Mobil radiorabiTƏ SİstemləRİ
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
- Bu sahifa navigatsiya:
- Şəbəkə səviyyəsi: Bu səviyyə paketlərin marşrutlanmasma
- N əqliyyat səviyyəsi: Bu səviyyə etalon modeldə birbaşa
- Əlavələr səviyyəsi: Bu səviyyə, yuxanda göstərilən
- Mobil rabitə standartlarının qısa xülasəsi
K anal səviyyəsi:
Bu səviyyənin əsas vəzifələri aşağıdakılar hesab olunur: mühitə daxilolmanın həyata keçirilməsi; müxtəlif verilənlər axınının sıxlaşdınlması; verilişin səhvlərinin düzəldilməsi; sinxronlaşdırma, yəni informasiya kadrlarının aşkar edilməsi. Kanal səviyyəsi, iki qurğu arasındakı iki nöqtəli birləşmələrə və yaxud bir verici ilə bir neçə qəbuledicinin birləşmələrinə cavabdehlik daşıyır. Şəbəkə səviyyəsi: Bu səviyyə paketlərin marşrutlanmasma və aralıq sistemləri vasitəsilə birləşmələrin yaradılmasına cavabdehdir. Burada əsas anlayışlara adresləmə (ünvanlama), 5 marşrutlama, qurğunun yerinin təyini və müxtəlif şəbəkələr arasında çevrilmələr aiddir. N əqliyyat səviyyəsi: Bu səviyyə etalon modeldə birbaşa birləşmələri yaratmaq üçün istifadə edilir. Nəqliyyat səviyyəsi üçün xidmətin keyfiyyəti, axınların idarə olunması kimi gös təricilər vacib sayılır. Əlavələr səviyyəsi: Bu səviyyə, yuxanda göstərilən xidmətin yerləşdiyi yer, multimedia əlavələrinin dəstəklənməsi, adaptiv əlavələr, həmçinin səyyar qurğulardan İnternetə naqilsiz daxilolma üçün daha çox maraq doğurur. Əlavələrin ən tələbkar növlərindən biri də təsvirlərin ötürülməsidir. Mobil rabitə standartlarının qısa xülasəsi Standart - MRŞS - lərin təklif etdikləri xidmətlər və on-lann avadanlıqlanmn istismar - texniki xarakteristikaları məc musudur. MRŞS-nin 1-ci (İG) və 2-ci (2G) nəslinin əsas stan dartlarının xüsusiyyətlərini nəzərdən keçirək. İG -yə analoq standartları aiddir. Burada əsas xidmət - nitq siqnallarının ötü rülməsidir. Özü də tezlik modulyasiyası ilə analoq formasında və kanalların tezliyə görə ayrılması ilə. 1-ci nəsil stan-dartlar, bir-birindən asılı olmayaraq müxtəlif ölkələrdə yaradılmışdır və hər ölkə öz standartından istifadə etmişdir. 1-ci nəsil əsas standartları: AMPS (Advanced Mobile Phone Service - təkmilləşdirilmiş mobil telefon xidməti, diapazon 800 MHs) ABŞ-da, Kanadada, Mərkəzi və Cənubi Amerikada, Avstraliyada geniş istifadə edilir. "Şimali Amerika standartı" kimi də tanınır. D-AMPS və İS-54 (Interim standart-aralıq standart)-1993-cü ildən tətbiq edilir, rəqəm modifıkasiyası ilə birlikdə (Rusiyada 6 regional standart kimi qəbul edilmişdir) bütün abonentlərin təxminən yarısına xidmət edir. TACS (Total Access Communications System-çox saylı daxilolmaya malik rabitə sistemi, diapazon 900 MHS) - İngil tərə, İtaliya, İspaniya, Avstriya, İrlandiyada istifadə olunur. Azərbaycanda ilk dəfə tətbiq olunmuş standartdır. ETACS mo- difikasiyası ilə İngiltərədə, JTACS/NTACS modifikasiyası ilə Yaponiyada tətbiq olunur. NMT 450 və NMT 900 (Nordic Mobile Telephone - Şimal ölkələrində və bir çox başqa ölkələrdə istifadə olunur). "Skandinav standartı" kimi də tanınır. NMT 450 Rusiyada tət biq olunan analoq standartıdır (Rusiyadakı ikinci standartı isə GSM 900 - rəqəmli standartıdır). C-450 (diapazon 450 MHs) - Almaniya və Portuqaliyada istifadə olunur; RTMS (Radio Telephone Mobile System - mobil radiotelefon sistemi, diapazon 450 MHs). - İtaliyada istifadə olunur; Radiocom 2000 (170,200,400 MHs diapazonları) - Fransada tətbiq olunur; NTT (Nippon Telephone and Telegraph System - Yapon telefon və teleqraf sistemi, diapazon 800...900 MHs - üç variantda) - Yaponiyada istifadə olunur. Bütün analoq standartlarında nitqi ötürmək üçün tezlik modulyasiyası və idarəetmə informasiyalarım (və ya siqnallaş-manı - signaling) ötürmək üçün isə tezlik manipulyasiyası tət biq olunur. Müxtəlif kanalların informasiyalarım ötürmək üçün, tez lik spektrinin müxtəlif hissələri istifadə edilir - kanalların tezli yə görə ayrılması ilə çoxsaylı daxilolma metodu tətbiq olunur. 7 (Frequency Division Multiple Access - FDMA metodu). Müx təlif standartlarda kanalların zolağı 12,5-dən 30 kHs-ə qədər olur. Bununla da analoq standartların əsas çatışmayan cəhəti əlaqədardır - tutumlarının (buraxma qabiliyyətinin) nisbətən aşağı olması, hansı ki, ayrılmış tezlik zolağının, kanalların tez liyə görə ayrılması zamanı kifayət qədər səmərəli istifadə edil məməsinin birbaşa nəticəsidir. Bu çatışmayan cəhət XX əsrin 80-cı illərinin ortalarında aşkar hiss olundu və daha təkmil olan texniki həllər axtarılmağa başlanıldı. Nəticədə ikinci nəsil rə qəmli şanvari sistemləri yaradıldı. Rəqəm sistemlərinə keçil məsi isə məlum çətinliklərlə üz-üzə gəldi. 2-ci nəsil (2G) standartları - rəqəmli standartlarıdır, yəni nitq rəqəm formasında ötürülür, bundan başqa verilənlər çox da böyük olmayan sürətlə (<9600 bit/san) ötürülə bilər. Bu stan dartlarda kanalların zamana görə ayrılması, faza modulyasiyası və onun variantları, istifadə edilir, rouminq rejimi nəzərdə tutulur. Əsas 2-ci nəsil standartları aşağıdakılardır: GSM-900, (GSM -1800) (Panavropa) - kanalların TDMA - FDMA ilə ayrılması; D-AMPS (DCS-180, İS-54, İS-136) (Amerika) - kanalların TDMA - FDMA ilə ayrılması; İS-95 (Amerika, Cənubi Koreya, Çin, Honkonq) - kanalların CDMA ilə ayrılması; PHS Yapon standartı, (Personal Handy phone System-Fərdi əl telefonu sistemi, diapazon 1800 MHs). Rusiyada 90-91-ci illərdə GSM-900 federal standart kimi tanınmışdır, lakin bahalığına və tezlik diapazonunun olmamasına görə NMT-450-dən istifadəyə icazə verilmişdir. ABŞ-da AMPS - analoq standartı o qədər geniş yayılmış dı ki, onun birbaşa rəqəm sistemi ilə əvəzlənməsi mümkün ol madı. Çıxış yolu kimi, ikirejimli analoq-rəqəm sisteminin iş- 8 Iənib hazırlanması oldu. Bu sistem, analoq və rəqəm sistem lərinin işini eyni bir diapazonda uyğunlaşdırmağa imkan verdi. Bu standart üzrə işlərə 1988-ci ildə başlanıldı və 1992-ci ildə qurtardı. Standart D-AMPS və ya İS-54 adlandırıldı. (İS - interim Standart, yəni aralıq standart mənasını verir). Bu stan dartdan 1993- cü ildən sonra istifadə edilməyə başlanıldı. Av ropada çoxlu sayda bir-birilə uzlaşmayan analoq sistemləri ya radılmışdı- ("cındır yorğan" məsələsi). Burada çıxış yolu-vahid ümumavropa standartı olan GSM-in (900MHs) yaradılmasında oldu. Onun praktiki tətbiqinə 1991-dən başlanıldı. Rəqəmli standartın bir variantı (D-AMPS-ə göstəricilərinə görə yaxın olan) 1993-də Yaponiyada işlənib hazırlandı. Əvvəlcə JDC, 1994-dən isə PDC (Personal Digital Cellular - fərdi rəqəm şanı rabitəsi) adlandırıldı. Bununla inkişaf dayanmadı. D-AMPS standartı (yeni tip idarəetmə kanallarının daxil edilməsi hesabı na) əlavə olaraq təkmilləşdirildi. İS-54 rəqəmli versiyası analoq AMPS-in idarəetmə kanallarının strukturunu saxladığı üçün, bu sistemin imkanları məhdudlanmışdır. Yeni, xalis rəqəm idarəetmə kanalları İS-136 versiyasında daxil edilmişdir. Bu versiya 1994-də işlənib hazırlanmış və 1996-dan tətbiq olunur. Burada AMPS və İS-54-lə birgələşdirilmə saxlanılmış, lakin idarəetmə kanalının tutumu artırılmış və sistemin funksional imkanları xeyli genişləndirilmişdir. GSM standartı 1989-cu ildə təkmilləşdirilməni davam et dirərək, yeni 1800 MHs tezlik diapazonunun tətbiqinə qərar verdi. Bu istiqamət, fərdi rabitə sistemi adı ilə məlumdur. Bu sistem ilkin GSM sistemindən (900 MHS) yalnız texniki cəhət dən deyil, həm də marketinq cəhətdən fərqlidir - daha böyük işçi tezlik zolağı, özəklərin (şanıların) kiçik ölçüləri ilə vəhdət də, daha böyük tutumlu şanvari şəbəkələri qurmağın mümkün- 9 lüyü və yüngül, münasib, ucuz abonent terminalları bu sistemin xüsusiyyətlərinin əsasını təşkil edir. Uyğun standart (əvvəlki GSM 900-ə əlavə şəklində) Avropada 1990-91-ci illərdə işlənib hazırlanmışdır. Sistem DCS 1800 (Digital Cellular System - şanı rabitəsinin rəqəm sistemi, əvvəlcə PCN - Personal Communications Netəork - fərdi rabitə şəbəkəsi anlayışı da istifadə olunurdu) adlandırılmışdır və 1993-cü ildən istifadə olunmağa başlanılmışdır. 1996-cı ildə onu GSM 1800 adlandırmaq qəbul edildi. ABŞ-da 1800 MHs diapazonu başqa istifadəçilər tərəfindən tutulmuş olduğundan, 1900 MHs diapazonunda tezlik zolağı ayırmaq qərara alındı. Bu sistem ABŞ-da PCS - Personal Communications Systems adlandırıldı, 800 MHS diapazonundan fərqli olaraq, fərdi rabitə sistemi adlandırıldı. 1900 MHs - diapazonun istifadəsinə 1995-ci ilin axırlarında başlanıldı; bu diapazonda işləmə D-AMPS standartında (tS-136 versiyası, lakin 1900 MHS diapazonunda, analoq AMPS - artıq yoxdur) nəzərdə tutulmuşdur və GSM-in uyğun versiyası işlənib hazırlanmışdır (amerikan GSM 1900 — Standart İS-661). Bütün sayılan 2G nəsil rəqəmli sistemlərin hamısı kanalların zamana görə ayrıl ması ilə çoxsaylı daxilolma metoduna (Time Division Multiple Access - TDMA) əsaslanır. Lakin 1992-93- cü illərdə ABŞ-da kanalların koda görə ayrılması ilə çoxsaylı daxilolma metodu (Code Division Multiple Access - CDMA) əsasında şanvari rabitə sistemi standartı yaradıldı - İS-95 standartı (800 MHs diapazonu). Bu standart 1995-96-cı illərdə Honkonqda, ABŞ-da, Cənubi Koreyada tətbiq olunmağa başladı. Fərdi rabitə istiqaməti Yaponiyada 1995-ci ildən PHS sistemi (Personal Handypone System - fərdi əl telefonu sistemi) də tətbiq olundu (1800 MHs diapazonu). 10 Beləliklə, hal-hazırda şanvari rabitənin əsas rəqəmli standartları aşağıdakılar hesab oluna bilər: D-AMPS (800 və 1900 MHs diapazonlar), bəzən NATDMA ’’Şimali Amerika TDMA” termini də işlədilir. GSM (Global System for Mobile Communications - mobil rabitənin qlobal sistemi, 900,1800 və 1900 MHs diapazonlan). CDMA (İS-95). -PHS. 3-cü nəsil (3G) - fərdi mütəhərrik radiorabitənin rəqəm standartları olacaqdır ki, burada "istənilən yerdə, hər nə desən, istənilən vaxtda" prinsipi tətbiq olunacaqdır. Bu standartlar ve rilənlərin yüksək sürətli ötürülməsini (Multimedia) -144 kbit/san yüksək mütəhərrikliyə malik obyektlər üçün təmin edəcəkdir. Burada əsas standartlar aşağıdakılar hesab olunur: UMTS - mütəhərrik rabitənin universal sistemi, (yerüstü ISDN, B-İSDN - strukturları ilə birgə); FPLMTS (Future Public Land Mobile Telephone System). 1-5-3 QHs diapazonu ayrılmışdır (bütövlükdə radiokanallara əsaslanır). Hal-hazırda hesab edilir ki, hamısı üçün ümumi olan 3-cü nəsil standartı olmayacaq və müxtəlif standartlar məcmusu olacaqdır ki, bunlar da ən qabaqcıl mövcud olan standartların inkişaf istiqamətlərini müəyyən edəcəkdir. 3-cü nəsil MRŞS-nin yaradılması məsələsini həll edərkən, mövcud standartların kon- verqensiyası (qarşılıqlı müdaxiləsi) edilməlidir - idarəetmə döv rələrinə görə birgələşdirmə nəzərdə tutulmalıdır. 3-cü nəslin strukturunu şəkil 6.2-dəki kimi göstərmək olar. Belə sistem üçün 230 MHS-dən az olmayan tezlik zolağı lazımdır, ona görə də 3-cü nəsil sistemləri üçün aşağıdakı tezlik zolaqları ayrıl mışdır: 1885-2025 MHs; 2110-2200 MHs. 1980 - 2010 MHs və 2170 - 2200 MHs - sistemin peyk təşkilediciləri üçün. 9600> Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling