I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet7/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   2   3   4   5   6   7   8   9   10   ...   88

ifadə etməyə başlayırlar. Məsələn: yola vermək, qulağına çatdırmaq, öz gözündə tiri görməmək, 

özgə gözündə qıl axtarmaq, göz qoymaq və s. 

Sabit söz birləşmələrinin tərkibindəki leksemlər ayrılıqda bildirdikləri müstəqil mənalarından 

uzaqlaşır. Onlar üzvi surətdə əlaqələndikləri üçün bir-birindən ayrıla bilmir. Belə birləşmələrin hər 

hansı komponentini başqası ilə əvəz etmək olmur. Bu, haqqında danışdığımız birləşmələrin 

mahiyyətini təşkil edir. 

Sabit birləşmələr dildə hazır şəkildə, daşlaşmış vəziyyətdə olur. 

Frazeoloji birləşmələr sabit birləşmələr deməkdir. Belə birləşmələrin tərkibindəki sözlər 

arasında sıx məna bağlılığı olur, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu birləşmələrin 

komponentlərində sərbəstlik yoxdur. 

Frazeoloji birləşmələr dilin tarixi inkişafı prosesində yaranmış və sabitləşmişlər. Ünsiyyət 

prosesində bunlardan hazır şəkildə istifadə edilir. Belə birləşmələri yaradan sözlər öz əvvəlki 

mənalarından az və ya çox dərəcədə uzaqlaşır. Frazeoloji birləşmələrin tərkib hissələri əlaqələnərək 

ümumi bir məna fonu əmələ gətirir. Yəni tərkib hissələrinə ayrılıqda xas olan mənalar birləşmədə 

itir. Həmin hissələr vahid məcazi məna bildirir. 

 

ƏDƏBİYYAT 



 

1. M.N.Özön. Türkçe tabirler sözlüğü. İstanbul, 1943. 

2. С.К. Кенесбаев. Устойчивые сочетания слов казахского языка (парные слова, идиомы 

и фразы). Докт. дисс. Алма-Ата, 1944. 

3. А.Н.Кононов. Грамматика современного турецкого литературного языка. М., Л. 1956. 

4. В.В.Виноградов. Об основных типах фразеологических единиц в русском языке. Сб., 

А.А.Шахматов, М. 1947. 

5. З.Г.Ураксин. Фразеология башкирского языка. М. 1975. 

6. С.Т.Наурузбаева. Фразеологические единицы в каракалпакского-русском словаре. 

Ташкент, 1972. 

7. M. Hüseynzadə. Müasir Azərbaycan dili. B. 1954. 

8. S.Cəfərov. Müasir Azərbaycan dilinin leksikası. B. 1958. 

9. Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. B. 1962. 

10. A.Qurbanov. Müasir Azərbaycan dilinin frazeologiyası. B. 1963. 

11. R.Məhərrəmova. Sabirin dili. B. 1976. 

12. Ə.Ə.Orucov. Azərbaycanca-rusca frazeoloji lüğət. B. 1976.  

13. K.Əliyev. Bədii ƏDƏBIYYATda frazeologiyanın üslubi xüsusiyyətləri. Nam.diss. B. 

1966.  


14. N.Rəhimzadə. Azərbaycan dilində idiomatik ifadələr. Nam. diss. B. 1967. 

15. H.Bayramov. Azərbaycan dili frazeologiyasının əsasları. B. 1978. 

16. H.Həsənov. Azərbaycan dilinin frazeologiyası. B. 1979. 

17. Z.Əlizadə. Azərbaycan atalar sözlərinin həyatı. B. 1985. 

18. A.Axundov. Ümumi dilçilik. B. 1979. 

19. M.Mirzəliyeva. Türk dilləri frazeologiyasının nəzəri problemləri. B. 1995. 

20. S.Mehdiyeva. Mətnlə frazeoloji ifadənin qarşılıqlı münasibəti // EA Xəbərləri. B. 1988, 

№4 


 

N.F.Seyidaliyev 

On the question of phraseology in Turkic studies 

 

ABSTRACT 



 

In the article, firstly, short information is given about the 1

st

 Turkological Congress which was held 



in 1916; then investigation of phraseology in turkology is commented. Furthermore, detailed 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



36

information about scholars who have done first researches about phraseology in Turkish nations’ 

family is also presented in the article. 

In the article, scientific theoretical and practical investigations relating to phraseology in Azerbaijan 

linguistics which have been made since the middle of the last century are also indicated in detail. 

 

Keywords: 



Turkological congress, turkology, Turkish language, Azerbaijan linguistics, 

phraseology 

 

 

 



 

 

Yaşar Qasımbəyli, fil.ü.e.d. 



AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi 

 

ÖZBƏK MAARİFÇİLƏRİNİN MİLLİ DİL GÖRÜŞLƏRİ 



(Mahmudxoca Behbudinin yaradıcılığı əsasında) 

 

Özbək xalqının XX əsrdə yetişdirdiyi böyük tarixi şəxsiyyətlərdən biri olan Mahmudxoca 



Behbudi (1875-1919) özünün çoxcəhətli və zəngin yaradıcılığı ilə Türküstanda milli mədəniyyətin 

və maarifin yüksəlişində misilsiz rol oynamışdır.  İlk dəfə Kırımda fəaliyyət göstərməyə başlayan 

“üsuli-cədid” məktəblərinin və İsmayıl bəy Qaspıralının başlatdığı maarifçilik hərəkatının 

Türküstanda geniş əks-səda verməsində və yayılmasında Mahmudxoca Behbudinin zəhməti və 

əməyi müqayisə edilməzdir. XX əsrin əvvəllərindəki Türküstan xalqlarının bütün ictimai-siyasi, 

ədəbi-mədəni, iqtisadi, həyati ehtiyaclarına və qayğılarına onun zəngin yaradıcılığında, atəşin 

vətənpərvərlik və vətəndaşlıq mövqeyindən yazılmış məqalələrində fəal münasibət bildirilmişdir. 

Çoxsaylı və çoxmillətli Türküstan xalqlarının yeni ictimai-siyasi problemlərinin həllində, ölkənin 

Rusiya istiliasından sonrakı dövrdə həyat və ictimai münasibətlərinin təzədən formalaşdırılmasında, 

yeni ədəbi-mədəni və milli dil siyasətinin ərsəyə gəlməsində Mahmudxoca Behbudi ideyalarının, o 

dövr üçün yüksək professionallıqla yazılmış publisistika və məqalələrinin əhəmiyyəti bugün də öz 

təsir gücünü və qüdrətini qoruyub saxlamaqdadır. Müstəqillik dövründə tanınmış özbək tarixçiləri 

və ədəbiyyatşünasları Mahmudxoca Behbudi yaradıcılığının və fəaliyyətinin öyrənilməsi sahəsində   

xeyli əhəmiyyətli tədqiqatlar ortaya qoymuşlar. Onlardan xüsusən, Nəim Kərimovun (1), Payan 

Rövşənovun (2), Həlim Seyidovun (3) və başqalarının müstəqillik illərində ərsəyə gələn 

tədqiqatlarını və araşdırmalarını ayrıca qeyd etmək məqsədə müvafiqdir.  

Tanınmış özbək ədəbiyyatşünası, filologiya elmləri doktoru, prof. Naim Karimov 

“Mahmudxoca Behbudi” kitabında yazır: “Mahmudxoca Behbudi XX əsrin əvvəllərində 

Türküstanda meydana gələn milli oyanış hərəkatının görkəmli rəhbərlərindən biri olaraq, bu dövrdə 

özbək xalqı ictimai şüurunun oyanmasında mühüm rol oynamışdır. O, Türküstanda yeni üsul 

məktəblərinin açılması , milli mətbuatın yaranmasında fəal iştirak etməklə kifayətlənməmiş, eyni 

zamanda, birinci özbək dramını yazıb, professional özbək teatr sənətinin meydana gəlməsinə zəmin 

hazırlamışdır. O, xalq və cəmiyyəti maarifləndirmək vasitəsilə müstəqilliyə nail olmaq ideyasını 

irəli sürən və bu müqəddəs yolda həyatının və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həlak olan ulu 

əcdadımızdır.” (1, s. 3). 

Ötən yüzilin 20-ci illərinin əvvəllərində Mahmudxoca Behbudinin faciəli və sirli ölüm xəbəri 

məlum olan kimi ən məşhur və sadiq davamçıları mətbuatda matəm məqalələri ilə çıxış edirlər. 

Həmin məqalə və xatirələrdən Hacı Muin (4), Vədud Mahmud (5), Ləziz Əzizzadənin (6) qələminə 

məxsus olan yazılar xüsusi ilə diqqətə layiq idi. Məsələn, L.Əzizzadə ustadının xatirəsinə həsr 

etdiyi məqaləsində aşağıdakıları vurğulayırdı: “Onun qiyməti tarixin məlum bir mərhələsində və 

milli-ictimai inkişafımızın müəyyən dövründəki xidmətləri ilə səciyyələnir. Ustad Behbudinin 

xidmətlərini  fransızların Jan Jak Russoları, rusların Lomonosov, Çernişevski, Dobrolyubovları, 

Qafqaz türklərinin Mirzə Fətəli Axundov və Nəcəf bəy Vəzirovları, tatarların Ş.Mərcani və 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



37

K.Nasiri kimi klassikləri ilə müqayisə etmək olar. Özbək elmi fəlsəfi və maarifçi  ƏDƏBIYYATı 

M.Behbudi ilə başlanıb, yeni bir mərhələyə yüksəldi. M.Behbudi birincilərdən olaraq, Türküstanın 

çar Rusiyası əsarətindən xilas olmaq ideyasını irəli sürdu, əhalinin müstəmləkə zülmü altında 

əzildiyini də cəmiyyətə birinci o məlum qıldı. O, Türküstan milli oyanış hərəkatının təsisçisi və 

lideridir”.  M.Behbudinin şərəfinə söylənmiş bu sözlərdə onun maarif və mədəniyyətimiz 

tarixindəki yeri də, milli azadlıq mübarizəsinin  dərinləşməsindəki  misilsiz xidmətləri də, eyni 

zamanda, özbək xalqının xilası və inkişafı tarixindəki silinməz izləri də öz əksini tapmışdır”.  (1, s. 

4). 

XX yüzilin əvvəllərindən – 1913-cü ildən Mahmudxoca Behbudinin nəşr etdirməyə başladığı 



“Ayna” jurnalı Türküstan ölkəsinin ictimai-siyasi və ədəbi-mədəni həyatında silinməz iz qoydu. Bu 

jurnalın səhifələrində təkcə M.Behbudinin məşhur və tarixi məqalələri – “Dil məsələsi”, “İki deyil, 

dörd dil lazımdır”, “Ehtiyaci-millət”, “Millət necə tərəqqi edər”, “Teatr nədir”, “Sart sözü 

məchuldur”, “Buğda haqqında”, “Gənclərə müraciət”, “Amalımız və ya muradımız”, “Tənqid –

seçməkdir”, “Türküstan tarixi lazımdır”, “Cəhalət dərdləri”, “Bizdəki hallar və işlər”, “Bizə əziyyət 

verən mərəzlər”, “Mübahisə mədəniyyəti” və s. əsərləri deyil, müasirlərinin və davamçılarının 

Türküstan mədəniyyəti tarixində proqressiv rol oynamış onlarla məqalə və publisistik yaradıcılıq 

nümunələri də işıq üzü görmüşdür. Türküstan mədəniyyətinin və maarifinin inkişafı tarixində həri 

biri özünəməxsus səhifə açmış Abdulla Əvlani, Sədrəddin Ayni, Seyid Rza Əlizadə, Əbdurauf 

Fitrət, Siddiqi-Əczi Səmərqəndi, Təvvalla, Hacı Muin, Mahmud Tərzi və onlarla başqa müəlliflərin 

dünyagörüşü M.Behbudinin başçısı və təşkilatçısı olduğu ədəbi mühitdə formalaşmış, qələmləri 

məhz bu jurnal səhifələrində cilalanmışdı. 

XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri çar Rusiyasının tərkibində yaşayan türk 

xalqlarının ictimai-siyasi və mədəni-iqtisadi həyatında yenilənmə dövrü kimi səciyyələnir. Xüsusən, 

1905-ci il rus inqilabından sonra müstəmləkə xalqlarının ictimai və mədəni həyatında  baş verən 

dəyişikliklər bariz surətdə nəzərə çarpırdı. Rusiya imperiyasının nisbətən mərkəzi əyalətləri hesab 

olunan Kazan və Volqaboyu, eyni zamanda, Ukrayna və Krım regionunda yaşayan tatarların, 

Cənubi Qafqazda yaşayan müsəlman xalqlarının, xüsusən, azərbaycanlıların və Mərkəzi 

Türküstanda yaşayan müsəlman əhalisinin həyatında və güzəranında baş verən yeniliklər qarşılıqlı 

surətdə bir-birlərinə təsir edirdi. İctimai-siyasi və iqtisadi həyatdakı köklü dəyişmələr, feodal 

geriliyinin yeni kapitalist münasibətlərlə, orta əsrlər təsərrüfat həyatının yeni sənayeçilər və 

islahatçılarla əvəz olunması milli təfəkkürü hərəkətə gətirir, onun inkişafında yeni mərhələnin 

başlanmasına təkan verirdi. Türk xalqlarının ədəbi-mədəni həyatında maarifçilik hərəkatının 

yaranmasında və sürətlə yüksəlişində məhz yuxarıda qeyd etdiyimiz ictimai-siyasi və iqtisadi 

proseslər dayanırdı.  

Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan və Türküstanda maarifçilik hərəkatının mənşəyi, 

inkişaf yolları və mərhələləri arasında özünəməxsusluqlarla birlikdə, xeyli uyğunluqlar və 

bənzərliklər də diqqəti cəlb edir. Hər iki regionda maarifçilik mədəniyyətinin təşəkkülü, tarixi və 

mənşəyi son dərəcə yaxın olsa da, onların yaranma və ərsəyəgəlmə dövrləri arasında bir qədər 

fərqlilik mövcuddur. Məsələn, əsas bənzərlik bundan ibarətdir ki, hər iki ölkədə maarifçiliyin 

təşəkkülü və ilk rüşeymlərinin cücərməsi Rusiya istilasından sonrakı dövrlərə aiddir. Azərbaycan 

Türküstana nisbətən, təxminən, 50 il, yəni yarım əsr əvvəl Rusiya əsarətinə düşmüşdü. Elə bu 

səbəbdən də, bizdə maarifçilik meyllərinin ərsəyə gəlməsi də xeyli əvvələ təsadüf edir. Türküstan 

ölkəsinin Rusiya tərəfindən zəbt edilməsi XIX yüzilin 60-cı illərində başa çatır. Türküstan 

maarifçilik hərəkatının tarixini də tədqiqatçılar sonrakı onilliklərdən başlayırlar.  

Təbii ki, yeni epoxanın ictimai-fəlsəfi və estetik dünyagörüşü kimi formalaşmağa başlayan 

maarifçilik məfkurəsi özünə qədərki proqressiv mənəvi-mədəni dəyərləri qoruyub saxlamaqla 

birlikdə, bir sıra yeniliklər də gətirdi. Maarifçilik dünyagörüşünün bədii təfəkkürdə 

özünəməxsusluğunu açıq-aşkar göstərən ədəbi növ və janrlar meydana gəldi. Azərbaycanda 

maarifçilik estetikasının banisi və ilk böyük nümayəndəsi M.F.Axundzadə öz yaradıcılığında 

Şərqdə birinci olaraq maarifçi ədəbiyyatın nümunələrini yaratmağa müvəffəq oldu. Bu vaxta qədər 

Azərbaycan ədəbiyyatı üçün naməlum olan və işlək olmayan bir çox publisistik janrlar və məqalə 

janrı, dramatik janrlar meydana gəldi. Ümumən, ədəbiyyat şünaslıqda göstərildiyi kimi, maarifçilik 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



38

hərəkatının əsas bədii təzahürləri kimi publisistika, eyni zamanda, teatr və dramaturgiya diqqəti cəlb 

edir. Bu da ondan irəli gəlirdi ki, maarifçilər öz fikir və mövqelərini xalqa birbaşa çatdırmaq, 

oxucuya və tamaşaçıya daha yaxından və təsirli müraciət etmək istəyirdilər. Maarifçilərin 

yaradıcılığında publisistika və dramaturgiya janrlarının üstünlük təşkil etməsinin əsas səbəbləri 

məhz bu mənəvi-estetik məqsəd və ehtiyaclarla qırılmaz surətdə bağlı idi.  

Maarifçi ədiblərin ədəbi-mədəni fəaliyyətində bədii yaradıcılıq, təbii ki, əsas yer tuturdu. 

Amma onlar sadəcə yeni  ədəbiyyat yaratmaqla öz işlərini bitmiş hesab etmirdilər. Maarifçilər 

millətin ictimai-siyasi və mədəni dünyagörüşünü dəyişmək, müasirləşdirmək, xalqın həyatını 

yenidən qurmaq istəyirdilər. Məhz bu məqsəd və ehtiyacın nəticəsidir ki, onların ədəbi əsərlərində, 

xüsusən publisistikasında xalq və ölkə həyatının o dövr üçün aktual və zəruri olan, demək olar ki, 

bütün məsələlərinə, qayğılarına, həlli zəruri olan iş və milli vəzifələrə münasibət bildirildiyinin 

şahidi oluruq. Yeni dövlət quruculuğu, parlament, muxtariyyət, seçki mədəniyyəti, millət həyatınn 

müasir və sivil qaydalara uyğun tərzdə yenidən formalaşdırılması, teatr və mədəniyyət ocaqlarının, 

yeni və Avropasayağı məktəblərin yaradılması, cəmiyyətdə gedən çoxspektrli və mürəkkəb 

yenilənmə prosesində dilin mövqeyi və statusu, milli dilin mahiyyəti və funksiyası barəsində 

maarifçilər çoxsaylı məqalələr yazır, qızğın diskussiyalar aparırdılar. Türküstan maarifçilik 

hərəkatının banisi və XX əsrin əvvəllərindəki liderlərindən biri kimi Mahmudxoca Behbudinin 

məhsuldar və vətənpərvərlik duyğuları ilə yoğrulmuş yaradıcılığı yuxarıda qeyd etdiyimiz məsələlər 

nöqteyi-nəzərindən xüsusi ilə əhəmiyyətə malikdir.   

Özbək maarifçilərinin yaradıcılığında, xüsusən, publisistikasında milli dilin yeniləşən 

cəmiyyətdəki roluna və mövqeyinə fəal münasibət daha çox diqqəti cəlb edir. “Üsuli-cədid”, yəni 

yeni tipli, yeni tədris və təlim üsullarına əsaslanan məktəblərin tərəfdarları və təşkilatçıları kimi 

məşhur olan maarifçiləri onların fəaliyyətinin məhz bu cəhətinə görə həm də “cədidlər” 

adlandırırdılar. Mahmudxoca Behbudinin Türküstan cədidlərinin müəllimi və lideri kimi 

fəaliyyətini də məhz bu xüsusiyyət səciyyələndirirdi. Rusiya imperiyasında müsəlman xalqları 

həyatında və tarixində silinməz iz qoymuş maarifçilik hərəkatının, o cümlədən “Üsuli-cədid” 

məktəblərinin banisi kimi şöhrətlənmiş kırımtatar xalqının böyük oğlu İsmayıl bəy Qaspıralı 

Türküstan cədidlərinin də ehtiram bəslədikləri və pərəstiş etdikləri mənəvi lider idi. M.Behbudi özü 

və ardıcılları məhz İsmayıl bəy Qaspıralı məktəblərinin Türküstandakı ilk havadarlarından və 

yaradıcılarından biri olmuşdur. Yuxarıda söylədiyimiz kimi, yeni məktəb ideyası və ümumən, 

cədidizm hərəkatı milli dil məsələsinə özünəməxsus və təzə mövqelərdən yanaşmağı tələb edirdi. 

Türküstan cədidlərinin, o cümlədən, Mahmudxoca Behbudinin bu mövzudakı məqalələri fikrimizin 

isbatı ola bilər. Məsələn, M.Behbudinin “Dil məsələsi” və “İki deyil, dörd dil lazımdır” (1913) 

məqalələri bu cəhətdən diqqətəlayiqdir. Müəllif, xüsusən, “İki deyil, dörd dil lazımdır” məqaləsində 

burjua münasibətlərinin daxil olmağa başladığı Türküstan cəmiyyətində dil problemlərinin həlli 

nöqteyi-nəzərindən  bir sıra maraqlı fikirlər irəli sürür: “Biz Türküstanlılara türk, fars, ərəb və rus 

dillərini bilmək zəruridir. Türk, yəni özbək dilini ona görə bilməliyik ki, Türküstan xalqının 

əksəriyyəti bu dildə danışır. Fars dili isə mədrəsə və ədəb dilidir. Bugünə kimi Türküstanın hər 

tərəfində, bütün köhnə və yeni məktəblərində farsca nəzm və nəsr kitabları tədris edilməkdədir. 

Bütün mədrəsələrdə şəriət və dini kitablar ərəbcə tədris edilsə də, müdərrislərin təhlil və tərcümələri 

farsadır. Bu qayda, yəni dərs kitabının ərəbcə olması, müəllimin – türk, şərh və tərcümənin isə 

farsca olması bizdə bir ənənədir”. (7, s. 12-14). 

M.Behbudinin məqaləsində Türküstanda üç dilin – türk (özbək), ərəb və fars  dillərinin 

zəruriliyindən bəhs edilərkən bu məsələdə ənənənin həlledici əhəmiyyətə malik olması ətraflı təhlil 

edilir.  Müəllifin gətirdiyi əsas arqumentlər maraqlı və cəlbedicidir. O, yazır: “Türküstanda 

qədimdən bəri bu üç dil fəaliyyət göstərməkdədir. Məsələn, qədim tarixi “yarlıq”lardan, yəni tarixi 

sənədlərdən məlum olur ki, Türküstanda keçmişdə əmir və xanların əmr və fərmanları, mübarək 

göstərməyə və isbat etməyə çalışır: “Türküstanın Səmərqənd və Fərqanə vilayətlərində fars dilində 

(müəllif “tacik” dilində demək istəyir. – Y. Q.)  danışan bir neçə şəhər və kənd mövcuddur. Buxara 

dövlətinin dili farscadır. Fars şair və ədiblərinin əsərləri qiyamətə qədər ləzzəti tükənməyən bir 

mənəvi xəzinədir, bugün avropalılar ondan faydalanmaq üçün milyardlar sərf edirlər. Biz xoşbəxtik 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



39

ki, türkcə və farscanı təhsilsiz öyrənə bilirik. Hər türkün farsca, hər farsın isə türkcə bilməyi 

lazımdır”. (7, s. 12-14). 

Böyük maarifçi və mədəniyyət xadimi M.Behbudi öz söylədiklərini dərindən və ətraflı təhlil 

etməklə kifayətlənmir, həm də irəli sürdüyü tezis və müddəaların həyati əsaslarını və zərurətini öz 

zamandaşlarına anlatmağa çalışır. XX yüzilin amansız reallıqları müstəvisində bu fikir və ideyalar 

bir qədər idealist təsir bağışlasa da, amma onların müasir dövrdə də mədəniyyətlərin qarşılıqlı təsiri 

və zənginləşməsi baxımından aktullığı, gərəkliliyi mübahisəsizdir: “Farsca bilənlər Firdovsi, Sədi, 

Hafiz və “Məsnəvi”dən (Cəlaləddin Ruminin məşhur əsəri nəzərdə tutulur.– Y.Q) necə ləzzət ala 

bilirlərsə, türkcə oxumağı bilənlər də Nəvai, Füzuli, Baqi, Sami, Əbdülhəq Hamid, Əkrəmbek, 

Sənayi, Nabi, Naci və başqalarından, həm də Tolstoy, Jül Vern və başqa müasir Avropa 

müəlliflərinin türkcəyə tərcümələrindən o dərəcədə zövqlənə bilirlər.” (7, s. 12-14).  

Məqalədə rus dilinin lazımlığı və cəmiyyətin mənəvi-ictimai ehtiyaclarını ödəmək üçün son 

dərəcə mühüm əhəmiyyətə malik olması barəsində də rasional  fikirlər irəli sürülüb. M.Behbudi 

müasir Avropa elminin və texnologiyasının yenilikləri ilə tanış olmaqdan ötrü fransız və rus 

dillərini bilməyin mühüm əhəmiyyəti olduğunu ayrıca vurğulayır: “Fərəng və rus alimlərinin 

əsərlərindən faydalanmaq rus və ya türk dillərini bilməklə mümkün olur, çünki bugün Osmanlı, 

Qafqaz və Qazan türkləri müasir elm adamlarının əsərlərini türkcəyə çevirib yaymışlar, yəni türkcə 

bilən adam zamanla ayaqlaşa bilir. Hər bir yeni və faydalı kitablar müxtəlif dillərdən türk dilinə 

tərcümə olunub. Ərəb mədəniyyəti Sokrat, Hippokrat, Əflatunlar kimi məşhur yunan mədəniyyəti 

nümayəndələrindən qidalandığı kimi, hazırkı zamanda biz də Tolstoy, Jül Vern, Keppler, Kopernik, 

Nyutonlardan öyrənməliyik”. (7, s. 12-14). Müəllifin rus dilinin Türküstan xalqlarının milli-mənəvi 

ehtiyaclarına cavab verməsi barəsindəki fikirləri, rusca ünsiyyətin ictimai-siyasi əhəmiyyəti 

haqqındakı düşüncələri də çox maraqlıdır: “Bizə lazımdır ki, öz xeyrimiz üçün rusca bilək, hökümət 

məktəblərində oxuyaq. Dövlət vəzifələrində işləmək üçün də rus dilini bilmək zəruridir. Vətənimizə 

və öz dinimizə xidmət etmək üçün, bir müsəlman kimi inkişaf etmək üçün rusca ünsiyyət qurmağı 

bacarmalıyıq. Çünki indiki zamanda ticarət də, sənayə və məmləkət işləri də, hətta dini-islama və 

millətə xidmət də elmsiz, təhsilsiz mümkün deyil. Məsələn, bugün “padşahın dumasında” öz 

dinimiz və millətimiz mənafeyi haqqında söz söyləmək, fikir demək imkanımız var.  Amma orada 

gedib çıxış etməyi, söz deməyi bacaran bir adamımız varmı? Bu səviyyəyə çatmaq üçün azı 10 il 

məktəbdə təhsil almalısan, zamanın ehtiyaclarından, qanunlardan, yeniliklərdən xəbərdar 

olmalısan”. (7, s. 12-14). 

Ötən yüzilin əvvəllərində qələmə alınmış bu məqalədə, əsas tezislərindən göründüyü kimi, 

Türküstanın ən mühüm icimai-siyasi və milli-mədəni ehtiyacları ardıcıl şəkildə təhlil edilir. Burada 

söylənmiş bir çox fikirlər o dövrdəki Azərbaycan maarifçilərinin və ziyalılarının mövqeləri ilə də 

üst-üstə düşür. Məqalədə XX əsrin əvvəllərinə qədər Türküstan ədəbi-ictimai mühitində yaşamış və 

davam edib gəlmiş ən mühüm ənənə və təcrübələr həm də yeni və müasir milli-mənəvi qayğılar 

aydın və sərrast şəkildə ifadə edilmişdir.  Məqalənin əsas ideyası və nəticəsi XX əsrin 

əvvəllərindəki Türküstanın gələcəyində mühüm rol oynayacaq milli dil siyasətini dəqiq 

ümumiləşdirirdi: “Fikrimizin xülasəsi budur ki, bizə dörd dil, yəni ərəb, fars, türk və rus dilləri çox 

lazımdır. Ərəb dili din üçün nə dərəcədə lazımdırsa, rus dili də yaşamaq , inkişaf etmək və müasir 

dünya ilə ünsiyyət qurmaq üçün o qədər zəruridir”. (7, s. 12-14). 

Əgər tale imkan versəydi, M.Behbudi də 1926-cı ildə Türk xalqlarının Birinci Türkoloji 

Qurultayının iştirakçıları sırasında olacaqdı. O, Türküstan nümayəndə heyətinin rəhbəri və ya ən 

azından liderlərindən biri kimi bu tarixi və misilsiz mədəni tədbirdə yüksək səviyyədə çıxış 

edəcəkdi. Amma amansız və namərd ölüm böyük maarifçinin arzularını yarımçıq qoydu. Yalnız 

M.Behbudinin yox, ümumən, özbək cədidlərinin milli varlıq, istiqlal və milli dil uğrunda Birinci 

Dünya müharibəsi ərəfəsində  geniş vüsət alan vətənpərvərlik mübarizəsini, təəssüf ki, Böyük 

Oktyabr sosialist inqilabı sona çatdırmağa imkan vermədi. Türküstanın tarixi taleyi və 

mədəniyyətinin sonrakı inkişaf yolları özlərini vətən uğrunda fəda etməyə həsr etmiş gənc və bir 

qədər idealist dünyagörüşlü maarifçilərin arzuladıqları kimi olmadı. İnqilabdan sonra Türküstan beş 

müstəqil respublikaya bölündü və bu respublikaların heç birində milli dil dövlət dili statusu 

qazanmadı. Mahmudxoca Behbudinin arzuladığı və ehtirasla müdafiə etdiyi dörd dil deyil, heç iki 



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling