I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
əlaqəliliyin ifadə üsulundadır”[2,132]. Əvəzlikli təkrarların mürəkkəb sintaktik bütövün komponentləri arasında necə sıx əlaqə yaratdığını, həmin mətn parçasının mütəşəkilliyini təmin edən ən mühüm üsullardan biri olduğunu Azərbaycan türk dili və Türkiyə türkcəsindən götürülmüş nümunələrlə nəzərdən keçirək: Türkiyə türkcəsində: “Allah bizi sevgisindən, ilgisindən yarattı... Onu arama və ona yakınlaşma gorevimizi unuttuğumuz için en olmadık zamanlarda şeytan yolumuza oturuyor, iman karvanımızı soyuyor.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”, 182). Bu nümunədə birinci cümlədə verilən “Allah” kəlməsi sonrakı cümlələrdə təsirlik və yönlük halda olan “o” III şəxs tək əvəzliyi ilə əvəzlənərək təkrar olunmuş və mikromətni təşkil edən komponentlər arasında bağlılıq anaforik əlaqə əsasında, yəni “sonra gələn semantemin artıq adı çəkilmiş semantemlə əlaqələnməsi” [1, 94] sayəsində yaranmışdır. Başqa bir nümunə: “Urfalı gazelhan, Kazançı Bedih; katalitik soba zehirlenmesi sebebiyle vefat ettiği güne kadar, bakir kazan yapma sanatını elindən burakmadı. O, sesini geliştirirken şan dersleri almadı, nota öğrenmedi. O, sesini çekicin altında inleyen bakir levhalarla birlikte ateşle eğitti.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”,). Bu sintaktik bütövün komponentləri arasında koqeziya anaforik əlaqə əsasında yaranıb, belə ki, birinci cümlədə verilən “Urfalı gazelhan, Kazançı Bedih” xüsusi ismi sonrakı cümlələrdə “o” əvəzliyi ilə əvəzlənərək aktuallaşmış və komponentlərin əlaqələnməsinə səbəb olmuşdur. Azərbaycan türk dilində: “Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır və bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, necə deyərlər, ağır bir yük kimi onun boynuna düşmüşdü...” (Anar, Seçilmiş əsərləri 2). Verilən bu nümunədə də komponentlər arasında bağlılıq anaforik əlaqə ilə mümkünləşmişdir, belə ki, birinci cümlədə verilən “Mürşüd” xüsusi ismi sonrakı cümlələrdə yiyəlik halda olan “o” şəxs əvəzliyi ilə təkrarlanaraq komponentləri əlaqələndirmişdir. Başqa bir nümunəyə diqqət yetirək: “Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür”. (Anar, Seçilmiş əsərləri 1). Azərbaycan türk dilindən verilən bu nümunədə də sintaktik bütövü təşkil edən komponentlər arasında bağlılıq anaforik əlaqə əsasında, yəni birinci cümlədə verilən “güzgü” sözünün sonrakı cümlələrdə “o” şəxs əvəzliyi ilə əvəzlənərək təkrar olunması sayəsində təşəkkül tapmışdır. Türkiyə türkcəsində:“İki qurbağa ayran kovasına dustu. Kurbağalardan biri korkuyordu ve derin bir aşağılık duyğusuna sahipti. Önce yüzmeye çalıştı ama çok geçmeden vazgeçerek nefessiz kalıp öldü ama kişisel gelişimden geçmiş diger kurbağa kurtulacağına olan inancını yitirmedi. Onu izlerken “Bu, benim başıma gelmeyecek, kurtulacağım.” dedi...” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”). Bu sintaktik bütövün ikinci, üçüncü, dördüncü və beşinci cümlələrində verilən mətn sonuncu cümlədə təsirlik halında olan “o” və adlıq halda olan “bu” işarə əvəzliyi ilə əvəzlənmiş və anaforik əlaqə ilə komponentlər bir- birinə bağlanmışlar. Burada “bu” işarə əvəzliyi aktuallaşaraq işləndiyi cümlədən əvvəldə verilən bütöv mətni əvəz edir və əvəzliyin mətnyaratma potensialını ortaya qoyur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
108 Mürəkkəb sintaktik bütövün komponentləri arasinda koqeziya kataforik əlaqə ilə, yəni əvvəlki cümlədə verilmiş əvəzliyin sonrakı cümlədə hər hansı bir leksik vahidlə ifadə olunması ilə təzahür edir. Məsələn: Türkiyə türkcəsində: “Olay şu, çok azımız kendimiz ve kaderimize yön vermekteki rolümüzü gerçekten biliyoruz. İnsanın hayatındkı en önemli an, kaderin merhametine bağlı olmadığını, düşüncelerinin, hayatınözünün sürükli onun içineakıtıldığı bir kalıp olduğunu anladığı andır. Greçek şu, inandığımız, kabullendiğimz ve güvenle bellediğimiz her şeye sahip oluruz...” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”). Birinci və axırıncı cümlələrdəki “şu” əvəzliyinin mənası sonrakı cümlələrdə açılır, hətta bu parçada komponentlər arasında koqeziya kataforik əlaqə və tam təkrarla, yəni “şu” işarə əvəzliyinin mürəkkəb sintaktik bütövün komponentləri arasında heç bir şəkilçi qəbul etmədən təkrarlanaraq əlaqə yaratması ilə reallaşır və “şu” işarə əvəzliyi deaktualizator rolunda işlənərək burada kontekst yaranmasına xidmət edir və bütöv mətni əvəz edərək mətn yaratma potensialını göz önünə qoyur. Azərbaycan türk dilində: “Bircə onu bilirəm ki, bu maşının içərisində indiyə kimi belə dünya gözəli oturmayıb” (Anar, Seçilmiş əsərləri 2). Bu nümunədə tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümləsində budaq cümlənin qəlibi kimi işlənən, təsirlik halda olan işarə əvəzliyi aktuallaşaraq kataforik əlaqə əsasında bütöv tamamlıq budaq cümləsini əvəz edərək komponentlər arasında bağlılıq yarada bilir.
Tam leksik təkrarlar sintaktik bütövün əvvəlki cümləsindəki leksik vahidin sonrakı cümlələrdə dəyişmədən, tam formada təkrarlanmasıdır. Məsələn, Türkiyə türkcəsində: Nazim Hikmətin “Kadın” şeirindən götürdüyümüz nümunəyə baxaq: Kimi der ki kadın Uzun kış gecelerinde yatmak içindir. Kimi der ki kadın Yeşil bir harman yerinde Dokuz zilli köçek gibi oynatmak içindir. Kimi der ki ayalimdir, Boynumda taşıdığım vebalimdir. Kimi der ki hamur yoğuran. Kimi der ki çocuk doğuran. [13] Bu şeir parçasında qeyri- müəyyənlik bildirən “kim” əvəzliyi “-i” şəkilçisi qəbur edərək dəyişmədən təkrarlanaraq sonrakı cümlələri bir- birinə bağlayır. Azərbaycan türk dilində Aşıq Alının “Getdi” rədifli qoşmasından gətirdiyimiz nümunədə “kim” əvəzliyi “-i şəkilçisi götürərək qeyri- müəyyən şəxsi ifadə edərək” (MAD, 185) tam leksik təkrar olaraq sintaktik bütövün komponentlərini əlaqələndirir. Kimi ay qabağa cığa tel düzər, Kimi qaş altından gözlərin süzər. Kimi yeyib, içib, sallanıb gəzər, Kiminin axırı vay oldu getdi. [14] Türkiyə türkcəsindən götürdüyümüz nümunəyə diqqət yetirək: “Annem
və babamla
ilişikmi nasıl düzenleyeceğimi bilemiyorum. Beni heç anlamıyorlar. Benim hoşlandığım hiçbir şeyi onaylamıyorlar... Benim duyğularım ve düşüncelerimin benim için doğru olacağını kabul eemiyorlar. Beni sevmediklerini söylemek istemiyorum. Beni seviyorlar, fakat benim onlardan farklı bir insan olduğumu göremiyorlar” ( Doğan Cüceloğlu “İnsan insana”). Bu nümunədə I şəxs tək əvəzliyi təsirlik və yiyəlik halda aktuallaşaraq sintaktik bütövün komponetlərinin arasında koqeziya, bağlılıq yaradır və komponentləri bir- birinə bağlayaraq mürəkkəb sintaktik bütövün bit sistem halında formalaşmasına xidmət edir. Azərbaycan türk dilndəki nümunəyə nəzər salaq: “Nəzakət: Ərə getmək başqa, mən səni bir ana kimi bütün qayda- qanunu ilə köçürmək istəyirəm. Mən bunun üçün illər uzunu Fərəcdən gizlin, öz maaşımdan qəpik-qəpik kəsib pul yığmışam. Mən səni ləyaqətlə ərə verəcəyəm”.(Əfəndiyev İ. “Boy çiçəyi”.) İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, yaxud “Boy çiçəyi” pyesindən götürdüyümüz bu iqtibasda “mən” I şəxs tək əvəzliyi nitq aktı iştirakçısının I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
109 intensiyasından asılı olaraq onun daxili hisslərini, emosiyalarını bildirmək üçün danışanın özü tərəfindən xüsusi intonasiya ilə tələffüz olunaraq mürəkkəb sintaktik bütövün tərkibində aktual üzvə çevrilir və mətni təşkil edən cümlələrin- komponentlərin əvvəlində tam halda təkrarlanır, kom- ponentlərin bir-biri ilə əlaqələnməsinə və sintaktik bütövün tam bir sistemə çevrilməsinə səbəb olur.
Yuxarıda nəzərdən keçirdiyimiz nümunələr əsasında Türk dillərindən Türkiyə türkcəsində və Azərbaycan türk dilində əvəzlikli təkrarların mürəkkəb sintaktik bütövün komponentlərinin bağlanmasında, mürəkkəb sintaktik bütövün formalaşmasında anaforik və kataforik əlaqə vasitələri kimi təzahürünün yaranmasındakı rolunu hər iki dildən götürdüyümüz nümunələr əsasında izlədik və hər iki dildə əvəzliklərin aktuallaşaraq mətndəki mənanı daha qabardıb oxucuya, dinləyiciyə çatdırmağa xidmət etdiyinin şahidi olduq.
ƏDƏBIYYAT 1. Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı-“Xəzər Universiteti Nəşriyyatı”-1998. 2. Abdullayev K.M., Məmmədov A.Y., Musayev M.M., Üstünov K., Novruzova N.S., Hüseynov Ş.Q., Rzayeva G.N., Hacıyeva K.B., Ziyadova L.V., Fətəliyeva S.Q., Nağıyeva G.Q., Məhərrəmova G.A., Zeynalova Ş.T., Səlimova F.Q., Məhərrəmova V.H. “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”. Bakı-“Mütərcim”-2012. 3. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı-“Maarif”-1999. 4. Allahverdiyeva F. Bədii mətnin formalaşmasında sintaktik əlaqə vasitələri. Bakı- “Elm və təhsil”-2011. 5. Hacıyeva K. B. “Leksik təkrarlar mürəkkəb sintaktik bütövü yaradan factor kimi”. Avtoreferat. Bakı-2010. 6. Kazımov Q.Ş. “Müasir Azərbaycan dili”. Bakı-“Elm və təhsil”-2010. 7. Müasir Azərbaycan dili. II hissə, Morfologiya. Bakı- “Elm” nəşriyyatı- 1980.
Mənbələr: 8. Anar, Seçilmiş əsərləri 1, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988. 9. Anar, Seçilmiş əsərləri 2, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988. 10. Bülent Akyürek “İçinizdeki öküze oha deyin”. Ankara-C 4 Kitab- 2011. 11. Doğan Cüceloğlu “İnsan insana”. İstanbul- Remzi kitabevi-2001. 12. Əfəndiyev İ. “Üçatılan”. Bakı-“Gənclik”- 1982. 13. Nazim Hikmet. http://www.turkstudent.net/content/article/1428/kadin.html. 14. Aşıq Alı. Seçilmiş əsərləri. http://anl.az/el/a/aa_e.pdf Asadova M. N.
The Text Formation Function of the Pronouns in the Turkic Languages (The Cognitive and Linguopragmatic Approach to the Problem )
Summary This article deals withthe text formation function of the pronouns in the Turkic languages from the aspect of the cognitive and linguopragmatic approach to the problem. The author also studies the role of the pronouns as a means of connection between the components of the complex syntactic whole in the Turkic languages. On the basis of the examples taken from the Turkish and Azerbaijani languages the author analyses anaphoric and cataphoric relations between the components of the complex syntactic whole. The pronouns play a special role in order to connect the parts of the complex syntactic whole.
Key words: complex syntactic whole, repetition, pronoun, cohesion, anaphora. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
110
Ramiz Qasımov, fil.ü.f.d., dos. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi katibi ramizasef@yahoo.com.tr
CƏLİL MƏMMƏDQULUZADƏNİN İRSİNDƏ ANA DİLİ VƏ ƏLİFBA MƏSƏLƏLƏRİ Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, kiçik hеkayənin böyük ustadı, milli mücadilə ƏDƏBIYYATımızın sərkərdəsi böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932) irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin qorunması, onun savadlanması və yeni tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. Təsadüfi deyil ki, böyük azərbaycançı ədib Mirzə Cəlil Azərbaycan ƏDƏBIYYATında həm də ana dilinin təəssübkeşi kimi tanınır. Onun əsərlərinin sadə ana dilində yazılmasından tutmuş ana dilinin müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük ədibin ana dilinə qoyduğu ən böyük mənəvi abidələrdən hesab olunur. Ədibin “Molla Nəsrəddin” jurnalının baş məqaləsi olan “Sizi deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim obrazovannılar”, “Abirin və kilab”, “Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima nirragim”, “Əlifba”, “Rus məxrəci”, “İlan-qurbağa”, “Təzə əlifba”, “Latın hürufatı və ingilislər”, “Yeni əlifba nə istəyir?”, “Nöqtələr”, “Behişt əlifbası”, ““X” hərfi”, “Ərəb əlifbası” kimi məqalə və felyetonlarında, eləcə də “Anamın kitabı”, “Saqqallı uşaq”, “Sirkə” kimi bədii əsərlərində ana dili və əlifba məsələlərinə aid müxtəlif problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir ifadə etmişdir. Ərəb qrafikalı əlifbanın yaratdığı çətinlikləri konkret nümunələrlə təqdim edən görkəmli ədib C.Məmmədquluzadə latın qrafikalı əlifbanın tərəfdarı kimi çıxış edərək həmçinin ilk əlifba islahatçılarından biri kimi də geniş şöhrətə malikdir. Onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı da xalqın milli oyanışı və istiqlalında böyük rol oynamış, bütün müsəlman və türk dünyasında ilk dəfə ana dilində çap olunan karikutaralı, sadə xalq dilində yazan, rəngli və şəkilli bir mətbuat orqanı kimi mühüm xidmətlərlə yadda qalmışdır.
və Cəlil Məmmədquluzadə
Ümumtürk düşüncəsi və azərbaycançılığın bitkin ideologiya və vətəndaşlıq proqramına çevrilməsində “söz və fikir zadəganları” olan Əli bəy Hüseynzadə (1864-1940) və Cəlil Məmmədquluzadənin (1869-1932) əvəzsiz xidmətləri var. Haqlı olaraq türkçülüyün atası və türk dünyasının böyük oğlu kimi görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə göstərilir. Müasirləri, hətta bu ideyanın görkəmli simalarımdan olan Ziya Göyalp özü də onu mənəvi və fikir atası hesab etməklə ideologiyanın müəyyənləşməsində bu dahinin yerini müəyyən edirdi. Etiraf edildiyi kimi, “milli ideologiya səviyyəsində türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı məhz bu nəhəng şəxsiyyət, Əli bəy Hüseynzadə idi. Azərbaycan ƏDƏBIYYATında həm də “Füyuzat” ədəbi məktəbinin lideri və Azərbaycan romantiklərinin ağsaqqalı olan Əli bəy Hüseynzadə türklük, islamlıq, millət və Vətən qarşısındakı xidmətlərinə görə “Qafqaz müsəlmanlarının atası”, “Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “irqin (türklərin) ən mükəmməl öndəri”, “türk xalqlarına kimliyini bildirən dahi”, “ilk turançı”, “bütün türk dünyasının mücahidi”, “türkçülüyün babası (atası)” kimi adlandırılırdı. Bu görkəmli fikir adamı ömrünün yarım əsrdən çoxunu yorulmadan türklüyün inkişafına, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə həsr etmişdi...”. Bütün türk dünyasını özünə vətən olaraq elan edən Əli bəy I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
111 Hüseynzadə “Siyasəti-fürusat”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Nicat məhəbbətdədir”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və başqa əsərlərində türkçülüyün ideoloji əsaslarını əks etdirmişdi. Məlumdur ki, Əli bəy Hüseynzadə türkçülüyün ideoloji əsaslarını yaratmış böyük ideoloq idi və onun siyasi fikrinin əsasını, dövlətçilik idealını Turançılıq təşkil edirdi. Onun ədəbi dil meyarı da İstanbul ləhcəsi əsasında müəyyənləşmiş bir dil idi. Bu fikirlərinə görə Əli bəy dövrünün bir qisim şəxsiyyətləri ilə bir tərəfdən birlik, digər tərəfdən fəqlilik nümayiş etdirirdi. Türkçülüyün bir ideya olaraq geniş intişar tapdığı XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə kimi nəhəng şəxsiyyətlə birgə görkəmli ədib, “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilərin ağsaqqalı, tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadə də türkçülük, türkçülüyə doğma olan azərbaycançılıq ideyası ilə fikir və ideya birliyi nümayiş etdirirdi. Böyük ədibin “Anamın kitabı”, “Azərbaycan”, “Cümhuriyyət” və başqa əsərləri azərbaycançılığın ideoloji əsaslarını özündə əks etdirirdi. Bu baxımdan Azərbaycanda fikir cərəyanlarından, məfkurəyə çevrilən azərbaycançılıq ideologiyasından ona görə razılıqla bəhs etmək və onun müəlliflərini alqışlamaq olar ki, onlar “küldən cüzə” yox, “cüzdən küllə “ inkişaf yolunu tərcih edərək daha real, perspektivli yolu tərcih edirdilər. Amma bununla belə Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə öz ideyalarında daha çox “kəmiyyətcə” fərqlənir, fikirlərinin, ideoloji əsaslarının daha çox miqyasına görə ayrılırdılar. Ə.Hüseynzadə ayrıca Azərbaycan milləti və dövləti deyil, böyük miqyaslı bütün türk xalqlarını əhatə edən və onları birləşdirən Turan dövləti barədə düşünürdü. Dövrünün mötəbər məfkurəçilərindən olan Azərbaycançı ədib Cəlil Məmmədquluzadə isə “soyköklərdəki birliyini, qohumluğu inkar etməmək şərtilə konkret tarixi-coğrafi məkanda yerləşən Azərbaycan türkçülüyünü müdafiə və təsdiq edirdi” (İ.Həbibbəyli). “Vətənin nicat yollarını aramaqda və mənsub olduqları millətə xidmət etməkdə hər iki sənətkarın” baxışları eyni idi... Mirzə Cəlil böyük, vahid və müstəqil Azərbaycanın Məcnunu, Əli bəy isə Turançılığın ideoloqu idi” (İ.Həbibbəyli).
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Monitrinq şöbəsinin aparıcı elmi işçisi dr.rasimheydarov@mail.ru
DİALEKT FONETİKASININ TƏDQİQ TARİXİ Dialektologiya dilçilik, tarix, etnoqrafiya, coğrafiya və digər elm sahələri ilə sıx bağlıdır. Dialektoloji araşdırmalarda biz xalqın tarixi, etnoqrafiyası, mədəniyyəti ilə tanış ola bilirik. Dialektoloji materiallar eyni zamanda, tədqiq olunan ərazidə qədimdə yaşayan xalqların dil xüsusiyyətlərinin bu günümüzə qədər gəlib çatmasında müstəsna rol oynayır. Məsələn, türk dillərində əvvələr geniş işlənən, M.Kaşğaridən üzü bəri bir sıra tədqiqatçıların qeyd etdiyi η (sağır nun) səsi indi də Azərbaycan dilinin qərb qrupu şivələrində geniş şəkildə işlənməkdədir. Bu barədə danışarkən M.Şirəliyev yazır: “η – dilarxası sonorlu cingiltili səsdir. Bu səsə sağır “nun”, ya da velyar n” deyilir. η səsi dilin arxa tərəfinin arxa damağa yaxınlaşması ilə deyilir. Bildiyimiz üzrə, η səsinin qədim şəkli qovuşuq nq, ng, nğ olmuşdur ki, bunu turk dillərinə aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimizdə görə bilərik. M.Kaşğaridə: tanğa (I, 20- 16), sanğa (I, 391-18), sonğuk “son” (III, 107-19), tenğri “tanrı” (I, 53-2), tenğiz (II, 45-27), A.Bakıxanovda: onga – ... Ağanın vəsfindən bəyan etməkdən madər mehribanın dəxi onga təəşüq yetiri ola (A.Bakıxanov, “Kitabi-Əsgəriyyə”), M.F.Axundovda: yengicə – ... əhli İran hələ yengicə iməkləmək başlayır; yengi dünya (M.F.Axundov, “Əsərləri”, III cild, s.164); songra – neçə vaxtdan songra... (Kazım bəy, “Dərbəndnamə”, s.248), sonqra (Q.), donquz (Muğ., Şə.), donqardonar (Şə.) və s. Daha sonralar qovuşuq η səsi get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu səsin n ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük verilmişdir. ğ səsininyumşalmasınəticəsində onun yerində bəzi dialekt və şivələrdə y səsi meydana gəlmiş, bəzi dialekt və şivələrdə də ğ səsi v səsi ilə əvəzlənmişdir” (1, s.72). Göründüyü kimi, η (sağır nun) səsi I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
112 tarixən dilimizdə olmuş, hazırda isə ədəbi dilimizdə işlənməsə də Azərbaycan dilinin dialektlərində hələ də işlənməkdədir. Deməli, biz dialektləri öyrənməklə dilin tarixi fonetikasını da öyrənir, eyni zamanda bu ərazilərdə tarixən baş verən prosesləri izləyə bilirik. Dialekt tədqiqatlarının aparılmasında dilçilikdə nisbətən cavan sahələrdən olan “dilçilik coğrafiyası” və “areal dilçilik” metodlarından geniş istifadə olunur. Bu metodlar son dövrlər dilçilikdə geniş istifadə olunmağa başlanmışdır. “Dilçilik coğrafiyası dil hadisələrinin yayılma sərhədlərini öyrənən elmdir; daha doğrusu, dilçilik coğrafiyası ümumi mənada dil (istər yazılı, istərsə şifahi) hadisələrini deyil, onların coğrafi yayılmasını öyrənir. Buna görə də dilçilik coğrafiyasına belə bir tərif verə bilərik: xalq ləhcələrinin kartoqrafik tədqiqi ilə məşğul olan dilçilik sahəsinə dilçilik coğrafiyası deyilir. Dilçilik coğrafiyası dialektlərlə məşğul olduğu üçün bəzi mütəxəssislər onu dialekt coğrafiyası da adlandırırlar. Göründüyü kimi, dilçilik coğrafiyasının əsas vəzifəsi dil hadisələrinin məkanca yerləşməsini öyrənmək və bunlardan hasil olan, təzahür edən problemləri həll etməkdir” (2, s.296). Dialekt fonetikasının tədqiqi tarixi təxminən dialekt və şivə materiallarının toplanması və öyrənilməsi tarixi ilə üst-üstə düşür. İlk fonetik tədqiqatların özü də məhz dialekt fərqləri ilə bağlı yaranmışdır. Azərbaycan dialektlərinin tədqiqinə isə XVIII əsrin ikinci yarısından başlanmışdır. Bu sahədə hələlik ilk tədqiqatçı alman İ.A.Güldenşted hesab olunur. O, 1770-ci ildə Qafqazda olarkən türkdilli xalqların dillərinə aid zəngin material toplamış və Berlinə qayıtdıqdan sonra “Материалы по азербайджанскому, ногайскому, кумыкскому, тереkeменскому (трухменскому) языкам и первая классификация кавказских языков” (Berlin, 1973) monoqrafiyasını çap etdirmişdir. Ümumiyyətlə, həmin dövrdə Qafqazda Azərbaycan dilinin ümumi ünsiyyət vasitəsi olması barədə xeyli məlumat vardır. Bu mənada hələ o zaman Azərbaycan dilinin dialektlərinə marağın olması təsadüfi deyildir. Türk dillərinin fonetik tədqiqatlarından danışarkən isə, heç şübhəsiz, Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling