I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
məämetekey “yabanı hindiba və s. Noqay türkcəsinin dialektlərində /əä/-nin olduğu sözlər yaşlı nəslin və xanımların dilində /a/ saiti ilədir: (3,9) akel- / äkel-, aper- / äper-, arüw /əärüw, azirlen- /äzirlen və s. Noqay türkcəsində saitlərin eşitmə və səslənmə xüsusiyyətləri digər fonemlərdə də göründüyü kimi ən çox Qazax və Qaraqalpaq türkcəsi ilə uyğunluq və yaxınlıq ifadə edər (4,164). Dodaqlanmayan-açıq dilönü (incə) saiti /e/ sözdə bütün mövqelərdə yer alır. Baskakov, bu səsin dialektlərdə ilk səs vəziyyətində ikən yayılmış olaraq e y
e i tərzində deyildiyini; y er “kişi, ər”, y ertengi “hekayə” və s., söz içində isə bəzən / e i / tərzində damaq ahəngi ilə tələffüz edildiyini; bes “beş”, ber- “vermək və s. dilə gətirmişdir. Ancaq Noqay türkcəsində ön səs vəziyyətindəki, e y , e i Qazax və Qaraqalpaq türkcələrindəki kimi nizamlı və xüsusiyyətli deyil (5,81) /o/ və /ö/ saitləri də bəzən söz əvvəlində ikən yüksələn diftonq xüsusiyyətini alır. Baskakov Noqay türkcəsində ilk səs vəziyyətindəki / u o-,
Ö ö-/-nün də eyni ilə / e y
e i / kimi daha çox dialektlərdə yaşlı nəsil və xanımların dilində, nadir hallarda rast gəlinən bir vəziyyət olduğunu söyləmişdir. Grammatika Noqayskogo yazıka da isə ön səs vəziyyətindəki /ö/ saitinin əgər üzərində vurğu varsa /ö/ tərzində bir yüksələn diftonq xüsusiyyətində deyildiyi, vurgusuz olduğu təqdirdə söz əvvəlindəki /ö/-nün belə bir diftonq xüsusiyyəti daşımadığını ifadə edilmişdir: a öz ”öz “, ü öw “hörmə (əmr)”, ü ötpö
“keçmə (əmr)” lakin örmö “hörülmüş, hörmə”, ötüw “keçmə, keçid, keçmək”, özgö “başqa” və s. (1,27). Eyni yerdə /o/ saiti üçün belə bir təsbit edilməməklə bərabər bənzər nümunələr verilmişdir; u o/ “o”,
a onsız “onsuz”, u onma “onma (əmr)”, ozba “buraxma (əmr)” və s. Noqay türkcəsində bütün qapalı saitlər, Qazax və Qaraqalpaq türkcəsində olduğu kimi qısa və əlavə qapalı (və ya əlavə geniş) xüsusiyyətdədir, /o/, /ö/, /u/, /ü/ saitləri yazı dilində ilk hecadan irəlidə göstərilmir, ancaq danışıqda və dialektlərdə xüsusilə /u/, /ö/, /ü/ saitləri nizamlı olaraq ilk hecadan irəlidə də eşidilər: ötpök “ekmək, çörək” (yazıda: ötpek) örmökşen “hörümçək” (yazıda: örməkken), ölön “ot” (yazıda: ölen), kögörşin “göyərçin” (yazıda: kögerşin), tömön “alçaq” (yazıda: tömeri), qulluqşı “işçi” (yazıda: qullıqşı), sürgün “sürgün, sürülmə” (yazıda: sürgin), köpür “körpü” (yazıda: köpir), kümüs “gümüş” (yazıda: kümis)və s. Qısa və əlavə qapalı xarakterli /ı/ və /i/ saitlərinin vurgusuz hecalarda zəiflədiyi diqqəti çəkər: q(ı)zıl, q(ı)ldım, b(i)lek, t(i)lek, t(i)si“onun dişi” və s. Danışıq dilində bəzi sözlərdə /y/ samiti qarşısında yer alan /ü/ saiti lil formasında telafîuz edilir: iykön “böyük” (yazıda: üyken), iygö “evə” (yazıda: üyge), biyîip “belə” (yazıda: büyip səsdə birləşib başqa bir fonem meydana gətirdiyi növdən diftonqlar yaranmaz. Yalnız bir sait ilə /y,
w/ əlavə saitlərinin bir heca yaratmasından irəli gələn növdən diftonqlar (lojnıy diftonq = sözdə diftonq, yalançı diftonq). Sovet Türkologiyası əlavə saitlərin olduğu səslərin hamısını ümumiyyətlə
diftonq olaraq qiymətləndirmişdir: (1,34) yarı saitin saitdən sonra gəldiyi alçalan diftonqlar (nishodyaşçiy diftonq), ay, ıy, iy, üy, oy, öy, aw, uw, üwsözdə bütün mövqelərdə ola bilir: ayγ ır, qayyı,
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
torγay, qaymaq, bay, mıy, şıyqan, biyle-, iygi, buyrıq, tıyqı, quyrıq, tüyme, büyrek, oynaq, boy, söylem, awlaq, buzaw, taw, qıraw və s. əlavə saitin saitdən əvvəl gəldiyi yüksələn diftonqlar (voshodyaşçiy diftonq) ise:
yı, yi, ya, yo, yöümumiyyətlə ilk hecada yer alır: yiyin, yılan, sıyır, yi bek, yalyız, tayaq, ayaq, yor ya, yoq, kiyik, kiyim və s. Noqay türkcəsində dilönü (incə), dilarxası (qalın) ahəngi çox möhkəmdir. Kök
dilarxası (qalın) saitli isə şəkilçi də dilarxası (qalın) saitli, kök ön saitli (incə) isə şəkilçi də ön saitlidir (incədir): atlarımız, islerimizvə s. Dodaq ahəngi isə xüsusilə dilönü (incə) saitləri üçün
etibarlıdır və yumşaq bir şəkildə reallaşar. Dodaq uyğunlaşması yazıda əks olunmaz. Noqay türkcəsinin sait fonemlərini xüsusiyyətlərinə görə aşağıdakı kimi bir cədvəldə
göstərmək mümkündür:
AÇIQ AÇIQ
DODAQLANMAYAN / a /
/ e /
/i/
DODAQLANAN /o/
/ö/
/ü/
Noqay türkcəsinin samit quruluşu. /b/, /w/, /γ/, /g/, /d/, /c/, /
Z
/q/, /k/, /l/, /m/, /n/, /ň/, /p/, /r/, /s/, /t/, /ş/, /y/ Bu samitlər sözdə işlənmə yerinə görə belə təsnif edilə bilərlər:
Söz önündə görünəbilən samitlər Söz daxilində görünəbilən samitlər
/b/, /w/, /d/, /d/, /y/, /g/, /q/, /k/, /l/, /m/, /n/, /ň/, /p/, /r/, /s/, /ş/, /t/, /y/, /z/
Söz sonunda görünəbilən samitlər /q/, /k/, /l/, /m/, /n/, /ň/, /p/, /r/, /s/, /ş/, /t /, / w /, / y /, / z /
/d/ samiti Noqay türkcəsində az sayda sözdə olmaqla bərabər söz əvvəlində da yer ala /b/ samiti Noqay türkcəsi danışıq dilində iki sait arasında (İntervokal) ikən diş-dodaq v-sinə dönə bilər (1,39) yiber- [yiver-], şıbın [şıvınj, qabaq [qavaq], yip+i>yibi [yivi], qara bala [qara
vala], şəkilçisi boylam [eki vaylam]. Bu vəziyyətə kar samitlər qonşuluğunda da rast gəlinə bilər: qarbız [qarvız], arba [arva], borbay [borvay], qalbır [qalvır] və s. Söz sonunda olan /p/ isə sait ilə
başlayan bir şəkilçi aldığında /b/ üzərindən qoşadodaq v-sinə; /w/ dəyişir: (3,24) şap-ıs>şabıs [şawıs], yap-ılyan>yabılyan [yawılyan], sep-e-di>sebedi [sewedi], kep-ip>kebip [kewip] və s.
Danışıq dilində son səsdəki /p/-dən sonra sait ilə ya da /y/ ilə başlayan bir söz gəlirsə /p/ samiti cingiltiləşərək /b/-yə çevrilir, ancaq bu vəziyyət yazıda əks olunmur: sındırıp alyan [sındırıbalγan],
berip yiberdi [berib yiwerdi], qarap ozuw [qarab ozuw] və s. /q/ samiti danışıq dilində /x/-yə dəyişmə meylində olur: (1,44) toqta- toqta- [toqta— toxta~],
uqla- [ııqla-~uxla~], aqşa [aqşa~axşaj, qardaş [qardaş~xardaş] və s. Danışıq dilində /k/ samiti iki sait arasında ikən və ya sonunda kar və ya cingiltili samit saxlayan bir sözdən sonra gəldiyi zaman
/g/ samitinə çevrilər, lakin bu yazıda əks olunmur: bilek+i>bileği, kerek+im>keregim, sen kim [sen gim], ol kerek [ol gerek] və s. Bənzər şəkildə iki sait arasında qalan /q/ samiti /y/-yə çevrilir:
mıq+ım>mıγım, qaq-uw>qaγtuw və s. N.A. Baskakov, Noqayskiy yazık i ego dialektı adlı əsərində Noqay türkcəsinin fonemlərini
göstərdiyi cədvəlin altına alınma səslərin ayrılması vəziyyətində Noqay türkcəsi ilə Qazax türkcəsi və Qaraqalpaq türkcəsi səs sistemlərinin hamısıyla uyğunlaşdığı nəticəsinə gəlmişdir. Noqay
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
türkcəsi dialektlərində ön səs vəziyyətində ümumiyyətlə /y~c~j/ qərarsızlığı, yayılmış olaraq /s~ş/ və /ş~ç/ dəyişmələri olmaqdadır. Ancaq yazı dilinin samit səsləri səslənmə yerləri və formalarına
görə aşağıdakı cədvəldə olduğu kimi xarakterizə edilə bilir:
dodaq
Dildiş-
Damaq
Damaq
p /
/k/ /
q/
Qapanma /b/
/d/
/g/
Kar
(/ç/)
Qapanma- Cingiltili
Kar /s/
/ş/
Daralma /z/
(/j/)
cingiltili /m/
/ň/
cingiltili
/l/
Kar
Vurğulu cingiltili
/r/
ƏDƏBIYYAT Baskakov N.A. Qrammatika noqayskoqo yazıka, çast I, Fonetika i morfologiya, Çerkessk, 1973
2.
3.
Baskakov N.A. Noqayskiy yazık i eqo dialektı, Moskva-Leninqrad-1940. Baskakov N.A. Tyurkskiye yazıki, Moskva, 1960 5.
Dmitriyev N.K., F.G.İshakov, “Xarakteristika otdelnix, glasnıx sovremennıx tyurkskix 1955
Nogay language has its specific peculiarities among Khipchak languagegroups. In this Key word: Nogay language, vowel, consonant, stress.
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
Qətibə Mahmudova, fil.ü.f.d., dos.
AZƏRBAYCAN DİLİNDƏ VƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏ ABREVİASİYA HADİSƏSİ
Bildiyimiz kimi dildə hər vaxt müxtəlif üsullarla yeni sözlər yaranır. Məhz buna görə də “Son illərdə nəşr olunan qrammatika kitablarında morfoloji və sintaktik yolla sözyaratma üsulları ilə bərabər qəlipləşmə, ixtisar(abreviaturalar), arxaik sözlərin dirilərək yenidən dilə qayıtması,
semantik mənanın dəyişməsi, digər dillərdən sözalma, fonetik yolla sözyaratma və bəzi digər söz yaradıcılığı yollarından bəhs edilir” (1,s.5). Sadalanan bu sözyaratma yollarının hamısının yer
aldığı, araşdırıldığı bir mənbə yoxdur. Marsel Erdal türk dillərində söz yaradıcılığını geniş şəkildə tədqiq etmişdir(2). Düzdür, əsərin əsasını morfoloji yolla söz yaradıcılığı təşkil edir. Lakin bununla
belə əsərdə sintaktik yolla söz yaradıcılığından, digər dillərdən örnək götürməklə, geriyə və önə assimilasiya ilə yeni söz yaratmadan da bəhs edilmişdir.
“Dil tarixinin bütün mərhələlərində təsadüfən, necə deyərlər, göydəndüşmə kimi, yeni söz əmələ gələ bilər, yaxud kimsə nə etdiyini dəqiqliklə bildirmək istədikdə, könüllü olaraq yeni söz
yarada bilər”(3, s. 71). Abreviasiya dildə sözlərə qənaət etmək məqsədi ilə yaranmış ixtisar hadisələrindən biridir.
Digər ixtisarlardan fərqli olaraq, abreviasiyanın obyekti söz və ya söz birləşməsinin bütöv strukturudur. Abreviasiya əsasında yeni və daha qısa formalı sözlər yaradır. Abreviasiyanın
məhsulu abreviaturdur. Abreviasiyanın coğrafiyasına nəzər saldıqda onun bütün dünya dillərini bu və ya digər dərəcədə əhatə etdiyinin şahidi oluruq. Türk dillərində ixtisarların işlənmə tarixi
qədimdir. İxtisar sözlər haqqında ilk məlumat Azərbaycan dilçiliyində 1930-cu illərdən verilməyə başlayıb. Türk dillərində abreviasiya bir dil hadisəsi kimi özünü XX əsrin 40-cı illərində təsdiqlədi.
Lakin son zamanlar türk dillərində abreviaturaların sayı xeyli çoxalmışdır. Ümumiyyətlə, türk dillərində ixtisarların işlənmə tarixinə nəzər saldıqda görürük ki, qədim zamanlardan dildə bu
ixtisarlar işlənsə də, sovet dönəmində bunların sayı xeyli çoxalmışdır. Buna da səbəb rus dilindən hazır şəkildə keçən ixtisarlar olmuşdur. Əlbəttə, Türkiyə türkcəsi burada istisnalıq təşkil edir. Lakin
XX əsrin 90-cı illərindən sonra rus abreviaturaları yerini Avropa dillərindən keçən ixtisar sözlərə verdi. Sovet dönəmində Azərbaycan dilindəki ixtisar sözləri həcminə görə bütün türk dillərindən
çox olub. 1990-cı ildən sonra isə bunun yerini Türkiyə türkcəsindən və Avropa dillərindən keçmiş abreviaturalar tutdu.
Qeyd etdiyimiz kimi türk dillərində müxtəlif sözyaratma üsulları mövcuddur. Abreviasiya hadisəsinin bir sözyaratma üsulu olması haqqında o qədər də geniş danışılmayıb.
Abreviasiyanın söz yaradıcılığının bir üsulu kimi götürülməsi baxımından dilçilər iki qrupa bölünür. Rus dilçisi M. S. Maleyeva da abreviasiyanın sözyaratma üsulu hesab olunmasının
əleyhinədir. O yazır: “....ixtisar yeni sözlərin yaradılması üsulu deyil, yeni sözün yaradılması prosesində həmin yeni sözün maddi bazasını hazırlayan başlanğıc mərhələdir”(4,s.111).
Abreviaturaların yaranma üsulu olan abreviasiya hadisəsinin bir sözyaratma üsulu olub olmaması haqqında alimlərin müxtəif fikirləri mövcuddur. Bəzi alimlər abreviaturanı sözyaratma üsulu hesab
etmirlər. Onların fikrincə “....abreviaturlar(məntiqi cəhətdən yanaşdıqda aydın olur ki)dildə yeni mənalı leksik vahidlər düzəltmir, yalnız dildə əvvəlcədən mövcud olan hazır leksik vahidlərin
qısaldılmış şəkildə işlənərək, terminin, sözün tələffüzünün işlədilməsini asanlaşdırır”(5, s.99). S. Sadıqova bu üsulu sözyaratma yolu kimi qəbul etməsə də, M. Qasımov abreviasiya hadısəsini
sözyaratma üsullarından biri kimi qəbul edərək, bu üsulla terminlərin yaradılmasından bəhs edir(6, s.140). “Öz yaranma və formalaşma tarixinə görə çox-çox qədimlərə gedib çıxan, özünütəsdiq
yolunda bir sıra maneələri dəf edən və nəhayət, bu gün hər hansı bir dili onsuz təsəvvür edə bilmədiyimiz ixtisar yolu ilə (abreviasiya) söz yaradıcılığı yeni sözlərin meydana gəlməsində
özünəməxsus rol oynayır. Hazırda bu dil hadisəsi söz yaradıcılığının gərəkli üsullarından biri hesab
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
olunur”(7, s. 3,). Abreviaturlar əslində XX əsrin əvvəllərindən söz yaradıcılığının bir növü kimi tanınır. Lakin M. Adilovun da dediyi kimi o illərdə abreviaturaların yaranması ümumdil
məhsuldar söz yaradıcılığna çevrilməmişdir (7, s. 26). Abreviasiya söz yaradıcılığı üsulu kimi ibtidai formada türk dillərinin hamısında daha
qədimlərdən məlum olmuşdur. Lakin bu ibtidai ixtisar hadisəsi bütün türk dillərində leksik vahidlərin yaradılmasına xidmət etmirdi. Azərbaycan dilində latın əlifbasına, bir qədər sonra isə
kiril əlifbasına keçid dilimizdə abreviasiyanın imkanlarını genişləndirmş, yalnız bundan sonra ixtisar yolu ilə söz yaradıcılığı Azərbaycan dilində özünə vətəndaşlıq hüququ qazanmış və şüurlu
dil hadisəsinə çevrilmişdir”(7. s. 160). R. İ.Mogilyovski ixtisarların tədqiqatçılarını üç qrupa bölür: birinci qrup abreviaturaların
fenomoloji tərəflərini; ikinci qrup dilçilər linqvistik və ekstralinqvistik amillərin abreviatur yaradıcılığındakı rolunu, üçüncü qrup alimlər isə ixtisar sözlərinin söz yaradıcılığında iştirakı
məsələlərini araşdırmışlar(7, s. 5). Bizi məhz 3-cü qrup alimlərin fikirləri maraqlandırır. Bu gün abreviasiyanın bir sözyaratma üsulu olub olmaması özü də birmənalı şəkildə qəbul
edilmir. Lakin hələ XX əsrin əvvəllərində F. Suxotin yazırdı: “Abreviasiya söz yaradıcılığıdır. Abreviaturlar dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Leksik abreviaturlar dilin
digər sözlərinə aid bütün xüsusiyyətlərə malikdir. Abreviaturlar təkrar söz yaradıcılığında iştirak edir, (yəni, leksik şəkilçi qəbul edirlər)qrammatik kateqoriyaları vardır, sintaktik birləşmə əmələ
gətirilməsində rol oynayır(8, s.56). Türkoloqların da böyük əksəriyyəti abreviaturanı sözyaratmanın bir üsulu kimi göstərir. Tatar
dilçisi F. Qəniyev tatar dilində sözyaratmanın üsulları kimi müxtəlif yollar göstərir ki, onlardan biri abreviasiya hadisəsidir. Alim ixtisarları yeni sözlər kimi təqdim edir (9).
Abreviaturaların söz yaradıcılığı olmasını tənqid edənlər söyləyirlər ki, abreviaturaların daxili mənasını geniş xalq kütlələri bilmirlər. Əslində bu vahidlərin daxili mənası dil daşıyıcılarının gərəyi
belə deyildir. Onsuz da gündəlik eşitdiyimiz sözlərin səs tərkibi heç kimə lazım deyil. Bəlkə də BMT, TİKA, NATO, SOCAR, TOFEL kimi ixtisarların daxili mənasını heç kimi bilmir. Ancaq bu
abreviaturlar səslənən kimi hamı söhbətin hansı anlayışdan getdiyini anlayır. Gənc tədqiqatçılardan da abreviaturaları söz yaradıcılığının məhsulu kimi qəbul edənlər vardır. “Dilçilik terminlərinin
yaranmasında istifadə olunan üsullardan biri də abreviaturalardır” (11, s.18) yazan E. Atakişiyev abreviatura üsulu ilə yaranan dilçilik terminlərini iki qrupa ayırır:1. Hərfi ixtisarlar. Məsələn, FDM-
Funksional Dilçilik Məktəbi, BFB-Beynəlxalq Fonetik Transkripsiya və s. 2. Heca-termin ixtisarlar. Məsələn, etnolinqvistika, paleoqrafiya, transformasiya, sinsematika və s. (11.s.19).
Türk dillərində abreviaturaların yaranma üsulları müxtəlifdir. Azərbaycan dilinin özündə belə abreviaturaların yaranma yolları fərqli göstərilir:
1. sözlərin baş hərfləri ilə müxtəsər yazılışı; məsələn: BDU – Bakı Dövlət Universiteti, TQDK-Tələbə Qəbulu üzrə Dövlət Komissiyası;
2.
hiperurbanim, subordinativ, desemantikləşmə, transformasiya və s. 3.
növü göstərilir: 1. Mürəkkəb ixtisarların tərkbindəki sözlərin hər birinin ilk hissəsi götürülüb, böyük və
nöqtəsiz yazılır. Bunlar bütöv söz kimi oxunur. Məsələn, sinsemantika, metro, Azərneftmaştəmir və s.
2. Mürəkkəb ixtisarların tərkibindəki sözlərdən hər birinin baş hərfini götürüb böyük və AMEA-nın 1980-ci il nəşrində yazılır “Mürəkkəb ixtisarlar sintaktik yolla düzələn isimlərin xüsusi tipidir”(12,s. 91). Bu kitabda mürəkkəb ixtisarların 7 tipi göstərilir. Bu tiplərə ixtisarların
quruluş özəllikləri ilə bərabər, tələffüz şəkilləri də aid edilmişdir. Türkiyə dilçiləri də abreviaturanı sözyaratma üsullarından biri kimi qəbul edir. Türkiyə
türkcəsində abreviatura “Kısaltma” termini ilə verilir. Professor Ş. Akalın Türkiyə türkcəsində kısaltma-abreviatura yolu ilə yaranan sözləri üç qrupa bölmüşdür: Baş hərflərlə qısaltma-
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
Başharfleştirme/Kısaltma. Ş.Akalın yazır ki, Türkiyə türkcəsinin qrammatika kitablarındavə qaynaqlardabaşharfleştirme/kısaltma (initialism/acronym) yoluyla söz yaradıcılığı dedikdə
göstərilən nümunələr əsasən bunlardır: TDK, ODTÜ, TÜBİTAK, GAP kimi təşkilat, idarə adları yaradıcılığında idarə, təşkilat, şirkət adları qısaldılması yerinə sözlərin baş hərflərindən istifadə edilərək edilən qısaltmalar yeni söz yaradılmasına xidmət edir (13, s.47) və son illərdə meydana
çıxan AVM (alışveriş merkezi), STK (sivil toplum kuruluşu), FM (kütləvi danışıqda efem), MR (kütləvi danışıqda emar) və başqa nümunələr verilməlidir. Bu abreviaturalar, bir söz kimi istifadə
olunmaqda və sayları hər gün artmaqdadır. Ş. Akalın abreviaturanın bir növü kimi “Kırpma”nı göstərir. “Kırpma” ya Ş. Akalın belə tərif verdi. “ Mənasında dəyişiklik olmadan bir sözün
müəyyən bir parçasının atılması yoluyla yaranan ixtisar növü” . Kırpma (clipping) yoluyla Türkiyə türkcəsində milim[etre], santim[etre], tel[graf], foto[ğraf] və s. az sayda nümunə daxil olmuşdur.
Ş. Akalın ixtisarın 3- cü növü kimi “Karma”nı göstərir. İki ayrı hissənin birləşdirilərək bir hissə yaradacaq şəkildə edilən abreviatura növü karmadır (blending) sunta, arge kimi az saydakı
nümunələr Türkiyə türkcəsinin lüğət tərkibində karma yoluyla yaradılmış sözlər vardır (1, s.27). 2015-ci ildə Ankarada çap olunan “Yeni türk dili” kitabında da abreviasiya hadisəsi
“kısaltma” adı ilə sözyaratma üsulu kimi verilmişdir. Kitabın müəllifləri Türkiyə türkcəsində 11 sözyaratma üsulu göstərmişlər ki, bunlardan biri də “kısaltma” dır. Abreviaturaya belə tərif verilir:
“Birden fazla kelimeden oluşarak bir anlam alanını karşılayan kelimelerin baş herflerinin bir araya getirilmesiyle oluturulan kısaltmalar başlı başına kelime gibi kullanabilmektedir”(14,s. 429).
Türkiyə türkcəsində elə ixtisarlar var ki, onlar artıq tam yeni söz kimi formalaşıblar. Bu tip ixtisarlar özü də iki yerə bölünür:
|
ma'muriyatiga murojaat qiling