Imza imza 20 ci il Masallı Dövlət Regional Kollecinin
-Yoluxucu xəstəliklər zamanı
Download 89.25 Kb.
|
plan MDRK
- Bu sahifa navigatsiya:
- Bölmə II. Fövqəladə hallar təhlükəsinin yaranması və baş verməsi zamanı tədbirlərin həyata kecirilməsi.
-Yoluxucu xəstəliklər zamanı: Masallı Dövlət Regional Kollecində işləyən müəllimlərin çox hissəsi cəmiyyətdə müxtəlif insanlarla ünsiyyətdə olurlar. Ona görə də onların yoluxucu xəstəliklərə yoluxma ehtimalı daha çoxdur. Bundan əlavə kollecdə təhsil alan tələbələr respublikanın müxtəlif bölgələrindən olduğunu nəzərə alaraq, kollecə infeksion xəstəliklərin daşıyıcıları gəlmə ehtimalı daha yüksəkdir. Bu səbəbdən də kollecin işçiləri, müəllim və tələbələrin infeksion xəstəliklərə yoluxması ehtimal olunur.
Təbii fəlakətlərin, istehsalat qəzalarının və dağıntıların qarşısının alınması və nəticələrinin azaldılması üzrə tədbirlərinin, xilasetmə və digər təxirəsalınmaz işlər isə xilasetmə işlərinin sürətli və təhlükəsiz surətdə aparılmasını təmin etmək, habelə zədələnmələrin genişlənməsinin qarşısını almaq məqsədilə görülən işlərdir. Bu işlər xilasetmə işləri görüləcək yerlərə getmək üçün uçqunları təmizləyib keçidlər düzəltmək, qaz, su kəməri, kanalizasiya, elektrik şəbəkələrində baş vermiş qəzaların genişlənməsinin qarşısını almaq, bunlardan ən vacib sahələrini bərpa etmək, işlərin aparılmasına mane olan və təhlükə törədən zədələnmiş divarları, bina hissələrini bərkitmək və ya dağıtmaq və s. işlərdən ibarətdir. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, təhlükəsiz iş qaydalarına vaxtında və düzgün əməl etməklə zədələnmə ocaqlarında əlavə bədbəxt hadisələrin baş verməməsinin qarşısını almaq olar. Bölmə II. Fövqəladə hallar təhlükəsinin yaranması və baş verməsi zamanı tədbirlərin həyata kecirilməsi. 1.Təbii fəlakətlər, istehsalat qəzaları və dağıntıların baş vermə təhlükəsi zamanı (yüksək hazırlıq rejimi). Fövqəladə halların qarşısını almaq ücün tədbirlərin görülməsi, eləcə də baş verə biləcək və ya baş vermiş fövqəladə hallar haqqında işçilərin və tələbələrin vaxtında xəbərdar edilməsi məqsədilə müvafiq təşkilatlar və FH və MM idarəetmə orqanlarından məlumatlar toplanır və məlumat mübadiləsi aparılır. 1 saat müddətində fövqəladə hallar haqqında məlumatların toplanması, işlənilməsi və mübadiləsi fövqəladə hallar komissiyası tərəfindən həyata keçirilir. Fövqəladə hallar baş verməsi təhlükəsi barədə xəbərdarlıq səsgücləndirici rabitə vasitələrindən və telefon kanallarından istifadə etməklə məsul növbətçi tərəfindən həyata keçirilir. Ötürülən hər bir məlumatda fövqəladə hal təhlükəsi haqqında və konkret ekstremal vəziyyətdə davranış qaydaları haqqında məsləhətlər verilir. Fövqəladə halların nəticələrinin təsirinin azaldılması sahəsində tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata kecirmək ücün FH üzrə komissiya hazır vəziyyətə gətirilir və yüksək hazırlıq rejimində obyektin fəaliyyətinə rəhbərlik edir. FH və MM idarəetmə orqanları və yuxarı təşkilatdan alınmış informasiya və məlumatlar əsasında ərazidə şərait qiymətləndirilir, proqnozlaşdırma aparılır və fövqəladə halın qarşısını almaq üzrə təkliflər işlənilir. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri hazır vəziyyətə gətirilir. Mühəndis istismar idarəsinin və təhlükəsizlik idarəsinin əməkdaşları cəlb olunmaqla növbətçi-dispestcer xidməti gücləndirilir. Ərazidə ətraf mühitə müşahidə və nəzarəti təşkil etmək məqsədilə kimyəvi müşahidə postları yaradılır. Kimyəvi zəhərlənmə (radioaktiv cirklənmə) təhlükəsi zamanı işçilərin və tələbələrin mühafizəsi tədbirləri həyata keçirilir, həyat təminatı sistemlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsi tədbirləri gücləndirilir, mühafizə qurğuları hazır vəziyyətə gətirilir, otaqlar hermetikləşdirilir və fərdi mühafizə vasitələri paylanmaq üçün hazırlanır (paylanır). Avtomobil nəqliyyatı hazır vəziyyətə gətirilir. Masallı Şəhər Mərkəzi Poliklinikasının qüvvə və vasitələri hesabına tibbi və epidemiya əleyhinə mühafizə tədbirləri həyata keçirilir. Yanğından mühafizə tədbirləri həyata keçirilir. İşçilərin və tələbələrin yerləşdirilməsi üçün mühafizə qurğuları hazır vəziyyətə gətirilir. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması tədbirləri həyata keçirilməsinə MM qüvvə və vasitələrinin hazırlığını artırmaq məqsədilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri hazır vəziyyətə gətirilir, fəaliyyət planları dəqiqləşdirilir. Lazım gəldikdə onların gözlənilən fəaliyyət rayonlarına göndərilməsi haqqında göstəriş verilir. Download 89.25 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling