Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet9/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
#130473
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
İxtiologiya


Yaşın sümük otolitlərlə təyin edilməsi. Üzərində pulcuq olmayan balıqların yaşı sümüklər və otolitlərlə təyin edilir. Sümüklər və otolitlərdə də pulcuqda olduğu kimi yaş dairələri əmələ gəlir. Bu dairələr qəlsəmə qapağı sümükbrində, çiyin qurşağının örtük (kleytrum) sümüyündə, fəqərələrdə, çənə sümüklərində, üzgəc şüalarında və otolitlərdə olur.

Nərələrin, naxaların, akulaların və başqa bəzi balıqların yaşı döş üzgəcinin sərt şüasından hazırlanmış kəsik vasitəsilə təyin edilir. Boyca kiçik bəzi balıqların (kilkə, xəmsə və b.) pulcuqları çox xırda olduğundan onların yaşı otolitlərlə təyin edilir.



Balıqların yaş qrupları. Balıqlar müəyyən yaş qrupunu təşkil edir. Yaş qrupları erkən körpələrdən, bir qədər böyümüş bu ilki körpələrdən, bir yaşlılardan, ikilliklərdən, iki yaşlılardan və daha yüksək yaş qruplarından ibarət olur.

- Erkən körpələr bu il kürüdən çıxmış, lakin yenicə formalaşmışlara deyilir. İxtioloji ədəbiyyatda bu yaş qrupu yalnız inkişaf mərhələlərindən söhbət getdikdə ayrıca qeyd edilir və hətta bir neçə inkişaf mərhələsi göstərilir.

- Bir qədər böyümüş körpələr bu ilin yazında kürüdən çıxmış və yayın ikinci yarısına keçmişlərdir. İxtioloji ədəbiyyatda bunların yaşı "0" ilə işarə edilir.

- Bir yaşlılar bu il kürüdən çıxmış, qışı keçirmiş və adətən 11-13 aylığa qədər olanlara deyilir və ədəbiyyatda "1" rəqəmi ilə göstərilir.

- İkilliklər adətən iki vegetasiya müddəti yaşamışlara, başqa sözlə bir yaşı bütöv, ikinci - yaşı yayın ikinci yarısına və ya payıza qədər yaşamışlara deyilir. Bunlar elmi və tədris ədəbiyyatında "1+" işarəsi ilə tanınır.

- İkiyaşlılar ikinci qışı keçirmişlər və təqvim ilinə görə kürüdən çıxma vaxtma çatmışlar olub "2" rəqəmi ilə işarə edilir. Sonrakı yaş qrupları da bu qayda ilə işarələnir.


Balıqların miqrasiyası
Ayrı-ayrı həyat mərhələlərində balıqların yaşayış şəraitinə tələbatı müxtəlif olur. Ona görə də qidalanmanın, kürüləmənin, qışlamanın daha optimal şəraitdə keçirilməsi balıqlarda miqrasiyanın, yəni bir yerdən başqa yerə köçmənin əmələ gəlməsinə səbəb olur.

Miqrasiyanın öyrənilməsinin çox böyük nəzəri və təcrübi əhəmiyyəti var. Miqrasiya zamanı balıqlar böyük sürülər əmələ gətirir. Belə sürülərin yerini, vaxtını bilmək səmərəli balıq ovu aparmaq işini asanlaşdırır.

Bir çox balıqlar (karas, lil balığı, qızılüzgəc, xanı balığı, naxa, nalim, mərcan rifləri balıqları, Azərbaycan sularında durnabalığı: çəki, çapağın, külmənin və sıfın şirin su fərdlərinin əksəriyyəti) həm də oturaq həyat keçirir, adətən yaşadıqları yerdə kürüləyir, nisbətən dərinlikdə qışlayır. Bir qayda olaraq şirin su balıqları digər qruplara nisbətən yerdəyişməyə daha az məruz qalır.

Miqrasiyanın müxtəlif formaları bir-biri ilə six əlaqədardır. Miqrasiya üfüqi və şaquli olur. Üfüqi miqrasiya passiv və aktiv miqrasiyalara ayrılır. Passiv su axını və ya cərəyanı ilə kürünün, erkən sürfələrin bir yerdən digər уеrə, məs. kürüləmə yerindən daimi yaşayış yerinə aparılması zamanı baş verir. Treskanın sürfələri holfstrim cərəyanı ilə Norveç sahillərindən Barens dənizinə aparılır). Avropa angvillasının sürfəsi Sarqas dənizindən Avropa sahillərinə 2,5-3 ilə gəlib çıxır.

Aktiv miqrasiya 3 cür olur: çoxalma, qidalanma və qışlama miqrasiyaları. Balıqların bəzilərində bu miqrasiyaların hər üçü qeyd edildiyi halda, digərlərində bunların heç biri muşahidə edilmir. Monosikl (ömründə bir dəfə nəsl verən) balıqlar məs. Sakit okean qızılbalıqları, çay angvillası, kür qızılbalığı və s. birinci nəsl verdikdən sonra ölür, bu səbəbdən qidalanma və ya qışlama miqrasiyası keçirmir. Azov xəmsəsinin kürüləmə və qidalanma miqrasiyası eyni vaxtda, eyni yerdə baş verir. Keçici balıqların payız-qış irqlərinin qışlama və çoxalma miqrasiyaları da eyni vaxta düşür.

Miqrasiya yolunun uzunluğu çox müxtəlifdir. Kambalarının miqrasiyası dərinlikdən sahilə qədərdir; çay balıqları (qızılxallı, xramulya) miqrasiya zamanı öz yerlərini azacıq dəyişdirir, Mingəçevir su anbarında şəmayının oturaq populyasiyasının çoxalma miqrasiyası qumlu sahillərə yaxınlaşmaqdan ibarət olduğu halda, angvillanın, qızılbalıqların çoxalma miqrasiyası min kilometrlərə bərabər olur. Balıqların çoxalma miqrasiyası yolu və vaxtı sabitdir. Bu sabitlik kürü tökülən şəraitin məxsusiliyi və eləcə də cinsiyyət vəzilərinin yetişməsi xüsusiyyətinin uzun müddət ərzində formalaşması ilə əlaqədardır. Bunun əksinə olaraq qidalanma və qışlama miqrasiyası temperaturdan, qida orqanizmlərinin miqdarından və yayılmasından, biokütləsindən, miqrasiya edən populyasiyanın say dinamikasından və s. asılı olub müxtəlif illərdə, müxtəlif vaxtlardan və qaydada baş vərə bilir.

Qidalanma miqrasiyası zamanı cinsiyyətcə yetkin balıqlar yalnız kürü tökmək məqsədi ilə deyil, həm də sürfələrin yaşayış şaraitinin, birinci növbədə qidalanmasının daha qənaətbəxş olması nöqteyi-nəzərdən yer seçir, lakin özləri qidalanmır. Kürüləmədən sonra polisikl balıqlar qidalanma miqrasiyası edir - qida bol olan sahələrə köçür. Belə miqrasiya zamanı Azərbaycanın şirin sularında kürüləyən balıqlar Хəzər dənizinə qayıdır. Qara dəniz, skumbriyası Мərmərə dənizindən (qışladığı və kürülədiyi yerdən) ilin isti vaxtlarında Qara dənizə girir, havalar soyuyan kimi yenidən Мərmərə dənizinə qayıdır. Atlantik qızılbalığı, nərələr və s. çaylarda kürü tökdükdən sonra qidalanmaq üçün dənizə qayıdır. Treskalar, Atlantik-Skandinaviya siyənəkləri, ivasi və s. daha uzaq qidalanma miqrasiyasına məruz qalır. Bu siyənəklər yazda Norveç sahillərində kürülədikdən sonra İslandiya sahillərinə gəlir, oradan daha şimala hərəkət edərək bol qida tapana qədər axtarırlar. Payızda onlar yenidən Norveç sahillərinə qayıdır. Uzaq Şərq ivasisi - sardini nisbətən isti sevən balıqdır. O, Sakit okeanın şimali-qərb hissəsində yaşayır, kürüləmək və qışlamaq üçün Xonsyu adalarının cənub-qərb və cənub-şərq hissələrinə də gedir. Bu zaman iri fərdlər daha uzağa, Yaponiyanın şərq və qərb sahillərinə, eləcədə də Yapon dənizinin qərb hissəsinə, hətta Cənubi Kuril və Saxalin adalarına qədər hərəkət edir; ivasi çoxsaylı olan illərdə Kamçatka sahillərinə qədər çıxır. Payızda, soyuqlar düşəndə doğru qayıdaraq Yaponiyanm cənub sahillərinə gəlirlər.

Qışlama miqrasiyası zamanı suda temperaturun aşağı enməsi üzündən bir çox balıqların həyat fəaliyyəti zəifləyir, onlar qışlama yerlərinə getməyə hazırlaşır. Qışlama yerlərinə ən əvvəl lazımi köklüyə və yağlılığa çatan balıqlar gedir. Bu baxımdan hazır olmayan, hətta eyni növün fərdləri qidalanmanı davam etdirir. Buna görə də qışlama yerlərinə getmə bəzən 15-20 gün və daha çox gecikə bilir. Azov xəmsəsi payızda Kerç boğazından keçərək Qara dənizə gedir və Qafqazın cənub sahillərində 75-150 m dərinlikdə qışlayır. Qışlamaya gedən xəmsənin yağlılığı 14 faizdən az olmur. Əks halda qışlamaya getmə gecikir, bəzən lazımi köklüyə çatmadığından balıqlar qışlamaya getmir və Azov dənizinin daha sərt qışında məhv olur.

Keçici balıqların qışlama miqrasiyası bəzən onların çoxalma miqrasiyasının başlanğıcı olur. Çay minoqasının qış forması, nərəkimi balıqlar, syomqa və b. payızda çaylara gedərkən orada qışlayır. Xəzər dənizinin Volqa-Xəzər, Volqa-Kür ərazilərində çapaq, çəki, xanı, sıf balıqları payızda soyuqlar düşdükdə çayların mənsəblərinə yığdaraq çalalara girir və qışı orada keçirir.

Çoxalma miqrasiyası balıqların nəsilverməsi ilə əlaqədar olaraq yaxın və uzaq yol qət etməsidir. Çoxalma miqrasiyası anadrom və katadrom miqrasiyalara ayrılır. Anadrom miqrasiya balıqların dənizdən çaylara getməsinə deyilir. Belə miqrasiya onların çoxu üçün səciyyəvidir. Katadrom miqrasiya isə kürüləmə məqsədi ilə çaydan dənizə gedən balıqlara, məs. çay angvillasına xasdır. Çay minoqası çayın aşağı axınında kürülədiyi üçün bu məqsədlə çay aşağı hərəkət edir, başqa sözlə katadrom miqrasiyaya məruz qalır. Atlantik, xüsusilə Sakit okean qızılbalıqları, Xəzər nərələri, minoqası və s. nəsil vermək üçün çaylara girərək çox yuxarılara gedir, yəni anadrom miqrasiya edir. Belə miqrasiyanın uzunluğu bəzən bir neçə min km-ə çatır.

Təkamül nəticəsində bəzi keçici balıqların çoxalma ilə əlaqədar olan fəsli irqləri əmələ gəlib. Məsələn, çay minoqasının, Sakit okean qızılbalıqlarının, nərələrin, çəkikimilərin, xanıların və başqalarının belə irqləri məlumdur. Fəsli irqlər yaz və payız-qış sürülərindən ibarətdir. Yaz sürüsünün fərdləri çaya getdikcə cinsiyyət vəziləri inkişaf etmiş olduğu halda, payız-qış sürüsü fərdlərinin cinsiyyət vəziləri inkişaf etməmiş və ya zəif inkişaf etmiş olur. Payız-qış sürüsünün fərdləri 6 aydan 1 ilə qədər çayda qaldıqdan sonra cinsiyyət yetkinliyinə çatır və kürü tökürlər. Qrzılbalıqların, nərələrin payız-qış sürüsü fərdlərinin çoxalma miqrasiyası eyni vaxta düşür.

Balıqlar çoxalma miqrasiyası zamanı adətən qidalanmır və ya çox zəif qidalanırlar. Ona görə də onlar çoxalma miqrasiyasına qədər lazımi köklüyə çatır. Belə köklük hesabma çoxalma miqrasiyası müddətində həm kürünün yetişməsi təmin olur, həm də balıq özünü saxlaya bilir. Xəzər minoqası çaya getdikdə yağlılığı 32 faizə çatır, kürüləmə yerinə çatdıqda isə yağlılıq 1-2 faizə qədər azalır. Ketanın yağlılığı çaya girdikdə 11,3 faiz olduğu halda 1200 km yol getdikdən sonra yağlılıq 3 faizə enir. Belə balıqlar kürüləmədən sonra məhv olur.

Alimlər belə güman edirlər ki, balıqlar çoxalma miqrasiyasına cinsiyyət vəzilərinin ifraz etdiyi hormonun təsiri nəticəsində başlayır. Lakin payız-qış aylarında çaya gedən balıqların cinsiyyət vəzilərinin zəif inkişaf etməsinə əsaslanaraq belə qeyd edirlər ki, çoxalma miqrasiyasını yalnız həmin vəzilərin hormonal təsiri ilə izah etmək düzgün deyil. İ.A.Barannikov (1975) belə hesab edir ki, balıqların çoxalma miqrasiyası daxili sekresiya vəzilərindən bəzilərinin (hipofız, qalxanvarı vəzi, böyrəküstü cismlər, neyrosekretor sistem) fəaliyyətinin artması və günün işıqlı müddətinin balıqlara oyadıcı-qıcıqlandırıcı təsir etməsi ilə əlaqədardır.

Bir çox dəniz balıqları (treskalar, Atlantik-Skandinaviy siyənəkləri, Sakit okean kambalaları və s.) çoxalma zamanı sahilə yaxınlaşır, digərləri (dəniz kambalası, yekəgöz zuban), dərinliyə çəkilir.

Anadrom miqrasiyasının əmələ gəlməsi balıqların şirin sularda çoxalması və sürfələrin inkişafı üçün şəraitin burada daha əlverişli olması ilə əlaqədardır. Lakin körpələrin sonrakı qidalanması şirin sularda qənaətbəxş olmadığı halda dənizdə əksinə həm qida boldur, həm də balıqlar üçün daha mühüm əhəmiyyət kəsb edən davranma ərazisi çox genişdir. Buna görə də keçici balıqların əksəriyyətinin tam formalaşmış körpələri adətən 2-3 aydan sonra dənizə gəlir, qidalanır, böyüyür və bir neçə ildən sonra cinsiyyət yetkinliyinə çatdıqda yenidən çaya - özünün kürüdən çıxdığı уеrə nəsil verməyə gedir.

Uzun tarixi dövr ərzində qazanılmış bu xüsusiyyət indi də davam edir. Balıqların yarımkeçici ekoloji qrupunun, eləcə də bəzi dəniz balıqlarının, məs. siyənəklərin keçici ekoloji qrap kimi formalaşmasını şirin su şəraitinin kürüləmə, dəniz şəraitinin isə qidalanma üçün daha əlverişli olması ilə izah edirlər. Ayrı-ayrı ekoloji qruplara mənsub olan balıqların da miqdarca müxtəlifliyi, məs, dənizdə yaşayıb çoxalmaq üçün çaya gedənlərin şirin sularda yaşayan və kürüləyənlərə nisbətən sayca çoxluğu birincilərin hər iki şəraitdən (dənizdən və çaydan) daha effektli istifadə etməsi ilə də əlaqədardır. Dəniz həyatı keçirən və əsasən balıqla qidalanan nalim sonradan çaylara getmiş, dənizə qayıda bilməmiş, elə bu səbəbdən də dəniz balıqlarına nisbətən azsaylı olmuşdur.

Çay angvillasının katodrom miqrasiyası daha mürəkkəbdir. Bu barədə olan nəzəriyyələrdən birinə görə çay angvillasının katodrom miqrasiyası mezozoy erasında baş -verən qitə yerdəyişməsi ilə əlaqədardır ki, belə yerdəyişmə nəticəsində angvillanın uzun, katodrom miqrasiya yolu əmələ gəlib. Başqa bir nəzəriyyəyə görə çay angvillası Atlantik okeanın ən isti və duzlu yerində kürüləyirmiş; onun indiki katodrom miqrasiyası yolu isə buzlaşma dövründə əmələ gəlib, formalaşıb, sonradan buzlaşmanın təsiri nəticəsində angvilla kürüləmək üçün çox uzağa - qərbdə Sarqas dənizinə qədər getməli olub.

Balıqların maraqlı bioloji xüsusiyyətlərindən biri də miqrasiya zamanı yol oriyentasiyasıdır. Belə oriyentasiya müxtəlif cür baş verir. Sübut olub ki, ən yaxşı oriyentasiya amili su axını və sahil xəttin istiqamətidir. Dənizdə böyüyüb cinsiyyət yetkinliyinə çatmış qızılbalıqlar özlərinin doğma çaylarını qoxu orqanlarının köməyi ilə tapır, belə ki, ayrı-ayrı çayların suyunu çox asanlıqla fərqləndirə bilirlər. Bu baxımdan çay angvillasının oriyentasiya üsulları daha müxtəlifdir və nisbətən yaxşı öyrənilib. Bu balığın miqrasiyası zamanı suyun axını, duzluluğu, dərinliyi, yerin elektromaqnit sahəsi və s. onun köməyinə gəlir, oriyentasiyanı təmin edir.

Balıqlar şaquli miqrasiya da edir. Belə miqrasiya ən çox planktonla qidalanan balıqlarda müşahidə edilir. Suyun temperaturundan asılı olaraq ibtidai xərçəngkimilər su qatlarında öz yerlərini dəyişir (dərinliyə gedir və ya suyun üst qatlarına qalxırlar), buna müvafiq olaraq onlarla qidalanan balıqlar da şaquli hərəkət edirlər. Bəzən kürülər və sürfələr də özlərinin kütləsindən və suyun xüsusi çəkisindən asılı olaraq şaquli miqrasiyaya məruz qalır. Məs. kambalanın dibə yaxın su qatında tökdüyü kürülər tez suyun üst qatlarına qalxır və inkişaf edir. Belə kürülərdan çıxmış sürfələr tədricən, həm də inkişafla əlaqədar olaraq suyun alt qatlarına gedir, metamorfoz başa catdıqdan sonra dibə enir və inkişafı davam etdirir. Dərinlikdə yaşayan və diribaladoğan Baykal qolomyankası da bu cür çoxalma miqrasiyası keçirir. O, suyun 700 m dərinliyindən üst qatlara qalxır, kürü tökdükdən sonra ölür. Qışda bir çox pelegial balıqlar (siyənəklər, Qara dənizdə yaşayan Azov xəmsəsi və s.) suyun nisbətən dərin qatlanna enərək az hərəkətli iri yığınlar əmələ gətirir. Digər daha çoxsaylı balıqlar, məs.: okean siyənəkləri, Xəzər kilkələri, Qara dəniz şprotu, skumbriya, stavrida, treska, pişka, dəniz xanısı, qara paltus və s. qida orqanizmlərinin gecə-gündüz ərzində yer dəyişməsindən asılı olaraq şaquli miqrasiya edirlər, beb ki, əksər hallarda gündüz dərilikdə, gecə isə suyun üst qatlarında olurlar. Digər vaxtlarda bu siyənəklərin iriləri əsasən suyun üst qatlarında, qida orqanizmləri çox olan hissələrdə olur, yerlərini demək olar ki, dəyişmir.

Plankton orqanizmlərlə qidalanan balıqların şaquli miqrasiyası həm qidalanma, həm də yırtıcıdan qorunma miqrasiyasıdır, yırtıcının belə miqrasiyası isə onun şikarının yerdəyişməsi ilə əlaqədardır. Qida obyekti ilə əlaqədar yerdəyişmə və ya miqrasiya treskalarda da müşahidə edilir, belə ki, şikarı çox olan yerdə treska sürülər əmələ gətirir. Bəzən də qida ardınca gedərək seyrəkləşir və az ovlanırlar. Buradan aydın olur ki, balıqların şaquli miqrasiyasının mexanizmini bilməyin səmərəli ov təşkil etmək işində çox böyük əhəmiyyəti vardır.



Balıqlann ekoloji qrupları. Elmi və tədris ədəbiyyatlarında heyvanlar yaşayış yerinə görə müxtəlif ekoloji qruplara ayrılırlar. Belə qruplar balıqlar aləmində daha çoxdur. Balıqları dəniz və şirin su balıqlarına, keçici və yarımgeçici kimi ekoloji qraplara ayırırlar.

Dəniz balıqları növlərinin sayına görə ən böyük ekoloji qrup olub həmişə şor suda yaşayır, şirin sulara getmir, bəziləri (akulalar, tuneslər, okean siyənəkləri) hətta şirin suda ölür. Dəniz balıqları özləri də sahil, epipelagial və dərinlik qruplarına bölünürlər. Sahil balıqları çoxluq təşkil edir (9 mindən çox növü var). Bunların özlərini də su qatı - pelagial (anaçuslar, sardinlər, skumbriyalar), dərinlik - dibə yaxın (treska, pişka, navaqa, dəniz karasları) və dib (skatlar, kambalalar, xullar) balıqlarına ayırırlar.

Epipelagial balıqlar okeanın açıq hissələrində 200 m-ə qədər dərinlikdə yaşayır. Göy akula, uçan balıqlar, zolaqlı uzunüzgəc, sanüzgəc, yekəgöz tunes, qılnc balıq, ay balığı və s. epipelagial balıqlardır. Okeanın və dənizin bu hissəsinin balıqları növ tərkibinə görə çox müxtəlifdir. Burada sahil balıqlarının su qatında yaşayanlarından bəzi dərinlik balıqlarına da rast gəlmək olur.

Dərinlik balıqları okeanın və ya dənizin epipelagialdan aşağı olan bütün hissələrində yaşayır, onların 2 minə qədər növü məlumdur. Lakin dərinliyi 6 min m-dən çod olan hissədə hələlik 10-15 növ balığın yaşadığı məlumdur. Okean dərinliyinə işıq çatmadığından, temperatur aşağı olduqundan su bitkiləri inkişaf etmir. Burada yaşayan balıqların görmə orqanları ya yaxşı inkişaf etmiş olur (dəniz xamları) və ya onlar kor olurlar. Belələrinin təxminən az yarısında işıq saçan orqanlar var (şəkil 46). Dərinlik balıqları arasında dibdə, dibə yaxın və pelagialda yaşayanlar vardır. Pelagialda yaşayanlar özləri də dərinlikdə yaşamalarına görə mezopelagiallara (500-700 m. dərinlikdə yaşayan işıq saçan ançouslar və b.), batipelagiallara (2000-3000 m-də yaşayan, bəzi uzunquyruqlar, dərinlik tilovçulan və s.) abissopelagiallara (300 m-dən dərində yaşayanlar) və abissallara (okean çökəkliklərində yaşayanlar) ayrılırlar. Dərinlik balıqlarından uzunquyruqların, kömürü balığın, paltusun vətəgə əhəmiyyəti vardır.

Şirin su balıqlarına oturaq və ya aborigen balıqlar da deyilir. Adından göründüyü kimi bu balıqlar daim şirin sularda yaşayır, dənizlə əlaqələri yoxdur, 8 mindən çox növü var. Şirin su balıqları arasında reofillər və ya axar suda yaşayanlar (qızılxallı, altağız, xarius, xramulya və s.), limnofillər və ya durğun sularda yaşayanlar (karas, lil balığı, qızılüzgəc və s.) və həm reofil, həm də limnofillər (Sibir nərəsi, durnabalığı, xanı balığı və s.) vardır. Bəzi şirin su balıqları dəniz dayazlıqlarında da (yastıqarın, durnabalığı, poru və s.) görünür.

Keçici balıqlara donizdə yaşayıb, cinsiyyət yetkinliyinə çatdıqda çaylara girən və uzaq kürüləmə miqrasiyası edən 125-130 növ daxildir. Bunlara qızılbalıqları (syomqa, keta, qorbuşa, Xəzər qızılbalığı), nərələri (bölgə, qaya balığı, nərə, uzunburun), çəkikimilərdən, həşəmi, şəmayıni, porunu, qarasolu və b. misal göstərmək olar. Dənizdə yaşayıb kürüləmək üçün çaylara gedənlərə (anadrom balıqlara) dəniz trofik, yəni dənizdə yaşayan və qidalanan və kürüləmək üçün çaydan dənizə gələnlərə (katadrom balıqlara), şirin su trofik, yəni şirin sularda yaşayan və qidalanan balıqlar deyilir. Bir çox tipik keçici balıqların, məsələn nərənin, nerganın, çavıçanın, şəmayının, həşəmin, porunun daim şirin sularda yaşayan formaları da var.

Yarımkeçici balıqlara şortəhər su balıqları da deyilir. Bu balıqlar dəniz dayazlıqlarında, şirinləşmiş hissələrdə yaşayır. Bunları əsl yarımkeçicilərə və şortəhər su balıqlarına ayırırlar. Əsl yarımkeçici balıqlar (külmə, çapaq, çəki, sıf, naxa) şortəhər sularda yaşayır, nəsil vermək üçün çaylara girir, lakin çox yuxarılara getmirlər. Bu balıqlar çayların dənizə tökülən yerlərində, çökəkliklərdə qışlayır. Şortəhər su balıqları Xəzər, Azov dənizlərinin dayazlıqlarında yaşayır, oralarda da çoxalır. Girdə xul, dəniz sıfı, irigöz siyənək, Brajnikov siyənəkləri və s. şortəhər su balıqlarıdır.

Balıqların göstərilən ekoloji qruplara bölünməsi şərtidir. Balıqlar onurğalı heyvanların ən primitiv qrupu olduğundan mühitə uyğunlaşma xüsusiyyətləri yüksəkdir. Onların növlərinin böyük müxtəlifliyi də həm də və ən əvvəl poykiloterm olmalan ilə alaqədardır.

Yarımkeçici və keçici balıqların elə növləri var ki, onlar həm də əsl şirin formaları əmələ gətirib. Yanmkeçicilərin belələrindən çəkini, çapağı, külməni, sıfı və s., keçicilərin belələrindən isə şəmayini, həşəmi, qızılbalığı, porunu və s. göstərmək olar.

Qeyd etmək lazımdır ki, hər iki qrupun şirin su formaları, bioloji göstəricilərinə (uzunluq, kütlə, böyümə, məhsuldarlıq və s.) görə heç də keçici və yarımkeçici həmyaşıdlarından geri qalmır. Əksinə, onların bəziləri bu baxımdan üstünlük qazanır. Məsələn, Mingəçevir su anbarında formalaşmış şəmayının kürüləmək üçün su anbarından Kürə gedən fərdləri məşhur Kür şəmayısından üstündür. Çapağın adı çəkilmiş su anbarında yaşayan sürüsünün fərdləri yarımkeçici çapaq sürüsü fərdlərindən çoxsaylıdır, həm də onun az qisim fərdləri daha iridir. Sıfın yenə həmin su anbarında yaşayan fərdlərinin indi rekord irilikdə olanları var (16-18, hətta 20 kq). Belə balıqların məhsuldarlığı da rekord miqdardır (kürülərin sayı 2 milyondan çoxdur).

Bütün bunlar yuxarıda qeyd olunduğu kimi ekoloji qrupların şərtiliyinə əyani sübutdur.
II BÖLMƏ

XÜSUSİ İXTİOLOGİYA
GİRİŞ

Xüsusi ixtiologiyanın vəzifəsi ixtiofaunanIN zəngin növ müxtəlifliyini tədqiq etməkdir. Məlumdur ki, faunanIN əsasını növ (species) təşkil edir. Növ əsas təsnifat vahididir. Növ, morfoloji və fizioloji cəhətdən bir-birinə yaxın olan, öz aralaRInda sərbəst cütləşən və məhsuldar nəsil verən, hər hansı bir mühit şəraitinə uyğunlaşan və müəyyən coğrafı əraziyə (areala) malik olan fərdlər cəmidir. Növ xarici mühitin təsiri altında formalaşır, morfoloji stabillik qazanaraq yaşayır. Növdaxili dəyişkənlik növün morfobioloji xüsusiyyətindən kənara çıxmır. Bu da məlumdur ki, növün arealı var. Arealın yaşayış şəraiti növün morfobioloji xüsusiyyətinə uyğun gəlir, bu xüsusiyyəti həm müəyyənləşdirir, həm də sabitləşdirir. Növ müəyyən zaman ərzində öz sabitliyini saxlayır, başqa sözlə əmələ gəlib formalaşdıqdan sonra özünün növ kimi bütövlüyünü, başqa sözlə morfobioloji xüsusiyyətini bütün ömrü boyu qoruyub saxlayır. Bunu, müasir dövrdə yaşayan növlərin, məs. xanı balığının morfoloji quruluşunun min illər yaşamış eyni adlı balığın qazıntı qalıqları ilə müqayisəsi sübut edir. Deməli, tarixi inkişaf mövcud növlərin tədricən dəyişilməsi üzrə deyil, yeni növlərin sıçrayışla əmələ gəlməsi ilə gedir ki, buna növ ilə onun yaşayış şəraiti arasında tarazlığın pozulması səbəb olur. Buradan aydın olur ki, növ əmələgəlmə xarici şəraitin dəyişilməsi nəticəsində morfoloji xüsusiyyətlərin dəyişilməsi prosesidir, orqanizmlə mühitin yeni vəhdətinin nəticəsidir. Məs. məlumdur ki, uzaq keçmişin canlı şahidi olan pəncəüzgəcli balıqlar (latimeriya) indi dənizdə yaşadığı halda, onların əcdadı vaxtaşırı quruyan kiçik sularda yaşayıb. О vaxt bunlarda daxili burun dəlikləri - xoanalar varmış, ağciyərə bənzər üzmə qovuğu və digər fərqli əlamətlər olub. Sonradan bunların dəniz həyatına keçməsi xoanaların yox olmasına, üzmə qovuğunun ağ ciyər vəzifəsini itirməsinə səbəb olmuş, hətta pəncəüzgəclilərin yeni növləri əmələ gələ bilmişdir.

Bəzən növ daxilində populyasiyanın müəyyən hissəsini əhatə edən qrup dəyişkənliyi müşahidə edilir. Belə dəyişkənlik, daha iciçik yaşayış ərazisinə xas olduqda, başqa sözlə populyasiyanın yayılma arealı ilə əlaqədar olmadıqda ekoloji dəyişkənlik adlanır. Həm coğrafi, həm də ekoloji dəyişkənlik uyğunlaşma olub, növün böyük ərazidə yayılmasını və təşəkkül tapmasını təmin edir.

Böyük alim Q.V.Nikolskiyə görə adi qumlaqçının (gobio gobio L.) növaltıları, məs., Türküstan qumlaqçası (g.g.lepioolaemus), İssıkkul qumlaqçası (d.d.latus) və başqaları coğrafi dəyişkənliyə parlaq misaldır. Bu qumlaqçıların hərəsinin məxsusi uyğunlaşması var. Məs. sürətlə axan çaylarda yaşayan qumlaqçıların boğaz hissəsi pulcuqla örtülü olduğu halda (Türküstan qumlaqçısı), durğun sularda yaşayan İssıkkul qumlaqçısının boğaz hissəsi çılpaqdır. Növdaxili dəyişkənlik, məs.: irqin, növaltının əmələ gəlməsi həmişə növəmətagəhnəyə gətirib çıxarmır, yalnız yaşayış yerini genişləndirir, yeni şaraitə uyğunlaşmanı təmin edir.

Ekoloji dəyişkənlik də coğrafi dəyişkənlik kimi şəraitə uyğunlaşma olub areal daxilində müxtəlif sahələrin mənimsənilməsi deməkdir.

Qeyd etmək gərəkdir ki, coğrafi dəyişkənlik kimi baxdığımız növaltı (subspecies) növün arealının müəyyən hissəsində yayılmış olduğu halda, ekoloji dəyişkənlik kimi baxdığımız irq (infraspecies) növün yayılma ərazisində qruplar kimi olur. Məs.: Ağ dəniz siyənəklərinin bir qismi dənizin körfəzlərinin dayazlıqlarında, digər qismi isə dənizin özündə yaşayır; bunlardan birisi erkən yazda, digəri yayda kürüləyir.

Növ əsas təsnifat vahidi olub latın dilində binominal, yəni iki adla, cinsin və növün adları ilə göstərilir. Məs.: clupca harengus - okean siyənəyi, Cyprinus carpio adi çəki. Növün qoşa adından sonra həmin növü ilk dəfə təsvir edən müəllif göstərilir: Clupea harengus Linne və ya Cyprinus carpio Linne. Növ daxilində baş verən növaltı (subspecies) üçnominallıqla, yəni üç adla yazılır: Clupea harengus membras L. - salaka.

Kiçik taksonlara (növ və növaltı) adlar adətən orqanizmin quruluşuna, rənginə, davranışına, areal xüsusiyyətinə görə və ya məşhur bir alimin və ya elmi tədqiqat gəmisinin şərəfinə verilir. Məs.; üslüzənin Leucaspius delineatus (Heckel) adı bu balıqda yan xətt orqanının (delincatus) olmadığını bildirir; Arktika treskasının Aretogadus barisovi adı sovet ixtioloqu P.Q.Borisuvun şərəfinə qoyulub.

Beynəlxalq qaydada növlərin adı Linneyin 1758-çi ildə çapdan çıxmış Systema Naturae əsərində (X nəşr) verildiyi kimi saxlanmalı və ya sonra ilk dəfə təsvir olunduğu kimi yazılmalıdır. Нэг hansı növ səhv olaraq başqa cinsə aid edilmişsə və ya hansı cins sonradan bir neçə cinsə ayrılmışsa və buna görə də növ başqa cinsə aid edilərsə onda növün əvvəlki adı saxlanılır müəllifin adı mötərizə içərisinə alınır. Növdən kiçik təsnifat vahidləri, məs.: növaltı, döl, irq və s. ad verilməsi əvvəlki qaydaya əsaslanır.

Növaltından kiçik, başqa sözlə ikinci dərəcəli növaltı səviyyəsində olan və "natio" sözü ilə işarə edilən təsnifat vahidi də məlumdur. Məs. Rutilus caspicus natio kurensis Berg. Belə təsnifat vahidini əmələ gətirən fərdlər növaltına keçid əlamətlərə malik olub məxsusi arealda yaşayır, belə fərdlərin əlamətləri nəslə keçə bilir.

Qeyri-coğrafi şəraitdə və ya növ daxilində baş verən və adətən ekoloji dəyişkənliyin nəticəsi olan irq, növün və ya növaltının adı ilə göstərilir və bu ada ekoloji irq - infraspecies və уa infrasubspecies əlavə edilir. Məs.: Oncorhynchus keta infraspecies autumnalis Berg - payız ketası. Morfa (morpha) kimi qeyd edilən fərdlər də bu qəbildən hesab edilir, yəni ekoloji dəyişklik nəticəsində əmələ gəliblər. Lakin belələrinin məxsusi yaşayış ərazisi yoxdur, onların əlamətləri möhkəmlənməyib, şəraitin dəyişilməsi bu kənarlanmanı başlanğıc formaya qaytara bilər. Morfalar növün və ya növaltının adına latınca yazılmış morpha sözü əlavə edilməklə qeyd edilir. Məs.: çay qızılxallısı Salmo trutta morpha fario L. yazılır.

Balıqların sistemi məsələsi hələ tam həll olub qurtarmayıb. Ən qabaqcıl alimlərin bu barədə fikri fərqlidir. H.S.Abbasovun "Dənizlərin faunası" (1985) dərs vəsaitində N.P.Naumov, N.N.Karataşevin (1979) universitetlər üçün yazdıqları "Onurğalıların zoologiyası" dərsliyində verilmiş sistemə üstünlük verilib. Burada da həmin sistem gözləniləcək.



Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling