Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Download 0.74 Mb.
bet48/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

2). İ.P.Pavlovun nəzəriyyəsi: Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.Humoral sistem - antik dünyanın həkimi Hippokratın (e.ə.460-377) təlimində tempe­ra­ment qan(sanqvus), öd (xole), qara öd (meleyna xole), və seliyin (fleqma) bədəndəki nisbəti ilə əlaqələndirilir. Çünki temperament sözünün hərf tərcüməsi latın dilində “hisslərin lazımi qar­şı­lıqlı nisbəti” deməkdir. Temperament dedikdə Hipokrat insanın həm fərqi anatomik fizioloji, həm də psixoloji xüsusiyyəti nəzərdə tuturdu. O, belə guman edirdi ki, insanın dav­ranışındakı fərqlər bədəndə olan yuxarıdakı 4 mayenin nisbətinin pozulması ilə əlaqədar olur. Tempera­men­tin 4 tipinin - sanqvinik, xolerik, melanxolik və fleqmatikadı da sonradan elə buradan götü­rü­lüb. Bu terminlər nəinki psixologiyada vətəndaşlıq hüququ qazandı, hətta ümumişlək sözlərə çevrildilər. 2. Somatik sistem -XX əsrin 20-ci illərində alman psixiatoru E. Kreçmer, amerikan alim­ləri U.Şeldon və S.Stivens (40-cı illərdə) temperamenti insan bədəninin quruluşu ilə izah edirlər.3. Sinir sistemi -insanın temperamentini akademik İ.P.Pavlov ali sinir fəaliyyətinin (ASF) tipləri ilə izah edirdi. İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır. Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.:
1) oyanma və ləngimənin qüvvəsi(beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onun dözümlülüyünü müəyyən edir);
2) oyanma və ləngimənin müvazinət dərəcəsi (onların bir-birinə müvafiqlik dərəcəsi və ya tarazlığı);
3) oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəzetmə surəti). İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsa­sında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təs­nifatını vermişdir. O, oyanma və ləngimənin qüvvəsi xassəsinə görə itləri qüvvətli və zəif olmaqla iki yeə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəa­liyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ; 3) diribaş (cəld); 4) sakit. İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki,qüvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, mü­vazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müva­zinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik tem­perament tipinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin xassələri bir-biri ilə qarşılıqlı əlaqədardır Müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərq­ləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada tempe­ra­mentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosional oyanıqlıq aiddir. :
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling