I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet6/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   2   3   4   5   6   7   8   9   ...   88

13.Yusifli X. İnsan dühasının əlçatmazlıq nümunəsi.//Nizami  Gəncəvi. Leyli və Məcnun. 

Tərcümə edəni: S.Vurğun.Bakı, “Lider nəşriyyatı”, 2004. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



30

Rusca: 


 

14.Али-заде А.А. Некоторые сведения о Ширване (до нач. XIII в.) //  Изв. АН  Азерб. 

ССР, № 12, 1947. 

15.Бейлис В.М. Масуд ибн Намдар. Сборник рассказов, писем и стихов. Факсимиле 

текста , предисловие и указатели В.М.Бейлиса. М.: Наука, 1970. 

16.Бейлис В. Сочинения Масуда ибн Намдара как источник по истории Аррана и 

Ширвана нач. XII в. и памятник средневековой арабской литературы. Автореферат 

 

диссертации на соискание ученой степени доктора исторических наук. Баку, 1975. 



17. Бертельс Е.Э. Великий Азербайджанский поэт Низами. Б.: Изд-во Аз ФАН,  1940. 

18.Буниятов Дж. З. Материалы из сочинений Закарии ал-Казвини об Азербайджане // 

Известия АН Азербайджанскаой ССР. Серия истории, филасофии, права. 1976, № 3. 

19.Буниятов З.М. Новые материалы о видных деятелях Азербайджана в эпоху 

средневековья (статья третья) // Изв.АН Аз.ССР, Серия истории, философии и права, 1980, 

№2. 


20.Джидди Г.А. Средневековый город  Шемаха IХ-ХVII века. Баку.: Элм, 1981. 

21.Ибн Асам Куфи Ахмад. Книга завоеваний.  Пер.: З.Буниятова. Баку: Элм, 1981. 

22.Жузе П.К. Мазядиты-шейбаниты в Азербайджане (Историко-биографический 

очерк). АИИ № 647. 

23.Квачидзе В.А.Археологические находки на Каспийском побережье. Памятники 

материальной культуры Азербайджана. 

24.Крымский А.Е. Персидская литература периода  междоусобного разложения 

сельджукского царства (ХП-ХШ в.). 

25.Мамедов С.Некоторые вопросы военной стратегии в военной организации 

государства Ширваншахов  в IХ-начале ХIII вв.//Şirvanşahlar sarayı: tarix, həqiqətlər, 

mülahizələr. Elmi-praktiki konfransın materiallari.B., 2016, s. 360-374. 

26.Минорский В. История Ширвана и Дербенда,М., 1963.  

27.Сейидбейли M.Г. Научно-культурная жизнь Азербайджана (второй половины XIII-

начало XIV в.). Баку: Чашыоглу, 1999. 

Almanca: 

28.Dorn.B. Versuch eyner Geschichte der Schirvanschahe, Mem. De I Ac., IVserie, sc. pol. 

hist. ph, N. 

 

                                     Ərəbcə: 



29.Əl-Həməvi Yaqut/ Mucəm əl-Buldən, II c. 

30.Əl-Həməvi Yaqut.Mucəm əl-Buldən.Beyrut,1977, IIIc. 

31.Əs-Siləfi. Əbu Tahir Mucəm əs-Səfər. ,. www  Mostafa com. 

32.Əs-Siləfi. Mucəməs-Səfər, № 78. 

33.Əs-Səmani. Kitab əl-Ənsab. Leyden, 1912, v.21. 

34.Əs-Sübki Takiəddin. Təbaqat əş-Şafiiyyə əl-kubra. IV c. Qahirə.  

35.İbn əs-Sabuni.Kitab təkmilət ikməlil-ikməl fi-l-ənsab va-l əsma’ va-l əlqab. Mustafa 

Cavadın nəşri. İraq, 1377/ 1957.  

36.İbn Xəlliqan.Vəfayət əl-ə`yən. II c. 

37.Təbrizi Qətran. Divan .

1333. 

 

 



Nəriman Seyidəliyev, fil.ü.e.d. 

 

 



 

 

 



 

 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik 



şöbəsinin baş elmi işçisi 

 

TÜRKOLOGİYADA FRAZEOLOGİYA MƏSƏLƏSİNƏ DAİR 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



31

Məlumdur ki, 1926-cı ilin fevral ayında keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayının 

keçirilməsinin 80 illiyi, sonra da 90 illiyinin qeyd edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 

sərəncamları böyük tarixi hadisədir. Sərəncamda göstərilir ki, qurultay türkdilli xalqların 

inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 

Qurultay , həqiqətən, türkdilli xalqların tarixində əvəzedilməz rola malikdir. Hazırda Birinci 

Türkoloji Qurultayın 90 illiyinin keçirilməsi türk xalqlarının daha da sıx birliyinin birliyinin 

təməlinin möhkəmlənməsi baxımından əvəzolunmazdır. 

Çətin bir dövrdə keçirilən Birinci Türkoloji Qurultayda Azərbaycandan, Qazaxıstandan, 

Özbəkistandan, Türkmənistandan, Türküstandan, Krımdan, Qırğızıstandan və digər 

respublikalardan 131 nümayəndə iştirak etmiş və fərdi şəkildə də dəvətlər olmuşdur. 

Qurultayda Təşkilat Komitəsinin sədri S.Ağamalıoğlu, Təşkilat Komitəsinin üzvü akademik 

V.V.Bartold, moskvalı professor İ.N.Borozdin, professor Y.Mesaros, leninqradlı akademik 

A.A.Miller, professor B.Çobanzadə, professor A.N.Genkoya, prof. L.V.Serba, prof. 

A.N.Samoyloviç, prof. N.İ.Aşmarin, akad. A.Y.Krımski, akad. S.F.Oldenburk , F.R.Ağazadə və 

başqa görkəmli alimlər dilçilikdə həll olunması vacib sayılan problemlər haqqında məruzə və çıxış 

etmişdilər. 

Qurultayda dilçiliyin hər bir sahəsinə aid çıxışlar və məruzələr olsa da dilin frazeologiyası 

haqqında heç bir müzakirə olmamışdır. 

Qeyd edək ki, Türkologiyada frazeologiyanın linqvistik bir sahə kimi öyrənilməsinə XX əsrin 

40-cı illərindən başlanmışdır.  

Hələ XIX əsrin axırları – XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli 

yazıçısı, xalq dilinin gözəl bilicisi Y.V.Çəmənzəminli ilk dəfə olaraq «Dilimizdə ikimənalı söz və 

cümlələr» adlı lüğət hazırlamışdır. Həmin lüğətin əlyazması hazırda arxivdə saxlanılır. Burada 140-

a qədər frazeoloji vahid verilmişdir. Aşağıda həmin lüğətdən bəzi nümunələri veririk: 

Hava buluddur – yəni məclisdə şübhəli adam var. 

Ayağı sürüşkən, suyu yumşaq – əxlaqsız. 

Saqqal altından keçmək – səmimi deyil, səthi və zahiri hörmət göstərmək. 

Qarnı suya qoymaq – yemək ümidilə gözləmək. 

Evə süpürgə çəkmək – oğurlamaq, çalıb-çapmaq. 

Ölü bit qabığı – arıq və çəlimsiz adam və s. 

Verilmiş nümunələrdən də göründüyü kimi, Y.V.Çəmənzəminlinin bu lüğəti xalq dili əsasında 

yaranan ifadələrdən ibarətdir

1



1943-cü ildə türk tədqiqatçısı M.N.Özönün «Türkcə təbirlər sözlüyü» [1] kitabı çapdan çıxmış 

və bütün atalar sözü ilə yanaşı ifadələr də şərh edilmiş, onların fərqli cəhətləri göstərilmişdir. Bu 

sahədə türk dilində ilk təcrübə olan həmin sözlüyün öz dövrü üçün böyük əhəmiyyəti olmuşdur. 

Bununla yanaşı, Azərbaycan dilinin tarixi frazeologiyasında bəzi frazeoloji nümunələrə rast gəlsək 

də, ümumiyyətlə, türkologiyada ilk dəfə bu sahədə sistemli tədqiqat işi aparan qazax dilçisi 

S.K.Kenesbayev olmuşdur. O, «Устойчивые сочетания слов казахского языка (парные слова, 

идиомы и фразы) (Kazak tilinin kalıntanğan söz toptarı (kos sözder, idiomdar men frazalar)» [2] 

adlı doktorluq dissertasiyası ilə türkologiyada ilk olaraq tədqiqat işi aparmışdır. Bundan sonra o, 

qazax dilinin frazeologiyasından bəhs edən «Идиомы и фразы казахского языка», 

«Фразеологические парные выражения в казахском языке», «О некоторых особенностях 

фразеологических единиц в казахском языке» və digər məqalələr də yazmışdır. Müəllif həmin 

məqalələrdə qazax dilinin frazeologiyası haqqında müəyyən mülahizələr irəli sürmüşdür və 

dissertasiyasında idiomların 3 əlamətini göstərmişdir . 

Türk dilində də sabit söz birləşmələri araşdırıcıların diqqətindən yayınmamışdır. Həmin dildə 

bu birləşmələrə aid problemlər barədə A.N.Kononovun yürütdüyü fikirlər maraq doğurur. [3, 

s.373


S.N.Muratov xalis frazeoloji idiomlar, sabit söz birləşmələri, leksik frazeoloji idiomlar adı ilə 

frazeoloji birləşmələrin bir neçə növünü göstərir. Müəllif frazeoloji birləşmələrlə sabit söz 

                                                            

1 MənbəƏlyazmalar İnstitutundan götürülmüşdür. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



32

birləşmələrinin fərqini göstərməyə çalışsa da, öz fikrində dolaşıqlıq yaradır. Çünki o, 

komponentlərdən birinin müstəqil mənası olmayan tərkibləri də frazeoloji ifadə kimi götürür. 

Frazeoloji vahidlərin təsnifində yeni bir mərhələni V.V.Vinoqradov açmışdır. 

V.V.Vinoqradov frazeoloji vahidlərin semantik strukturunu vermiş və onları təsnif etmişdir. Onun 

təsnifatının əsasını frazeoloji söz birləşmələrində komponentlərin mənası ilə yaratdıqları frazeoloji 

vahidin ümumi mənası arasındakı münasibətlər təşkil edir[4

]. Qeyd edək ki, V.V.Vinoqradovdan 

sonra bu məsələdən bəhs edən müəlliflər frazeologiya sahəsində onun təsnifatını əsas götürürlər. 

Z.Q.Uraksinin «Фразеология башкирского языка» əsərinin [5

]  başqırd dilində 

frazeologiyanın sistemli şəkildə öyrənilməsində rolu böyükdür. Müəllif burada frazeoloji vahidlərin 

semantik, qrammatik və sintaqmatik planda analizini vermiş, frazeologizmlərin paradiqmatik və 

transformatik qarşılığını göstərmiş, etimoloji cərgəsini açıqlamış və onların digər türk dillərinin və 

monqol dilinin materialları əsasında müqayisəsində mənbə və məxəzlərini və s. göstərmişdir 

S.T.Nauruzbayeva da həmçinin «Фразеологические единицы в каракалпакско-русском 

словаре» adlı monoqrafiyasında qaraqalpaq dilində olan frazeoloji vahidlərin monqol və bir neçə 

türk dilləri ilə müqayisəsinə aid misallar göstərmiş, onların şərhini vermişdir [6]. 

Azərbaycan dilçiliyində frazeologiya, onun növləri, xüsusiyyətləri və mənbələri haqqında ilk 

geniş məlumata M.Hüseynzadənin 1954-cü ildə çapdan çıxmış «Müasir Azərbaycan dili» kitabında 

rast gəlirik. Müəllif doğru olaraq dilimizdə frazeoloji birləşmələrin xalqın həyatı ilə bağlı olduğunu 

göstərir [7]. O, həmçinin idiomların frazeoloji birləşmələrin başqa növlərindən fərqli 

xüsusiyyətlərini qeyd etməklə, onların dilimizdəki mənbələrini də açıqlayır. Müəllif sonra yazır ki, 

frazeoloji birləşmələr sabit söz birləşmələridir [7, s. 32-35].  

M.Hüseynzadədən sonra bu sahə S.Cəfərovun diqqətini cəlb etmiş və o, «Azərbaycan dilində 

idiomlar» adlı məqalə yazmışdır. Sonra müəllif «Müasir Azərbaycan dilinin leksikası» kitabında [8] 

frazeologiya, onun növləri, xüsusiyyətləri haqqında geniş bəhs etmişdir. Həmin kitab 1982-ci ildə 

yenidən təkmilləşdirilərək ikinci dəfə nəşr edilmişdir [9]. Bu nəşrdə frazeologiya haqqında daha 

ətraflı məlumat verilir. S.Cəfərov burada frazeologiya bəhsində öyrənilən sabit söz birləşmələrinin 

aşağıdakı növlərini verir: idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözləri, zərbi-məsəllər, 

tapmacalar. Göründüyü kimi, S.Cəfərov sabit söz birləşmələrinin geniş anlayış ifadə etdiyini 

bildirir. 

Azərbaycan dilinin tarixi və üslubiyyatı ilə bağlı mühüm fəaliyyəti olan Ə.Dəmirçizadə 

«Azərbaycan dilinin üslubiyyatı» [9, s. 168-179] kitabında frazeologiyaya toxunmaqla idiomatik 

vahidlərə geniş yer vermiş, onların üslubi xüsusiyyətlərini təhlil etmişdir. Ə.Dəmirçizadənin 

fikrincə, idiomlar bütün üslublarda, ən çox isə bədii üslubda işlənir. Müəllif burada idiomları üç 

qrupa bölür: idiomatik sözlər, idiomatik ifadələr və idiomatik cümlələr [9, s. 170]. 

Keçən əsrin 60-70-ci illəri Azərbaycan dili frazeologiyası tarixində ən uğurlu dövr olmuşdur. 

Belə ki, bu dövrdə dilçiliyimizdə frazeologiya sahəsində xeyli iş görülmüş, məqalələr və bir neçə 

dissertasiya işi yazılmışdır.  

Bu dövrdə A.Qurbanovun «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu»  adlı namizədlik 

dissertasiyasında, qiyabi oxuyan tələbələr üçün «Müasir Azərbaycan dilinin frazeologiyası» [10] 

adlı metodiki göstərişdə və «Müasir Azərbaycan ədəbi dili» kitabında frazeologiyadan geniş bəhs 

etmişdir.  

Frazeologiyanın tədqiqi M.Məmmədovun «N.Nərimanovun nəsr əsərlərinin leksikası və 

frazeologiyası»  adlı namizədlik dissertasiyasında da öz əksini tapmışdır. Müəllif dissertasiyanın 

ikinci fəslini bütünlüklə frazeologiyaya həsr etmiş, burada N.Nərimanovun nəsr əsərlərində işlənən 

frazeoloji vahidlərin morfoloji növü, o cümlədən feili frazeoloji vahidlər haqqında ətraflı danışmış 

və onların üslubi xüsusiyyətlərini göstərmişdir.  

Görkəmli leksikoqraf-alim Ə.Orucov «Azərbaycan dili filoloji izahlı lüğətinin nəzəri əsasları» 

monoqrafiyasında müasir dilimizin frazeologiyasına toxunaraq yazır: «… onun (frazeologiyanın-

S.N.) əhatə dairəsi daha genişdir. Frazeologiya dedikdə, dildə olan sabit söz birləşmələrinin hamısı 

nəzərdə tutulur. Frazeologiyaya eyni zamanda, məsəllər, atalar sözləri, klişe halını almış tərkiblər, 

aforizmlər və s. də daxildir». 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



33

Kitabın başqa bir yerində müəllif bu cərgəyə, həmçinin peşəkarlığa məxsus ifadələri, antik 

ƏDƏBIYYAT və əsatir ifadələri, elmi məfhumlara aid sabit ifadələri və s.-ni də daxil edir . Müəllif 

lüğətlərin tərtibi ilə bağlı bir çox mülahizələr irəli sürmüş və geniş mənada götürür. 

Müəllifin «Azərbaycanca-rusca frazeologiya lüğəti» 5500 ifadəni əhatə edir[12

]. Həmin lüğət 

bu sahə üzrə ilk addım kimi qiymətləndirilir. Ə.Orucovun qeyd etdiyinə görə bu yolda çoxlu 

çətinliklərə baxmayaraq, lüğətin leksikoqrafiya sahəsində böyük əhəmiyyəti vardır. Frazeoloji 

materialın lüğətə daxil edilməsi zamanı məcazi mənalılıq, obrazlılıq, üslubi çalarlıq meyarı əsas 

götürülmüşdür. Ə.Orucov sonralar tərtib etdiyi «Azərbaycanca-rusca frazeologiya lüğəti»ndə [93, s. 

5-15] də dilimizin frazeologiyası haqqında müəyyən fikirlər irəli sürmüşdür.  

Bütün bu görülən işlər Azərbaycan dili frazeologiyasına marağı daha da artırmış, yeni-yeni 

problemlər meydana çıxmışdır. Bununla da, frazeologiyada yaranmış problemlər aparılan tədqiqat 

işlərində ətraflı şəkildə araşdırılaraq təhlil edilmişdir. 

Belə tədqiqat işlərindən biri K.Əliyevin «Bədii ƏDƏBIYYATda frazeologiyanın üslubi 

xüsusiyyətləri» [13

] adlı namizədlik dissertasiyasıdır.  

Azərbaycan dilçiliyində mötəbər (dəyərli) frazeoloji tədqiqatlardan biri də N.Rəhimzadənin 

«Azərbaycan dilində idiomatik ifadələr» [14] adlı namizədlik dissertasiyasıdır. N.Rəhimzadə 

burada idiomatik ifadələrin əmələgəlmə yollarını, onların məna növlərini, morfoloji əlamətlərinə 

görə təsnifini, üslubi xüsusiyyətlərini və s. məsələləri müəyyənləşdirməyi bir vəzifə kimi qarşısına 

məqsəd qoymuşdur.  

Azərbaycan dilçiliyində frazeologiya ilə bağlı H.Bayramov bir neçə məqalə yazmış, qarşıya 

müəyyən problemlər qoymuş və bu problemləri müqayisəli şəkildə həll etmişdir. H.Bayramovun 

qədim türk dilləri üzrə apardığı tədqiqatlar da bunu bir daha açıqlayır. H.Bayramov adı çəkilən 

abidələr üzərindəki tədqiqatlarından sonra belə qənaətə gəlir ki, Azərbaycan dilinin müstəqil 

ümumxalq dili kimi formalaşması dövründə ana dilimizdəki frazeoloji ifadələr mövcud olan türk 

dillərinin frazeoloji vahidləri ilə üzvi şəkildə bağlıdır. 

H.Bayramov bütün araşdırmalarına, demək olar ki, «Azərbaycan dili frazeologiyasının 

əsasları» [15] monoqrafiyası ilə yekun vurmuşdur. Əsər üç fəsildən ibarət olmaqla Azərbaycan dili 

frazeologiyasının ümumi məsələlərini, Azərbaycan dili frazeologiyasının strukturunu və 

Azərbaycan dili frazeologiyasının məna quruluşunu əhatə edir. Frazeologiyaya həsr edilmiş 

əsərlərdən biri də H.Həsənovun «Azərbaycan dilinin frazeologiyası» əsəridir. Elmi-metodiki 

göstəriş kimi nəşr olunan bu kitab diqqətəlayiqdir. «Müasir Azərbaycan dili» proqramına uyğun 

yazılmış həmin əsərin məqsədi vəsaitdə yazıldığı kimi, «qiyabiçi tələbələrdə frazeologizmlər barədə 

düzgün təsəvvür yaratmaq, … frazeologizmlərin proqram həcmində mənimsənilməsinə düzgün 

istiqamət vermək və mövzu ilə bağlı olan mövcud ƏDƏBIYYATa tələbələrin diqqətini cəlb 

etməkdir» [16, s. 1]. 

Bu dövrdə Z.Əlizadənin dərs vəsaiti kimi nəşr etdirdiyi «Azərbaycan atalar sözü və zərb 

məsəllərinin leksik-semantik xüsusiyyətləri»  kitabı da diqqəti cəlb edir. Kitabda, həmçinin 

frazeologiya haqqında da məlumat verilmiş, atalar sözü və məsəllərin bir çox sahədə olduğu kimi, 

frazeologiyaya münasibəti məsələsi də açıqlanmışdır. Həmin kitab daha da genişləndirilərək ikinci 

dəfə çap olunmuşdur [17]. 

A.Axundov «Ümumi dilçilik» kitabında frazeologiya məsələlərindən bəhs edərkən, dilçilik 

elmində iki qrup söz birləşmələrinin olduğunu göstərir: sərbəst və qeyri-sərbəst söz birləşmələri 

(sabit və qeyri-sabit) terminlərini işlədir. Sonra müəllif bunları aşağıdakı kimi fərqləndirir: «Sərbəst 

və yaxud qeyri-sabit söz birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil 

leksik mənaya malik olsun, morfoloji və sintaktik cəhətdən üzvlərinə ayrılsın. Belə söz bir-

ləşmələrini qrammatikanın sintaksis şöbəsi öyrənir.  

Sabit və yaxud qeyri-sərbəst söz birləşmələri isə o birləşmələrə deyilir ki, onların tərkib 

hissələri müstəqil leksik mənaya malik olmur (daha doğrusu, onu itirir), morfoloji və sintaktik 

cəhətdən üzvlərinə ayrıla bilmir. Belə birləşmələrə frazeoloji birləşmələr və ya frazeologizmlər 

deyilir» [18, s. 167]. Müəllifin məsələlərə münasibəti tamamilə doğrudur. 

Azərbaycan dilçilərindən M.M.Mirzəliyevanın «Türk dilləri frazeologiyasının nəzəri 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



34

problemləri» [19] adlı əsərində oğuz-türk dillərinin frazeologiyasının elmi-nəzəri məsələləri 

sistemli və monoqrafik yolla öyrənilmişdir.  

M.T.Tağıyev və F.H.Hüseynov müasir və XIX əsr rus ədəbi dili materialları əsasında bu və ya 

digər frazemin mətndə, sözlər əhatəsində leksik və qrammatik xüsusiyyətlərindən söhbət açmışlar, 

S.Mehdiyeva isə bu münasibəti XVIII-XIX əsr Azərbaycan dili materialları əsasında şərh etmişdir. 

Yəni burada, müəlliflərin də qeyd etdikləri kimi, frazemlə mətnin leksik-semantik qarşılıqlı 

təminetmə keyfiyyətindən danışılır. Müəllif düzgün olaraq göstərir ki, Azərbaycan ədəbi dili 

frazeologiyasının inkişaf prosesində frazemlərin leksik-semantik zənginliklərinin 

müyyənləşməsində sintaktik bütövlərin – konkret mətnlərin əhəmiyyəti böyükdür [20, s.43]. 

S.Mehdiyeva A.Bakıxanovun dilində işlənən frazeoloji vahidlərdən bəhs edərkən feli 

frazeoloji birləşmələrə daha geniş yer vermişdir. Ümumiyyətlə, belə qənaətə gəlirik ki, 

frazeologizmlər öz mənalarına görə iki böyük qrupa bölünür: 1) tam şəkildə (sırf) məcazi məna 

bildirən frazeoloji birləşmələr; 2) natamam (yarım məcazi mənada) şəkildə məcazi məna bildirən 

frazeoloji birləşmələr. 

Birinci qrupda, yəni tam şəkildə məcazi məna bildirən frazeoloji birləşmələrin tərkibindəki 

sözlər öz müstəqil mənalarını tamamilə itirir. Bu cür frazeoloji birləşmələrə aşağıdakıları göstərə 

bilərik:  əli soyumaq, yrəyi yanmaq, dərisinə saman təpmək, dərisini soymaq, dabanına tüpürmək, 

dağı dağ üstə qoymaq, at başı salmaq və s.  

İkinci qrupda olan frazeoloji birləşmələrin tərkibində olan sözlərin biri məcazlaşır. Məsələn: 

ağlı başına gəlmək, fikrə getmək, fikir çəkmək, göz yaşı axıtmaq, yola düşmək, acından ölmək və s. 

Frazeoloji vahidləri araşdıran dilçilərin çoxu onları müxtəlif yanaşma prinsipləri ilə öyrənsələr 

də, hamısı bir nöqtədə birləşirlər. Başqa sözlə, həmin dilçilər üçün frazeoloji vahidlər sərbəst söz 

birləşmələrinin əks qütbü olan sabit söz birləşmələridir. Frazeoloji vahidləri bütünlüklə söz 

birləşməsi saymaq isə əslində bir sıra məsələlərin üzə çıxmasına mane olmuş, frazeoloji vahidlərin 

linqvistik təbiəti, mahiyyəti onları söz birləşməsi adlandırmağa imkan verməmişdir. Belə vahidlərin 

söz birləşmələrinin böyük bir hissəsindən fərqli xüsusiyyətləri, özlərinə məxsus cəhətləri türk 

dillərində çox inkişaf etsə də, uzun müddət onların diqqətdən kənarda qalmalarına səbəb olmuşdur.  

İfadəlilik və obrazlılıq isə frazeoloji vahidlərin əsas əlamətlərindən, səciyyəvi 

xüsusiyyətlərindəndir. Lakin bu onların varlığını şərtləndirən başlıca, həlledici amil ola bilməz. 

Çünki həmin xüsusiyyət funksional üslubi xarakter daşıyır. Bu baxımdan ona yalnız nitqin, 

üslubiyyatın obyekti demək mümkündür. 

Danışıq nitqi ilə sıx bağlılıqları frazeoloji vahidlərin funksional səciyyə daşımalarını 

şərtləndirir. Məsələn: baş aparmaq, başdan eləmək, yağ içində üzmək, yağ içində böyrək kimi 

saxlamaq və s. Lakin frazeologiyanın ayrıca bir dilçilik sahəsi kimi varlığı üçün frazeoloji 

vahidlərin işlənmə xüsusiyyətlərinə deyil, daşıdıqları linqvistik kateqoriyalara əsaslanmaq vacibdir. 

Frazeologiyada mübahisə doğuran cəhətlər sırasına sabitliyin frazeoloji vahidlər üçün 

kateqorial əlamət olub-olmaması məsələsi də daxildir. Frazeoloji birləşmələrə həsr edilmiş bəzi 

tədqiqat əsərlərində sabitliyin frazeoloji birləşmələrin müəyyənləşdirilməsində əsas, bəlkə də 

yeganə meyar sayılmasına etiraz edilir. Hətta nəticədə bir çox kateqorial əlamətlərin diqqətdən 

kənarda qalması, frazeologiyanın hələ də dilçilikdə müstəqil bir şöbə kimi təsdiq edilməsinə imkan 

verilmədiyi göstərilir.  

Qeyd edək ki, frazeologiyada sabitlik frazeologizmlərin işlənmə sabitliyidir. Bu sabitlik, 

sözsüz ki, pozula da bilər. Elə buna görə də bəzən buna nisbi sabitlik deyilir. 

Sabitliyin frazeoloji vahidlərin əsas müəyyənedici xüsusiyyəti, kateqorial əlaməti olması heç 

bir şübhə doğurmur. Dilin ən qədim laylarına məxsus olub, müasir dilimizdə öz ilkin leksik 

mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğramış hər hansı söz 

və ya ifadə bu gün məhz frazeoloji vahidin komponenti kimi «yaşaması», müstəqil söz kimi 

işlənməsə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə qorunub qala bilməsi təsadüfi deyildir. 

Elə bu «həyatın» hesabına da həmin sözün əvvəlki mənasını müəyyənləşdirmək və ya bu ilkin 

mənalara yol açmaq mümkün olur.  

Qrammatik və yaxud sərbəst birləşmələr, eləcə də onların tərkibindəki sözlər dilin müəyyən 

tarixi mərhələsində məcazi məna bildirməklə fəallıqlarını – işləkliklərini itirdikdə sözlər arasında 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



35

əlaqə və münasibətləri yaratmaq funksiyasını yerinə yetirə bilməyərək donuqlaşır və bir anlayışı 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling