish or Turkic, Winter 2011, Volume 6/1, p. 55-68 16. Argunşah M. Kıbrıs Ağzında Ünlü Değişmeleri // Kıbrıs Konuşuyor, Kıbrıs Ağzı Üzerine İncelemeler, 2009, s. 85-108 17.
Banguoğlu T. Türkçenin grameri, Ankara, 2007 18.
Günay T. Rize ili ağızları, Ankara, 2003
Mənbələr Kitabi Dədə Qorqud, Bakı, 1962 İM: HİEROMONOHOS, Neofitos, (1857), İspat-ı Mesihiye, ceviren: Yoanis Yorgiadis, A. Popovic Kumpanya Basmahanesi, İstanbul. İN: İrfanname I-II (derleme), (1846), Agati Elpis Basmahanesi, İstanbul.
Academic secretary
of the Institute of Linguistics named after Nasimi of Azerbaijan National Academy of Sciences, PhD and Associate Professor Azerbaijan, Baku
Abstract On personal and case arrangement of the adverbial participles in the modern Turkic languages and dialects
The paper investigates the basic features of functioning of the adverbial participles’ personal and case arrangement in the modern Turkic languages and dialects. The author identifies the causes of the combination of the adverbial participles with personal and case affixes, describes the facts and circumstances of the implementation of the adverbial participles’ personal and case arrangement in the modern Turkic languages.
Keywords and phrases: personal and case arrangement, the primary adverbial participles, the secondary adverbial participles, the modern Turkic languages and dialects, affixes.
Aytən Allahverdiyeva, fil.ü.f.d., dosent AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nəzəri dilçilik şöbəsinin böyük elmi işçisi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
49 TÜRKOLOJİ DİLÇİLİKDƏ FEİLLƏRİN LEKSİK-SEMANTİK BAXIMDAN QRUPLAŞDIRILMASINA DAİR
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində feil ən çox araşdırılmış nitq hissələrindəndir. Ən zəngin nitq hissəsi sayılan feil bəhsinin müxtəlif aspektlərinə həsr olunmuş araşdırmalar ya bir dilin, ya qohum olan dillərin, ya da müxtəlif sistemli dillərin materialları əsasında aparılmışdır. Lakin bu heç də feilin bir nitq hissəsi kimi mövcud xüsusiyyətlərinin hərtərəfli tədqiqi demək deyil. Feil semantik-struktur zənginliyi ilə digər nitq hissələrindən fərqləndiyindən, feillə bağlı öyrənilməmiş problemlər çoxdur. Belə araşdırılması vacib olan mövzulardan biri də feilin leksik-semantik məna qrupları məsələsidir. Feillərin leksik-semantik baxımdan qruplaş-dırılması müasir dilçilikdə ən aktual məsələlər sırasındadır. Türkologiyada feillərin leksik-semantik təsnifatı məsələlərinə XX əsrin 50-ci illərindən başlayaraq rast gəlinir. Bu dövrdən başlayaraq feillərin tematik baxımdan da qruplaşdırılmasına xüsusi diqqət yetirilməyə başlanır. İlk dövrlərdə işin bu istiqamətdə aparılması ümumtürkoloji baxımdan həyata keçirilirdi. Həmin illərdən başlayaraq türkoloq-alimlərdən N.K.Dmitriyev, E.R.Tenişev, A.A.Yuldaşev, N.Z.Hacıyeva, V.F.Veşilova, K.M.Musayev və digər tədqiqatçıların əsərlərində müxtəlif türk dillərinin materialları əsasında feillərin bu və ya digər xüsusiyyətləri ön plana çəkilərək müxtəlif sayda leksik-semantik qruplara bölünür, hər bir tədqiqatçı öz mövqeyini rəhbər tutaraq verdiyi təsnifatda müəyyən yarımqruplar da qeyd edirdi. Onu qeyd etmək lazımdır ki, ayrı-ayrı türk dillərinə, xüsusilə, oğuz qrupu türk dillərinə aid materiallar əsasında feillərin leksik- semantik bölgüsü Azərbaycan dilində də özünü göstərir ki, bu da feillərin əksəriyyətinin həmin dillərdəki feillərlə ortaq semantikaya və oxşar fonetik qabığa malik olması ilə bağlıdır. Belə ki, bu sahədə ilk təşəbbüslərdən biri kimi dəyərləndirilən N.K.Dmitriyev, V.M.Çistyakov və N.Z.Bakeyevanın 1952-ci ildə yazdıqları tatar və rus dili feillərinin semantikasının müqayisəli şəkildə araşdırılmasına həsr edilmiş iri həcmli məqalədə tatar və rus dili feilləri dörd semantik qrupda təsnif edilir: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür feilləri (1, s. 162-242). T.Çımanova məhz bu məqalədəki təsnifata əsaslanaraq qırğız dilindəki nitq və deyim məzmunlu feilləri səkkiz qrupa ayırmağı lazım bilir: 1) nə isə haqqında danışmaq aktını bildirən feillər; 2) danışma tərzini bildirən feillər; 3) məlumatın ötürülməsini metaforik şəkildə ifadə edən feillər; 4) sual bildirən feillər; 5) cavab bildirən feillər; 6) xahiş bildirən feillər; 7) təsdiq bildirən feillər; 8) inkar bildirən feillər (2, s.122). E.R.Tenişevin “Türk dillərində hərəkət feilləri” adlı məqaləsi də feillərin leksik-semantik baxımdan qruplaşdırılması istiqamətində aparılan uğurlu tədqiqat əsəri hesab edilə bilər (3, s. 232- 294). Burada müxtəlif türk dillərinin materialları əsasında hərəkət feillərinin xarakterik xüsusiy- yətləri araşdırılır, onların ifadə imkanları üzə çıxarılır və bir çox leksik-qrammatik səciyyəsi verilir ki, bu da feillərin leksik-semantik qruplarından biri olan hərəkət feilləri haqqında geniş təsəvvür əldə etməyə imkan yaradır. N.Z.Hacıyeva və A.A.Koklyanovanın “Türk dillərində nitq feilləri” adlı əsəri də feillərin leksik-semantik qruplarından biri olan nitq prosesi ilə bağlı feillər və onların leksik-qrammatik xüsusiyyətlərinin izahı baxımından əhəmiyyətlidir (4, s. 94).Bu, türk dillərində danışıq aktı ilə bağlı olan feillərin ilk təsnifatı kimi də dəyərləndirilə bilər. Ümumiyyətlə, “Türk dilləri leksikasının tarixi inkişafı” adlı məqalələr məcmuə-sində çap olunmuş əsərlərin əksəriyyəti feillərə, onun ayrı-ayrı xüsusiyyətlərinin araşdırılmasına həsr olunmuşdur. Bu əsərlərdən biri də A.A.Yuldaşevin türk dilləri materialları əsasında yazdığı “Hissi qavrayış feilləri” adlı məqaləsidir. Burada da təfəkkürlə bağlı olan feillərin bir hissəsini özündə birləşdirən qavrayış prosesi ilə bağlı feillər semantik və qrammatik baxımdan geniş təhlil edilir, onlara məxsus olan spesifik semantik əlamətlər və funksional xüsusiyyətlər dil faktları əsasında araşdırılır. Tədqiqatçı bu zaman bilavasitə həmin yarımqrupa daxil olan feillərin dilin ayrı-ayrı üslublarında və müxtəlif məqamlarda işlənməsi zamanı özünü göstərən səciyyəvi əlamətlərə xüsusi diqqət yetirir, onların sintaktik mövqeyi haqqında ətraflı məlumat verir. Bu isə müəyyən leksik- semantik qrupa daxil olan feillərin əsas xüsusiyyətlərinin üzə çıxarılmasına, onlara xas olan I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
50 əlamətlərin müəyyənləşdirilməsinə bilavasitə kömək etməklə bütövlükdə dilin leksik qatının təsnif olunmasında əhəmiyyətli rolu ilə seçilir (5, s. 294-322). 1947-ci ildə V.Veşilova “Türk dillərində hərəkət feilləri” adlı dissertasiyasında feillərin təsnifatı məsələsinə toxunsa da, daha sonralar dərc olunmuş “Türk dilində hərəkət feilləri” məqaləsində daha geniş və təkmil bir təsnifatla çıxış edir (6, s. 101-114). Bu məqalədə türk dilindən verilmiş dil faktları-hərəkət feilləri həm fonetik qabığı, həm semantik mənası, həm morfoloji quruluşu, həm də sintaktik xüsusiyyətləri ilə Azərbaycan dilinin uyğun semantik qrupa daxil olan feilləri ilə ortaq keyfiyyətə malik olduğundan türk dili hərəkət feilləri haqqındakı mülahizələri eynilə Azərbaycan dili feillərinə də aid etmək olar. Şərti olaraq üç bölmədən ibarət olan bu məqalədə müəllif türk dili feillərinin leksik-semantik qruplarını öz tərkibi və mənası etibarilə dörd leksik-semantik yarımqrupa bölür (hərəkət, iş, həyati proses və təbiət hadisələrini bildirən feillər) və türk dilindəki hərəkət feillərinin morfoloji quruluşu, qrammatik xüsusiyyətləri və leksik mənası haqqında müfəssəl məlumat verməklə onlar haqqında müəllifin şəxsi mülahizələri öz əksini tapmışdır. V.F.Veşşilova türk dili hərəkət feillərini morfoloji strukturuna görə kök feillər, düzəltmə (adlardan düzələn) feillər və mürəkkəb feillərə bölür və onların spesifik əlamətləri haqqında dil faktları əsasında ətraflı məlumat verir. Düzəltmə quruluşlu hərəkət feillərinin isimdən, sifətdən və nidalardan yarandığını qeyd edən tədqiqatçı, düzəltmə Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling