Imza imza 20 ci il Masallı Dövlət Regional Kollecinin


Download 89.25 Kb.
bet4/17
Sana18.02.2023
Hajmi89.25 Kb.
#1213495
1   2   3   4   5   6   7   8   9   ...   17
Bog'liq
plan MDRK

Kəşfiyyat
Kəşfiyyat qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini, növbəliliyini və üsullarını, ətraf mühitdə baş vermiş dəyişilikləri (kimyəvi zəhərlənmə, radioaktiv cirklənmə), mühəndis qurğularının və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsini və xüsusiyyətlərini müəyyən etmək məqsədilə mülki müdafiə və fövqəladə hallar gərargahı tərəfindən təşkil edilir. Ümumi kəşfiyyatın aparılması ücün fövqəladə hallar komissiyası tərəfindən mütəxəssislər cəlb edilməklə operativ qrup yaradılır, zədələnmə ocağında və ətraf ərazidə şəraitin öyrənilməsi tapşırığı verilir. Xüsusi kəşfiyyat (kimyəvi, radioaktiv, ekoloji) kimya və radiasiya qüvvələri tərəfindən aparılır.
Ümumi şərait haqqında tam məlumat toplamaq üçün fövqəladə hallar komissiyasının sədri ərazi FH və MM idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyəti təşkil edir.


Tibbi təminat
İlkin tibbi yardım Masallı Şəhər Mərkəzi Poliklinikasının tibbi işciləri, şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının qüvvələri ilə, eyni zamanda özünə və qarşılıqlı yardım göstərilməsi yolu ilə həyata keçirilir.
Həkim yardımının göstərilməsinin Masallı Şəhər Mərkəzi Poliklinikasının həkimlərinin və rayonda olan xəstəxanın qəbul şöbəsi tərəfindən həyata keçirilirməsi nəzərdə tutulur.
Sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlər ərazi gigiyena və epidemiologiya mərkəzinin və Masallı Şəhər Mərkəzi Poliklinikasının həkimlərinin köməyi ilə həyata keçirilir.
Profilaktik işlər Masallı Şəhər Mərkəzi Poliklinikasının poliklinikanın tibbi işciləri tərəfindən, yod profilaktikası struktur bölmələrinin rəhbərlərinin rəhbərliyi altında aparılır.
Nəqliyyat təminatı
Zədələnmə sahəsinə qəza-xilasetmə qüvvələrinin və vasitələrinin aparılması Masallı Şəhər Mərkəzi Poliklinikasının avtonəqliyyat təsərrüfatının nəqliyyatı ilə həyata keçirilir. Nəqliyyat vasitəsilə işçilərin və tələbələrin təxliyə olunması və tibb müəssisələrinə göndərilməsi də planlaşdırılır.
Maddi təminat
MM qüvvələrinin, işçilərin və tələbələrin lazımı əmlak, ərzaq malları, su, yanacaq-sürtkü və başqa maddi vasitələrlə vaxtında və tam həcmdə təminatı həyata keçirilir. Maddi təminat məsələlərinin həlli maddi texniki-təchizat idarəsinin rəisinə həvalə olunur.
Ehtiyatda olan bütün maddi-texniki vasitələr istifadə olunur və tez bir vaxtda həmin ehtiyatın yerinin doldurulması üçün tədbirlər görülür. Maddi vəsaitlər ehtiyat anbarda yerləşdirilir. MM qüvvələrinin şəxsi heyəti tələbə yeməkxanasında yeməklə təmin olunur.

Download 89.25 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling