I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet32/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

Azərbaycanda Gars (Abşeronda) və Gersele (İsmayıllıda) toponimləri, çox güman ki, eyni 

etnonimlə əlaqədardır. Gersele "gors eli" kimi aydın ola bilər. "El" toponimlərdə "el", "cəmiyyət", 

"xalq" "dövlət" və başqa mənalar daşıyır. Türkiyə yer adlarında bu termin məşhurdur və intizamı 

ərazi vahidi bildirir: Çirk – eli, Qoca eli, Eyyub Eli və s. 

 "Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti"ndə yazarlar Kutaisi quberniyasının 

Şaropan qəzasındakı Karsman kənd adını Gars əyalətindən köç etmiş ailələrin gətirdikləri ad 

sanırlar [2, 205]. 

Qarsa bağlı 8 mahal, 10 bələdiyyə və 379 kənd var. 

Mahallar: Akyaka, Arpaçay, Digor, Kağızman, Kars, Sarıkamış, Selim, Susuz. 

 

Oykonimlər yaranma və formalaşma yollarına görə dil qanunlarına əsaslanır. Oykonimlərin 



əmələ gətirilməsində yalnız sintaktik üsuldan istifadə olunur. Azərbaycan toponimlər sistemində bu 

dilə məxsus eləcə də başqa dillərdən keçən ayrı – ayrı leksik vahidlərdən törənən və morfemlərin 

köməyi ilə düzələn sadə və düzəltmə oykonimlərə təsadüf olunur. Azərbaycan toponimiyasında 

indiyə qədər yaşayış məntəqə tipini və yerin coğrafi relyefini bildirən sözlərin oykonimə çevrilməsi 

məsələsi aydınlaşdırılmamışdır  [3, 154]. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



165

Azərbaycan onomastik leksikasında toponimlərin başqa xüsusi söz qruplarına nüfuz etməsi 

daha geniş yayılmış dil hadisəsidir. Hidronim və hidronimik vahidlər əsasında yaranan toponimlər 

hidrotoponim adlanır. Türk dünyasının toponimik sistemində su qaynaqlarının adları zaman – 

zaman yaşayış məntəqəsi adlarına çevrilmişdir. Qars vilayəti bölgələrinin relyefi dağlıq olduğuna 

görə zəngin su qaynaqları mövcuddur. Müxtəlif hidronimik terminlərlə ifadə olunan yaşayış 

məntəqəsi adlarının ikinci tərəfində həmin terminlər əks olunur. Bunları aşağıdakı kimi 

qruplaşdırmaq olar: 

a)

  Bulaq termini ilə ifadə olunanlar: Akbulak  (Akyaka), Altunbulak (Sarıkamış), 



Ağbulaq (Cəlilabad, Əsgəran, Xocalı, Xocavənd, İsmayıllı, Laçın, Tovuz), Alçabulaq (Yardımlı), 

Aydınbulaq (Şəki), Büllurbulaq (Xızı), Çanaxbulaq (Qəbələ, Yardımlı), Dambulaq (Laçın), 

Şahbulaq (Ağdam), Daşbulaq (Xocalı, Şəki, Şəmkir), Dəyəqarabulaq (Gədəbəy), Eynibulaq 

(Siyəzən), Göybulaq (Şəki), Oğrubulaq (Cəlilabad), Pirbulaq (Gədəbəy), Gözlübulaq (Şəki), 

Gurbulaq (Daşkəsən), Xaçbulaq (Daşkəsən), Xanbulaq  (Ağsu, Yardımlı), İstibulaq (Kəlbəcər), 

İstisu (İsmayıllı, Kəlbəcər), Korcabulaq (Laçın), Qarabulaq (Gədəbəy, Xanlar, Xocalı, Qax, Oğuz), 

Qazanbulaq (Goranboy), Qoşabulaq (Gədəbəy), Qozlubulaq (Şəki), Oğrubulaq (Cəlilabad) , 

Sarıbulaq (Balakən) və s. 

Xatınbulaq – Füzuli rayonunda Qarakollu inzibati-ərazi vahidində, Qarabağ 

silsiləsinin ətəyində yerləşir. Xatınbulaq kənd adı Xatın və bulaq sözlərinin birləşməsindən ibarət 

olur, “Xatının bulağı” anlamını verir. 

“Kitabi-Dədə Qorqud” dastanında “xatın” sözü həm arvad, həyat yoldaşı”, həm 

də “qadın, xanım” anlamlarında işlənmişdir. Məs.: “Böylə digəc Dirsə xan xatununa cavab 

vermədi” [6, 38]; “Qırq incə bellü qız ilə həlalın – Boyu uzun Burla xatun ağlayuban şundan keçdi” 

[6,45]; “Qısırca yengə derlər bir xatun vardı, ana ayıtdılar”[6,64]. 

Ə.Tanrıverdiyev qeyd edir ki,  “xatın”  titulu  müasir  ədəbi  dilimizdə  apelyativ  

kimi arxaikləşmişdir. “Xatın” fonetik variantında müasir Azərbaycan antroponimləri və toponimləri 

sistemində mühafizə olunmuşdur. Qadın adları sistemindəki Xatın, Xatun, Ayşaxatun və s. 

toponimlər sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və s. vahidlər dediklərimizi 

təsdiqləyə bilər. Qeyd olunan oykonim və hidronimlərdə “xatun” titullu (Xatun) antroponim 

əsasında formalaşmışdır” [7, 105]. 

Füzuli rayonundakı Xatunbulaq kəndi öz adını bulaq adından almışdır. 

Bildirək ki, Azərbaycan ərazisində bulaq komponentli hidrooykonimlərin sayı 

50-yə yaxındır. 

b)

  Su, çay terminləri ilə ifadə olunanla: Akçay (Kağızman), Çanaksu (Arpaçay), 



İncesu (Susuz), İsısu (Sarıkamış), Aksu (Susuz), Ağçay (Xaçmaz, Qax), Adurçay (Quba), 

Badamlısu (Şahbuz), Batançay (Zaqatala), Əmbərçay (Qax), Gilançay (Ordubad), Gilgilçay 

(Siyəzən), Həsənsu (Ağstafa), Kənarçay (Qusar), Kürəkçay (Goranboy), Qapıçay (Qax), Qaraçay 

(Quba), Qarasu (Hacıqabul), Qaşqaçay (Qax), Qoşasu (Laçın), Qusarçay (Xaçmaz), Mazımçay 

(Balakən), Parağaçay (Ordubad), Pirsaatçay (Hacıqabul), Samurçay (Xaçmaz), Sarısu (Beyləqan, 

Xanlar)  və s. 

c)

  Göl termini ilə ifadə olunanlar: Denizgölü (Kağızman), Kurugöl (Susuz), 



Abadgöl (Ağdaş), Beşgöl (Dəvəçi), Çallıgöl (Xocavənd), Qaragöl (Zəngilan), Qamışlıgöl 

(Cəlilabad), Qazangöl (Zaqatala) və s. 

Birinci tərəfi müxtəlif əlamət və rəng bildirən sözlərdən, ikinci tərəfi pınar (bulaq) hidronimik 

terminindən ibarət, I növ ismi birləşmə modelinə olan hidrooykonimlər: Akpınar (Selim), 

Aşağıdamlapınar (Selim), Aşağı Sallıpınar (Sarıkamış), Karapınar (Sarıkamış, Susuz),  Kırkpınar 

(Selim, Susuz), Kökpınar (Kağızman), Koşapınar (Selim), Üçpınar (Akyaka), Yankıpınar 

(Kağızman), Yukarıdamlapınar (Selim), Yukarı  Sallıpınar (Sarıkamış), İncilipınar  (Susuz) və s. 

Göründüyü kimi, hidrooykonimlərin  birinci tərəfi rəng, keyfiyyət, əlamət, miqdar bildirən 

sözlərlə, ikinci tərəfi isə hidronimik terminlərlə (bulaq, su, çay və s.) ifadə olunur. 

Hidrooykonimlərin quruluşundan görünür ki, ilk vaxtlar həmin coğrafi obyekt su mənbəyi – 

hidronim kimi tanınmış, orada yaşayış məntəqəsi salındıqdan sonra hidrooykonimə çevrilmişdir. 

Məsələn: 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



166

Altun bulaq – Altunbulak köyü (Sarıkamış) 

Çanak su – Çanaksu köyü (Arpaçay) 

Kırk pınar – Kırkpınar köyü (Selim, Susuz) 

Azərbaycanda da zəngin relyefə malik olan dağ və dağətəyi rayonlarda hidrooykonimlər daha 

çoxdur. Onlar da həmin sistemlə həmin sintaktik konstruksiya ilə düzələn sözlərdən törənmişdir: 

Göy bulaq –Göybulaq  ( Şəki) 

Xatı bulaq – Xatınbulaq kəndi (Füzuli) 

Gilan çay – Gilançay (Ordubad) 

Gilgil çay – Gilgilçay (Siyəzən) 

Qusar çay – Qusarçay (Xaçmaz)  

Tədqiqatlarda böyük nailiyyətlər əldə edilməyinə baxmayaraq, hələdə də görüləsi işlər çoxdur. 

Hər bir xalqın özünəməxsus, öz tarixi inkişafını əks etdirən toponimləri vardır. Hansı ki, bu adları 

vasitəsilə biz xalqımızın, dilimizin, mədəniyyətimizin tarixi keçmişini ətraflı öyrənə bilirik. 

Azərbaycan ölkəsi onomastik tərkibcə çox zəngin və rəngarəngdir. Bu xüsusiyyətlərin düzgün 

açıqlanması xalqımızın tarixinin, mədəniyyətinin, elminin, dilinin keçmişinin öyrənilməsi böyük 

əhəmiyyət kəsb edir. 

Son olaraq söyləyək ki, onomastik vahidlərin olan toponimlər (oykonimlər) dəyərli sərvət 

sayılır. Belə bir sərvət hər vaxt düz olmalı, onun baxımına, araşdırılmasına diqqətini yönəltməli, 

onları tarixin yadigarı kimi qorumalılar. Oykonimlər  xalqın malı sayılmalı, beynəlxalq sərvət 

səviyyəsində qəbul edilməlidir.  

Maddi – mədəniyyətin əsas hissələrindən sayılan yaşayış məskənləri bəşər cəmiyyətinin 

yarandığı ilk gündən mövcud olmuş və daima inkişaf edərək müxtəlif növləri və formaları 

yaranmışdır. Yaşayış məskənləri və evlər mövzusunu tədqiqatçılarımız xüsusi maraqla öyrənmişlər. 

 

ƏDƏBIYYAT 



 

1.

  Abant İzzet Baysal Üniversitesi Dergisi Cilt:10, Sayı:2, Yıl:10 Aralık-2010 



2.

  Budaqov B.Ə., Qeybullayev Q.Ə. Gürcüstanın türk mənşəli topnimlərin izahlı lüğəti, Bakı, 

“İsmayıllı” Nəşriyyat – Poliqrafiya müəssisəsi, 2002 

3.

  Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991 



4.

  Qeybullayev Q. Qarabağ ⁄ etnik və siyasi tarixində dair ⁄ . Bakı, “Elm”, 1990 

5.

  Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. II cilddə. II cild. Bakı, “Nurlan”, 2004 



6.

  “Kitabi-Dədə Qorqud”. Bakı, 1988 

7.

  Tanrıverdiyev Ə. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996 



 

Summary 


 

The main goal of the investigation is comparison and study of Azerbaijanian and Turkish 

oyconyms  and their areal peculiarities. The Oyconyms are based on the laws of language for their 

emergence and ways of formation. Only syntactic method is used in formation of oyconyms. Some 

simple and derivative oyconyms formed by means of various lexical units from different languages 

are also met in the system of Azerbaijani toponyms. There are more hydrooyconyms in mountain 

and foothill areas with rich relief in Azerbaijan. They have also been derived from the words 

formed by the same syntactic construction in the same system. There are also mountain and foothill 

regions that possesses rich relief They are also sprang up words that they are formed with syntactic 

construction. 

 

Key words: oyconym, place names, onomastics, village, term, settlements  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



167

 

 



Doğan Çolak 

Gazi Üniversitesi Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları bölümü 

dogancolak@gazi.edu.tr 

 

SAHA TÜRKÇESiNDE SIFAT FİİL EKLERİYLE KALIPLAŞMIŞ KELİMELER 



 

Türkçede ek kalıplaşması sık karşılaşılan gramer olaylarından biridir. Bazı ekler kendi asli 

görevlerinin dışında kullanılabilmekte, kelime tabanlarına eklenerek farklı anlamda bir kelime 

oluşturabilmektedir. Fiilimsi (eylemsi) ekleri gramer kitaplarında hemfiil hem yapım ekleri başlığı 

altında ele alınmaktadır. Söz konusu durum fiilimsilerin işlevleri bakımından farklı özelliklere sahip 

olduklarını gösterir. Fiilimsi başlığı altında verilen ekler, diğer fiilden isim yapma eklerinden farklı 

olarak çoğu zaman tek başlarına kalıcı isimler yapmazlar. Çoğunlukla sözlüksel değer taşımayan, 

fiil ile isim arasında ayrı ve geçici bir gramer kategorisi oluştururlar. Üç fiilimsi türünden biri olan 

sıfat-fiil eklerinin Türkçenin eski dönemlerinden beri kalıplaşarak yeni manalar taşıyan ya da 

nesneleri karşılayan kelimeler meydana getirdiği bilinmektedir. Esasında sıfat-fiiller nesnelerin 

hareket vasıflarını karşılayan fiil şekilleridir. Sıfat fiil eki almış olan kelimelerin asıl isimlerden 

farkı nesneyi hareketine göre adlandırması, onu asıl varlığı ile, şu veya bu kalıcı vasfı ile değil, 

hareketi ile ifade etmesidir. Fiil kök veya gövdeleri bu şekillere girerek nesneleri hareketleri ile 

ifade ederler.Kimi durumlarda ise bu temel vazifenin dışına çıkarak bir yapım eki görevi üstlenip 

yeni kelimeler türettiği görülmektedir: içecek, düzen, geçmiş (mazi), döner, keser, dolmuş, gelecek 

(ati) vb. Bu tür örnekler Saha Türkçesinde oldukça fazla karşımıza çıkmaktadır: aağaaççı “okur” 

(aax- “okumak”); aaspıt “geçmiş” (aas- “geçmek”); alcammıt “kırık, bozuk” (alcan- “bozulmak, 

arızalanmak);  iheeççi “ayyaş, sarhoş” (is- “içmek”);xaalbıt “ihtiyar, yaşlı; eski, eskimiş” (xaal- 

“kalmak”); bıstax “kısmi; yöresel” (bıs- “biçmek, kesmek”). 

Bu çalışmada Saha Türkçesinde sıfat-fiil eklerinin, kendi vazifeleri dışında kullanılıp yapım 

eki olarak türettiği kelimeler üzerinde bir değerlendirme yapılmıştır. Bu kelimelerin tespiti için 

Saha Türkçesine ait EdouardPekarskiy’inYakut Dili Sözlüğü, P. A. Sleptsov’unYakutsko - 

RusskiySlovar ve Sahaca - Sahaca olarak hazırlanmış SaxaTılınBıhaarıılaaxUlaxanTılcıta isimli 

sözlükler taranmış ve madde başı olarak geçen kelimeler ele alınmıştır. Neticede sıfat fiil eklerinin 

yapım eki olarak türettiği yeni kelimeler dikkate alınarak bu eklerin yapım eki görevinde kullanım 

sıklığı oranrı da verilmiştir. 

 

 

Faidə Omarova 



AMEA akademik Z.M.Bünyadov  adına Şərqşünaslıq İnstitutu 

filfay-6786@mail.ru 

 

AZƏRBAYCAN DİLİ BORÇALI ŞİVƏSİNDƏ İŞLƏNƏN SÖZLƏRİN LEKSİK 



MƏNALARI 

 

Müasir ədəbi dilimiz üçün arxaizm hesab olunan sözlərin bir qismi şivələrimizdə olduğu kimi, 



yaxud da müəyyən fonetik dəyişmələrlə işlənməkdədir. Sözlərin dildə işlənmə tarixinin, bir sıra 

sözlərin ilkin formasının müəyyənləşdirilməsində şivə leksikasının rolu əvəzsizdir. Vaxtilə 

L.V.Şerba yazırdı ki, hər hansı bir ədəbi dili dialekt əsasından məhrum etmək Anteyin ayağını 

torpaqdan ayırmaq kimidir. Həqiqətən də, ədəbi dilin zəngin və qüvvətli olması üçün dialekt və 

şivələrin rolu əvəzsizdir. Azərbaycan dilinin şivə leksikası ədəbi dilin lüğət tərkibini yeni sözlərlə 

zənginləşdirmişdir. Bu proses indi də davam etməkdədir. Leksik cəhətdən şivələrin lüğət tərkibi 

rəngarəng olduğuna görədir ki, bəzi sahələr üzrə həmin sözlər ədəbi dildən daha zəngin və çoxdur. 

Məsələn, Laçın və Kəlbəcərdə qoyunçuluqla, Bakı və Lənkəranda balıqçılıqla, Muğanda 

pambıqçılıqla, Şəkidə ipəkçiliklə, Şamaxı və Naxçıvanda ot və çiçəklə bağlı yeni mənalı və 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



168

quruluşlu məhəlli sözlər var ki, ədəbi dilin bunlara həmişə ehtiyacı olmuşdur. Bu barədə 

M.A.Şirəliyev öz kitabında bunları qeyd etmişdir: “Şivələrdə əşyaların müəyyən hissələrinin adları 

daha dəqiq və geniş olur, orada növ anlayışı bildirən sözlər daha çox olur” (4, 337). 

Azərbaycan şivələrinin tədqiqi işinə XIX əsrin ortalarından başlanmışdır. Azərbaycan dili dialekt 

və şivələrinin lüğətinə dair (A. B hərflərini əhatə edən) ilk əsər 1930 və 1931-ci illərdə “Azərbaycan 

(türk) xalq şivələri lüğəti” adı ilə nəşr olunmuşdur. Azərbaycan dilinin Borçalı şivəsinin leksikası da 

həmişə tədqiqatçıların diqqətində olmuşdur. Borçalı şivəsinin öyrənilməsinin təşəbbüskarı 

akademik M.Şirəliyev olmuşdur.  

Azərbaycan dilinin qərb dialekti qrupuna aid olan Borçalı şivəsi leksikası da  özünəməxsus 

xüsusiyyətləri ilə seçilir və bir sıra maraqlı dil faktlarını özündə qoruyub saxlayır. Borçalı şivəsində 

bəzi sözlər Azərbaycan ədəbi dilində işlənən sözlərdən müəyyən fonetik fərqliliyi ilə seçilir. 

Məsələn: dənzü-dan üzü, öy-ev, tosvağa-tısbağa, büvü-bibi, bava-baba, tufar-divar, qardalı-

qarğıdalı, beçərə-biçarə və s. “Bibi” sözü Borçalı şivəsində “büvü” formasında Azərbaycan ədəbi 

dilində olduğu kimi əmi və ya dayının arvadı mənasında işlənir. Ədəbi dildə həm də atanın bacısına 

bibi deyilir. Amma Borçalı şivəsində atanın bacısına mama deyilir. Bundan başqa, Borçalı şivəsində 

qızın ərinə yeznə, kürəkən deyildiyi kimi göy də deyilir. Yəni “göy” sözü də eyni mənanı ifadə edir. 

Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. 

Onu da qeyd etmək lazımdır ki, Borçalı şivəsində qədim dövrlərlə bağlı sözlərə rast gəlinir ki, 

onlar dilimizin müəyyən dövrlərində işlək olmuş, lakin müasir ədəbi dilimiz üçün arxaikləşmişdir: 

tuş\\duş, ozan, irişmək, süysün və s. 

Ədəbi dildə işlənən bəzi sözlər Borçalı şivəsində də işlənir. Lakin ədəbi dildəki mənanı ifadə 

etmir, tam başqa məna kəsb edir. Məsələn, Borçalı şivəsində “çöl” sözü bayır, həyət mənasında 

deyil, meşə mənasında işlənir. Ya da “əyləş” sözü oturmaq mənasında deyil, kimisə gözlətmək, 

dayandırmaq mənasında istifadə olunur. Yaxud da “tənə” sözünün Borçalı şivəsində ədəbi dildəki 

mənadan fərqli mənanı ifadə etdiyini söyləyə bilərik. Ədəbi dildə tənə etmək, danlamaq mənasında 

işlənir, Borçalı şivəsində isə həmin sözü sırğa mənasında istifadə edirlər. 

Borçalı şivəsində müxtəlif sahələrə aid, qədim tarixi izləri özündə qoruyub saxlayan və maraqlı 

leksik-semantik xüsusiyyətlərə malik saysız-hesabsız sözlər vardır: zərdə-kök, bölmə-nəlbəki, tənə-

sırğa, pazı-çuğundur, süysün-boyun, eşiy-bayır, çöl-meşə, anaxtar-qıfıl, sapılca-tava, aquşka-

pəncərə, düş\\tuş-yuxu, bildir-keçən il, ağartı-süd məhsulları, kirmiş-sakit, ərinmək-tənbəlləşmək, 

çəpər-hasar, kür-dəcəl, şil-şikəst, dıydıx-yüngül xasiyyətli, əyləş-dayan, manşırlamaq-nişanlamaq, 

qayırmaq-düzəltmək, mağıl elə-ehtiyatli ol, anrı dur-o tərəfə dur, açıb-ağartmaq-həqiqəti demək, 

təntiməy-tələsmək, yayaq\\yiyax-piyada, fırın-təndir, salpet-dəsmal, cındır-əski, mıncılıq-əzilmiş, 

irişmək-gülümsəmək, boylu-hamilə, bordamaq-kökəltmək, gənəşmək-məsləhət almaq, təntimək- 

darıxmaq və s. 

Borçalı şivəsində işlənən sözlərin özünəməxsus xüsusiyyətləri, işlənmə məqamları və  maraqlı 

leksik mənaları vardır. Fikrimizi əsaslandırmaq üçün ədəbi dilimizdə olmayan, lakin Borçalı 

şivəsində tez-tez işlənən sözlərin mənalarına diqqət yetirək. 

Abeşik meşəbəyi deməkdir. Abeşix' gələn kimi hamı qaşdı. Azərbaycan dilinin dialektoloji 

lüğətində bu söz Şərur şivəsinə aid söz kimi göstərilmişdir (1, 11). Ancaq qeyd etməliyik ki, Borçalı 

şivəsində də “abeşik” sözü eyni mənanı ifadə edir və xalq dilində geniş yayılmışdır. 

Ağ alt tumanın, yaxud da şalvarın ortası mənasındadır. A gəlin, şalvarın ağını tik. 

Ağırtaxtalı vüqarlı mənasında işlənir. Muxtar yaman ağırtaxtalı adamdı ha! 

Ağızdıx yeni doğmuş heyvanın ilk südü mənasını ifadə edir. Həmin mənanı ifadə edən “bulama” 

sözü də bu sözlə paralel şəkildə işlənir. Qonşu ağızdıx gətmişdi. 

Ağsoğlağı  sarımsaqlı qatıqla ərinmiş yağın qarışığından ibarət yemək növüdür. A gəlin, bir 

ağsoğlağı pişirsənə. 

Alasəy gicbəsər mənasını ifadə edir. Əhmədin oğlu də:n alasəydi. 

Alımça alça sözünün Borçalı şivəsində işlənən variantıdır. Alımça hələ yetişmiyif. 

Atdandırma kənd toylarında atlılar ata minən zaman zurna ilə çalınan hava. A bala, atdandırma 

çalın. 


Ayazımax xəstəlikdən ayılmaq mənasını ifadə edir. Bağdagül elə bil ayazıyıf. 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



169

Bajılıx rəfiqə mənasını daşıyır. Yaman bajılıxdılar. 

Basdalamax tapdalamaq sözünü əvəz edir. A gəlin, paltarları basdalasana bir. 

Başəyax biçin vaxtı tökülən sünbül deməkdir. Yerə başəyax tökülmüşdü. 

Bava ata mənasında işlənir. Bavamın başı üçün düz de:rəm. 

Beçərə yazıq, fağır mənasını ifadə edir. Beçərə heç yaxşı gün görmədi. 

Bıçqı mişar deməkdir. Ay uşax, get bıçqıyı gətir, a bala. 

Bıldır-bıldır gilə-gilə, damcı-damcı mənasını ifadə edir. Qız bıldır-bıldır tökördü. 

Bijərtdəx' kələkbaz, bic, çoxbilmiş mənasında işlənir. Arifin uşağı yaman bijərtdəx' gədədi. 

Bir burum bir qədər, bir az deməkdir. Yeməx' bir burum da qaynasın altını keçir. 

Bitdənə-bitdənə yavaş-yavaş, ləng mənalarını daşıyır. Bitdənə-bitdənə eləmə, tez ol. 

Boygörməsi toydan sonra təzə gəlini görmə adəti deməkdir. Boygörməsi aparırıx. 

Bö:ələx'lənməx' qızışmaq, əsəbiləşmək mənalarını ifadə edir. Nə: bö:ələx'nersən? 

Bölmə nəlbəki deməkdir. Çayı bölməyə töküf içsənə. 

Burunnamax  yola verməmək, incitmək mənalarında işlənir. Qaynənə təzə gəlini yaman 

burunnuyuf ha. 

Büvü əmi, yaxud da dayının arvadına deyilir. Get büvünü çağır gəlsin. 

Cancur gavalı növü adıdır. Bağımızda cancurun başı qırer. 

Cındır əski, kohnə parça deməkdir. Cındırı götür, öyün tozunu al, a gəlin. 

Cö:z qoz mənasında işlənir. Cö:z hələ yetişmiyifmi? 

Çalası  həmqatıq mayası, həm də aravuran, araqarışdıran mənalarını ifadə edir. Get qonşudan 

çalası al. Əhməd yaman çalasıdı ha. 

Çəmkirməx' sözü kobud şəkildə cavab qaytarmaq mənasını ifadə edir. Anasına elə çəmkirdi ki, 

əlim üzümdə qaldı. 

Çamır  palçıq deməkdir. Hazırda türk dilində müəyyən fonetik fərq ilə ədəbi səviyyədə işlənən 

bu söz, bizim dilimizdə Borçalı şivəsində qalmaqdadır. Ay uşax, çamıra girmə. 

Çəhmə çəkmə sözünün Borçalı şivəsində işlənən variantıdır. Çəhməni geyin, elə get. 

Çığnamax tapdalamaq, ayaqlamaq deməkdir. Taxılı təmiz çığnayıflar. 

Çiyid meyvə çəyirdəyi deməkdir. Alımçanın çiyidi bərkimiyif. 

Çivin milçək mənasında işlənir. Qapıyı bağla, çivin öyə dolor. 

Daldey gizli, məxfi yer deməkdir. Bir daldey yer tap, yağış kəsənə kimi girəx' altına. 

Dambat lovğa, ədəbaz mənasındadır. Yaman dambat adamdı ha. 

Dambul gavalı növü adıdır. Bazardan dambul almışdıx. 

Danaqıran novruzgülünün Borçalı şivəsində işlənən variantıdır. Danaqıran əvvəl çıxan çiçəx'di. 

Darahəngi güləş zamanı ifa olunan mahnı adıdır. Darahənginin səsi gəler. 

Dəlləy bic, hiyləgər deməkdir. Yaman dəlləy adamsan. 

Dığarramax fırlatmaq mənasını ifadə edir. Dığarrıya-dığarrıya gətirin. 

Dıydıx yüngül xasiyyətli adam mənasında işlənir. Dıydıx adam gözümün tuşmanıdı. 

Dingildəməx' yırğalanmaq, oynamaq mınasını bildirir. Toyda yaman dingildiyirdin. 

Domuşmax çömbəlmək deməkdir. Qapının ağzında domuşuxlu durma. 

Dümsüx'ləməx' dürtmələmək deməkdir. Bö:rümü niyə dümsüx'lüyürsən? 

Eşix' çöl, həyət, bayır mənasını ifadə edir. Eşix'də bir sö:üx var ki, gəl görəsən. 

Eyməmməx' qorxmaq, ehtiyat etmək mənalarını bildirir. Gejə vaxtı eşix'ə çıxmeram, eymənerəm. 

Əməl cadu elətdirmək mənasında işlənir. Bu qıza əməl oluf. 

Fəfix' bacarıqsız, küt, aciz deməkdir. Sən yaman fəfix' adamsan. 

Firəngi qatlanmayan iri bıçağa deyilir. Firəngiyi götür çörəyi doğra. 

Gap söhbət, gap eləməx' söhbət eləmək mənalarını ifadə edir. Bir az gap eləsənə. 

Geişməx' qaşınmaq mənasını bildirir. Cücü tişdiyən yer yaman qaşıner. 

Geniməx'  uzaqlaşmaq, rədd olub getmək mənalarını ifadə edir. Buların əlindən harya geniyif 

gedesen. 

Gənəşməx' məsləhətləşmək deməkdir. Bavana gənəş, sonra elə. 

Gənzix' nəfəs borusu deməkdir. Yeməx' uşağın gənziyinə sıçradı. 

Göy yeznə mənasında işlənir. Bu göyümü hamısından çox istiyirəm. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



170

Haşa iraq, uzaq mənasındadır. Haşa səndən, sən elə adam döysən. 

Hajat əlində işlətdiyin alətə deyilir. Hajatını ona-buna vermə, a bala. 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling