I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
söylenmesi, bir birinden farklı olması bu dillerin çok eski dönemde değişikliye uğradığını
göstermektedir. Örneğin; Oğuz grubundaki kurtga, kırınça, yıldırım, kapug, kurt, dudag, eksük, bagırsak, kandü, sogan, örtüklü, yarın, evdaş, sökal, yogurt, sakış,çerik, kamug, kadaşkavramları Kıpçak gruplarındakarı, kumırska, nayzagay, esik, böri, erin, naşar, iş, öz, juva, jasırın, erten, ayel, avruv, ayran, oy, asker, barşa, tuvısşeklinde söylenmektedir. Bu tür kelimelerin sayısını özel araştırmalar sayesinde belirlemek mümkündür. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
66
Oğuz grubundaki bazı leksikolojik kavramlar diğer Türk lehçelerinde bulunmamaktadır. Bunun gibi olayları diğer dil gruplarında da görmek mümkündür. Sadece Kıpçak grubuna ait kavramlar da mevcuttur. Sagındıkoğlu bu konuyla ilgili özel araştırmalar yapmış Türk lehçelerinin sözlüklerini karşılaştırmıştır. Dolaysıyla eserlerdeki bazı kelimelerin sadece bir dilde mevcut olup diğer dillerde bulunmadığı o kavramın değişik ifade edildiğini açıklamıştır. Araştırmacıya göre Oğuz gruplarında bulunan kelimeler: alın (маңдай), bağırsak (іш), kendü (өз), kölke (көлеңке), örtüklü (жасырын), sogan (жуа), utan (ұялу), çog (көп), karınça ( құмырсқа), kurt (бөрі), yarın (ертең), yıldırım (найзағай)vs.Aksine bu kelimeler ise sadece Kıpçak grubunda bulunmaktadır: basın (басыну), baklan (бағлан), bakır (жез), bayagı (баяғы), bolmaçı (болмашы), entik (ентігу), em (ем), erik (ерігу), en (ену), enra (еңіре), irkil (іркілу), yimen (имену), kün (күң), keri (кері), süngi (сүңгі), çık (шық), sal (салу), tansuk (таңсық), tıy (тыю), tabran (тебірен), talpı (талпыну), tanırka (таңырқау), tun (тұну), ürk (үрку), kavrut ( қауырт) [5. 44-45 s.] т.б.
Bu kavramlar Oğuz, Karluk-Uygur dillerinde geçmezse de Kıpçak gruplarında ayrıca Kazak dilinde mevcuttur.
Yukarıdaki saydığımız fonetik ve leksikolojik özellikler üç dört bin yıllık değişim değildir. Böylesine değişimin ortaya çıkması binlerce yılı geçirebilir. Oğuz, Kıpçak, Karluk- Uygur dillerinin bir birinden ayrılması ve sınıflandırılması eski Altay devrinin ilk dönemine denk gelme ihtimali vardır. Dil araştırmalarında benzerliklerle beraber aynı zamanda farklılıkları da çok iyi sınıflandırmak gerekir. Her dilin sadece o dile has özelliklerini araştırarak belirlemek Türkologların önemli görevlerinden biridir.
Kullanılan edebiyatlar: 1.
Baskakov N. A. “Вvedenyie v izucenye turkskih iazikov”. Moskva, 1962. 2.
“Kazak tilinin tusindirme sozdigi. 1-10 tomdar/Jalpi redaktsiasin baskargan А.Y. Yskakov. – Аlmati: Gylym, 1974-1986. 3. Sagındıkoğlu. B. “Kazak tilinin tarihi.” Kazak Üniversiteti Baspası, Almatı, 2011 4. Kiyekbaev. Dj. G. “Bvedeniye v uralo-altaiskiye iazikoznaniye” Ufa, 1972. 5. Sagındıkoğlu. B. “Altyn Orda jazba eskertkishterinin tili”. Kazak Üniversiteti Baspası, Almatı, 2006.
Dürdanə Əliyeva, fil.ü.f.d., dos. Bakı Slavyan Universiteti,Türkologiya kafedrası durdana_a@mail.ru
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ TAPMACALARININ ONOMASTİK SAHƏSİ Oğuz qrupu türk dillərinin şifahi xalq ƏDƏBIYYATının ən qədim və maraqlı janrlarından biri olan tapmaca əsrlərdən bəri nəsildən-nəslə keçərək müxtəlif dəyişikliklərə uğramış, bəzən forma və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə qədər gəlib çıxmışdır. Həm quruluş, həm məzmun, həm də leksik tərkibinə görə digər folklor janrlarından fərqlənən tapmacalar folklorşünaslar tərəfindən tədqiq edilsə də, linqvistik baxımdan öyrənilməmişdir. Tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərindəki müşahidələri, təsərrüfat, məişət məsələləri və sairə bədii formada, obrazlı şəkildə ifadə edilmişdir. Tapmacaların onomastik sahəsinin əsas hissəsini antroponimlər təşkil edir: Qutu qutu içində \Sandıq qutu içində \Fatmanın ağ yaylığı (antroponim)\ O da qutu içində (şabalıdı)(Azərbaycan); Dağda dalaymanı gördüm, Suwda Süleymanı gördüm, Duzsuz bişen aşı gördüm, Gawşap duran daşı gördüm. (Gannçga, gami, süyt, değirmen)(türkmən); Bir oğlum var adı Beşir bulduğunu bana taşır (kaşık)(türk);Avaşmnein enşesi\ Vanikenin kemençesi.(Sivrisinek)(qaqauz)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
67 Oğuz qrupu türk dilləri tapmacalarının tərkibindəki toponim və hidronimlər həm çox məşhurlaşmış mərkəz şəhərlərin, böyük çayların adlarını, həm də kiçik rayonların, şəhərlərin və su hövzələrinin da adlarını da əks etdirir. Bu adların bir qismi onlarla bağlı olan tarixi faktları və hadisələri özlərində əks etdirdikləri halda, bəziləri isə özlərinə məxsus regional əlamətləri əks etdirirlər: Balta vurdum nimçəyə Səsi gəldi Gəncəyə (göy gurultusu) (toponim); Burada vurdum kılıcı Halep’te çıktı ucu (şimşek) (türk); İki uç, iki halka, Bağdadda mıhı var. (Makas) (türkmən). Nümunələrdən gördüyümüz kimi Oğuz qrupu türk dilləri tapmacalarının müxtəlid xarakterli onomastik vahidlərlə zəngindir. Bu onomastik vahidlərin linqvistik baxımdan təhlili maraqlı dil faktlarının aşkarlanmasına səbəb ola bilər.
Elçin Məmmədov, fil.ü.f.d., dos.
AMEA Nəsimi
adına Dilçilik İnstitutu,
Türk dilləri
şöbəsinin aparıcı
elmi işçisi
elchin197613@mail.ru
İŞĞAL EDİLMİŞ QARABAĞIN ANTROPOTOPONİMLƏRİ VƏ ONLARIN QRAMMATİK-MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim və zəngin ərazilərindən biridir. Əlverişli təbii-coğrafi şəraitin, təbii mağaraların olması qədim dövrlərdən burada ibtidai insanların məskən salmasına şərait yaratmışdır. Haqqında bəhs etdiyimiz Qarabağ bölgəsinə Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonları daxildir.
Hazırda Qarabağ Ermənistan silahlı qüvvələri tarəfindən işğal edilib və bütün maddi- mədəniyyət abidələri talan olunub. Eyni zamanda, ərazinin toponimləri erməni “müəllifləri” tərəfindən saxtalaşdırılmış və yaşayış məntəqələrinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Bu mənada bölgənin antropotoponimlərini tədqiq etmək olduqca vacib və əhəmiyyətlidir. Bu araşdırma nəticəsində biz bölgənin antropotoponimlərinin erməni işğalına qədərki mənzərəsini bərpa etməyə çalışacağıq. Məlum olduğu kimi Azərbaycan toponimlər sistemindəki ayrı-ayrı coğrafi adlar uzun bir tarixi inkişaf yolu keçməklə yanaşı, həm də aid olduğu xalqın və mövcud olduğu ərazinin, tarixən bu ərazidə baş vermiş ictimai, iqtisadi və siyasi hadisələrin bir sıra spesifik cəhətlərini də özündə əks etdirmiş və bunlar da bir çox toponimlərin yaranma və formalaşmasını şərtləndirmişdir. Toponimlərin hansı tarixi dövrlərin məhsulu olduğunu, hansı ekstralinqvistik faktorlarla bağlı yaranmasını müəyyən etmək çətindir. Bu mənada xüsusi mülkiyyətin hakim olduğu dövrlərin toponimiyada qalıqları hesab olunan antropotoponimlər də diqqəti cəlb edir.
Antropotoponimlər şəxs adları əsasında yaranan yaşayış məskənlərini əhatə edir. İşğal edilmiş Qarabağ ərazisi də antropotoponimlərlə zəngindir. Demək olar ki, Qarabağ ərazisində şəxs adları əsasında formalaşan toponimlərin hamısının izahı Azərbaycan dili ilə bağlıdır. Ümumiyyətlə, antroponim əsaslı toponimlərin əksəriyyəti sovet işğalına qədər yaranıb formalaşmışdır və “onların ilkin formada birinci komponentlərinin ellipsiyası nəticəsində isə həmin adlar toponimik səviyyədə sadə adlar kimi sabitləşmişdir. Belə antropotoponimlərin də əksəriyyətini məntəqənin əsasını qoyduqları və mənsub olduqları ayrı-ayrı şəxslərin adları təşkil edir” (2, s. 166). Bu antroponimlərin coğrafi ada çevrilməsi ona qoşulan nomenlərin köməyi ilə baş verir. Belə ki, “toponimik status qazanmış antroponimlər əslində toponim yaradan müəyyən ünsürlərin (coğrafi nomenlərin) əlavəsi ilə reallaşmış (İsi kəndi, Əliqulu kəndi, Əliyar kəndi və s.) və ikinci tərəfin ellipsiyası nəticəsində şəxs adı ilə ifadə olunmuş birinci tərəf (aparıcı komponent) coğrafi adın semantik yükünü öz üzərinə götürərək sadə oykonim kimi də sabitləşmişdir” (2, s. 166).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
68 İşğal edilmiş Qarabağ ərazisinin antropotoponimləri leksik-semantik və qrammatik- morfoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir və Azərbaycan dilinin qanunauyğunluqları ilə öz izahını tapır. Haqqında bəhs etdiyimiz ərazinin antropotoponimlərinin qrammatik-morfoloji xüsusiyyətlərini aşağıdakı kimi təsnif etmək olar: 1. -lar, -lər şəkilçiləri ilə formalaşanlar: a) Bu şəkilçilər bir sıra şəxs adlarına qoşularaq müəyyən qrupun, zümrənin həmin şəxsin törəmələri olduğunu bildirən yer adları yaradır. Məsələn: Nəbilər, Məmişlər (Şuşa); Hətəmlər (Laçın); Dadaşlar, İsalar, Rzalar (Ağdam); Alırzalar, Alolar, Babaşlar, Həsənlər (Kəlbəcər); Əhmədalılar (Füzuli); Əfəndilər, Hüseynalılar (Cəbrayıl); Nəcəflər, Yusiflər (Zəngilan); Cavadlar (Xankəndi); b) Bəy, xan, paşa, kosa tipli sözlərə qoşularaq yer adları yaradır. Məsələn: Paşalar (Şuşa); Kosalar (Ağdam); c) -lar, -lər şəkilçiləri müəyyən zahiri əlamət və ləqəb, ayama və s. bildirən sözlərə əlavə olunaraq, həmin əlamət, ləqəb, ayama və s. ilə tanınmış nəslə və ya nəsil başçısına mənsub kokret qrup mənası ifadə edən oykonimlər yaradır. Məsələn: Ağakişilər (Zəngilan); Əmiralılar (Xocavənd); ç) -lar, -lər şəkilçiləri müəyyən sənət, peşə, dini mənsəb və s. məşğuliyyət növlərini bildirən sözlərə əlavə edilməklə konkret qrupun vaxtilə göstərilən sənət, peşə və s. ilə məşğul olmuş nəslə və ya nəsil başçısına mənsubluğunu, aidliyini ifadə edən yer adları əmələ gətirir. Məsələn: Hacılar, Seyidlər, Mollalar (Laçın); d) Birinci və ya ikinci tərəfi bəy, xan, qul sözlərindən, digər tərəfi isə şəxs adlarından əmələ gələn antropotoponimlər. Məsələn: Allahqulular, Səfixanlar, İmamqulular, Səfixanlar (Şuşa); Niyazqullar (Cəbrayıl); 2. Şəxs adları əsasında formalaşan oykonimlər. a) Sadə şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər: Məsələn: Nurəddin (Laçın); Sədi (Cəbrayıl); Aladin (Zəngilan); Fərrux (Xankəndi); Xətai (Xocavənd); Bayandur (Ağdərə). b) Mürəkkəb quruluşlu şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər: Məsələn: Xanməmməd-Bünaən, Məmmədsəfi, Nəcəfalı (Kəlbəcər); Mollavəli (Füzuli); Mollabürhan (Qubadlı); Pircamal (Xankəndi); c) Tərkibində bəy, xan, qul tipli sözlərin olduğu şəxs adlarının oykonimləşməsi: Məsələn: Alıqulu, Əliqulu (Laçın); ç) İkinci tərəfi kənd, oba, abad sözündən ibarət olan şəxs adlarından əmələ gələn: Məsələn: Salatınkənd (Şuşa); Cəfərabad (Cəbrayıl); Xəliloba (Qubadlı); Həsənabad, Mədətkənd (Xankəndi); d) İkinci tərəfi pəyə, təpə, dərə, qaya sözündən ibarət olan şəxs adlarından əmələ gələn: Məsələn: Fətəlipəyə, Məlikpəyə (Laçın); Qurbantəpə (Cəbrayıl); Məmməddərə (Xocavənd); Həsənqaya (Ağdərə). 3. -lı, -li şəkilçisinin köməyi ilə formalaşanlar. Bu şəkilçi müxtəlif şəxs adlarına – tayfa, nəsil, tirə başçılarının adlarına qoşularaq, onlara mənsub mənası ifdə edən yer adları əmələ gətirir. A.İ.Popov göstərir ki, “belə adları bəzən patronimik və ya eponimik adlar adlandırırlar” (4, s. 7). Əslində “Azərbaycan toponimlər sistemində patronimik adların mühafizə olunmasının şərtləndirən əsas amil Azərbaycanda XIX əsrin 80-ci illərinə qədər feodal-patriarxal cəmiyyət qalıqlarının hökm sürməsi olmuşdur” (2, s. 163). a) Sadə və ya mürəkkəb quruluşlu şəxs adlarına qoşularaq. Məsələn: Əhmədli (Laçın); Səfərli, Eyvazlı, Qasımlı, Qiyaslı, Maqsudlu, Məmmədbağırlı, Həsənçobanlı, Usublu, Yusifcanlı, Yusifli (Ağdam); Cəmilli, Kərəmli, Zülfüqarlı (Kəlbəcər); Bəhmənli, Əbdürrəhmanlı, Kürmahmudlu, Veysəlli, Mahmudlu, Ələskərli, Qaraməmmədli, Qoçəhmədli, Pirəhmədli (Füzuli); Hasanlı, Xudayarlı, Xudaverdili, İsaqlı, Mehdili, Soltanlı, Süleymanlı, Yarəhmədli (Cəbrayıl); Balahəsənli, Bəxtiyarlı, Davudlu, Həmzəli, Qiyaslı, Məlikəhmədli, Mərdanlı (Qubadlı); Mikayıllı, Xəlilli (Xankəndi); Məlikcanlı, Zakirli (Xocavənd); Bayandurlu, Rəcəbli (Ağdərə).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
69 b) Birinci və ya ikinci tərəfi şah, bəy, xan, ağa, hacı, kəlba, molla, mirzə, seyid, qul sözlərindən formalaşan antroponimlərə qoşularaq. Məsələn: Hacıxanlı, Qarabəyli, Vəlibəyli (Laçın); Birinci və İkinci Alıbəyli, İmamqulubəyli, Qasımbəyli, Ağalarbəyli, Adıgözəlbəyli, Böyükbəyli, Əhmədağalı, Əliağalı, Hacıməmmədli, Həsənxanlı, İsmayılbəyli, Kəlbahüseynli, Qəhrəmanbəyli, Muradbəyli, Paşabəyli, Şükürbəyli, Tağıbəyli (Ağdam); Mollabayramlı, Nadirxanlı, Şahmansurlu (Kəlbəcər); Alıxanlı, Hüseynbəyli, Kərimbəyli, Qaraxanbəyli, Mirzəcamallı, Mirzənağılı, Mollaməhərrəmli, Musabəyli, Seyidmahmudlu, Şükürbəyli, Seyidəhmədli (Füzuli); Əsgərxanlı, Hacılı, Hacı İsaqlı, Məstalıbəyli, Mollahəsənli, Şahvələdli, Şıxalıağalı (Cəbrayıl); Muradxanlı, Yusifbəyli (Qubadlı); Alıbəyli, Cahangirbəyli, Əmirxanlı, İsgəndərbəyli, Məmmədbəyli, Şəfibəyli, Məşədi İsmayıllı, Mirzə Həsənli (Zəngilan); Mehdibəyli, Seyidbəyli (Xankəndi); İsmayılbəyli (Ağdərə). Fikir versək, tərkibində bəy, xan, ağa və s. sözlər olan oykonimlər sayca üstünlük təşkil edir. İlk baxışda düşünülə bilər ki, bu oykonimlərdə əks olunmuş şəxs adı ilə həmin kənd əhalisinin (tayfa, nəsil və tirənin) hansısa qohumluq əlaqəsi var. Əslində isə “antroponimlərə əlavə edilən –lı, - li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin törəmələri olduğunu deyil, onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu bildirir. Ağdam rayonundakı İmamqulubəyli oykonimi keçmişdə Qarabağ düzündə yaşamış kəngərlilərə mənsub qaradolaq tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənədlərinin birində qeyd olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərəfindən 5 il müddətinə İmamqulu adlı bir bəyə bağışlanmış və onlar bəyin adı ilə bağlı İmamqulubəyli adlanmışdır”(2, s. 164). Eyni fikri Zəngilan rayonunda kənd və inzibati ərazi vahidi olan Cahangirbəyli kəndi haqqında da demək olar. Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir”(1, s. 117).
Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəylə) həmin kənd əhalisinin heç bir qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati mənsubluğunu bildirir.
Çox guman ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir. 4. -an şəkilçisinin köməyi ilə formalaşanlar. Məsələn: Fərəcan, Səfiyan (Laçın); Şərifan (Zəngilan); 5. Sintaktik yolla yaranan antropotoponimlər: Məsələn: Ağalaruşağı (Laçın); Abdullauşağı, Məmməduşağı (Kəlbəcər); Əliquluuşağı, Hüseynuşağı (Qubadlı). Maraqlıdır ki, bu yolla yaranan oykonimlər ilkinliyini-orijinallığını müəyyən qədər saxlayıb. Bu coğrafi adlarda uşaq və -ı mənsubiyyət şəkilçisi tayfa, tirə və ya nəsli əks etdirir. Tədqiqatçılar qeyd edirlər ki, belə oykonimlərin bir çoxunda axırıncı komponentlər düşə bilər (2, s. 166). Fikrimizcə, tədqiqatçı burada müəyyən səhvlərə yol vermişdi. Belə ki, onun fakt kimi irəli sürdüyü Qubadlı rayonunun Əliquluuşağı kəndindəki uşaq+ı komponentləri heç də düşməyib, ilkin variantını qoruyub saxlayıb. Çox güman ki, müəllif bu oykonimlərdən sonra işlənən kənd sözünü nəzərdə tutub.
Ümumiyyətlə, Qarabağ ərazisində mövcud olan antropotoponimlərin tarixi bir neçə əsr əvvələ gedib çıxır. Belə ki, onların bir hissəsinin adlarına hələ XVIII əsrin əvvəllərində tərtib olunmuş siyahılarda (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri) rast gəlinir (3, s. 3 - 576). Həmin antropotoponimlərin əmələ gəlmə yolları Azərbaycan dilinin qanunları ilə öz izahını tapır. Halbuki tarixşünaslıqda hələ də belə bir fikir dolaşır ki, “guya Şuşa və onun ətraf yerlərinə türk (azərbaycanlı) əhali Pənah xan tərəfindən Şuşa şəhərinin əsası qoyulandan sonra gəlib yerləşmişdilər. Və yenə nədənsə Qarabağın etnodemoqrafik məsələlərinə və əhalinin yerləşməsinə toxunduqda mütləq şəkildə qeyd edilir ki, türklər (yəni azərbaycanlılar - E.M) Qarabağın aranında, ermənilər isə dağlıq hissəsində yaşamışlar. “Müfəssəl dəftər”in məlumatları bu fikirlərin əsassız I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
70 olduğunu göstərir. Pənahabadın əsası qoyulmazdan xeyli əvvəl nəinki bu bölgədə, eləcə də Qarabağın digər dağlıq bölgələrində türklər (azərbaycanlılar) kompakt şəkildə yaşamış, ermənilərin xeyli hissəsi isə türklərin tərk etdiyi yaşayış məskənlərinə yerləşmişdilər” (3, s. 17). Bunu sübut etmək üçün nəinki ermənilərin yaşadıqları kəndlərin, bütövlükdə Qarabağın kəndlərinin Azərbaycan-türk mənşəli olması faktına diqqət yetirmək yetərlidir.
ƏDƏBIYYAT 1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007. 2. Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991. 3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, 2000. 4. Попов А. И. Названия народов СССР. Введение в этнонимику. Л., 1973.
Elchin Mahammad oglu Mamedov Antropotoponyms of the occupied Karabakh and their grammatical-morphological features
SUMMARY
This paper examines all antropotoponyms of Karabakh before the occupation, taking into account the area to which they relate. Author also classified the antropotoponyms according to the method of their formation.
Keywords: antropotoponyms, classification, Karabakh, grammatical- morphological features, oykonyms
Elnarə Əliyeva, fil.ü.f.d., dos. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dok.elnare_e@mail.ru
TÜRK DİLLƏRİNDƏ ƏVƏZLİK KATEQORİYASI: ƏNƏNƏ VƏ MÜASİRLİK
Əvəzlik isim, sifət, say, zərf və felin yerində işlənən sözlərə əvəzlik
deyilir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur. Bunlar ənənəvi qrammatikalardan məlum olan qaydalardır. Lakin əvəzlik ətrafında bir-birindən xeyli fərqlənən, hətta bir-birinin əksini təşkil edən mülahizələr də diqqəti cəlb edir. Əvəzliklər gah “boş sözlər”, gah da “ən sirli sözlər” adlandırılır. Gah bir nitq hissəsi kimi inkar edilir, gah da ona daxil olan sözlər başqa nitq hissələri arasında paylaşdırılır, gah da köməkçi nitq hissəsi kimi təqdim edilir. Bəzən əvəzliyin əhatə dairəsi xeyli məhdudlaşdırılır, əvəzliklərin yalnız bir qismi bu nitq hissəsinə aid edilir [1.S.285]. Azərbaycan dilində tədricən bölgü prinsipində dəyişikliklər aparılmış, vaxtilə qəbul olunmuş bəzi növlər ixtisara salınmışdır. Y.Seyidov Azərbaycan dilində cəmi 27 sözü əvəzlik kimi qəbul etmiş və onları 5 növə aid etmişdir. “İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar “ismi-zəmir” (əvəzlik-isim) adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə “təyini sifət” adı ilə sifətlərlə birgə verilmişdir” [2. S.138]. Azərbaycan dilində H.Mirzəzadə tarixən əvəzliyin şəxs, qayıdış, işarə, sual, təyin, qeyri- müəyyən kimi növlərinin olduğunu bildirmişdir. O, inkar əvəzliklərini qeyri-müəyyən əvəzliklərinə daxil etmişdir. Digər bir məqamda isə müəllif qayıdış əvəzliyini şəxs əvəzliyinin bir növü adlandırmışdır. [3. S.175]. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
71 F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” kitabında əvəzliyin 6 növünü göstərmişdir: şəxs, işarə, sual, təyini və qayıdış, qeyri-müəyyən, inkar [4. S.113]. F.Zeynalov mənimki, bizimki ifadələrini şəxs əvəzliklərinə daxil etmiş, ora, bura ifadələrini zərf hesab etmişdir. Qayıdış əvəzliklərini isə təyini əvəzlikləri ilə birləşdirərək təyin-qayıdış əvəzlikləri adı altında verilməsinin daha doğru olması fikrini irəli sürmüşdür. Q.Kazımov əvəzliyi “leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriya, xüsusi söz qrupu” kimi səciyyələndirmişdir [2.S.135]. O, əvəzliyin aşağıdakı 7 növünü göstərmişdir: şəxs, qayıdış, sual, qeyr-müəyyənlik bildirən, inkar, nisbi və işarə əvəzlikləri. Ümumiyyətlə, müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı növləri qəbul olunur: şəxs, Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling