Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Download 0.74 Mb.
bet31/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

Mövzu: Qavrayış.


İxtisas: Tarix müəllimliyi
Kurs: I
Fənn: Psixologiya
Mövzu: XII
Ədəbiyyat siyahısı:

  1. Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.

  2. Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014

Plan:

  1. Qavrayış və onun əsas xüsusuiyyətləri.

  2. Qavrayışın növləri.

Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru


1). Qavrayış və onun əsas xüsusuiyyətləri: Qavrayış cism və hadisələri bütün əlamət və xüsusiyyətləri ilə birlikdə, yəni bütövlükdə əks etdirir. Məsələn stolun üstündəki kitabı qavramaq o demekdir ki, onun rəngini, formasını, ölçüsünü, həcmini, məkanda tuttuğu yeri tamlıqla əks etdirir.Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir. Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır.Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir. Qavrayışın digər bir xüsusiyyəti isə onun tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir. Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir. Qav­rayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur. Bu daha çox görmə qavrayışında özünü büruzə verir. Məsələn, eyni bir karandaş həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. Belə bir fakta diqqət yetirək. Uşaqlıqda gözləri tutulmuş bir insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır. Yaxud da belə demək olar ki, perseptiv sistemin fəaliyyət göstərməməsidir. Müalicə dövrü keçir. Perseptiv sistem fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur. Qavrayışın mənalılığı xüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir cəhətdir. Qavrayış zamanı yaranan obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa da, bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə malik olur.Qavrayışın seçiciliyi: cism və hadisələrin əsas, lazımi insan üçün dəyərli olan xüsusiyyətlərinin seçilib beyində inikas etdirilməsidir.Qavrayışın seçiciliyi şəxsiyyətin xüsusiyyətlərindən asılı olaraq müəyyən obyektləri başqalarından ayıraraq daha aydın, aşkar surətdə əks etdirməklə bağlıdır.Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. Qavrayışın insanın psixi həyatının məzmunundan, şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir. Appersepsiya hadisəsi də qavrayışın mühüm xüsusiyyətlərindəndir. Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur. Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən sözü eşitdikdə onu anlayırıq. Appersepsiya zamanı insanın emosiyaları, onun yönəlişliyi mühüm rol oynayır. Qavrayış prosesində analizatorların iştirakından asılı olaraq təsnif olunması.Bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling