Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya
Download 0.74 Mb.
|
umumi-psixologiya-tm-1
- Bu sahifa navigatsiya:
- Qeyri ixtiyari qavrayış İxtiyari qavrayış
- ixtiyari qavrayış deyilir .
2). Qavrayışın növləri. Materiyanın mövcudluq formasına görə məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür. Məkan qavrayışında başlıca olaraq görmə analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir. Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu ritmin qavranılmasında da mühüm rol oynayır. Hərəkət qavrayışı. Hərəkət qavrayışı həm məkan, həm də zaman amillərindən - cismin uzaqlığından, onların yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə ki, görmə, hərəkət, eşitmə analizatorları hərəkətin qavranılmasında iştirak edir. Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayışın iki növü mövcuddur:
Qeyri ixtiyari qavrayış İxtiyari qavrayış Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayışdeyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan qavrayırıq. Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik. Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa illuziya deyilir. Görmə qavrayışında illuziya daha çox özünü göstərir. İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı illuziya hadisəsi özünü göstərir. Müşahidə və müşahidəçilik. İxtiyari qavrayışın tipik nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir. Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcılıqda bir sözlə, insanın fəaliyyətinin bütün sahələrində müşahidənin böyük əhəmiyyəti vardır. İnsanın sistematik, uzun müddət həm də planlı şəkildə qavrama qabiliyyəti müşahidəçilik adlanır. Müşahidəçilik qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq baxmır. O, cisim və hadisələrdən mühüm olan, yeni olan cəhətləri görməyi bacarır. Müşahidəçi adam cisimlərdə oxşar olan, fərqli olan cəhətləri görür. Müşahidəçilik şəxsiyyətin ən mühüm, qiymətli keyfiyyətidir. K.D.Uşinski də müşahidəçiliyin əhəmiyyətini qiymətləndirərək yazırdı: «Əgər təlim uşaqlarda əqli inkişafa nail olmaq istəyirsə, o uşaqlarda müşahidəçilik qabiliyyətini inkişaf etdirən çalışmalara üstünlük verməlidir». Bu xüsusiyyət ona ətraf aləm də baş verən hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə olmaq imkanı verir. Download 0.74 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling