Imza imza 20 ci il Masallı Dövlət Regional Kollecinin
Download 89.25 Kb.
|
plan MDRK
- Bu sahifa navigatsiya:
- İşçilərin və tələbələrin
Metereoloji təminat
Fövqəladə hallar şəraitində qiymətləndirilməsi və qərar qəbul edilməsi üçün hava şəraitinin vəziyyəti haqqında, hidrometeoroloji rejimdə təhlükəli dəyişiliklər haqqında və başqa məlumatların toplanması FH və MM gərargahı tərəfindən təşkil edilir. İşçilər və tələbələr fərdi mühafizə vasitələrilə təmin edilərək istifadə qaydaları öyrədilir. Mövcud kollektiv mühafizə qurğularında işçilərin və tələbələrin radioaktiv zədələnmənin təsirindən və GTZM-dən mühafizəsi təşkil edilir. Fövqəladə hallar haqqında xəbərdarlıq siqnallarının, informasiyanın və davranış qaydaları barədə məlumatların ötürülməsi mühafizə tədbirlərinin vaxtında görülməsini təmin edir. İşçilərin və tələbələrin sağlamlığı və həyatı üçün təhlükələrin aradan qaldırılması üzrə qəza-xilasetmə və digər təxtirəsalınmaz işlərin aparılması, həyat təminatlı sistemlərinin bərpa edilməsi. Fövqəladə halların nəticələrinin aradan qaldırılarkən əsas vəzifə – insanların xilasi, onlara tibbi yardımın göstərilməsi, eləcə də yanğının və qəzaların məhdudlaşdırılmasıdır. Fövqəladə halların nəticələrinin qiymətləndirilməsi üçün mülki müdafiə kəşfiyyat qüvvələri tərəfindən, eləcə də obyektin yerləşdiyi ərazini və mühəndis kommunikasiyalarının yerlərini yaxşı bilən mütəxəssislər tərəfindən kəşfiyyat aparılır. Fövqəladə hallar komissiyası tərkibindən ümumi kəşfiyyatın aparılması üçün əməliyyat qrupu ayrılır. Əməliyyat qrupu şərait, xəsarət alanların yeri, sayı və dağıntıların həcmi barədə məlumatları dəqiqləşdirir. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərə MM qüvvələri dərhal başlayır, əgər lazım gələrsə, onların tərkibinə texniki xidmət mütəxəssisləri daxil edilir. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ücün Masallı Dövlət Regional Kollecində aşağıdakı mülki müdafiə qüvvələri yaradılmışdır: Qəza-xilasetmə manqası- 1/3 Əsas bina üzrə yanğından mühafizə manqası- 1/3 Sanitar postu -1/3 İctimai asayişin mühafizəsi manqası- 1/3 Rabitə və xəbərdarlıq manqası- 1/3 FMV-nin paylama manqası- 1/3 Xilasetmə işləri xəsarət alanların axtarılıb tapılması, xilas edilməsi və onlara ilk tibbi yardımın göstərilməsi məqsədilə aparılır. Zədələnmə və xəsarət ocaqlarında xilasedicilər ucqunları təmizləyir, daldalanma yerlərinə yolu açır, oradan zədələnənləri çıxarır və xəsarət alanlara tibbi köməklik göstərirlər. Təxirəsalınmaz qəza-bərpa işlərinə mülki müdafiə qüvvələri ilə bərabər təşkilatı strukturun fəaliyyətdə olan digər bölmələri və xidmətləri cəlb olunur (yanğının söndürülməsində iştirak edir, dağılmış kommunal-enerji təsərrüfatının sıradan çıxmış sahələrində, su təchizatı və kanalizasiya şəbəkəsində baş vermiş xətaları aradan qaldırır və s.). Mülki müdafiə qüvvələrinə kömək məqsədilə qüvvələrə daxil olmayan şəxslər də işlərə cəlb edilir. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi böyük olduqda rayon fövqəladə hallar komissiyasının qərarı ilə digər qüvvə və vasitələr, həmçinin kommunal xidmətlər də cəlb edilir. Download 89.25 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling