I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
17. Əmirov Z.M. Azərbaycan dilinin formal modellərinin yaradılması və onların əsasında linqvistik prosessorun qurulması. Texniki elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, B., 2006, 19 s. 18. Fətullayev Ə.B.. Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün rəqəm-modelləşdirmə metodunun işlənib hazırlanması və tətbiqi. NDA, B., 2006, 19 s. 19. Xəlili Ə.M. Deduktiv maşının bilik bazasının tərkib hissəsi kimi “Məhdud Azərbaycan dili”nin formal qrammatikasının işlənib-hazırlanması, NDA, B., 2009, 34 s. 20. Кулиева З.Ю. Определение оптимальной структуры автоматического словаря и системы машинного перевода. AKD, В., 2011, 46 с. 21. Искендерова Н.А. Программно-частотный и качественно-семантический анализ адекватности переводов и его применение к переводам на различных языках. АКД, 2008, 19 с.
22. Əliyev Ə.A. İngiliscə-Azərbaycanca maşın tərcüməsi sistemində felin çoxmənalığının alqoritmik həlli. Fil.ü.f.d.DA, B., 2012, 20 s. 23. Мельников Г.П. Системология и языковые аспекты кибернетики. М., 1978, 368 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
25 24. Велиева К.А. Формальное описание синтеза слова АКД, М., 1971, 20 cтр. 25. Велиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, 65 s. 26 Mahmudov M.Ə. Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi,DDA, B., 1994, 64 s. 27. Vəliyeva K.A.,Məmmədova M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003, 80 s. 28. Vəliyeva K.A. Azərbaycanda riyazi dilçiliyin müasir vəziyyəti. Türkologiya 1, 2014. (s.51-56). 29. Vəliyeva K.A. Kompüter dilçiliyinin aktual məsələləri (s.126-132). Dilçilik İnstitutunun Əsərləri, B., 2015, 195 s. 30. Vəliyeva K.A., Mahmudov M.Ə. Linqvostatistika: Fərziyyə və reallıq. B., Tədqiqlər 1, 2000, 56-63 s. 31. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V.İ., Rəhmanov S.Ə., Sultanov V.S. “Kitabi- Dədə Qorqud”un statistik təhlili (ilkin nəticələr) B., 1999, 248 s. 32. Vəliyeva K.A., Mahmudov M.Ə., Sultanov V.S. M.Füzulinin nəzm əsərlərinin əlifba- tezlik sözlüyü. B., 2004, 548 s. 33. Рахманов Дж. Ф. Статистико-дистрибутивный анализ азербайджанского текста (на уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1988, 23 s. 34. Мамедова М.Г. Автоматизированный отбор лексики в информационно - поисковый тезаурус на основе анализа терминологических словарей. Авт. дисс. канд. тех.наук М., 1984, 20 стр. 35. Мамедова М.Г. О cоздании банка терминологических данных азербайджанского языка – Советская тюркология, 1990, 2, 84-89 стр. 36. Şıxıyeva İ.X. Kitabi-Dədə Qorqud dastanın linqvostatistik xüsusiyyətləri.Filologiya elm. nam.,, Avtoreferat, B.,1995. 37. Mahmudov M.Ə. Azərbaycan dili qlobalaşma şəraitində (s.34-39). Dilçilik İnstitutunun Əsərləri, B.,2012 176 s. (xüsusi buraxılış). 38. Vəliyeva K.A. Ehtimal-statistik metodlarının Azərbaycan dilçiliyində tətbiqi ( s.142- 145), Dilçilik İnstitutunun Əsərləri, B., 2012 (xüsusi buraxılış).
İnternet resursları 39. htts//ru.wikipedia.org 40. http://www/soylem.K2
The Issues of Computational Linguistics in Turkology The main trends of computer linguistics- natural language processing, corpus linguistics, dictionary compiling, learning and recognition of languages through a computer, matters of machine translation have been analyzed in this article. Key words: computational linguisties, natural language processing, machine translation, korpus linguisties.
Nərgiz Əliyeva, t.ü.e.d. AMEA Milli Azərbaycan Tarixi Muzeyi
ŞİRVANDA ELM, ŞİRVANŞAHLAR İSƏ ONUN QORUYUCUSU ROLUNDA Yaxın Şərq və Cənubi Qafqazda ən böyük və inkişaf etmiş yarımüstəqil dövlətlərdən biri olan Şirvan həm də elm mərkəzlərindən biri idi. Güclü dövlət kimi, Şirvanın hakimiyyəti öz ərazisindən savayi Arran və Muğan, bəzən isə hətta bu ərazilərdən də uzağa gedərək Xalxala qədər uzanırdı (1, s.318; 25, 360).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
26 Şirvan hakimi (əmir) məzyədilər süraləsindən olan Yəzid ibn Məzyəd (763-788) xarakterinə, həyat tərzinə görə əsl bədəvi idi. Abbasi xəlifələri Mansurdan Harun ər-Rəşidə qədər onu ə`rabi (bədəvi) adlandırırdılar. Geniş ürəkli, həddən ziyadə səxavətli və müharibə olmayan adi vaxtlarda böyük “bon-vivant” (22, c.9-10) olan Yəzid döyüş cəbhəsində şirə dönür, sərt, amansız bir hərbçiyə çevrilirdi. Tez- tez dövlətin paytaxtı Bağdadda olmasına, farsların güclü mədəni təsirinə məruz qalan saray əyanları ilə ünsiyyət saxlamasına baxmayaraq, bütün ərəblərin, xüsusilə ərəb zadəganlarının böyük məhəbbət bəslədiyi şeirlərdən xəbərsiz və ya etinasız idi. Buna baxmayaraq Xilafətin müxtəlif ucqarlarından belə onun yanına gəlmiş və ya onun sarayında yaşayan şairlərə, o cümlədən gürkəmli şair Müslim ibn əl-Validə səxavətlə mukafatlar verirdi (22, c.9-10). İbn Xəlliqan yazır ki, Harun ər-Rəşid iki dəfə Yəziddən Yəzidin özünə həsr olunmuş şeirlərin müəlliflərinin kim olması barədə soruşarkən, hər iki dəfə də bilmədiyini demişdi. Xəlifə əvəzində demişdi: Ayıb olsun. Bundan sonra sən necə qəbilə başçısısan (seyyidi) ki, belə şeirlərlə səni tərifləyirlər, sən isə müəllifi tanımırsan (36, s.423; 22, c.10). Bu məlumat bir tərəfdən şairlərə qarşı xəlifə və saray əyanları tərəfindən diqqəti göstərirsə, digər tərəfdən, Yəzid ibn Məzyədin igid bir sərkərdə kimi çox məşhur olmasını təsdiqləyir. Lakin hələ X əsrdə Şamaxıda Şirvanşah Əhməd ibn Məhəmmədin (h.345/956-981) sarayında Ruhi Şirvani kimi məşhur alim və şairin xidmət etməsi burada ədəbi və elmi mühitin olmasından xəbər verir. Onun ərəb və fars dillərində yazdığı şeirləri Britaniya Muzeyinin Şərq şöbəsində və Türkiyədəki Su Tərlan kitabxanasında saxlanır (11, s.22). Şirvanın özünün hətta dəfələrlə hücumlara məruz qalmasına baxmayaraq zəngin təbii sərvətləri, inkişaf etmiş sənətkarlıq istehsalı, əlverişli yeri, geniş ticarət əlaqələri, sayəsində onun iqtisadi və mədəni həyatı tezliklə bərpa edilmişdir (14, c.9). X-XII əsrlərdə islamın mərkəzi olan Bağdad şəhərində hədis bilicilərindən olan Əhməd ibn İbrahim ibn Musa ibn Abdulla əl-Cənzini (Gəncəli-N.Ə.) atası Əbu Əmr ibn Mundaverhin məclisinə gətirməsi haqqında əs-Səmaninin məlumatı da vardır (33, v.21; 29, s.172). Professor V.Beylisin Şirvanşahların siyasi cəhətdən tərəqqisinin başlanğıcını məhz XII əsrdən hesab etməsi təsadüfi deyildir (16, c.52). Məhz bu dövrdə bir çox tanınmış tarixçi və şairlər Şirvanda elm və mədəniyyətin çiçəklənməsini xüsusi vurğulayırlar. Şirvanşah II Mənüçöhr (489//1096-498-514//1105-1120) digər güclü feodal hakimləri kimi öz ətrafında ziyalılarının toplanmasına səy göstərmiş, Şirvanın siyasi, qismən də o dövrün elmi fikir mərkəzinə çevrilməsi üçün lazımi şərait yaratmışdı (21, c.10). Arxeoloq V.Kvaçidzenin I Bəndovan yaşayış məskənində tapdığı bir qaibın üzərindəki yazı göstərir ki, yüksək elmi biliyə malik şirvanlı sənətkar öz əməyilə elmi vəhdətdə görmək istəyini qab üzərinə köçürmüşdür (23). Şirvan bölgəsi əsasən Qurani Kərimdə adı çəkilən Musa qayası haqqındakı rəvayətlə yanaşı çox sayda ziyalıların olması ilə məşhur olmuşdur. Məşhur coğrafiyaşünas tarixçi- səyyah Yaqut əl-Həməvi bu barədə məlumat verərək yazır: “Deyirlər ki, [Şirvanın] yaxınlığında Musa (ə.s.), qayası var. Burada o Allah Təalanın sözləri ilə deyilsə: “Görürsənmi, biz [həmin yerdə] qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum” (8). Deyirlər ki, [haqqında Quranda söhbət gedən] qaya Şirvandakı qayadır, dəniz Gilan dənizidir, kənd Bacərvan kəndi [Musa peyğəmbərin (ə.s.)] rast gəldiyi xidmətçi oğlanın onu öldürdüyü kənd isə Cizan kəndidir (30, s.339). Bu dövrlərdə zəmanənin bir çox tarixçi və şairləri Şirvanşah II Mənüçöhr digər güclü feodal hakimləri kimi öz ətrafında Şirvanın o dövrdəki mədəni qüvvələrinin toplanmasına səy göstərmiş, Şirvanın siyasi, qismən də o dövrün elmi fikir mərkəzinə çevrilməsi üçün lazımi şərait yaratmışdı (26, c.10). Onlar Şirvanda elm və mədəniyyətin çiçəklənməsini xüsusi olaraq qeyd edirlər. Onların arasında Əbu Tahir əs-Siləfi Şirvan alimlərinin ziyarətinə gələnlərdən olmuşdur. Arxeoloq V.Kvaçidzenin I Bəndovan yaşayış yerindən tapdığı bir qabın üzərindəki yazı göstərir ki, şirvanlı sənətkarlar belə elmə yüksək qiymət vermişdir. O, əməklə elmi bir yerdə görmək istəyini qab üzərinə köçürmüşdür (23). Bu bölgədən tapılan arxeoloji materiallar, sənətkarlıq nümunələri üzərindəki yazılar, eləcə də epiqrafik naxışlar, şəhər sakinlərinin savadlı olduğuna dəlalət edir (6, s.105). Ərəbdilli bioqrafik ƏDƏBIYYATda (əs-Sübki, əs-Səmani, ibn I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
27 Makula, əs-Siləfi, əl-Kəhhalə və başqalarının əsərlərində) şirvanilər nisbəli ziyalılar haqqında yetərincə məlumatın olması da bunu bir daha təsdiqləyir. Azərbaycanı səyahət zamanı öyrənmiş müəlliflərin mənbələrində Şirvanın çox sayda ziyalılarının olması və onların müxtəlif elmi mərkəzlərdə iştirakı, elmi biliklərin inkişafındakı rolu barədə məlumat verilir. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni bildirirdi ki, Əbül- Qasım ibn Ruvaha əl-Ənsari kimi şeyx alim Azərbaycanın Şirvan bölgəsindən olan Əbül-Həsən əl- Müfəddidin tələbəsi olmuşdur (35, s.316). Bu, Şirvanın özündə elmi mühitin yüksək səviyyədə olmasından xəbər verirdi. Şirvan alimlərinin formalaşmasında mühüm amil olan mühit bir neçə Şirvanşahlar nəslinin elmi- mədəni fəaliyyəti sayəsində yaranmışdı. Şirvanşahlar elm və mədəniyyətə ətraflı dəstək verməklə məşhur olmuşlar (28, p.552). Şirvan, xüsusilə, Şirvanşah I Fariburz (1063- 1096) və onun vəziri Baha əd-Din Kamal əl-Mülk Əbül-Fərəc Məhəmməd ibn əl- Hüseyn əl-Kakuyinin* dövründə (XI əsrin sonlarında) «torpağına göylərin həsəd aparıldığı» çiçəklənən bir diyara çevrilmişdi (15, л.13 а; 3, s.142). Şirvanşah və onun vəziri təhsilli şəxslərə himayəçilik edirdilər. I Fariburzun sarayında ərəb dilində mədhiyyələr yazan şairlər toplanmışdı. Ərəb şairi əl-Qəzzinin bu diyara səyahət etməsi ərəbdilli poeziyanın ənənəvi janrlarının inkişafına təkan vermişdi, əs-Siləfi (h.478/1085- 576/1180) kimi sufi şeyx alimin Şirvana ziyarəti isə bu diyarda fiqh və sufilik, eləcə də hədis elmi geniş yayıldığını göstərir. Əs-Siləfinin Şirvana səyahətindən əsas məqsəd hədis toplamaq, orada yaşayıb-yaradan hafizlər, ilahiyyatçı alimlər, mühəddislər, qarelər, vaizlər barədə eşitdiklərini dəqiqləşdirmək, onların həyat və yaradıcılığı, inamı haqqında yeni məlumat əldə etmək olmuşdur (4, s.27). Şirvan elmi mühitinin əsas iştirakçıları yerli alimlər idilər. Onlardan biri şirvanlı vaiz Əbülhəsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında əs-Siləfiyə əsaslanan İbn əs-Sabuni (anadan olub h.604 /1207) məlumat verir. O yazır: «Hafiz əbu Tahir əs-Siləfi (Allah ona rəhmət eləsin) «Mucəm əs-Səfər» əsərində əl-Mufaddid əş-Şirvanini xatırlayaraq yazır ki, o, həqiqətən Şirvanın şəhərləri və ona yaxın yerlərdə məşhur sinli bir şeyx olmuşdur. O, dövrünün ən yaxşı vaizlərindən hesab edilirdi. Şirvanın «dər əl-məmləkəti» olan Yəzidiyyədə hörməti vardı. O, əl-Hüseyn ibn Mənsur əl-Həllacın xəbərlərini toplamışdır. Onun haqqında bizə Bağdadda onu dinləmiş bir nəfər rəvayət etmişdir. Sonra Şirvanda onunla görüşüm vaxtı bu (“Xəbərlər”) haqda ondan öyrəndim». Bizim bəzi təfsirlərimizdə onun haqqında xatırlanıb” (5, s.323). Şirvanşahlardan III Mənuçöhrün hakimiyyətdə olduğu 40 il ərzində (514-555/1120-1160) də Şirvanşahlar dövləti özünün inkişafı dövrünü yaşamışdır. XII əsrin görkəmli ədib və alimi, otuz ilə yaxın Xarəzmşah Atsızın “Divani-inşasının” başçısı olmuş Rəşidəddin Vətvat (h.471-487(1088- 89/1094-cü illər arasında Bəlxdə doğulmuşdur) Şirvanşah Mənüçöhrə yazdığı tərcibənddə Şirvan dövləti və Şirvanşahlar ocağının güc və bacarığından, “Şirvanşahların sözükeçərliliyinin Rumun ən ucqarlarına belə gedib çatdığından danışılır. Mənüçehr ölkəsinin görən gözü, Şərq və Qərb hökmdarlarının başçısı kimi yazıya alınmışdır (37, s.496-500; 10, s.48-88). RəşidəddinVətvat Şirvanşahlar və Mənüçehrin bütün bu keyfiyyətlərilə yanaşı “elm və rüsumun” qayğıkeşi olmasından da danışır. Bu tərəqqi özünü mədəni mühitdə də tapır. Şair Cəlaləddin Fələki Şirvani (öl.1181) III Mənüçöhrün sarayında o dövrün bütün Yaxın Şərqdə şöhrət tapmış, Azərbaycanda şeir məktəibni yaratmış görkəmli şairlər, məlik əş-şüara- “şairlər şahı” adlandırılan Əbül-Üla Gəncəvi, Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani** cəm olmuşdu (17, c.27-70). Mədhiyyəçi Cəlaləddin Məhəmməd Fələki Şirvani (ö.1181) sarayda “şairlərin şahı” titulunu qazanmışdı. “Fələki” ləqəbini isə görünür münəccimliklə məşğul olduğuna görə qazanmışdı. Fələki vəfat edərkən kürəkəni Xaqani ona uzun bir mərsiyyə şeri yazmışdı***. Qanınatası və dostu olmuş Fələki kimi Xaqani də Şirvanşahları tərənnüm edən şeirlər yazmışdır. Zəkəriyyə əl-Qəzvini Mücirəddin əl-Beyləqanini digərlərindən fərqləndirərək üstün hesab edirdi. Müəllif əlavə olaraq məlumat verir ki, şair İsfahana gələrkən şeirində yerli sakinləri cahil adlandırmışdı. Bundan xəbər tutan İsfahanın rəisi bütün isfahan şairlərinə buna münasibət bildirməyi əmr etmişdi. Onlar buna əməl etmiş, şeirləri bir kitaba cəm edərək, Mücirəddinə göndərmişdilər (18, c.52). Şirvanşah I Fariburz kimi Mənüçehr də filosof, şair və alimlərin qayğısına qalırdı. Bu işin icrasına nəzarəti vəzirlərindən biri olmuş Əmin əd-Din əl-Əxrasiyə həvalə etmişdi. Fələki Şirvani
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
28 bu vəzirin Şirvandakı filosof, həkim, astroloq, şair və ənənəçilərə hamilik etməsindən bəhs edir (2, s.160). Xaqani Şirvani Fələki və digər Şirvan şairləri kimi şirvanşah Mənuçöhrü mədh etmişdir. III Mənüçöhr şairlərdən Xaqaniyə saysız-hesabsız mükafat və hədiyyədən başqa hər il 30 min dirhəm məvacib verirdi. Mənuçöhr vəfat edəndən sonra elm və incəsənətə hamiliyi davam etdirən Axsitanşah (ö.1188-1194-cü illər arasında) onun yerinə keçdi. Nizami Gəncəvi də özünün “ Leyli və Məcnun” Bu şirvanşaha 1188-ci ildə Nizami Gəncəvinin “ Leyli və Məcnun” poemasını Şirvanşah Axsitanın sifarişi ilə yazmışdı (13, s.5). Şair əsərində onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Xaqani Şirvani (1126-1199) yeni şahın yeni seçdiyi paytaxt Bakıda qərarlaşır (24, c.148). Saray şairi kimi qəbul edilən Xaqani uzun illər özünün şairlik yaradıcılığının bir qolunu Axsitan, onun ailəsi və saray əyanlarına mədhiyyə formalı şeirlər yazmaqla məşğul olmuşdur. Əsir Əxsikerti (ö.1212) Xaqani ilə görüşüb deyişmək üçün Fərqənədən Şirvana yola düşmüşdür. Xaqanı 1194-1199-cu illər arasında Təbrizdə vəfat etmiş Söhrab adlı şəhər yaxıllığındakı qəbristanlıqda “şairlər məqbərəsi”ndə dəfn edilmişdir. Burada ondan əvvəl Beyləqani (1198) və bir az sonra Zahir Fəryabi və digərləri dəfn edilmişdir. Şirvanı şair kimi ziyarət edən şairlərdən biri də Əbunnami Sədəqə ibn İbrahim Tənəvvuxi əl- Məərri olmuşdur. O, Şirvanda olarkən Nizamülmülk haqqında mərsiyyə demişdir. Mərsiyyənin məzmunu belədir: “Nizam Əbu Əli bütün aləmin rəhbəri, dinin imamı idi. Onu zülmlə öldürməklə insanlar üçün gündüz gecəyə döndü. Onlar sadəcə bu böyük şeyxi öldürmədilər, əslində bütün camaatı və İslamı öldürdülər” (31, s.15). Mərsiyyə şairin bu böyük şəxsiyyətə böyük ehtiramını göstərməklə bərabər, həm də Şirvanın o dövrdə şeir məclislərinin təşkil olunduğu, şeir yarışmalarının təşkil olunduğu məkan kimi, mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir. Bağdada səfər edən şirvanlı şair Xaqani Bağdad alimlərinin elmi məclislərində iştirak etmişdir. Onun ərəbcə oxuduğu xütbəni Bağdad alimləri dərindən alqışlamışdır. Şairimizə «Dəbiri- ərəb» ləqəbi verilmişdir (9, s.42) . Bağdad xəlifəsi ona öz yanında qalıb dəbir (münşi) olmağı təklif etdikdə öz ana yurdunu sevən vətənpərvər şair ona demişdi: ”Mən dəbir deyil, vəzir olmağa belə razı deyiləm, Şirvanda anam məni gözləyir” – deyə, bu təklifi qəbul etməmişdı (7, s.5). Bağdada təriflər yağdıran şairimiz Bağdada həsr etdiyi şeirində Misirlə müqayisədə üstünlüyü Bağdada vermişdir.
Bağdada köçərək burada fəaliyyət göstərən şirvanlı alimlərdən Məhəmməd ibn Uşeyr (Aşir ?) ibn Məruf Əbu Bəkr əş-Şirvani (ö. 547/1152) haqqında məlumat verən əs-Safadi onu dövrünün Hibbətullah ibn Mübarək ibn əs-Sakti kimi görkəmli alimi ilə yanaşı qoyur. O qeyd edir ki, Əbu Bəkr əş-Şirvani dövrunun digər alimləri ilə yanaşı Şirvan alimlərindən elm öyrənmişdir (18, c.61; 19, s.149). Nizamiyyəyə ən layiqli, kamil biliyə malik mütəxəssislər işə götürülürdü. Şirvan elmi-ədəbi məktəibnin yetişdirmələri xüsusi nüfuz sahibləri olmuşlar. Ibn əl-Fuvati məlumat verir ki, Şamaxıda doğulmuş Qəvaməddin Yusif ibn Mənsur ibn İbrahim Əş-Şirvani (ö. 1258) vətəni Şirvanda təhsil almışdı. Şirvan elmi-ədəbi məktəbinin yetişdirməsi kimi məşhurlaşdığı üçün Nizamiyyə mədrəsəsinə dərs deməyə dəvət olunmuşdur. Elmi–asami (onomastika) sahəsində əsərlərin müəllifi, müqayisəli qrammatika üzrə məşhur alim olmuşdur. Onun fəlsəfədən də dərs deməsi məlumdur. İbn əl-Fuvati onun öz əli ilə qazılara yazdığı təlimatı gördüyünü qeyd edir (27, c.118). Maraqlıdır ki, elm mərkəzlərinə toplaşan tanınmış şəxslər bir-birlərinə elmi məclislərdə həmin vaxt iştirak etməyən soydaşları haqqında məlumat vermiş, fikir mübadiləsi aparmışlar. Şirvanlı vaiz Əbül- Həsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında ibn əs- Sabuni yazır: «Mən Dəməşq universitetində təhsil alarkən onun haqqında bizə ondan qiraəti öyrənmiş alim şeyxlərdən biri Əbül- Qasım Abdulla ibn əl-Hüseyn əl-Ənsari məlumat verib. Qahirədə təhsil aldığım vaxt isə Əbül- Həsən Əli ibn İsmayıl ibn İbrahim ibn Cubara əl-Kindidən aşağıdakı məlumatı almışam: əl-Hafiz əbu Tahir Əhməd əs-Siləfi əl-İsfahani İsgəndəriyyədə tələbə olarkən belə bir əhvalat danışıb: «Şirvanda kəramət sahibi olan və əz-Zərəndi kimi tanınan qazı Əbül- Qasım əl- Həsən ibn Mümtaz əl- İsfahani varid olanda qazı Əbu Bəkr Əhməd ibn Səhl ibn Sirri əl-Həmədani öz fitvasından əl çəkdi və dedi: «O bunda məndən üstündür». Bu və buna yaxın mənadakı sözlər Şirvanda əl- Mufaddiddən eşitdiyim kəlamlardır» (35, s.17). Əl-Mufaddid əş-Şirvaninin bu məlumatı Şirvanda I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
29 fəaliyyət göstərmiş ruhani təbəqəsi nümayəndələrilə tanış etməklə yanaşı Şirvanda kəramət sahiblərinə göstərilən böyük ehtiramı da qeyd edir. Şirvanın digər ziyalısı sayılan Əbdül-Cabbar ibn Məlikdad Əbu Bəkr əş-Şirvani Misirə səyahət etmiş, orada dərs demişdir. İbn Cabir əl-Həmədaninin (ö.h.585/1189-da Qahirədə) bir alim kimi yetişməsində Əbu Bəkr Məlikdad əş-Şirvaninin böyük rolu olmuşdur (35, s.7). Təbriz sakini Məcdəddin Əbü-l-Məcd əş-Şirvani fəqih və təfsir bilgini kimi məşhur idi (27, c.118). Şirvanlı Əbunnami isə Nizamülmülkün şəninə şeir söyləmişdi: “Nizam Əbu Əli bütün aləmin rəhbəri, dinin imamı idi. Onu zülmlə öldürməklə insanlar üçün gündüz gecəyə döndü. Onlar sadəcə bu böyük şeyxi öldürmədilər, əslində bütün camaatı və İslamı öldürdülər” (32). Şamaxı mədəni inkişaf baxımından o dövrdə digər Azərbaycan şəhərlərindən seçilirdi. Tədqiqatçı H.Ciddiyə görə bu onunla izah olunurdu ki, tarixi mərhələlərdə o təkcə şimaldan və cənubdan gələn müxtəlif etnik qrupların deyil, həm də karvan yollarının hərəkətlərinin kəsişdiyi yerdir (20, c.72).
* Məsud ibn Namdar onu vəzirlər oğlu və nəvəsi kimi qələm verir (Бейлис В.М. Масуд ибн Намдар. Сборник рассказов, писем и стихов. Факсимиле текста , предисловие и указатели В.М.Бейлиса. М.: Наука, 1970, л.13 а) **Mücirəddin əl-Beyləqani haqqında bax: Mücirəddin Beyləqaninin Cahan Pəhləvanın adına yazdığı qəsidədə iki tarixi hadisə haqqında// Az.SSR EA Tarix İnstitutu və ADU-nun Tarix Fakültəsinin gənc alimlərinin ÜİLGİ-nin yaradılmasının 65-illiyinə həsr olunmuş elmi konfransın tezisləri. B., 1983, s. 60. ***Fələki Şirşaninin bioqrafiyası haqqında bax: К.Залеманн. Четверостишие Хакани. Спб. 1875, с.15.
ƏDƏBIYYAT Azərbaycanca:
1.Azərbaycan tarixi, II cild, Bakı, Elm, 1998. 2.Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı: 1997. 3.Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136-1225) Bakı: Elm, 1984. 4.Əliyeva N.A. Əbu Tahir əs-Siləfi və Şirvanın bəzi görkəmli şəxsiyyətləri // Azərbaycan Tarixi Muzeyi – 2006, Bakı: Elm, 2006. 5.Əliyeva N.A. İbn əs-Sabuni Azərbaycanın orta əsr görkəmli şəxsiyyətləri haqqında // Azərbaycan tarixi Muzeyi-2002. Bakı: Elm, 2002. 6.Dostiyev T.M. Orta əsr şəhərlərinin arxeoloji tədqiqinin bəzi nəticələri. II
Azərbaycanşünaslar müstəqil birliyinin beynəlxalq elmi-nəzəri yubiley konfransının məruzələr məcmuəsi. Bakı: 2004. 7.Xaqani Ş. Ürək döyüntüləri (seçilmiş əsərləri) / Tərtib müqəddimə, lüğət və şərhlər Məmmədağa Sultanovundur Bakı: "Yazıçı”, 1979. 8.Qurani Kərim.18-ci surə, 63-cü ayə. 9.Kəndli Q. Xaqani Şirvani. Həyatı, dövrü, mühiti. Bakı: Elm, 1988. 10.Kəndli Q. Xaqani Şirvani və Xarəzmşahlar ocağı // Azərbaycan-özbək ədəbi əlaqələrindən səhifələr. Az.SSR EA Xalqlar Dostluğu Ordenli Nizami adına ƏDƏBIYYAT institutu, Bakı: Elm, 1985.
11.Mehrəliyev E.Q. Şirvan Elmlər Akademiyası (X-XIII əsrlər), Bakı: Çaşıoğlu, 2000. 12.Mehrəliyev E. Şirvanilər (II kitab ), B., 2003. Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling