Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Download 296.18 Kb.
bet46/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   ...   42   43   44   45   46   47   48   49   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respirator- lardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, onlardan dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.

R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik öiçülərə maiikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.

    1. Sadə vasitələr. Belə vasitələrdən əhali respiratoru kimi istifadə edilə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi vasitə olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif sarğı aiddir. Hər bir insanın iş və yaşayış yerində belə mühafizə vasltələri olmalıdır.

MM sistemində hər cür zəhərlənmələrin təmizlənməsi işləri xüsusi təmizləmə adlanır. Bunlan icra etməkdən ötrü MM dəstələri arxada daşman deqazasiya cihazları, fərdi və kollektiv deqazasiya qurğuların maşınlarda quraşdırılmış təmizləmə stansiyaları ilə həmçinin müvafiq məhlul və maddələri təmin olunur. Bu məqsədlə yerli maddələrdən (bəzi kimyəvi isthesalat tullantılarından) istifadə olunması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bütün bu mühafizə vasitələrinin ehtiyatları obyektlərinin mülki müdafiə dəstələrinin maddi-texniki vasitələrə təchizatı normalarına uyğun surətdə, obyektlərin vəsaiti hesabına yaradılır.
Ümumiyyətlə, MM sistemində radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə vasitələri, o cümlədən də fərdi mühafizə vasitələri ehtiyatlarının 3 növü nəzərdə tutulmuşdur:
-rayon (şəhər) icra hakimiyyəti orqanlartnın ehtiyatları (əsasən işləməyən əhalini və uşaq müəssisələrini təchiz etmək üçündür);
-xalq təssərüfatı obyektlərinin (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) ehtiyatları; (bu obyektin fəhlə və qulluqçularını təmin etmək üçündür);
-tədris avadanlığı –obyektlərdə MM dəstələri şəxsi heyətinin və digər əhalinin təlimi zamanı istifadə edilməkdən ötrüdür.
Yaradılmış ehtiyatların düzgün saxlanılması və onların vaxtından əvvəl xarab olmasının qarşısının alınması vacib sərtlərdən biridir. Bu iş xüsusi təlimatlara əsasən təşkil edilir. Məsələn, kəşfiyyat və nəzarət cihazları, fərdi mühafizə vasitələri zavodda qablaşdırılmış yeşiklərdə möhürü açılmadan saxlanılır. Yeşiklər qızdırılmayan, rütubətsiz otaqlara 25sm hündürlükdəki altlıqlar üzərinə ştabel şəklində yığılır. İçəriyə günəş şüaları bilavasitə keçməsin deyə pəncərə şüşələri ağardılır. Mühafızə vasitələri ilə bir yerdə yanacaq-sürtkü materialları, deqazasiya, dezinfeksiya, maddeləri tədris avadanlığı saxlanılmasına yol verilmir.
Saxlanılma dövründə mühafizə vasitələrinin vəziyyətinə müntəzəm olaraq nəzarət edilir. Belə ki, həftədə bir dəfə anbarlarda yeşiklər yığılmış ştabellərin vəziyyəti; ilə bir dəfə saxlanılan radiasiya və kimya kəşfiyyatı cihazilarının vəziyyəti (bütün cihazların 5 faizini nəzərdən keçirməklə); iki ildə biri dəfə təşkil edilir. Ümumiyyətlə, MM dəstələrinə əlillərdən, körpə uşaqlı qadınlardan başqa 16 yaşdan yuxarı bütün vətəndaşlar qəbul edilə bilərlər.
Yerinə yetirdikləri vəzifələrə görə obyektlərdə ümumi məqsədli MM dəstələri, xidməti dəstələri (xüsusi məqsədli dəstələr). Kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsal qəzalarının nəticələrini aradan qaldırmaq ücün nəzərdə tutulur. Yıgma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları qrupları). yığımı mexanizasiya dəstələri (kumadaları)-ümumi məqsədli dəstələr sayılır. Ştat cədvəlinə əsasən hər bir dəstə bir nüçə yüz adam olur, quruluşca isə dəstə-bir neçə komandadan, komanda – bir neçə qrupdan, qrup-bir neçə manqadan ibarət olur.
MM xidmətlərinin dəstələri kəşfiyyat aparmaq, xilasetmə işləri görülərkən bir sıra ixtisasla bağlı xüsusi tədbirləri yerinə yetirmək, habelə ümumi məqsədli dəstələri texnika və mütəxəssislərlə gecləndirmək üçündür. Tibbi dəstələri, qəza- bərpa dəstələri və s. məhz xidmət dəstələri sayılır.
Bir sıra obyektlərdə, xilasetmə işləri aparmaq üçün nəzərdə tutulan obkeyt mülki müdafiə dəstələrindən əlavə, rayon (şəhər) MM rəisinə tabe edilən və digər yerlərdə iş aparmaq üçün nəzərdə tutulan ərazi MM dəstələri də yaradıla bilər.
Obyektlərdə yaradılacaq MM dəstələrinin növləri, miqdarı müəyyən edilərkən istehsalatın xüsusiyyətləri, habelə fəhlə və qulluqçuların (kolxozçuların) sayı nəzərə alınır. Müxtəlif obyektlərdə ümumi məqsədli dəstələr, həmçinin radiasiya və kimya müşahidəsi postları, sığınacaqlara (daldalanacaqlara) xidmət manqaları, kəşfiyyat qrupu, sanitar durumaları, qəza-bərpa komandaları, fəhlə qrupları, zərərsizləşdirici komandalar, yanğınsöndürən manqalar və s. dəstələr yaradıla bilər. Kolxozlarda, sovxozlarda heyvanları, bitkiləri mühafizə ko- mandaları, digər lazımi MM dəstələri təşkil edilməlidir. Dəstələrin konkret vəzifəsi müəyyən olunur. Bütün dəstələrin komandirləri və heyətin habelə təchizatı obyekt MM rəisinin onun əsasında müəyyənləşdirilərək təyin edilir.
MM dəstələrinə cəlb edilib-edilmədiyindən asılı olmayaraq bütün vətəndaşlar mülki müdafiə işlərinin icrasına hazırlanır.

    1. Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən - maskanın gövdəsindən və bərkidici hissəsindən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq (bərkidici hissə) vasitəsi ilə geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin

və aşağı tikiş yerindəki bağlar vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin vasitəsi ilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.



Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling