I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
АКД., Улан-Батор, 1990.-18 с.; Кыргыс 3. К. Музыкальный фольклор тувинцев сумона Цэнгэл // Музыкальная жизнь. 1975. - №3. 5. Самдан 3. Б. О материалах ценгельской фольклорной экспедиции 2002 года // УЗ ТНИИЯЛИ. Вып. 20. -Кызыл, 2004. -c. 362-367. 6. Агнешка Халемба. Алтайцы-теленгиты Южной Сибири. Горно-Алтайск, 2006. 7. Orucova Ş.Ə. “Qıpçaq qrupu türk dillərində etnonimlər”.-Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012, s.151 8. Kazımov Q. Azərbaycan dilinin tarixi, Bakı, Təhsil, 2003, s.190. 9. Баскаков Н.А. Алтайская семья языков и ее изучение. М., 1981.-135 с. 10. Гумилев Л.Н. Древние тюрки. М., 2007.-660 c. 11. Самаев Г.П. Горный Алтай в ХVII- середине XIX вв.: Проблемы политической истории и присоединения к России. Горно-Алтайск, 1991.-256 с; Yenə onun: Теленгитский этнос в ХVII- XIX вв., // Этническая история народов Южной Сибири и Центральной Азии. Новосибирск, 1993. 12.
Schott W. Uber die aechten Kirgisen. Berlin, 1865, 8.436, c.455;Грумм-Гржимайло Г.Е. Западная Монголия M., c.250. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
123 13.
Окладников А.П. История Якутской АССР. c.318. 14.
Яданова К.В. Предания, легенды, былички теленгитов долины Эре-Чуй. Горно- Алтайск, 2013. 15. Əhmədova E. Azərbaycan etnonimləri, Bakı, Nurlan, 2007.-127 s. 16. Еремеев Е.Е. К семантике тюркской этнонимии.-Этнонимы, М., 1970. 17. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, 1988. 18. Ямаева Е.Е. К проблеме расшифровки фольклорного текста (Темем-кыс – прародительница теленгитов) // Социально-экономические проблемы развития города Горно-Алтайска до 2000 года. Горно-Алтайск, 1998, с.129; 130. 19. Чвырь Л.А. Заметки об этническом самосознании уйгуров // Этнографическое обозрение. М., 1994,с.31-40. 20.
http: // www. Google.ru. rositsa | Телеуты, они же теленгеты, они же теленгитыrositsa.dreamwidth.org/463378.html .
SUMMARY
This paper discusses the defunct languages of Turkic ethnos, and their modern position. Key words: Turkic ethnos, Chengel, Telengits.
Teyyub Quliyev, fil.ü.f.d., dos. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Dil tarixi şöbəsinin aparıcı elmi işçisi teyyubq@mail.ru
MÜQAYİSƏLİ TİPOLOGİYASI MÜQAYİSƏLİ TİPOLOGİYASİ
Nitq hissələri arasında əvəzliklər xüsusi söz qrupu kimi fərqləndikləri kimi, şəxs əvəzlikləri də əvəzliklər arasında həm qədimliyi, həm də milliliyi ilə seçilir. Nəinki Azərbaycan dilində, dünya dillərinin böyük əksəriyyətində əvəzliklər (xüsusilə şəxs əvəzlikləri) öz inkişafı boyu o qədər də ciddi dəyişikliyə uğramamış, dildə lap qədimlərdən sabitləşməyə başlamışdır. Şəxs əvəzliklərinin tam mənalı sözlərdən törəməsi fikri nəzəri dilçilikdə artıq qəbul edilmişdir. Bu müddəanı sübut etmək, həmin qədim sözləri müəyyənləşdirmək çox çətin olsa da, şəxs əvəzliklərinin başqa leksik və ya morfoloji vahidin inkişafının, başqa sözlə, qrammatikləşməninnəticəsi olması çox ağlabatandır.Çünki, fikrimizcə, ilk insan əvvəlcə ad və feillərdən istifadə etməyi bacarmışdır. Ehtimal ki, əvəzliklər bu nitq hissələrindən sonra yaranmış və onun yaranmasında bu nitq hissələrinin hansısa biri (fikrimizcə, xüsusən adlar) əsas olmuşdur. Bundan başqa, şəxs əvəzliklərinin genetik kökünü tapmaq üçün ilk növbədə şəxsin qrammatik əlamətləri ilə şəxs əvəzliklərinin dəqiq sərhəddinimüəyyənləşdirmək lazım gəlir. Çünki şəxsin qrammatik əlaməti bütün dillərdə universali olduğu halda, şəxs əvəzliklərinin mövcud olmadığı dillər də (vyet-mıonq (Vyetnam və Laos arealında), tay-kaday (İndoçin və cənubiÇin arealında) və bir sıra Birma dilləri) var. Bu dillərdə şəxsə aidlik qrammatik əlamətlə (mənsubluqla) müəyyənləşir. Məhz buna görə də şəxsin qrammatik əlamətinin və ya şəxs əvəzliyinin əsasını, yaranma mənbəyinidəqiqləşdirmək xeyli çətindir. Hind-Avropa dillərində şəxs göstəricilərinin genezisini tarixi baxımdan təhlil edən rus tədqiqatçısı Kiril Babayev geniş təhlildən sonra dünya dillərində şəxs əvəzliklərinin yaranma mənbələrini təxminən belə ümumiləşdirmişdir [9, 131]:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
124
mənbə əvəzlik ilkin məna
dillər isimlər
I şəxs öz, insan, bədən, qul (bəndə), xidmətçi yapon, kxmer, vyetnam, fransız, vari, nqiti
II şəxs insan, bədən, ağa, yiyə, qalan insanlar, və başqaları və s. polyak, tay, birman, yapon
III şəxs insan, qalan, şey, və başqaları zande, miştek
ad+şəxsəvəzlikləri I-III şəxslər mənim bədənim (I şəxs), cənabınız (II şəxs tək), siz hamınız, siz insanlar (II şəxs cəm)
ispan,rumın,yapon, ingilis, nenes
ad+işarə əvəzlikləri I-III şəxslər bu cənab, bu ağa (I şəxs), zati-aliləri (III şəxs) erməni, yapon
işarə əvəzlikləri III şəxs bu, o
indoneziya, sinqal, italyan
köməkçi feil+şəxs əvəzlikləri I-III şəxs bu mənəm, hansı ki... (I şəxs) afrasiya, ayn
digər şəxs əvəzlikləri I, II şəxs biz>mən siz>sən
o, onlar>siz alman, türk, hindi, taqal
digər dillərdən alınmalar I-III şəxs
çamorro, ingilis, yatmul, tay, vyetnam
Dilin inkişafı prosesində şəxs əvəzliklərinin həddindən artıq dayanıqlı olması diqqəti xüsusi cəlb edir. Belə ki, onlar istənilən dilin baza leksikasına daxildirlər və buna görə dillərin müqayisəsində və ya protodilin bərpasında aparıcı mövqeyə malikdirlər. Dillərin monogenezi nəzəriyyəsində də əvəzliklər xüsusi əhəmiyyət kəsb edir. Buna əsas səbəb yuxarıda bəhs etdiyimiz kimi, əvəzliklərin dilin qədim laylarından birini təşkil etməsi və dilin genetik, milli xüsusiyyətlərini özündə əks etdirməsidir. Məsələn, mütəxəssislərin fikrincə, qədim *mV kökündən yaranan əvəzlik I şəxsin göstəricisi kimi bütöv Avrasiya dillərində çox geniş yayıldığından tədqiqatçılar üçün dünyanın bir çox dillərinin bir-biri ilə qohumluğunu sübut edən əsas arqument kimi götürülür [10, 93]. Biz yazıdaana dilimizə aid I şəxs əvəzliyinin təkini eyni və müxtəlifsistemli dillərlə müqayisə etmək, onun arxetipinimüəyyənləşdirmək, ümumiyyətlə bu əvəzliyin yayılma arealını izləmək arzusunda olduğumuzdanilk növbədə Azərbaycan dilinin materiallarını qısa da olsa diqqət edək. Azərbaycan dilinin yazılı ədəbi mətnlərində və dialektlərində müxtəlif fono-morfoloji variantlarda özünü göstərən I şəxs əvəzliyi bütün türk dillərində ümumilik təşkil edir. Təbii ki, bu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
125 məqamda bəzi spesifik xüsusiyyətlərin mövcudluğu (bu da daha çox fonetik fərqlərlə özünü göstərir) istisnalıq təşkil edir. Professor Hadi Mirzəzadə qeyd edirdi ki, tarixi materialların dilindən aydın olur ki, Azərbaycan dilində birinci şəxsin təkini əvəz edən söz iki mənada mən/bən formalarında yayılmışdır,bən formasına Azərbaycan dilinin ancaq qədim və orta dövrlərində yazılmış ədəbi əsərlərin dilində rast gəlinir [2,104]. Sonra görkəmli dil tarixçisi ədəbi abidələrin dilinə əsaslanaraq göstərir ki, birinci şəxs əvəzliyinin təki ismin yönlük halında iki şəkildə mənə mə , məyə, ma a, maã, ma , mağaformalarda [4, 177] işləndiyi nəzərə alsaq, onda Azərbaycan dilində də *m səsindən sonrakı saitin qeyri-müəyyən olduğu (incə və ya qalın, ə və ya a) qənaətinə
gələrik və dilimizdəki əvəzliyin də nostratik*mV(e)modelinə uyğun olduğunu deyə bilərik. Onsuz da türkoloji ƏDƏBIYYATlarda I və II şəxs əvəzliklərinin mə+n, sə+nhissələrinəayrıldığı
bildirilmiş və şəxs əvəzliklərinin I şəxsdə bi//be və ya mi//me, II şəxsdə si//se olduğu göstərilmişdir. O da qeyd olunmuşdur ki, sözlərin sonundakı n səsi yiyəlik halın qalığıdır [1, 5]. Bəzi
tədqiqatçıların fikrincə isə, -n təklik əlamətidir və -r\-z ilə oppozisiyadadır (b\m+n- I şəxs tək; bi+zI şəxs cəm) [11, 202]. Deməli, *mV tipində vokal səsin (i/e/ə/a) sabit olmaması bu modelin
Azərbaycan dili üçün də uyğun olduğu fikrini bir daha təsdiq etmiş olur. I şəxsin təkindəki *m- və ya *b- səsinin hansının ilkin olması fikri nəinki Azərbaycan
dilçiliyində, ümumiyyətlə türkoloji dilçilikdə uzun müddət mübahisə doğurmuşdur.Hələ vaxtilə M.Kaşğari qeyd etmişdir ki, ben əvəzliyi oğuz və qıpçaq dillərinə aiddir. ƏbuHəyyan isə bu
formanı türk (Türkiyə türk. – T.Q.) forması hesab edir.M.Rəsənen söz əvvəlində b>məvəzlənməsinin təsadüfi olduğunu və bunun burun səsi -n-nin təsiri ilə baş verdiyini
yazır.Altay dillərində, xüsusilə türk və monqol dillərində m>bəvəzlənməsinin də mövcudluğu samitlərdən (b və ya m) hansının ilkin olduğuna aydınlıq gətirməyə çətinlik törədir.
B.Serebrennikovun qənaətinə görə, söz əvvəlindəki b türk dillərində p səsinin cingiltiləşməsinin nəticəsidir, sonradan b>m əvəzlənməsi baş verir, lakin bu fonetik qanunlara uyğun deyil [13, 51].
I şəxsin təkində b və m samitlərinin müvaziliyiqədim türk daş kitabələrində mövcuddur. Rus türkoloquV.Ponaryadovyazır ki, əski türk runik yazılarında I şəxs təki ilk samiti olan bän və män
şəklində ortaya çıxır. Ara-sıra bunların ayrı-ayrı şivələrə aid olduğu göstərilir. Məsələn, Yenisey çayı bölgəsi abidələrində män sadəcə əski qırğız yazılarında, bänisə sadəcə Çik yazılarında
işlənmişdir [3, 90]. Tədqiqatçı sonra qeyd edir ki, Göytürk xaqanlığına aid Orxonabidələri içərisində Kül Teqin və BilgəKağanyazılarında da ancaq män işlənir. Lakin eyni dövrə və eyni yerə
aid üçüncü böyük abidə olan Tonyukuk abidəsində həm bän, həm də män şəkillərinə təsadüf edilir. [3, 91].
Mən əvəzliyinin vaxtilə Azərbaycan dilində işlənmiş və hal-hazırda işlənən fonovariantlarını (bən\mən\mə \man\men və s.) türk dil arealında izləyək:
Qədim türk.(Orxon-Yenisey, qədim uyğur.): men, Qaraxanlı türk. (“Divanü-lüğətit-türk”, “Qutadqu bilik”) men, Türkiyə türk. ben, qaqauz. ben, türkmən. men, salar. mē(n), Xalac. mən,
özbək. men, uyğur. mən, Krım tatar. men, tatar. min, başqırd. min, qırğız. men, qazax. min, qaraçay-balkar. men, qaraqalpaq. men, qumuq. men, noqay. men, sarı uyğur. men, xakas. min, şor.
men, oyrot. men, Tuva türk. men, tofalar. men, çuvaş. e-bə, yakut. min, dolqan. min [6, 341]. Göründüyü kimi, mən əvəzliyi çox cüzi dəyişikliklə türk dillərinin hamısında eyni cür işlənir.
Lakin bu əvəzliyin praforması haqqındakı fikirlər müxtəlifdir. Məsələn, A. Şerbak bu praformanı əvvəlcə *pän (pä:n ), sonra isə yalnız pän, M. Rəsənenisə *mi(n), çuvaş dili üçün εbə-*bi
formalarında bərpa etmişdir. M.Rəsənenin fikrincə, I şəxsdə m-~b- əvəzlənməsi qədim hadisədir. G.Klouson ilk səsin p- olduğunu qəbul etsə də, benformasının daha qədim olduğunu düşünmüşdür;
menisə erkən dövrlərdə yaranan assimilyasiya olunmuş variantdır. V.Kotviç bir neçə variant bərpa etmişdir: mä(n), bi(n), mi(n).F.Aşnin isə praformanı belə sıralandırır: *bi(*män-
Serebrennikovməsələyə fonetik qanunauyğunluq baxımından yanaşmışdır. O, sondakı –n səsinin lap əvvəldən işlənməsinə şübhə ilə yanaşmış və özünün fonetik konsepsiyasına (p-, p->b-, b->-m)
əsaslanaraqpraformanı*pə, sonra *pən>bən kimi bərpa etmişdir.A.Kononovben\men əvəzliyinin iki morfemdən ibarət olduğunu qeyd edərək göstərirdi ki, kök morfem b
o
- ümumaltaya (protoaltay I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
126 dilinə -T.Q.) aiddir, -n- isə possesivlik(yiyəlik, sahiblik) göstəricisidir. Burada I şəxsin kök morfemini (b o -ni) *be~*bi əsaslı bu~boəvəzliyi ilə müqayisə etmək olar [13, 53-54]. Protomonqol dilində də şəxs əvəzliyində (həm tək, həm də cəmdə) b~m əvəzlənməsi özünü bariz şəkildə göstərir: *bi, *min-mən; *ba, *man-biz. Bu formalar bütün monqol dil ailəsi üçün səciyyəvidir: Orta dövr monqol dilində (XIII əsrə aid mətnlərdə, “Monqolların gizli tarixində”):bi, ba, mino (yiyəlik hal.); bi, “İbn Mühənnalüğəti”ndə, “Ərəb filoloqu türk dili haqqında” (P.Melioranski): m[e]ni;yazılı monq. bi, minu(yiyəlik hal.), xalxa monqol. bi, minij(yiyəlik hal.), buryat. bi, menī (yiyəlik hal.), kalmık. bi, minε (yiyəlik hal.), ordos.bi, mini (yiyəlik hal.), moqol. bi, nami, name, mini (yiyəlik hal.), daqur. bı , bā, minı (yiyəlik hal.), şira-uyğur. bə, monqr. bu [6, 341;5,1276; 12,155]. Protomonqol dili üçün *bV(e)arxetipini uyğun hesab etmək olar. Prototunqus-mancur dilindəb və m səslərinin sərhəddinisbətən dəqiqidir. Belə ki, *b yalnız I şəxs əvəzliyinin təkinin əsasını təşkil edir. Cəmdə isə b~m paralelliyi müşahidə olunur: *bi-mən, *bue, *mü-n-biz: evenk: bi , even: bi , neqidal: bi , mancur danışıq dili: bī , mancur yazılı dili: bi , curçen: mi-n , ulç: bi , orok: bi , nanay: mi, oroç: bi , udegey: bi , solon: bi [6, 341;5, 1276-1277]. Prototunqus-mancur dili üçün də *bV(i)arxetipini əsas kök hesab edirik. Maraqlıdır ki, I şəxs əvəzliyi (təki və cəmi) protoyapon dilində də Altay dillərinin əksəriyyətində olduğu kimi, *baarxetipində bərpa olunur: qədim yapon. wa- ; orta yapon. wàré, wátákúsı; Tokio. wátashi; Kioto. wátevə s. Protokoreya dilində isə yalnız I şəxsin cəmi bu arxetipə uyğun gəlir: * úrı-biz. Tədqiqatçıların fikrincə, ola bilsin ki, söz əvvəlindəki samit (məsələn *b) qeyri-müntəzəm baş verən səs düşümünə uğramışdır: *b-(*úrı<*bú-rı)[6, 342]. Deməli, sadalanan dil faktlarına əsaslanaraq protoaltay dili üçün I şəxs əvəzliyinin təkini *bV~*mVformasında bərpası daha uyğundur. Bütün Altay dillərində b~məvəzlənməsinin səbəbinin müxtəlif cür izahını ümumiləşdirsək, Azərbaycan dili üçün (daha doğrusu, protoAzərbaycan dili üçün) təklif etdiyimiz *mVpraformasınıprotoAltaypraformasının variantı hesab etmək olar. İndi isə şəxs əvəzliyinin təkinin dünya dillərində hansı formalarda yayılmasına diqqət yetirək: Ural dilləri: fin. mina (minu-mən); Lap/Saam. mon/ mú-mən; mordvin. mon-mən; çeremis./mari. mıń, mõj(ö)-mən, votyak. / udmurt. mon; zıryan/komi. me, ostyak/xantı. mä-mən; yırakSamoyed/nenes. mań; taqviSamoyed. /nqanasan. manna ; Yenisey Samoyed/enes. mod'i; selkup Samoyedman, mat; kamasinman, eston. mina~ma. [7, 1021; 5, 1274-1276]. Ural dillərində də Altay dillərində olduğu kimi, I şəxsin təki və cəmi eyni arxetipdən yaranmışdır: fin. me; Lap/Saam. mi; çeremis./mari. mä, votyak/udmurt. mi; zıryan/komi. mi; vopul/mansi man; .ostyak/xantı. mõ ; macar. mi, nenes. mańa, nqanasan. mee ;enes. mod
'i; selkup Samoyed. mee, mii; kamasin. mi –biz. [7, 1021; 5, 1274-1276]. Sadalanan dil faktlarına əsasən protoural dili üçün I şəxsin arxetipi*mV-formasında bərpa etmək olar. Hind-Avropa dillərində I şəxsin təkinin formaları: sanskrit.: ma m, mā (təsirlik halda), máma, me(yiyəlik halda), mát(birgəlik hal), máhya(m) (yönlük hal), máyi(yerlik hal), máyā (alətlik halı), me (yiyəlik-yönlük hal); yunan. έμε, με(təsirlik hal), μου, έμου (təsirlik hal); qədim latın.: mēd (təsirlik-birgəlik hal), meı , mı s(yiyəlik hal), mihı (yönlük hal); qədim irland.: mé, messe“mən”, mé, messe, -m (təsirlik hal), mo, mu(yiyəlik hal); qot.: mik(təsirlik hal), meina(yiyəlik hal), mis (yönlük hal.); Litva dil.: man (təsirlik hal), man s, ma no, (yiyəlik hal.), mánei, mi (yönlük hal), manyjé (yerlik hal); qədim slavyan.: me, mene(təsirlik hal), mьnĕ (yönlük-yerlik hal), hett.: -mi, -mu, -mon, -min; alban.: mua; Danimarka.: *mo-i; Likiya.: amu, emu; Lidiya.: amu –“mən, mənə” [7, 1022;5, 64]. Protohind-Avropa dili üçün I şəxs əvəzliyinin təki üçün arxetip*mV- formasında bərpa edilmişdir. Kartvel dilləri: Gürcü.: me-, men-, mena- “mən”; miqrel.: ma-; zan.: ma, man; Svan.: mi- “mən”. Protokartvel dili üçün *me- arxetipi bərpa olunmuşdur[7, 1022;5, 64]. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
127 Protodravid dilində I şəxs cəm şəkilçisi: -*m: Tamil. yām, nām “biz”; malayalam. nā; kurux. nām; kota. am“biz”; Kannada. ām “biz”; teluqu. ēmu, mēmu; Kolami. am; Naikru. ām; parji. ām; qadba. ām; manda. ām; malto. ém “biz” [7, 1022; 5, 64]. Maraqlıdır ki, I şəxs əvəzlikləri Amerind dillərində də çox az fonetik dəyişikliklə geniş işlənir və bu dillərdə *mV kökünü asanlıqla ayırmaq mümkündür(qeydüçün deyək ki, Avrasiya dilləri nəzəriyyəsinin banisi Amerika dilçisi JosefQrinberqAmerind dil ailəsinə Almosan, Keresiouan, Penutian, Hokan, Mərkəzi Amerind, Çibçan, Paezan, Andean, Makro-Tucanoan, Equatorial, Makro- Carib, Makro-Panoan, Makro-Ge dillərini aid etmişdir [8, 7-8]). Almosan: İlk Mosan. *ma “biz”. Paezan: Varaoma “mənim, mənə”. İlk Çoco*m . Macro-Tucanoan: İlk-Tucanoan* mãı-rı“biz daxil”. Makro-Carib:Borame “biz ikimizdaxil, biz daxil”,me- „bizimki daxil, mu: a“bizəxüsusilə”, mu chi “bizim ikimizəxüsusilə (kişi)”, mu ph “bizim ikimizə xüsusilə (qadın)” [8, 125]. Müqayisəni ümumiləşdirsək, dünya dillərindəI şəxs əvəzliyinin təki üçün*m(~b)Vmorfeminin əsas arxetip olduğunu görərik. Beləliklə, göründüyü kimi, Azərbaycan dilindəkiI şəxs əvəzliyinintəkinin dünyanın əksər dillərindəki analoji əvəzliklə homogen olmasına şübhə yoxdur. mən əvəzliyinin də əsasında *mVarxetipi durur. Əldə olunan nəticələrə görə, doğrudan da I şəxs əvəzliyinin təki dünya dillərində, o cümlədən Azərbaycan dilində ciddi dəyişikliyə uğramamış, dilin lap qədimdövrlərindənsabitləşmişdir. Digər tərəfdən, bu fakt Azərbaycan dilinin nəinki iltisaqi quruluşlu türk və digər Altay dilləri ilə, həm dəmüxtəlif sistemli dillərlə (xüsusilə nostratik dillərlə) genetik müqayisəsini mümkün edir. Düşünürük ki, bununla da Azərbaycan dilinin tarixi üçün önəmli olan qrammatik quruluşun formalaşması və inkişafıtarixini daha geniş dil müstəvisində izləmək olar.
ƏDƏBIYYAT 1. İslamov M. Türk dillərində əvəzliklər. Bakı, “Elm”, 1986, 204 s. 2. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1990, 376 s. 3. Ponryadov V. Tonyukukyazıtındabänvemän. Journal of TurkishLinguistics. Skopje, 2008, №1, s. 90-94 4. Şirəliyev M. Azərbaycan dilaektologiyasının əsasları. Bakı, “Şərq-Qərb”, 2008, 416 s. 5. AharonDolgopolsky. Nostratic Dictionary, McDonaldInstituteforArchaeologicalResearch, University of Cambridge, ThirdEdition, 2012, 3659 pp. 6. An EtymologicalDictionary of AltaicLanguages. (S. A. Starostin, A. V. Dybo, O. A. Mudrak), Brill, 2003, 2096 pp. 7. Bomhard Allan R. A ComprehensiveIntroductionto Nostratic ComparativeLinguistics, Vol. 2-3, Charleston, SC, 2015, 1146 pp. 8. Greenberg, Joseph H., Ruhlen, Merritt, An AmerindEtymologicalDictionary. Department of AnthropologicalSciences, StanfordUniversity, 2007, 305 pp. 9. Бабаев К.В. О происхождении личных местоимений в языках мира. Вопросы языкознания. №4, 2009, стр.119-138. 10.
Бабаев К.В. Происхождение индоевропейских показателей лица: исторический анализ и данные внешнего сравнения. – М.-Калуга, Изд. «Эйдос», 2008, 298 с. 11. Cравнительно-историческаяграмматикатюркскихязыков. Морфология М.: Наука, 1988,560 s. 12.
Иллич-Свитыч В. М. Сравнительныйсловарь (l– ). Указатели / Подред. В. А. Дыбо. М.: "Наука, 1976, 156 s. 13. Этимологическийсловарьтюркскихязыков. Общетюркские и межтюркские основы на буквы «Л», «М», «Н», «П», «С». — М.: Восточная литература РАН, 2003, 446 с. 14.
http://starling.rinet.ru
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
128
Teyyub Guliyev Summary Comparative typology of the personal pronoun 1 person singular
The article investigates the area of distribution of the personal pronoun 1 person singular. It was pronouncedly that, stable already since ancient times in the Azeri language, this pronoun passed the historical development of all languages of the world and entered a lexical database of all languages with some phonetic changes. Besides, reconstructed researchers of historical root of the Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling