Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)
Kürünün keyfiyyətinin nəslvermə keyfiyyatinə təsiri
Download 0.92 Mb.
|
İxtiologiya
- Bu sahifa navigatsiya:
- Kürünün inkubasiya müddəti.
- Kürüdən sürfələrin çıxması və sağ qalması.
- Balıqların inkişaf mərhələləri.
- Balıqların boyu, böyüməsi, ömrü və yaşı.
- Balıqların böyüməsi.
Kürünün keyfiyyətinin nəslvermə keyfiyyatinə təsiri. Balıqların əksəriyyətinin kürüsündə olan yağ mübadiləsi nəsilvermə ilə adətən düz mütənasibdir. Belə ki, eyni nəslin kürüsünün yağlılığı yüksək olan fərdləri daha tez cinsiyyət yetkinliyinə çatır. Lakin tez yetişən balıqların nəsilvermə qabiliyyəti cinsiyyətcə gec yetişənlərə nisbətən zəif olur: onların məhsuldarlığı aşağı, kürüləri xırda, kürüdə yağın miqdan az olur. Çox az növlərin eyni nəsildən olan, yüksək yağlı və sürətlə böyüyən fərdlərinin məhsuldarlığı da yüksək olur. Balıqların kürüsünün diametri hətta bir dəfəyə kürü tökən növlərdə belə eyni olmur və əsasən kürü dənələrinin qan damarlarına yaxın-uzaqlığından asılı olur. Bir qayda olaraq balığın boyu artdıqca kürünün kütləsi artır, kürü dənələrinin diametri də böyüyür. Belə balıqlara çapağı, gülməni misal göstərmək olar. Lakin bu balıqlarda kürü yastıqları kütləsinin artması və kürü dənləri diametrinin böyüməsi növün imkanından kənara çıxmır, həm də yaşlı - qoca balıqların kürüləri əksinə kiçilir, onların keyfıyyəti pisləşir. Kürüdə yağ maddəsinin toplanması mexanizmi də müxtəlifdir. Ağ dəniz koryuşkasının, Avropanın şimalında yaşayan qorbuşanın və digər belələrinin kürüsündə yağın miqdarı balığın boyu və yaşı artdıqca çoxalır. Kuybışev su anbarında yaşayan çapaq və plotvanın cavanlarının, başqa sözlə yağlılığı az olanların kürülərinin miqdarı az, diametri kiçik olur. Belə cavan və çox da kök olmayan balıqların kürüsündə yağın çoxluğu nəsilverməyə uyğunlaşmanın mühüm amili kimi qeyd edilir. Sübut edilib ki, kürünün iriliyinin və onda toplanmış yağ maddəsinin miqdarının gələcək nəslin kəmiyyət və keyfiyyətinə təsiri böyükdür: xırda kürüdən boyca kiçik sürfələr çıxır və bunların kürüdənçıxma faizi də aşağı olur. İxtioloji ədəbiyyatda orta yaşlı balıqlardan daha keyfıyyətli nəsil alınması qeyd edilir. Məs. 8-10 yaşlı karpların kürüsünün diametri, sürfələrinin uzunluğu, körpələrin böyüməsi və kütləsi həmin yaşdan kiçik və böyük karpların belə göstəricilərindən yüksəkdir. Bir qayda olaraq əksər balıqların böyümə sürəti ilə nəslin miqdarı və keyfiyyəti arasında sıx əlaqə vardır. Sürətlə böyüyən balıqların məhsuldarlığı nisbətən yüksək olur və bunlar daha sağlam nəsl verir. Kürünün inkubasiya müddəti. Balıqların kürüsünün inkusiya müddəti (kürü mayalandıqdan sürfələr çıxana qədər olan müddət) çox dəyişkəndir. Tropik balıqlarında bu müddət cəmi bir neçə saat olduğu halda, tikanlı akulada 22 ay davam edir. Kürünün inkubasiya müddəti adətən yüksək temperaturda qısa, aşağı temperaturda nisbətən uzun olur ki, bu, kürünün inkişafının sürətlənməsi və ya zəif getməsi ilə əlaqədardır. Əksər sularda (o cümlədən Azərbaycan sularında) ən çoxsaylı olan çəkikimilərin kürüsünün inkubasiya müddəti 3-6 gün, navaqanınki 3-4 ay, qızılbalıqlarınkı 5-6 ay davam edir. Metamorfoz. Balıqların inkişafında metamorfoza da təsadüf edilir. Kambaların, çay angvillasının, ay balığının və s. inkişafı metamorfozla gedir. Kambaların, sürfəsi simmetrik olub suyun üst qatlarında üzür, sonralar tədricən dərinliyə gedir. Bu vaxt onun gözünün biri başın digər tərəfinə keçir. Metamorfozu başa çatmış cavan kambalılar suyun dib və dibə yaxın hissələrində yaşayır. Çay angvilinin leptosefal adlanan sürfəsi yarpaq formasında Sarqas dənizində kürüdən çıxır. Belə sürfə holfistrim cərəyanına düşərək 2-3 il hərəkətdə olduqdan sonra kiçik, həm də şəffaf angvillaya çevrilir və Avropa sahillərinə gəlib çaylara girir. Çayda angvilla şəffafhğını itirir və yaşlı angvilə çevrilir (şəkil 43). Kürüdən sürfələrin çıxması və sağ qalması. Növün və ya onun ayrı-ayrı populyasiyalarının say dinamikası kürüdən sürfələrin çıxma miqdarından və onların əsasən fəal qidalanmaya keçmə dövründə qida ilə təmin olmasından asılıdır. Sübut olub ki, bu dövrdə olan itki inkişafın bütün sonrakı dövrlərində olduğundan yüksəkdir. Təbii şəraitdə kürünün mayalanmasından sürfələr çıxana və sürfələrin böyüyüb vətəgə ölçüsünə-yaşına çatana qədər olan itki faizi və s. kimi məsəblər hələlik istənilən dərəcədə öyrənilməyib. Bəzi dəniz balıqlarının (Azov-Qara dəniz xəmsəsi, Sakit okean sardinası, Qara dəniz stavridası) kürüsünün və kürüdən çrxmış sürfələrin 99,0-99,9 faizi hələ körpə mərhələsinə çatmamış məhv olduğu ədəbiyyatda göstərilir. Qeyd etmək lazımdır ki, kürü mayalandıqdan sürfələr çıxana, eləcə də sürfə mərhələsinə çatmamış məhv olduğu da ədəbiyyatda vardır. Qeyd etmək lazımdır ki, kürü mayalandıqdan sürfələr çıxana, eləcə də sürfə mərhələsinin sonuna qədər olan itkinin miqdarı suyun temperaturundan, duzluluqdan, qaz rejimindən, küləkdən və dalğalanmadan daha çox asılıdır. Bu amillərin hər hansı və ya bir neçəsinin qeyri optimal olması ən məhsuldar balığın nəslini əsaslı surətdə məhdudlaşdırır. Balıqların inkişaf mərhələləri. Ontogenezdə (mayalanmadan təbii ölümə qədər) orqanizmin inkişafı bir neçə mərhələyə bölünür. Hər bir mərhələnin xüsusi morfoloji və fizioloji xüsusiyyətləri vardır. Bu mərhələlər aşağıdakılardır: rüşeym, sürfə, körpə, yuvenis, yetkinlik və qocalıq mərhələsi. Rüşeym mərhələsi mayalanmadan xarici qidalanmaya keçənə qədər olan dövrü əhatə edir. Bu mərhələ üçün daxili qidalanma səciyyəvidir. Rüşeym mərhələsi iki mərhələ altına aynlır: əsl rüşeym mərhələsi və sərbəst rüşeym mərhələsi (şəkil 44). Əsl rüşeym mərhələsi kürü daxilində inkişafı, sərbəst rüşeym mərhələsi isə kürüdən çıxdıqdan xarici qidalanmaya keçənə qədərki dövrdür. Sürfə mərhələsi xarici, həm də fəal qidalanmaya kecdikdən sonra başlayır. Bu mərhələdə sürfəyə xas olan əlamətlər saxlanır. Belə ki, orqanizmin daxili və xarici quruluşu yaşlı orqanizmdən əsaslı surətdə fərqlənir. Körpə mərhələsi yaşlı orqanizmə oxşar əlamətlərin əmələ gəlməsi ilə səciyyələnir. Ümumi üzgəc pərdəsi ayrı-ayrı üzgəclər başlanğıcına bölünür, pulcuq örtüyünün əmələ gəlməsi başlayır, cinsiyyət əlamətlərinin başlanğıcı qoyulur, lakin cinsiyyət vəziləri hələ inkişaf etmir. Körpə tam formalaşır. Yetkinlik mərhələsi cinsiyyət yetkinliyinə çatan vaxtdan qocalıq dövrünə qədər davam edir. Bu dövr orqanizmin ən məhsuldar dövrüdür. Qocalıq mərhələsi böyümənin, bəzən tamamilə dayanması ilə xarakterizə olur, orqanizm nəsilvermə qabiliyyətini itirir. Balıqların boyu, böyüməsi, ömrü və yaşı. Balıqların boyu çох müxtəlifdir; onların nəhəngləri və cırtdanları vardır. Nəhənglərindən balina akulanı (uzunluğu 20 m-ə, kütləsi 15-20 tona), nəhəng akulanı (15 m, 4 t), ağ akulanı (11 m, 3 t), dəniz şeytanı və ya manta adlı skatı (bel diskinin diametri 7 m, ağırlığı 2 ton), həyatı şirin sularla əlaqədar olan bölgəni, kaluqanı (4 m, 1 t, bəzi məlumatlara görə 9 m, -2 t), naxanı (5 m, 300 kq) və başqalarını göstərmək olar. Balıqların belə nəhəngləri ilə yanaşı Filippin adaları göllərində yaşayan xul balığı kimi (uzunluğu 1,5-2,0 sm), eləcə də Sakit və Hind akeanlarının sahil sularında olan Şindler balığı kimi (kütləsi 8 mq) cırtdanlan da vardır. Xəzər hövzəsinin ən kiçik balığı Xəzər xuludur. O, uzunluğu 2,1 sm olduqda cinsiyyət yetkinliyinə çatır və 3,1 sm-dən böyük olmur. Boyca iri balıqlar dəniz və okean sularında daha çox olur. Bu, güman ki, yaşayış ərazisinin genişliyi ilə əlaqədardır. Azərbaycan ixtiofaunası tərkibində ən iri balıq bölgə (uzunluğu 5 m-ə, kütləsi 1,5 t-a qədər), ən kiçik balıq isə indicə qeyd edilən Xəzər xuludur. Balıqların böyüməsi. Bədən temperaturu sabit olan heyvanlardan fərqli olaraq balıqlar bütün ömrü boyu böyüyür. Sabit temperaturlu heyvanlarda cinsiyyət yetkinliyindən sonra böyümə əhəmiyyətli dərəcədə zəifləyir və ya demək olar ki, dayandığı halda balıqlarda böyümə zəifləyir lakin dayanmır. Bunu həşəmin böyüməsinə dair gətirilmiş rəqəmlərdən daha aydın görmək olar:
Balıqlarda böyümənin zəifləməsi cinsiyyət yetkinliyinə çatma və ilk dəfə kürüləmə zamanı daha çox nəzərə çarpır. Biotik və abiotik amillərin təsirindən asılı olaraq hətta eyni populyasiyanın fərdlərinin böyürnəsi müxtəlif olub su rejimindən, qida ehtiyatından, nəslin say miqdarından asılı olaraq dəyişilir. Böyümənin cinsiyyətdən asılılığı da elmi ədəbiyyatda göstərilir. Əksər balıqların erkəkləri zəif böyüyür. Məsələn, Azov dənizində qılınc balığının dişiləri erkəklərdən 1,5-2,0 dəfə sürətlə böyüyür. Böyümənin sürəti il ərzində dəyişkən olur. Sürətli böyümə ilin isti vaxtlannda, intensiv qidalanma dövründə müşahidə edilir. İlin soyuq vaxtlarında, adətən qış aylarında, böyümə zəifləyir, bəzən dayanır. Su hövzələri üçün hidroloji qış dövrü xarakterikdir. Hidroloji qış suyun temperaturunun balığın qidalanma temperaturundan azlığı, buna görə də qidalanmanın zəifləməsi və ya dayanması vaxtma təsadüf edir. Bəzi balıqların böyüməsi növ üçün məxsusi xarakter daşıyır. Məsələn, əksər növlər yaz-yay aylarında daha sürətlə qidalandığı və böyüdüyü halda, sıf payızda daha yaxşı böyüyür ki, bu, onun qidalanma temperaturunun ilin bu vaxtıda daha optimal olması, eləcə də davranışı və qidalanma fiziologiyası ilə əlaqədardır. Yazda temperaturun təxminən payızdakı qədər olmasına baxmayaraq sıfın böyüməsi zəif gedir. Böyümənin müxtəlif amillərdən asılılığı da məlumdur. Xarici mühit amillərindən temperaturun, oksigenin, şəffaflığın, qida bazasının, balıqların miqdarının böyüməyə təsiri çoxdur. Нər bir növün optimal yaşama və qidalanma temperaturu vardır ki, bu zaman onun böyüməsi də sürətlə gedir. Böyümənin sürətinə təsir edən əsas amillərdən biri də su hövzəsinin yem ehtiyatı və onun balıqlar tərəfindən mənimsənilmə dərəcəsidir. Yuxarıda qeyd edildiyi kimi hətta eyni növün, eyni populyasiyanın eyni vaxtda kürüdən çıxmış fərdlərinin böyümə sürəti müxtəlif olur. Bu müxtəliflik inkişafın ilk vaxtında fərdin böyümə xarakterindən və davranışından asılıdır. Böyümənin müxtəlifliyi çapaq balığı misalında aşağıdakı kimidir:
Böyümənin su hövzəsinin qida rejimindən asılılığı da var. Bunu aşağıda çəkinin böyüməsinə dair gətirilmiş rəqəmlərdən görmək olar:
Bəzi balıqlarda yaşayış yerinin dəyişilməsi, məsəbn, çay mühitindən dəniz mühitinə keçmə böyümənin sürətlənməsinə səbəb olur ki, bunu Atlantik qızılbalığı və syomqamn misalmda aydın görmək mümkündür:
Əsasən 2-3, az hallarda 4-5 il çayda yaşayan Atlantik okean qızılbalığı dənizə gəldikdən və balıqla qidalanmaya keçdikdən sonra daha sürətlə böyüyür. Yaxın formaların, hətta eyni növün fərdlərinin uzunluğu və kütləsi su hövzəsinin həcmindən və çoxalma yolunun uzaq-yaxınlığından da asılıdır. Məs.: Mingəçevir su anbarı yaranana qədər Kür çayında və Kürətrafı göllərdə sıfın kütləsi 2,5-3,0 kq-dan çox olmadığı halda, adı çəkilən su anbarında onun kütləsi 16-18 kq-a çatır kürülərinin sayı 2 milyondan çoxdur. Kürüləmək üçün Kür çayma girən və uzağa gedən qızılbalıqlar daha iri olublar (bəzi fərdlərin kütləsi 50-52 kq-a çatırmış). Kür və Araz çaylan üzərində bəndlər tikildikdən və bu səbəbdən miqrasiya yolu gödəldikdən sonra kütləsi 10-12 kq-dan çox olan balıqlara demək olar ki, təsadüf edilmir. Ehtiyat nəzərə alınmadan aparılan intensiv balıq ovu da hər hansı hövzədə balıqların miqdarını azaldır, qidalanma şəraitini yaxşılaşdırır, böyüməni sürətləndirir. Böyümənin sürətlənməsi cinsiyyət vəzilərinin daha tez yetkinləşməsinə səbəb olur. Bunun əksinə olaraq su hövzəsində balıqların sayca artması qidalanmada rəqabətin əmələ gəlməsinə, daha sonra böyümənin zəifləməsinə səbəb olur. Müxtəlif xəstəliklər (məmərək, çernil xəstəliyi və s.), о cümlədən qurd xəstəlikləri də böyüməyə təsir edir, onu zəiflədir. Balıqların ömrü çox müxtəlifdir. Afrikanın və Cənubi Amerikanın şirin sularında yaşayan çəkidişlilər dəstəsinin bəzi kiçik növləri cəmi bir neçə ay yaşayır. Bunlar 2-3 aylığından cinsiyyətcə yetkinləşir, yayda su hövzələri quruyanda məhv olurlar, onların kürüləri isə həyatiliyi saxlayır, yağışlar başlayanda onlardan sürfələr çıxır. Ümumiyyətlə, boyca kiçik balıqların ömrü qısa olur. Ulduzlu çömçəquymq xul 1 il; xəmsə, kilkə, üçiynəlitikan və s. 2-3 il yaşayır. Sakit okean qızılbalığı, angvilla birinci kürüləmədən sonra məhv olur. Bunların əksinə olaraq nərələrin bəziləri (bölgə, kaluqa) 100 ilə, durnabalığı, çəki, naxa, pallus 30 ilə qədər və daha çox yaşayır. Lakin ömrü axıracan yaşamaq balıqlara demək olar ki, nəsib olmur. Onlar vətəgələrdə ovlanır və ya açıq dənizdə yırtıcılar tərəfindən məhv edilir. Ovlanmaya az məruz qalan populyasiyada yaşlılar, əksinə olduqda isə cavanlar çoxluq təşkil edir. Нər iki hal səmərəli balıq təsərrüfatı ilə uzlaşmır. Az ömürlü balıqlar üçün birinci hal (yaşlıların çoxluğu), uzun ömürlülər üçün ikinci hal (cavanların, xüsusilə yetkinliyə çatmayanların çoxluğu) daha zərərlidir. Balıqların yaşının təyin edilməsinin həm nəzəri, həm də təcrübi əhəmiyyəti böyükdür. Balıqların cinsiyyət yetkinliyinə çatma yaşını bilmək, bu yaşda olan fərdlərin uzunluğunun, kütləsinin təyin edilməsi ayrı-ayrı növlərin vətəgə ölçüsünü bilməyi, vətəgədə tutulma uzunluğunu və kütləsini müəyyənləşdirməyi asanlaşdırır. Balıqların yaşı pulcuqlarla, tikan şüalarla və otolitlərlə təyin edilir (şəkil 45). Yaşın təyin edilməsi üçün sümük pulcuqlar daha yararlıdır. Sümük pulcuqların üzərində dairələr - skleritlər əmələ gəlir. Нər skleritin eni və iki sklerit arasında olan məsafə sürətli böyümə zamanı geniş, zəif böyümə zamanı isə dar olur. Adətən ilin soyuq vaxtlarında böyümə zəif gedir və skleritlər bir-birinə yaxın olur. Bir-birinə yaxın olan skleritlərin və sklerit yığınının xarici sərhəddi adətən illik yaş sərhəddi hesab edilir. Əksər balıqlarda yaşdairəsi yazda, bəzi balıqlarda, məs. Azov sıfında yayın ikinci yarısında, Azov çapağının yaşlılarında isə payızda əmələ gəlir. Balıqların pulcuqlarında yaş dairələrindən başqa çoxalma-nəslvermə, körpə, çay və dəniz dövrü dairələri, miqrasiya dairəsi və digər dairələr də olur. Çoxalma - nəslvermə dairəsi əslində dairə deyil, balığın pulcuğunun qismən dağılması və sonradan bərpa olmasıdır. Belə xüsusiyyət Atlantik qızılbalıqları, Xəzər və Azov-Qara dəniz; siyənəkləri üçün xarakterikdir. Pulcuğun bu xüsusiyyətinə görə balığın cinsiyyət yetkinliyinə çatma yaşını, çoxalmada neçə dəfə iştirak etdiyini müəyyən etmək olur. Körpə dairəsi pulcuqda illik yaş dairəsindən əvvəl əmələ gəlir. Körpə dairəsi külmədə, çəkidə, çapaqda çayda kürüləmə yerindən dənizə köçmə vaxtı, dəniz balıqlarında (Azov-Qara dəniz siyənəkləri) sahil yaşayışından - qidalanmasından dənizin açıq hissələrinə keçmə vaxtı, su qatı yaşayışından (Qara dəniz sultankası) dib həyatına keçdikdə və i.a. əmələ gəlir. Belə dairə illik yaş dairəsinə nisbətən zəif nəzərə çarpır. Çay və dəniz dövrü dairəsi keçici həyat keçirən Atlantik qızılbalıqlarında əmələ gəlir və çayda, dənizdə yaşama müddətini, eləcə də böyümə sürətini pulcuqda əks etdirir. Miqrasiya dairəsi balıqların hər hansı məqsədlə köçməsi zamanı əmələ gəlir. Bu dairə bir yaşın axırına qədar əmələ gəlir və balığın körpə (bir yaşa qədər) dövrünə aid edilir.
Download 0.92 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling