I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet26/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

qodı (7, 25 a). Bakı dialektində də börk şəklində işlənir (12, 168). Qərb qrupu dialekt və şivələrində 

börük//börx  kimi Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində işlənməkdədir. Mənası – 

qoca qadınların kəlağayıdan əvvəl başlarına qoyduqları bəzəksiz araqçın. Börükü qoja arvatdar 

qoyor,əmə cəhəllər qoymaz; – Qavaxlar qoja arvatdar börk qoαrdı (6, 201). 

 Dürlü-dürlü 

– 

növ, cür.  



 

Ey nəsrani dininin ümməti, ey Cəlib millətinin ğeyrətçiləri, ey İncil kitabına inancılar. 

Qulağıma nə qorxulu xəbərlər yetişdi ki, könlümə dürlü-dürlü təşvişlər və əndişələr hasil oldı (65 

b). Qədim türk lüğətində “türlüg” kimi göstərilmişdir. Sözün müxtəlif, cürbəcür mənaları vardır (7, 

599). Nuxa dialektində dürlü//dürrü – çoxlu mənasında işlənməkdədir (10, 244). 

 Çəri 


– 

qoşun, ordu.  

 

Kəndusi müsəlmanlar çərisini alub,yenə Dəməşq şəhərinə döndi (47 b); Çün Dəməşq qövmi 



gördilər ki,müsəlmanlar əcnadin çərisin qırdılar, dağıtdılar, qəhr eylədilər. Bu söz orta əsr yazılı 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



134

abidələrində (“Məhəbbətnamə”, Nəhcül-faradis”) və Qədim türk lüğətində “çerig” şəklində 

verilmişdir (7, 144). Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində  də çərig = qoşun, səf, 

cərgə; ordu mənalarını ifadə edir (13, 137). “Çəri” sözü Naxçıvan qrupu dialekt və şivələrində isə 

qoçaq, igid, cəsarətli mənalarında işlənir. Qorxmiyan, cəsarətdi adama cəri diyəllər (4, 272). 

 Yalquz – tək, tənha.  

 

Vardan gördi ki, bir yalquz atlu gəlir (41 b). Qədim türk lüğətində “yalanuz” formasında 



verilmiş, tək, yalqız mənalarını ifadə edir (7, 227). Azərbaycan dilinin müxtəlif dialektlərində 

(Quba, Bakı, Qərb qrupu dialekt və şivələrində və s.) işlənir. Azərbaycan dilinin qərb qrupu dialekt 

və şivələrində yalqız//yalğuz şəklində  və tək mənasını ifadə edir. Məsələn: Mən burda yalğuz 

d

ü ləm, qohumlarım var (6, 218). 



 Yavuz 

– 

pis, xəbis. 



 

Qeysər göykisi Tuma yavız məlundır, həm cəng əhvalın bilür (52 b); Xalid ayıtdı: Ya Yunis, 

nə yavuz bəd xəbər gətirdin (58 a). Qədim türk lüğətində “yaviz” şəklində  pis, zalım mənasında 

verilmişdir (7, 250). Azərbaycan dilinin izahlı lüğətində də şiddətli, çox sərt və tünd, yaman 

mənasındadır. Tovuz  dialektində yavız şəklində  hal-hazırda işlənir. 

 Çarsu 


– 

bazar. 


 

Dəxi möhtəsib türrəsin əlinə alub Mədinə şəhərin gəzərdi. Bazarlarına girərdi. Dükkandan-

dükanə, çarsudan-çarsuya yürərdi (64 b). Naxçıvan dialekt və şivələrində çarsı-üstü örtülü olan,sıra 

ilə düzülmüş dükanlar mənasında mühafizə olunmuşdur. (4, 268). Uyğur dilində-çarsu//çaharsu-

bazar meydanı (14, 28), türk dilində-çarşъ-bazar  mənasında işlənir (15, 95). 

 Ətmək – çörək.  

 

Ya Ömər, aclığın acısından nəfsini qəhr edərsən. Acı tuz ilə arpa ətməgin nəfsinə qüvvət 



edərsən dedilər (64 a). Dialektoloji lüğətdə əppəy//epbex formasında qeydə alınmışdır. Bayaxdan 

əppək bişirirəm (Göyçay, Ağdaş, Kürdəmir) (3, 175).  

 Paşmax – başmaq, arxa hissəsi olmayan ayaqqabı.  

 

Paşmağının sökügün dikərdi (64 b). Mahmud Kaşğarinin lüğətində başmak-ayaqqabı (oğuzca 



və qıpçaqca) (13, 77).  

 Çözmək 


– 

açmaq.  


 

Ağır xəvacirlər, bazarganlar qumaşlar açarlar yüklərin çözərlər (70 b). Azərbaycan 

dialektoloji  lüğətdə “çözdəməx” şəklində (Ağdam, Borçalı, Cəbrayıl, Culfa, Çəmbərək, Xanlar, 

Şahbuz) açmaq, uzatmaq mənasında işlənir. Bağırsağı çözdəllər, ipi çözdəllər (Xanlar); -A:z, o 

baramanı niyə helə çözdüyüb korruyursan (Çəbrayıl) və s. (3, 111). Azərbaycan dilinin qərb qrupu 

dialekt və şivələrində çözmək sözü “açmaq”, “sap, ip açmaq” mənasında Tovuzda işlənir. 

L.Z.Budaqovun lüğətində də

 -

  



çözmək də açmaq mənasını ifadə edir (16, 494). 

 

Köy – kənd. 



 

Busra şəhərinin çevrəsində olan qalaları və köyləri sən müsəxxər et dedi (25 b); Bir neçə 

köylərimizi tarac etdilər (27 b). QİJ – kənd (7, 440). Şifahi xalq ƏDƏBIYYATı nümunələrində də 

köy sözünə rast gəlirik. Bayatı

: Yarımda xalı gördüm, Təbrizdə xalı gördüm. etdim o dost köyünə, 

Yerini xalı gördüm. 

 

Tavar//davar – mal-qara, qoyun.  



 

Çün Busra şəhərinin alındığın eşitdilər, cəmiən malların və tavarların hər ol deyrə taşıdılar (25 

a). Tavar-mal, mülk, əşya (oğuzca) mənalarında göstərilib (13, 516). Bəzi dialekt və şivələrdə 

işlənməkdədir. Tavar sözü eyni məna ilə rus dilinə də keçmişdir. Mal mənasındadır.  

 İyi 

– 

yaxşı.  



 

Əvvəla sənün bir iyü xislətün budır ki, rəiyyətpərəst, dəxi səlib qullar şəfiqisən (38 b). Qədim 

türk lüğətində EJGÜ – yaxşı mənasında verilmişdir (7, 167). Azərbaycan dilinin qərb qrupu dialekt 

və şivələrində də ey – “yaxşı” anlamını ifadə edir. Məsələn

: Sizdən ey olmasın, Məhəmməd mənim 

dosdumdu (6, 213). 

 

“Fütuhuş-Şam” əsərindəki bəzi ifadə və deyimlərin xalq danışıq dilində işlənməsi də 



maraqlıdır. Onlardan bəzilərinə nəzər salaq: İnsaf nisfi din demişlər (84 a). “İnsaf da dinin yarısdır” 

ifadəsi danışıq dilimizdə işlənir. Yüzünüz suyilə dönəsiz evünüzə (84 a). “Üzüsulu qayıt evinə” 

ifadəsi də xalq danışıq dilində işlənməkdədir. Əmmamə ərəb tacıdır və hörmətidir (59 b). “Papaq 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



135

kişinin qeyrətidir” ifadəsi də maraqlıdır. Əsərdə alqışlar, qarğışlar  da diqqəti cəlb edir. Məsələn

Dəxi böylə yüz qaralığı edəsən (36 a); Kor olsın ol göz ki müsəlmanlar yüzin görə və çürüsin  ol 



yüz ki müsəlmanlar anı görə dedi (57 a); Olar ki cahanda yüzin aq olsın (16 a); Qılıcın kəskin, qolın 

qüvvətli olsın dedi (39 b); Yüzinüz  suyilə gedəsiz (41 a) və s.                                                                                 

Mustafa Zəririn “Fütuhuş-Şam” əsərində ədəbi dilimiz üçün arxaikləşmiş, lakin dialekt və 

şivələrdə qorunub saxlanılan sözlər Azərbaycan dilinin tarixi inkişaf prosesində boyük əhəmiyyətə 

malikdir.  

 

ƏDƏBIYYAT 



 

1. Kərimov R.Ə. Şamxor rayonu şivələrində omonimlər və sinonimlər // Azərbaycan dilçiliyi 

məsələləri. Məqalələr məcmuəsi. Bakı. Azərb.SSR EA. nəşriyyatı, 1967. 

2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1964. 

3. Azərbaycan dialektoloji lüğəti. Ankara, 1999, 261, 1 c. D.A.Maqazanik. Tурецко-русский 

словарь, M., 1945. 

4. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri, Bakı,1962. 

5. Rüstəmov R.Ə. Quba dialekti. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1961. 

6. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı: Azərb. SSR. EA nəşriyyatı, 1967. 

7. Древнетюркский словарь. Л, Наука, 1969. 

8. Əzizov E. Azərbaycan dilini  tarixi dialektologiyası. Bakı Universiteti nəşriyyatı, 1999. 

9. Наджун Э.Н. Историко-сравнительный-словарь тюркских языков XIV века (на 

материале “Хосрай и Ширин” Kutba). Kнига I. M., 1979. 

10. İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1968. 

11. Vəliyev A.H. Azərbaycan dialektologiyasına aid materiallar: Göyçay keçid şivələrinin  

leksikası: Bakı: ADU nəşriyyatı, 1960. 

12. Şirəliyev M.Ş. Bakı dialekti. Bakı, 1957. 

13. Mahmud Kaşğari Divanü-lüğat-it-türk. Bakı, 2006. 

14. Baskakov N.A. Nasilov V.M. Уйгурско-русский словарь, Москва, 1947. 

15. Tурeцкo-русский словарь, Москва, 1945. 

16. Будагов Л.З. Сравнительный словарь турецко-татарских наречий. Санкт-Петербург, 

I,1869. 


17. Məqalədə verilmiş nümunələr Mustafa Zəririn “Fütuhuş-Şam” əsərinin əl 

 

yazmasındandır. 



 

Vahida Mehdi kizi Japharzade  

 

The work of Mustapha Zerir “Phutuhusham”and Azerbaijani dialecticisms 



 

SUMMARY 


 

      The  article  deals  with  the  preserving  of ancient Turkish words in dialecticisms used in 

the work of Mustapha Zerir “Phutuhusham”. The using words that we accept as dialect fact in 

“Phutuhusham” work, shows their Turkish origin and more ancient roots. 

 

 Key 


words: 

dialecticisms, lexeme, monument, dictionaries, Azerbaijani language, Turkish 

origin words 

 

 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



136

 

Çinarə  Qəhrəmanova, fil.ü.f.d. 



Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan dili kafedrasının müəllimi 

chinara83@mail.com

 

 

TÜRKOLOJİ DİLÇİLİKDƏ KƏMİYYƏTİN İFADƏSİ 



 

         Azərbaycan – türk dilçiliyində qrammatik kateqoriyalar son zamanlara qədər sistemli və 

hərtərəfli təhlil obyektinə çevrilməmişdir. Digər kateqoriyalar kimi kəmiyyət kateqoriyası da 

müxtəlif dövrlərdə bir çox dilçilərin diqqət mərkəzində olmuş, lakin son dövrlərə qədər bu 

kateqoriya haqqında əldə etdiyimiz araşdırmalarda problem hərtərəfli işıqlandırılmamış, ətraflı şərh 

edilməmişdir.  

        Kəmiyyət  kateqoriyası  idrak  prosesinin  elə  bir  mərhələsində  meydana  gəlmişdir  ki,  bu 

mərhələdə insanlar əşya və hadisələrə artıq onların kəmiyyət xarakteristikası nöqteyi- nəzərindən 

yanaşmağı bacarmışlar. Bu  kateqoriya dildə öz ifadəsini qrammatik kəmiyyət kateqoriyasında 

tapmışdır. 

         İdrak  prosesi  hər  hansı  bir  obyektin  kəmiyyət  müəyyənliyinə  yalnız  bu  obyekt  ətraf 

gerçəklikdə keyfiyyətcə xüsusiləşdikdən sonra yönələ bilər. Kəmiyyət kateqoriyasının inkişafının 

ilkin mərhələlərində kəmiyyət əşyaların topluluğunu, çoxluğunu xarakterizə edən xüsusiyyətlərdən; 

rəng, forma, ölçü və s. biri kimi dərk edilirdi. 

         Bir çox xalqların dilində cəmlik kateqoriyasının topluluq mənasının mücərrəd say mənasından 

əvvəl yaranmasını belə bir faktla izah etmək olar. Məlumdur ki, bir çox xalqların dillərində qədim 

inkişaf dövrlərində topluluq məzmunu ifadə edən leksik və ya morfoloji əlamətlərə malik olmuşlar.  

 

 



 

 

 



 

 

 



Lakin əgər insanlar dildə kəmiyyət anlayışını müəyyən kateqoriya çərçivəsində ifadə 

etmişdilərsə, deməli, onlar bu məfhumu təfəkkürdə mücərrədləşdirməyi bacarmış, kəmiyyəti 

kəmiyyət olaraq dərk edə bilmişlər. 

        Kəmiyyət  kateqoriyası  türk  dillərində  də  ən  qədim  kateqoriyalardan  biridir.  Bəzi 

tədqiqatçıların fikrincə, qədim türklərin təfəkkür tərzi onlara təklik və cəmlik məfhumlarını bir-

birindən fərqləndirməyə imkan vermirdi.  

         K.Qrenbek  qeyd  edir  ki,  yalnız Şərqi Türküstanda məskunlaşaraq yeni hind-Avropa 

mədəniyyəti ilə qarşılaşdıqdan sonra uyğurlar cəmlik məfhumunu ayrı-ayrı təklərdən ibarət topluluq 

kimi qavramağa başlamışlar (11, 61).  

       O,  Pritsakın  fikrincə  isə,  “qədim  dillərdə cəmlik yalnız “biz”, “siz” şəxs əvəzlikləri və 

mənsubiyyət şəkilçiləri çərçivəsində ifadə edilmişdir” (10, 92).  

         Bu  kimi  fərziyyələr  belə  bir  faktla  əlaqədardır ki, istər qədim, istərsə müasir türk dillərində 

təklik və cəmlik məfhumlarının forma cəhətdən ifadə olunmasında, demək olar ki, heç bir 

məhdudiyyət olmamışdır.  

         V.Quzev 

yazır: 


“Türk 

dillərində əşyaların nitqdə kəmiyyət nöqteyi-nəzərindən 

səciyyələndirilməsi mütləq deyil... Cəmlik forması yalnız danışanın əşyaların çoxluğunu 

göstərməyə ehtiyac duyduğu zaman hiss olunur” (10, 69).  

         Belə bir cəhət Q.İ.Ramsted tərəfindən “Altay” dilçiliyinə giriş” əsərində də qeyd edilir: “Hələ 

qədim zamanlarda bütün Altay məntiqi çoxluq məfhumunu ifadə etmək üçün tək hal formasından 

istifadə etmişlər”... (8, 57) 

        K.Qrenbekin  və  O.Pristakın  fikirlərinə qarşı çıxış edən A.M.Şerbak yazır: “....... əsrlərdə 

Orxon türklərinin hər hansı bir fərdi ayrı-ayrılıqda qavraya bilməmələri və onu bölünməz bir 

toplunun göstəricisi kimi dərk etmələri inandırıcı deyil” (10, 92). 

        Türk  dillərində  kəmiyyət  kateqoriyası  müxtəlif üsullarla- morfoloji, leksik, leksik-semantik 

vasitələrlə ifadə olunmuşdur. Bu ifadə vasitələri bir çox türkoloqlar tərəfindən müəyyən qədər 

işıqlandırılsa da, bu problemə dair ayrıca tədqiqat əsərləri hələ çox azdır. Həmin problem əsasən, 

türk dillərinin qrammatikalarını yazan müəlliflərin əsərlərində müəyyən qədər öz əksini tapmışdır.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



137

        Dillərin inkişafının qədim dövrlərində kəmiyyəti ifadə etməkdən ötrü sözlərin təkrarından, 

yəni  reduplikasiyadan istifadə olunması bir çox xalqların dillərində, eləcə də türk dillərində və 

Azərbaycan dilində müşahidə edilmişdir. Məsələn;            

1.Azərbaycan dilində: çox-çox, təzə - təzə;   

2. Rus dilində: bolşoy- bolşoy;  

 

3.Yapon dilində: si- heyvan; sisi- heyvanlar və s.  



         Elmi  ədəbiyyat  da  kəmiyyətin  leksik  üsulla  ifadəsinin  çox  qədim  tarixi  olduğu  haqqında 

məlumatlara rast gəlmək mümkündür.  

        Azərbaycan və digər türk dillərində lap qədim dövrlərdən leksik vahidlər kəmiyyət məzmunu 

ifadə etmişlər. Belə türk sözlərinə aşağıdakıları nümunə göstərmək olar:.Tük – şoxluq; 2. Qop- 

bütün; 3. Öküs- çox; 4. Ükün- dəstə; 4.Arqa – çoxluq; 5.Qamus – hamı    (3.123) 

        “Türk dillərində qeyri- müəyyən kəmiyyəti ifadə edən tağma//( hamı) //ğami// ğama- hamı 

sözləri” dediklərimizə sübutdur (7.164) 

          Qədim  türk  yazılı  abidələrində,  həmçinin  orta  əsr  ədəbi  nümunələrində  leksik  vahidlərlə 

kəmiyyət, topluluq anlayışlarının ifadə olunması prosesi fəal işlənmişdir. Müasir Azərbaycan 

dilində toplu əşyaları ifadə edən müxtəlif sözlər vardır. Məsələn; sürü, ilxı, naxır, qoşun, dəstə, 

xalq, camaat, yağış, ordu və s. 

Qoşun mənasında qədim türk abidələrində “sü” leksemindən istifadə edilmişdir. Göründüyü kimi, 

sü kəlməsində də heç bir morfoloji göstəricidən istifadə edilməmişdir. Məsələn; 

                  1. Kağan sü tasikdi, onok süsi . (15, 95)                                                     

                  2. Kağanıma ötündüm, sü joritdim. (15, 94) 

       Leksik  vahidlərlə  kəmiyyətin  ifadə  edilməsi  məsələsi  həm  Azərbaycan  ədəbi  dilində,  eyni 

zamanda dialektlərdə və danışıq dilində də aktiv şəkildə işlənməkdədir. Məsələn, dialektlərdə rast 

gəldiyimiz “topa, sıxma (ovuc mənasında), çətən, xışma və digər sözlər topluluq mənası ifadə 

etmişdir ki, həmin sözlər toplu məzmunlu qeyri - müəyyən say kimi çıxış etmişdir. Məsələn; 

           1.Gədə bir xışma darı oluf yerə tökülüfdü.  (5, 391)                                                                                

                 2.Sura gördi ki, qapının üsdində bir tupa həçər var.  (5, s.153)      

          Azərbaycan  dilində  yalnız  türk  mənşəli  deyil,  eyni  zamanda  alınma-ərəb  və  fars  dillərindən 

keçmiş topluluq bildirən leksik vahidlərdən də istifadə olunur. Məsələn; xalq, camaat, ləşkər və s. 

sözlər bu qəbildəndir. 

          Topluluq mənası ifadə edən leksik vahidlərin kəmiyyəti ifadə etməsinin əsas əlamətlərindən 

biri türk dilinin daha qədim dövrlərində həmin leksik vahidlərin feilin cəm forması ilə uzlaşmasıdır. 

          Qədim türk yazılı abidələrində, eyni zamanda dilimizin dialekt və şivələrində həmin sözlərlə 

işlənən feillərin bəzən cəmlik formantı qəbul etdiyinin şahidi oluruq.  Məsələn; 

                      1. Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər 

                       Gərçi uçmaq hurisi, cümlə ona can dedilər. (14, 94)                                                                          

                    2. Qələmin sirrini həqdən bilən ol taifə kim,  

                       Ənbərin xəttinə heyran dedilər, gerçək imiş. (14, 120) 

                    3. Hamusu razı oldular, aızı bəzirgana tapşırdılar. (5, 410) və s 

          Azərbaycan dilinə ərəb və fars dillərindən keçən xalq, camaat, əhali, tayfa tipli sözlər əslində 

həmin dillərdə qrammatik kəmiyyət göstəricilərinin daşıyıcıları kimi çıxış edir. Türk dillərinə isə 

sadaladığımız sözlər yalnız cəm şəklində keçmiş, qrammatik formasına görə morfoloji göstəricisi 

olmasa da, dilimizdə toplu isimlər kimi qəbul edilmişdir.  

          Buna  görə  də  bu  sözlər  türk  dillərində  topluluq  bildirən  müstəqil  leksik  vahidlər  kimi  dərk 

edilmişdir və toplu isimlərin daşıdığı funksiyanı daşıyır: qamu, sü və s. belə nümunələr topluluğun 

kəmiyyətin ən qədim məna çaları olduğunu, türklərin topluluq bildirən əşyalara kəmiyyət nöqteyi - 

nəzərindən yanaşmağı bacardığını bir daha sübut etməyə imkan verir. 

           Qədim türk dillərində çox məzmununu bildirən “köp” , üküs və s. sözlər mövcud olmuşdur. 

Qeyri-müəyyən say kimi çıxış edən bu sözlər hansı sözlərlə işlənməsindən asılı olaraq həm 

əşyaların, həm hərəkətin, hətta bəzən keyfiyyətin belə kəmiyyətini ifadə etmişdir. Məsələn; 1. üküs 

budun- çox camaat( adam), 2.üküs türlüğ – çox müxtəlif 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



138

       Qoşa  işlənən  sözlər  ifadə  etdikləri məfhumların sayının birdən çox olduğunu bildirmək 

funksiyasını ifadə etmişdir. Yazılı abidələrdə əşyaların bölünən kəmiyyətini ifadə edən qoşa 

işlənən isimlərə tez-tez rast gəlinmişdir: 

        1.Yüzü gül-gül, zülfi sünbül, gözləri ceyran kimi, 

            Qaşları şol yayə bənzər ol hilalı sevmişəm. (13,116) 

          2.Etek-etek gözlerimden lalevi- mərcan apar. (16, 38)                                                                                  

Bəzən tam reduplikasiya vasitəsilə əlamətin kəmiyyəti də ifadə edilə bilir. Sifətlərin tam 

təkrarı vasitəsilə əşyanın əlamətinin distrubitiv kəmiyyəti, yəni bu əlamətin müxtəlif əşyalarda ayrı-

ayrılıqda təzahür etməsi ifadə olunur.  

Məsələn:  

1) Quru-quru çaylara suçu saldım 

Qara-qara tonlu dərvişlərə nəzirlər verdim. (12, 38)                                                                                    

        “Kitabi-Dədə Qorqud” dan verdiyimiz nümunədə təkrarlanan sifət təyin etdiyi isimlə ifadə 

olunmuş əşyanın və həmin ismin daşıdığı əlamətin kəmiyyətini, intensivliyini bildirir.”Qara- qara 

sözünün mənası elə çoxlu qara deməkdir” (9, 322) 

        Natamam reduplikasiyada bəzən birinci söz olduğu kimi qalır, ikinci sözdə dəyişmə (anlaut) 

hadisəsi baş verir. Məsələn; dərə-dürə, ağac-mağac, kağız-kuğuz, ev-mev, dağ-mağ, təpə-tüpə və s. 

      -Diğər qrup sözlərdə natamam reduplikasiya zamanı hər iki sözdən heç biri ayrılıqda işlənə 

bilmir. Bu zaman,əsasən, təkhecalı sözlərdən istifadə olunur. Məsələn; xart-xurt, çaq-çuq, taq-tuq, 

şaq-şuq və s. 

         Verilmiş  nümunələrdə  natamam  reduplikasiyanın  vasitəsilə  kəmiyyətin,  çoxluğun  ifadə 

edilməsi göz qabağındadır. 

         Bu  prosesdə  iştirak  edən  sözlər-isimlər topluluq bildirir. Yəni uşaq- muşaq deyiriksə, bir 

uşaq deyil, bir neçə uşaq nəzərdə tutulur. Bu zaman nəzərdə tutulan kəmiyyət konkretlikdən çox 

uzaq olur, qeyri-müəyyənlik ifadə edir. 

        Bəzən  feilin  kökü  təkrar  edilərək  yenidən  əsas  feilə  əlavə  edilir.  Məsələn;  alov-alov 

alovlanmaq, parça-parça parçalanmaq və s. 

         Göstərilən model əsasında əmələ gələn reduplikasiya formasına hətta qədim türk yazılı 

abidələrində də rast gəlinir. “Kitabi- Dədə Qorqud” dastanından götürdüyümüz aşağıdakı nümunə 

dediklərimizə sübut ola bilər: 

               1.Yalab-yalab yalabıyan incə tonlum 

                 Yer basmayıb yüriyən 

               Qar üzünə qan dammış kibi qızıl yanaqlım. (12, 93)                                                                      

         -  nümunəsində  “yalab-yalab  yalabıyan”  ifadəsi  parıldamaq,  alışıb  yanmaq  mənalarını  ifadə 

edir. 


             Azərbaycan  dilinin  bəzi  dialektlərində işlənən alaf-alaf yanmaq ifadəsi də həmin ifadə ilə 

eyni mənanı paylaşır. Alaf sözü ilə yalab sözü qohum sözlərdir. Azərbaycan dilində bəzən sözlərin 

əvvəlində -Y samitinin düşməsi hadisəsinə rast gəlirik. Məsələn; yılan-ilan; yıldız-ulduz, yıldırım-

ildırım və digər sözlər dediklərimizə nümunədir.  

         “Alaf və yalaf” sözləri eyni kökdən ibarət olan türk sözləridir və mənaca alovlanmaq, yanmaq 

– mənalarını bildirən “yal” kökündən yaranmışdır. (6, 93) 

         Qədim  dövrlərdə  -  hələ  şəkilçilər  formalaşmadığı  dövrlərdə  ibtidai  insanlar  kəmiyyət 

anlayışını bildirmək üçün sözlərdən istifadə edilmişdir. Müasir türk dillərində -lar,-lər şəkilçisi 

formalaşdıqdan sonra leksik üsulun əhatə dairəsi məhdudlaşmağa başlamışdır.  

        Adlar, yəni  isimlər  və  əvəzliklər  xüsusi cəm şəkilçisi qəbul etmədən də həm cəmlik, həm də 

təklik anlayışı ifadə edə bilir. Məsələn; kişi sözü həm bir nəfəri, həm də çoxluğu ifadə edə bilir. 

Kəmiyyətin leksik üsulla ifadəsi dedikdə, əsasən. saylar nəzərdə tutulur. Halbuki, şivələrdə topluluq 

məzmunu bildirən xeyli söz vardır. Məsələn; 1. İrəmə- Qazax və Tovuz çivələrində “dərə-təpə” 

mənasında işlənir.      

    a) Ə, bu heyvanı bu irəmədə niyə qırersan, bir az o yannara apar sa .  

          Sözün  birinci  hissəsindəki  “irə” komponenti uyğur abidələrində daş mənasında işlənmişdir. 

M. Kaşğari bu sözün –ir kökünün dağın gün düşən hissəsi mənasında olduğunu qeyd etmişdir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling