Mobil radiorabiTƏ SİstemləRİ
MSC (Mobile Switching Center)
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
- Bu sahifa navigatsiya:
- OMC (Operator Maitenance Center)
- SMS (Short Massage Service)
- SMR (Shared Mobile Radio)
MSC (Mobile Switching Center) - ÜİTŞ ilə sistemin mobil
abonentləri arasında interfeysi təmin edən kommutatordur. O, hərəkətdə olan abonent terminallarının bir BSC - nin nəzarəti altında olan zonadan, digər BSC — nın zonasına verilməsini idarə edir. Bu MSC, GSM sistemi ilə eynidir. OMC (Operator Maitenance Center) - sistemin əsas idarəetmə moduludur. Onun vasitəsilə sistemin formalaşması, qəza hallarının idarə olunması, sistemin işi haqqında statistik məlumatlar və bir sıra digər idarəetmə funksiyaları yerinə yetirilir. SMS (Short Massage Service) - tekst məlumatlarının verilmə xidməti ilə əlaqədar bütün əməliyyatları yerinə yetirir. O, həm də abonent qurğusuna, həmin abonent üçün sistemdə mövcud olan nitq məlumatı (voise mail) haqqında mətn məlumatını verir. BSC - baza kontrollerinin əsas vəzifəsi, hərəkətdə olan abonent terminallarının bir saytdan o biri sayta (handover) verilməsini idarə etməkdir. Bir BSC 20 - yə qədər saytı təmin edə bilər. XCDR Transcoder audiosiqnalı VSELP formatından ÜİTŞ rəqəm fomatına çevirir. 135 136 M PS (M etro Packet Switch) - kommutator və paket duplikatorundan ibarətdir. О “dispatch” radio rejiminin səs paketlərini, DAP - a və əksinə idarəetmə informasiyasım verir. DAP (Dispatch Application Processor) - mobil radio (dispatch radio) rejimində abonentlərin bütün işləmə aspektlərinə cavabdehdir. Fərdi və qrup çağırışlarının idarəet məsini, siqnalizasiya və başqa funksiyaları yerinə yetirir. Abo nentlərin sayı çox olanda 4 DAP - dan ibarət olan klasterlər yaratmaq mümkündür. H LR (Home Location Register) / VLR (Visited location Register) - bu blokların hər ikisi, sistemin mobil tele fon rabitəsini təmin edən hissəsinə xidmət edir. HLR - də sis temdə qeyd olunan bütün terminallar haqqında informasiya saxlanılır. Eyni zamanda abonent qurğularının yerdəyişməsi haqqında məlumatları saxlayır və rouminqi icra etmək üçün sistemə lazım olan bütün informasiyaları verir. İDEN - də şan-vari rabitədə olduğu mənada rouminq yoxdur, çünki burada bu məqsəd üçün ÜİTŞ əvəzinə E l - ayrılmış kanalları istifadə olunur. İ370/r370 - səyyar terminalları çox fimksiyalı qurğular dır, onlar həm trankinq radiostansiyaları, həm də mobil telefon lar kimi işləyə bilirlər. Təkmilləşdirilmiş çoxfimksiyalı İ600 - terminalının ölçüləri və çəkisi azdır. Onun tərkibində modern vardır, bu modern kompüterdən məlumatın kommutasiya və paket rejimlərində verilməsinə imkan yaradır. Abonent termi nallarının avtomobil variantları M100 və M370 - dir. M 100 - yalnız “dispatch radio” rejimində işləyə bilir, M370 - isə tele fon dəstəyi ilə təchiz edilib və mobil telefon funksiyasım yerinə yetirir. Kommersiya sistemləri yaradılarkən, müxtəlif təşkilat və müəssisələrə xidmət göstərmək üçün sistemdə 10000 - ə qədər virtual şəbəkələr yaratmaq mümkündür ki, bunların hər birində 65500-ə qədər abonent ola bilər (lazım gələn hallarda 255 qrupa birləşdirilmiş şəkildə). Bu zaman abonent qruplarından hər biri sistemin təmin etdiyi bütün rabitə zonasım istifadə edə bilir. İDEN texnologiyası SMR (Shared Mobile Radio) tipli sistemlərə aiddir, yəni kommersiya sistemlərinin yaradılmasına yönəlmişdir. Sistemin hər korporativ istifadəçisi üçün müəs sisənin “donanması” adlanan xüsusi şəbəkəsi yaradılır. Onun daxilində müxtəlif şöbələrə məxsus qruplar yaradıla bilər, eyni zamanda abonentin digər “donanmalara” müdaxiləsi tamamilə istisna olunur. “Donanmanın” üzvləri müxtəlif şəhərlərdə ola bilər, bir şəhərdən digərinə keçə bilər, buna baxmayaraq onlar həm qrup, həm də fərdi rabitə xidmətlərindən istifadə edə bilərlər. Nəticədə müəssisənin himayəsində xüsusi telekom munikasiya sistemi yaranmış olur. Rabitənin təşkilinin modul prinsipində, onun müxtəlif reallaşmasını əldə etmək olar. Mə sələn, başlanğıcda İDEN şəbəkəsi xalis trankinq sistemi kimi, sonra isə ehtiyac olduqda ona mobil telefon və mətn məlu matlarının ötürülmə imkanlarım da əlavə etmək mümkündür. İDEN şəbəkələri ABŞ-dan başqa, Kanadada, Braziliyada, Mek sikada, Argentinada, Yaponiyada, Sinqapurda, Çində, İsraildə və digər ölkələrdə də istifadə edilir. 137 138 7.3.5. E D A C S standarth trankinq sistem ləri Rəqəm rabitəsinin təkmilləşdirilmiş sistemi olan EDACS Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling