I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
düşməyə kömək edir. (3, 60) Əruz vəzni, vəzn olmaq etibarı ilə göründüyü kimi, mürəkkəb vəzndir. Bu vəzndə şeir oxuyan və şeir yazan insanlardan xüsusi istedad tələb olunur. Çoxəsrlik milli dəyərlərimizdən biri olan Azərbaycan əruzunu bilmək hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, öyrənən şagirdə və tələbəyə, aktyora, xanəndəyə, şeir qiraətçisinə, tərcüməçiyə, şairə, bir sözlə, adi oxucuya belə zəruri və vacibdir. Çünki “Bir şərqli kimi sahib olduğumuz mənəvi-estetik dəyərlərdən biri də əruz vəznidir”. (5,3)
1. Ədili Şirvani.Əruz vəzninin sadələşmiş qəlibləri. Bakı, 2010. 2. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977. 3. Nəsirəddin Tusi. Miyarül-əşar. Tehran, 1363. 4. Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi. Bakı, 1998. 5. Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi. Bakı, 2013. 6. Ş.A.Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1986. 7. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi. Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387.
Turkish and persian primary sources about aruz Summary
This article is devoted to arud and its influence on a literature of the turkish and persian people. The word of Eruz is in Arabian. “Wide road”, “pole which is put center of tent”, is “science about poem”. Eruz poem from was systemized by Xelil ibn Ehmed who lived in 8 th century. There are used in Arabic 19, in Tadjik 14, in Turkish 11, and in Azerbaijan poetry12 bahrs of the arud. Key words: aruz, turkish, persian, poem, primary sources
Xanım Abdullayeva AMEA akad. Z.M.Bünyadov adına Şərqşünasliq İnstitutu Türk filologiyasi şöbəsi, kiçik elmi işçi mehivaqo@mail.ru
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ROMANLARINDA ORTAQ MULTİKULTURAL DƏYƏRLƏR Ədəbiyyat həyatı bədii boyalarla əks etdirən söz sənətidir. Həyat haqqında düşüncələrimizi ifadə etmək baxımından ədəbiyyat ən gözəl incəsənət vasitəsidir. Əgər heykəltaraş daş parçasını, bəstəkar musiqi alətini, rəssam boyaları dilə gətirirsə, şair və yazıçılar sözun tam mənası ilə həyat və onun gerçəklərini canlandırır. Bu baxımdan ədəbiyyatın imkanları çox genişdir. Üstəlik bu ədəbiyyatı yaradan xalqın tarixi keçmişi, milli-mənəvi dəyərləri, ədəbi və bədii irsi yüksək səviyyədədirsə, o zaman sərgilənən ədəbiyyat nümunələri heç şübhəsiz ədəbiyyat tarixində dəyərli mövqeyini tutacaqdır. Ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyev cənablarının təbirincə desək, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin ədəbiyyatları da dünya ədəbiyyatları içərisində öz layiqli sözünü demiş ədəbiyyatlardandır. Bunu şərtləndirən əsas I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
429 amil isə xalqlarımızın genefondunun malik olduğu yüksək mədəni və ədəbi-bədii irsdir. Çağdaş Azərbaycanın prioritet məsələlərindən biri olan multikulturalizm bütün sahələrə sirayət etmişdir. Dünyada təhdidlər yaranır, millətçilik, dini və etnik zəmində dözümsüzlük, ilk baxışda yad görünən hər hansı dəyərin inkar və rədd edilməsi meyilləri artır.
Yalnız dözümlülük, sülhpərvərlik, tolerantlıq təbliğ edən cəmiyyətlər mürəkkəb dövrün təhdid və çağırışları qarşısında davam gətirmək iqtidarındadır. Tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqları, dini və milli zəmində heç bir qarşıdurmanın olmadığı, unikal tolerantlıq mühitinin hökm sürdüyü bir məkan olan Azərbaycan qarşılıqlı dinlərarası və sivilizasiyalararası anlaşma üçün gözəl örnəyə çevrilib. Təsadüfi deyildir ki, Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və Azərbaycanın bu təcrübəsinin dünyada təbliği ölkənin indiki rəhbərliyinin dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm İli elan etməsi, habelə Azərbaycanın dövlət başçısının Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və bir çox digər məsələlər Azərbaycanda mulitukulturalizmin tam mənası ilə reallaşdırıldığının əyani sübutudur. Xüsusilə ədəbiyyat sahəsi multikulturalizmi ifadə etmək baxımından əlverişlidir. Belə ki, daim inkişafda və axtarışda olan bu sənət sahəsi digər xalqların ədəbiyyatları ilə mübadilə prosesindədir. Necə ki, xalqlar bir-birilə münasibətdə biri digərinin siyasətindən, ticarətindən, iqtisadiyyatından yararlanır, eləcə də ədəbiyyat və digər mədəni sferalar da bir- biri ilə münasibətdə təsirsiz ötüşmür. Xronoloji ardıcıllığa nəzər saldıqda görərik ki, istər şifahi xalq ədəbiyyatı, istərsə də yazılı ədəbiyyat Azərbaycan və Türkiyə ədəbiyyatlarında mövzu, ideya, janr və üslub baxımından təxminən paralel irəliləmişdir. Bunu həm şifahi xalq ədəbiyyatında, həm ərəb xilafətinin təsirilə formalaşan klassik dövr ədəbiyyatında, həm də Qərbin təsirilə yaranan və bu gün də inkişafını davam etdirməkdə olan yeni dövr ədəbiyyatında aydın görürük.
XIX əsr ümumilikdə Türkiyə tarixinin əhəmiyyətli dövrüdür. Belə ki, Osmanlı imperatorluğunun tənəzzülü, Avropaya geniş açılım, bunun fonunda da bütün sahələrdə; iqtisadiyyat, siyasət, elm və mədəniyyətdə həyata keçirilən köklü dəyişikliklər məhz XIX əsrin payına düşür. XIX əsr Osmanlı dövləti Qərb həyatı və mədəniyyəti ilə yaxından maraqlanmağa başlayır. Sultan Əbdülməcidin dövründə “ Xətti- Hümayun Fərmanı” ( 1839) verildi. Bu fərman daha sonralar tarixə “ Tənzimat Fərmanı ” altında keçdi. Bu fərmanla yeni bir dönəmin əsası qoyulurdu. Tənzimat dönəmi Türkiyənin siyasi həyatı üçün dəyişiklik olsa da, eyni zamanda sosial- mədəni həyatı da dəyişdirmiş oldu. Xüsusilə qeyd etməliyik ki, XIX əsr Türkiyə ədəbiyyatının da yeni dövrü idi. Ədəbiyyat tarixi hər bir millətin yüz illər boyu yaratdığı ədəbi əsərləri və bu əsərləri yaradan ədibləri, ədəbiyyatın keçdiyi inkişaf yolunu, onun çiçəklənmə və tənəzzül səbəblərini öyrənən elm sahəsidir. “Ədəbiyyat tarixi ümumiyyətlə, tarixin, daha dəqiq desək, mədəniyyət tarixinin çox mühüm qismidir. Bir millətin uzun əsrlər boyu yaşadığı təkamülü göstərən bütün fikirləri tədqiq edərək onu ədəbi ruha ən yaxın şəkildə yaşatmağa çalışan canlı bir tarix şöbəsidir” [1, 25]. Təbii olaraq yeni gələn ədəbiyyat özü ilə yeni həyat baxışı, yeni üfüqlər gətirirdi. Türkiyə ictimai, siyasi və sosial həyatında baş verən köklü dəyişiklikləri, yeni ideoloji fikirləri əks etdirən bu dövrün ədəbiyyatı bir əsrlik zaman kəsiyinə xeyli sayda yenilikləri yerləşdirə bilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, divan ədəbiyyatının yüz illər boyu davam edən sükunəti, klassisizmə xas dar çərçivəli ideologiyası bu dövr ədəbiyyatında əsla görülmür. Həmçinin vurğulamaq istərdim ki, Avropaya xarakterik olan bir sürətlə dəyişən bu dövr ədəbiyyatı hələ də tam formalaşıb başa çatmamışdır və hələ də Avropaya xas əsas cəhət olan yeniliyin axtarışındadır. Bütün bunlarda məqsəd metod baxımından qərbli, fikir və ruh baxımından isə milli bir ədəbiyyat yaratmaqdır. Artıq türk insanı Avropa insanı ilə tanış olurdu. Və beləliklə türk insanı avropalaşırdı. Onun mədəniyyəti, məişəti, həyata baxışı, hiss və həyəcanları ilə qaynayıb- qarışırdı. Türk ədəbiyyatı nəzəri baxımdan da avropalaşırdı. Yeni ədəbiyyat gəlişi ilə təbii olaraq özü ilə yeni janr, forma və məzmun anlayışları gətirirdi. İstər nəsr, istərsə də nəzm sahəsində köklü dəyişikliklər nəzərə çarpırdı. Birinci qeyd edək ki, nəsr nəzmin önünə keçmişdir. Mənim fikrimcə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
430 bu tam Avropa insanının modelinə uyğun idi. İfadə vasitəsi kimi çətin qəliblərə, nəzmin konkret şərtlərinə əməl etməyə ehtiyac yox idi. Nəsrlə isə fikirləri ifadə etmək daha təbii, asan və axıcı idi. Ümumiyyətlə dildə şeir və təhkiyə adlı iki məfhum var. Bu ikisinin həyat reallıqlarını anlama və ifadə etmək tərzləri fərqlidir. Belə ki, nəsr düşüncənin dilidir. Səbəb- məqsəd əlaqəsini göz önündə tutaraq məlumdan məchula addım- addım və ayaqlarını sağlam şəkildə yerə basaraq irəliləyir [2]. Hekayə, oçerk, roman, novella, poema kimi qərbmeyilli janrlar ədəbiyyatın aparıcı janrlarına çevrildi. Hətta “nəsrləşmə” prosesini poeziyada da sezmək olurdu. Artıq klassik ədəbiyyatdan alışdığımız konkret qəlibli şeirlər yerini sərbəst vəznli, mənzum şeirlərə verirdi. Nəsrin və bütövlükdə XIX əsr türk ədəbiyyatının ən böyük yeniliyi və qazancı roman janrının ədəbiyyata gəlişi idi. Ilk romanların yazılmasından əvvəl oxucu artıq dünyamiqyaslı romanların tərcüməsi ilə tanış idi. Ilk roman isə Ş.Saminin 1872-ci ildə nəşr etdirdiyi “Təəşşüqi- Tələt və Fitnət ” romanıdır. Yeni yaranan romanlar, əsasən, ailə- məişət, eşq və əxlaq məsələlərini əhatə edirdi. Sonra yazılan romanlar daha yeni mövzularla əhatə olunmağa başladı. Mənə görə, bu janrların Türkiyə ədəbiyyatında yeni olmasına baxmayaraq, dəyərli mövqe tutmasına əsas səbəb türk ədəbiyyatının hələ ilkin dövrlərdən güclü nəsr ənənəsinə malik olmasıdır. Mövcud güclü nəsr ənənəsi Tənzimatla birlikdə gələn yeni ədəbi axımın qarşısında nəinki tab gətirdi, hətta özünəməxsus və dəyərli ədəbi nümunələr də verdi. Deməli, uğurun sirri sadəcə aparılan güclü təşviqatda deyildi. Səbəbləri bir qədər də tarixi köklərdə axtarmaq lazımdır. Yalnız Türkiyə deyil, ümümilikdə türk xalqlarının ədəbiyyatında güclü və əskiyə dayanan nəsr ənənəsi mövcud olmuşdur. Əsrlərdən bəri davam edib gələn nəsr ənənəsinin çağdaş günümüzdəki formasını almasında Giritli Əli Əziz Əfəndinin “Muhayyelat” əsərinin xüsusi yeri vardır. Əsər sözün əsl mənasında əski nəsrlə çağdaş nəsrin qovşağıdır. Əsər üçü əhatələnmiş, on yeddisi ayrı-ayrı olmaqla iyirmi hekayədən ibarətdir.“Muhayyelat” əski hekayədən ayrılmağa başlayan, ancaq yeni realist hekayəyə hələ keçilməyən bir dövrün məhsuludur [3, 306]. Paralel yanaşmaları Azərbaycan ədəbiyyatında da tədqiq etmək mümkündür. Yuxarıda qısa olaraq nəzərə çatdırılan ədəbi və xronoloji mənzərə Azərbaycan və Türkiyə ədəbiyyatlarına nəzəri cəhətdən yeni olan nəsr ənənəsinin, xüsusilə roman janrının gəlişi və onu yaradan zəminlər haqqında idi. Bir halda ki, söhbət mövcud prosesə (burada söhbət mövcud və oturuşmuş ədəbiyyatdan gedir) yeni bir axının (qərbmeylli ədəbiyyat) gəlişindən gedir, deməli iki fərqli sivilizasiyanın, mədəni- sosial baxışların qarşılıqlı mübadiləsi qaçılmazdır. Bu prosesdə ən təqdirəlayiq hal həm Azərbaycan, həm də Türkiyə şair və yazıçılarının əsərlərində bir türk kimi, bir şərqli mövqeyindən çıxış edərək avropalaşma idi. Türk insanı Avropada təhsil alır, dünyəvi elmlərə yiyələnir, rəssamlıq, heykəltaraşlıq, müsiqi, politika, jurnalistika və publisistika kimi elm və mədəniyyət sahələri ilə tanış olur, cəmiyyətdə gender bərabərliyi anlayışını əyani görür və s. bu kimi avropasayağı anlayışları doğma Vətənə gətirir. Məsələn, S. Paşazadə Sezainin “ Sərgüzəşt ” romanındakı Cəlal bəy, X. Ziya Uşaklıgilin “ Aşkı- Memnu” romanındakı Adnan Bəy, Mir Cəlal Paşayevin “ Yaşıdlarım ” romanındakı yazıçı Kərimzadə tam bir Avropa mədəniyyətində və təhsilində yetişmiş ziyalılardır. Bu obrazları bir növ müəlliflərin öz prototipləri kimi də qiymətləndirə bilərik. Romanları oxuduqca görürük ki, qəhrəmanları Avropaya aparan əsas məqsəd Vətənə sonsuz məhəbbətdir. Onlar doğma yurdu, onun övladlarını cahillik qəflətindən oyandırmaq eşqiylə yanırlar. Elm və mədəniyyət məbədi olan Şərqə əsl simasını və statusunu qaytarmaq istəyirlər. Bu dövrün romanlarında Avropa – Türkiyə, Avropa-Azərbaycan, Şərq-Qərb münasibətləri hərtərəfli təhlil edilir. Xüsusi rəğbətlə qeyd etmək istərdim ki, yazıçılar hadisələrə əsl bir vətənpərvər kimi yanaşırlar. Baxmayaraq ki, köləlik, o dövrdəki Türk xalqının cahilliyi, məişətdə qadının hüquqsuzluğu və s. bu kimi neqativ hallar tənqid edilir və bu müəllifi yaralayır, bununla yanaşı əsərlərdəki qərbmeylli obrazların timsalında ziyalı, mədəni, Avopa fikirli, sevgisinə sadiq bir türkün ədəbi portreti də yaradılır. Bu dövrün ədəbiyyatının təkcə bədii zövqü oxşamaq məqsədilə yazılmış əsər olmaqdan ziyadə bütünlükdə xalqın mədəni, sosial fikrinə təsir etmək gücü onu yaradanların hərtərəfli ziyalı olmalarından irəli gəlirdi. Bu dövr şair və yazıçılarının spesifik xüsusiyyəti sənətdən daha çox ideya
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
431 və fikir arxasınca getmələri idi. Məhz bu səbəbdən də Fransa ədəbiyyatında Volter, Monteskyö, Russo kimi inqilabçıların fikirlərini örnək götürürdülər. Bu yazarlara hərtərəfli idilər desək, yanılmarıq. Belə ki, onlar yalnız ədəbiyyat nümayəndələri deyildilər. Onlar həm ədəbiyyatın müxtəlif sahələrində özlərini sınayırdılar, həm də ümumilikdə ölkənin ictimai, sosial, siyasi həyatında aktiv iştirak edirdilər. Belə ki, ədəbiyyatın hər növ və janrına müraciət edir, şeir, hekayə, roman, teatr tamaşalarına ssenarilər, qəzet və jurnallarda məqalələr və ədəbi tənqid məqaləri yazırdılar. Həmçinin hamısı yaxşı siyasətçi, dövlət məmuru, jurnalist və inqilabçı ruhlu ziyalılar idilər. Bir çoxu hətta gizli qruplaşmaların üzvləri idilər. Dəfələrlə siyasi fikirlərinə görə təqib edilmiş, hətta mühacir həyatı da yaşamışdılar. Yaradılan əsərlərin mövzuları, qoyulan problemlər, əsərin dil və üslub xüsusiyyətləri, istifadə edilən bədii təsvir və ifadə vasitələri də qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun seçilirdi. Xüsusi sevgiylə Şərqin və Türkiyənin gözəl peyzajları təsvir edilir, İstanbulun çeşidli məkanlarının bədii təsviri verilir. Eyni paralelləri Azərbaycan romanlarında da aparmaq mümkündür. Bir ucu Qarabağ, bir ucu Bakı necə sevgiylə, necə gözəl bədii peyzajlarla tanış oluruq o əsərləri oxuduqca. Həmçinin həmin dönəmin əsərlərində xüsusi diqqətlə din məsələsinə də toxunulur. Nə qədər Qərbin, Avropanın müsbət tərəfləri xalqa təbliğ edilməyə çalışılsa da, türkün mentallığını, böyük- kiçik münasibətlərini, ailə dəyərlərinin ucalığını, İslama, folklora bağlılığını da bir o qədər şövqlə qələmə alırlar. Çox tolerantcasına qəhrəmanlar Avropa tipli, xüsusilə, fransız məktəblərində təhsil alır və orada öyrəndikləri ənənəni Vətənə geri döndükdə tətbiq edirdilər. Ümumiyyətlə, istər Türkiyə, istərsə də Azərbaycanda yeni dövr və ya Avropanın təsirilə yaranan ədəbiyyatı tədqiq edərkən qarşıya qoyulan məqsədlərə uğurla çatıldığının şahidi oluruq. Belə ki, qarşılıqlı mübadilə, qaynayıb- qarışma, yeniləri öyrənmə məsələlərinə, deyərdim ki, nail olunmuşdur. Artıq müəlliflərin biz oxuculara ən unikal incəsənət vasitəsi olan ədəbiyyatın dili ilə hansı sosial mesajı verdiyini anlamaq məhz elə biz oxucuya qalır. Indi burada Şərq müdrikliyi, yoxsa Qərbin iti ağlı kara gələcək onu zaman göstərər. Hər halda yeni dövr ədəbiyyat hələ ki axtarışdadır. Şərqin Qərbdən, elə Qərbin də Şərqdən öyrənəsi hələ çox şeyi var..
ƏDƏBIYYAT 1. Ə.Kabaklı. “Türk Ədəbiyyatı”, I hissə, İstanbul, 2008, 701 s. 2. S. Çaldak. “Əski Türk Ədəbiyyatında nəsr” ( internet resursu) 3. S. Qasımlı. “Yeni Türk hekayəçiliyinin təşəkkülü” Şərq filologiyası məsələləri. Bakı, 2010, səh.42.
Summary In the research work is investigated the acquaintance with novel genre of European origin in the Türkish and Azerbaijani literature at XIX century . In the article is investigated western Turkish and Azerbaijani literature, his problems , literature periods, and his news . Especially, poetics, content,forms, ideas and methods of novel genre by multiculturalistic way. Key words: Azerbaijan, Turkey, XIX century literature, multiculturalism, novel genre
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
432
Pərvanə Kərimova, doktorant Qafqaz Universiteti perikerimova90@gmail.ru
YAVUZ AKPINARIN DÜŞÜNCƏSİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏDƏBİ ƏLAQƏLƏRİ Ümumtürk Türk ədəbiyyatının bir qolu olan Azərbaycan ədəbiyyatı sosial, siyasi və tarixi şərtlər səbəbi ilə daima Türkiyə ilə yaxın əlaqələr içərisində olmuşdur. Bu iki qardaş ədəbiyyat dərin köklər və ortaq ədəbi əlaqlərlə bir-birinə bağlıdırlar. Azərbaycan və Türkiyə ədəbiyyatları ən qədim zamanlardan xalqların böyük köçündən bu yana ümumtürk ədəbiyyatını təşkil etmişdir. Bütün bunlar ədəbiyyatlar arasındakı ortaq mədəni əlaqələrin göstəricisidir və bu əlaqələr gələcəkdə də ədəbiyyatların bir-birinə təsirinə əsas şərait yaratmışdır. Uzun illər Azərbaycan ədəbiyyatını yaxından incələyib ona bələd olan Yavuz Akpınar araşdırmalarında Türkiyə-Azərbaycan ədəbi əlaqələrindən də yan keçməmiş. Hər iki ədəbiyyat arasındakı yaxın əlaqələri, bu ədəbiyyatların qarşılıqlı təsirini məqalə və kitablarında yaxından incələmişdir. Əsasən də XX əsrin əvvəllərində Azərbaycanda baş verən siyasi vəziyyət bu iki Türk ədəbiyyatını qarşılıqlı olaraq öyrənməyə, araşdırıb tədqiq etməyə əsas vermişdir. 1930-cu illərə qədər Türkiyə ilə olan yaxın əlaqələr, bu əlaqələrin nəticəsi olaraq da ədəbiyyatda ədəbi cərəyanların və bənzər əsərlərin meydana çıxmasına şərait yaratmışdır. Bu baxımdan Türkiyə ədəbiyyatının bəzi şəxsiyyətləri və bu dövr ədəbiyyat nümunələri arasında yaxın əlaqələr və bənzərliklər mövcuddur. Yavuz Akpıanr bu ədəbi nümunələri araşdırmış, Azərbaycan və Türkiyyə ədəbi əlaqələrinin öyrənilməsində milli ədəbiyyatların qarşılıqlı təsiri probleminə geniş yer vermişdir. 1930-cu ilə qədərki dövrdə Türkiyə Türklərinin ədəbiyyatının Azərbaycan məktəblərində tədrisi, hər iki tərəfdə nəşrlərin bir-biri ilə əlaqəsi və bu əlaqələrin Azərbaycan ədəbiyyatının fikir və düşüncə tarixində oynadığı rol. Araşdırmacıların türk ədəbi ilişkilərini tədqiqi və bu araşdırmalar nəticəsində ortaya çıxan fikir adamlarının Azərbaycan ədəbiyyatındakı təsirləri, Azərbaycan və Türkiyə ədəbi əlaqələrinə yön verən şəxsiyyətlər kimi məsələlər əsas tədqiqat obyektinə çevrilimişdir. Eyni zamanda Yavuz Akpınar Türkiyə və Azərbaycan arasındakı yaxın mədəni əlaqələrin teatra təsiri, Azərbaycan və digər Türk bölgələrində milli şüurun oyanması və formalaşmasındakı mühüm amil kimi məsələləri incələmiş, müasir dövrdə ədəbiyyat və mədəniyyətlər arasında əksini tapan yaxın əlaqələr və bunların nəticələrini geniş türk oxucuların ixtiyarına vermişdir.
Sevinc Kərim qızı Əliyeva, dissertant AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsi Böyük elmi işçi sevincalıyeva80@rambler.ru
TƏMSİL VƏ NAĞILLARDA MÜŞTƏRƏK MOTİVLƏR Heyvanlar haqqında nağılların əsas özəlliyi onda xalqın dünyagörüşünün, mübarizliyinin, humanist keyfiyyətlərinin əks olunmasıdır. Belə ki, heyvanlar haqqında nağıllar insanları mənəvi cəhətdən zənginləşdirir, kamilləşdirir, onlarda əxlaqi hisləri daha da gücləndirir. Bu müsbət keyfiyyətlərə görədir ki, heyvanlar haqqında nağılların motivləri təmsil yazanlar tərəfindən dönə- dönə işlənmiş, yeni məna çalarları qazanmışdır. Ona görə də heyvanlar haqqında nağıllardan bir çox motiv və əsasən də obrazlar yazılı ədəbiyyata keçmiş, təmsillərdə işlənərək yeni məzmunların I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
433 yaranmasına səbəb olmuşdur. Məsələn, quyruq motivi heyvanlar haqqında olan iki nağılda vardır. Bu motiv hiyləgərlik, dosta xəyanət kimi məzmunların yaranmasına səbəb olmuşdur. Qasım bəy Zakirin “Tülkü və qurd” adlı təmsilindəki quyruq və hiyləgərlik motivləri “Tülkü ilə canavar” adlı nağıldan götürülmüşdür. Eyni adlı təmsili həm Abbas Səhhət, həm də Abdulla Şaiq yazmışdır. Ancaq bunların heç birində tələ motivi yoxdur. “Tülkü ilə canavar” adlı nağıldan gələn bu motiv yalnız Zakirin təmsilində işlənmişdir: Bir rubəhi-gühənsalə gedirdi, Qismət üçün seyri-aləm edirdi.
Obadan kənara gördü, ittifaq, Atıblar səhrayə bir dünbeyi-çaq.
Diqqət ilə baxıb, tələni seçdi, Yavuğa duşməyib, uzaqdan keçdi. Tülkünün diqqətli olması, tələyə düşməməsi süjeti heyvanlar haqqında nağıldan alınmadır. Bundan sonrakı hissədə aldatma motivi vardır. Aldatma və ya aldanma motivi həm nağıllarda, həm də təmsillərdə geniş yayılmışdır. Həm də aldatma motivində sadəcə hər zaman biclik, hiyləgərlik simvolu olan tülkü hansısa heyvanı və ya insanı aldatmır, özü də aldanır. Bu da simvolların həm heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə yerinə və funksiyasına görə dəyişdiyini isbat edir. Tülkünün aldandığı “Tülküynən xoruz” nağılına diqqət edək. Ac tülkü xoruzu yaxalayıb kənddən kənara çıxarır ki, rahatca yesin. Xoruz ağlı sayəsində tülkünü aldadır: “Beləliynən, onnar xeyli getdihdən sora bir qəbirsannığa çatıllar. Xoruz bu vax ağlıya-ağlıya tülküyə deyir: - Görürsənmi o balaca arxı? Ordan axan su göz yaşıdı. Burda yaxşı adamnar – bizim babalarımız yatır. Bir gün biz özümüz də burda yatacıyıx. Gəlsənə bir fate verəh, yoxsa Allahın qəzəbinə gələrih. Tülkü, xoruzun sözdərinə diqqətnən qulax asannan sora öz-özünə fikirləşir ki, doğurdan da fate verməsə, Allaha xoş getməz. Tülkü ağzını açıb fatə verməh isdiyəndə xoruz tülkünün ağzınna çıxıb, qanad açır və uçub yaxınnıxdakı ağaca qonur. Tülkü baxır ki, o allanıb, şikarı əlinnən çıxıb, üzünü qəbirsannığa tutub deyir: Nə yaman ləfz idi gəldi dişimə Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling