Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet1/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
  1   2   3   4   5   6   7   8   9   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son



MOBİL RADIORABİTƏ SİSTEMLƏRİ 
Məlum olduğu kimi, XXI əsr informasiya texnologiyaları və 
bütövlükdə informasiyalaşdırma əsri kimi qiymətləndirilir, çünki 
cəmiyyətin bütövlükdə dinamiki inkişafı rabitə sahəsində yeni 
texnologiyaların işlənilməsi və tətbiqi olmadan təsəvvür edilə bilməz. 
Məhz buna görə həm dünyada, həm də Respubli­ kamızda 
telekommunikasiya, radiotexnika və informasiya tex­ nologiyalarının 
inkişafına xüsusi diqqət yetirilir. Elm və tex­ nikanın inkişaf 
səviyyəsi mobil rabitə sistemlərinin də daimi olaraq 
təkmilləşdirilməsinə səbəb olur. Yaxın gələcəkdə şəbə­ kələrə 
istifadəçilərin kompüter və ya digər rabitə vasitələri ilə daxilolmaları 
necə olacaqdır sualını aydınlaşdırmağa diqqət ye­ tirək. Bir məsələ 
şübhəsizdir ki, şəbəkələrə naqilsiz daxilolma üsulunu istifadə 
edənlərin sayı durmadan artacaqdır. İnsanların əksəriyyəti mobil 
olacaqdır. Müasir laynerlərdə, yəni iri tutum­ lu təyyarələrdə 
şəbəkəyə məhdud sayda daxilolma təmin edilir, gələcək nəsil 
təyyarələrində sərnişinlər “İnternetə sərbəst daxil olmaq” imkanına 
malik olacaqlar. Bu zaman verilənlərin ötü­ rülməsi üçün yeganə 
vasitə - Yer üzərində nəhəng sürətlə hərə­ kət edən mobil şəbəkə 
olacaqdır. İnternet şəbəkəsinə daxilolma imkanı olan avtomobili də 
təsəvvür etmək olar, milyardlarla prosessorlar quraşdırılmış olan 
fotokameralarla, mobil telefon­ larla, kompakt-disk oxuduculan ilə, 
qulaq üçün stereoucada-nışanlarla, klaviatura ilə, yol nişanlan və 
ətraf mühitin hava şə­ raiti barədə informasiya almaq və s. kimi 
müxtəlif datçiklərlə əlaqələndirilmiş olacaqdır. 
“Mobil” və “naqilsiz” anlayışlarının fərqli xüsusiyyətləri 
vardır. Mobilliyin iki müxtəlif növü mövcuddur: 
İstifadəçilərin mobilliyi;

- Qurğuların səyyar olması. 
İstifadəçilərin mobilliyi 
dedikdə, onun müxtəlif
 
yerlərdəki 
telekommunikasiya xidmətlərindən istifadə edə bilməsi imkanı başa 
düşülməlidir, yəni o hərəkət edərək yerini dəyişərkən həmin 
xidmətlər bir növ onu izləmiş olur. Buna misal kimi, mobil telefonu 
və ya kompüterin işçi masasını göstərmək olar ki, bunların vasitəsilə 
rouminq yaratmaq olur (yəni istifadəçinin hansı şəbəkədən daxil 
olmasından asılı olmayaraq, işçi masa eyni görünüşə malik olur). 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling