Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ
Sual 4.Tibbi fərdi mühafizə vasitələrinin təsnifatı və əhəmiyyəti
Download 296.18 Kb.
|
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R
Sual 4.Tibbi fərdi mühafizə vasitələrinin təsnifatı və əhəmiyyətifərdi dərman qutusu kimya əlehinə fərdi zərf fərdi sarğı zərfindən ibarətdir Tibbi fərdi mühafizə vasitələri (TFMV)- fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəyiflətmək, bir sıra zədələyici amillərin (ioniaşdırıcı şualanma, güclü zəhərlər, bakterial vasitələr)təsirinə qarşı orqanizmin dayanaqlığını (müqavimətini) artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əlehinə dərman) və bakteria əlehinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir. Radioprotektorlar- ionlaşdırıcı şualanmanı təsir dairəsini zəiflədən maddələrə deyilir. Bu həbbləri şualanmadan (MM dəstəiəri radioaktiv zəhərlənmə zonasına girməzdən) 30-40 dəqiqə əvvəl qəbul etmək məsləhətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün xeyli təsirli tibbi vasitə olaraq komplekyaradan (komplekson) maddələrdən, absorbentlərdən, kalium-yodid maddələrdən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alı rvə onların orqanizmdən tez çıxarılmasına imkan yaradır. Antidotlar (zəhər əleyhinə dərman)- ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir iflicedici (fosforlu üzvü) təsiridi, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır. Fosforlu üzvü müddəalar əleyhinə (sinir iflicedici )- afin, taren, atropin və s. sianidlərə qarşı - amilnitrid, propilnitrat adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar mövcuddur. Bu əntidotlardan həm profilaktika, həm ilk tibbi yardım vasitəsı kimi istifadə etmək mümkündür. Bakteria əleyhinə maddələr - spesifik və qeyri spesifik profilaktika növlərinə ayrılır. Spesiflk profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aitdir. Kimya əleyhinə fərdi zərf – dəri səhtini zərərli maddələrin damcıları və ya dumanı ilə habelə raidoaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq insan sahələrini, bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizləməsi üçündür. Bu zərf içərsində hər cür zəhərli maddəni zərərsizləşdirmək üçün rolideqazasiya mayesi olan şüşə flakondan və 4(dörd) ədəd pambıq – tənzif salfetdən ibarətdir. Fərdi sarğı paketləri – yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün istifadə edilir. Bunlardan əlavə – radioaktiv tozdan və bakterial maddələrdən qorunmaq üçün evdə tikilən bürüncəklərdən, corablardan və əlcəklərdən istifadə etmək mümkündür. Bunlar müxtəlif qalın parçalardan və ya müşəmbədən tikilməlidir. Bürüncəklər adi biçimdə, lakin başlıqlı tikilir. Qoruyucu corabların forması məişətdə işlədilən və rezin qaloşlarla birlikdə geyilən sırıqlı isti corablarda olan kimidir. Lakin bu corabların altı və ayağın topuğuna qədər olan hissəsi ikiqat, yuxarı hissəsi isə bir qat materialdan tikilir. Corabların pəncəsi cod olsun deyə sarıyır, daban hissəsinə isə dəri dabanlıq tikirlər, iki cüt bağ düzəldirlər. Yuxarı bağlar – corabdan dizlərin altında bərkitmək, aşağı bağlar isə qaloşları ayaqlara bərkitmək üçündür. Ev şəraitində müxtəlif əlcəklər də tikmək mümkündür. Adi paltarlar insanları radioaktiv tozdan, zəhərli maddələrdən, bakterial vasitələrdən qorumaq üçün onu xüsusi maddələrlə hopdurmaq lazımdır. Adi parçadan tikilən paltarları məhlulla hopdurmaq olar, sintetik parçadan istifadə etmək olmaz. Bir sıra dəst paltara və ona əlavə edilən hissələrə (sinəbənd, xiştək, başlıq, əlcəklər, corablar) hopdurmaq üçün 2, 5 kq(litr) məhlul tələb olunur. İki cür hopdurucu məhlul hazırlamaq mümkündür. Paltar yumaq üçün müxtəlif poroşoklar düzəldilib satılır. Onlar suda yaxşı həll olunub köpüyə çevrilir və paltarları təmizləyir. Birinci növ məhlulu belə hazırlayırlar: 250-300q sabın yonqarını 60-70 dərəcəyədək qızdırılmış 2 litr suda əridilir, tamamilə əriyəndən sonra 0,5 l bitki yağı qatır və bunun 2-3 dəqiqə ərzində açıq sarı rəngli məhlul alınını qədər qarşıdırırlar. İkinci növ: 250-300q sabın yonqarını 60-70 dərəcəyədək qızdırılmış 2 litr suda əridilir, tamamilə əriyəndən sonra 0,5 litr mineral əlavə edilir. Alınan qarışığı azacıq qızdırmaqla emulsiya halına düşənə qədər 5 dəqiqə qarışdırırlar. Hopdurulmuş paltar dəstini hər hansı qaba qoyub üstündən isti məhlulu bərabər surətdə tökürdər. Məhlul paltara hopandan sonra onu çıxarıb iç üzünə çevirir və bir daha hopdururlar. Sonra paltarı yüngülcə sıxıb açıq havada qurudurlar. Belə hazırlanmış paltarı köynəyin üstündən geyinmək olar. Köynək çirklənmir və dərini qıcıqlandırmır. Pambıqlı paltonu, gödəkcəni və bu cür paltarları hopdurmurlar, bunları hopdurulmuş alt paltarlarının üstündən geyinirlər. Əgər belə paltarlar hopdurulmuş alt paltarsız geyinilərsə, onda bu paltarların üç hissəsini suda islatmaq lazımdır. Download 296.18 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling