Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Download 0.62 Mb.
Pdf ko'rish
bet46/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

MÜHAZİRƏ 15 
Yüksəkmolekullu Birləşmələrin Məhlullarının Xüsusiyyətləri. Şişmə 
Həlməşik . 
Kolloid kimya kursunda dispers sistemlərlə yanaşı yüksəkmolekullu 
birləşmələrin (YMB) məhlulları da öyrənilir. Bu sistemlər kolloid məhlullardan 
prinsipial fərqlənir – onlar termodinamik davamlı həqiqi məhlullardır. Lakin 
YMB məhlullarının çox mühüm bir əlaməti – həllolan maddə hissəciklərinin 
ölçüləri onları kolloid sistemlərə yaxınlaşdırır. Məhz bu səbəbdən YMB 
məhlulları .özlərinin optiki, elektrik və molekulyar-kinetik xassələrinə görə 
kolloid məhlullara yaxındır.
YMB-ə nisbi molekul kütləsi 104-106 və daha yüksək olan təbii, sintetik 
maddələr aid edilir. Sintetik polimerlər polidispers sistemlərdir, yəni onlar 
müxtəlif ölçülü makromolekullardan ibarətdir. Ona görə də, belə polimerlərin 
həqiqi deyil, orta molekul kütləsi təyin edilir. Makro-molekulların quruluş 
xüsusiyyətlərindən asılı olaraq YMB amorf halın üç variantında ola bilir: kövrək-
şüşəvarı, elastik və özlü-axıcılıq.
YMB həm həqiqi, həm də kolloid məhlul əmələ gətirə bilir. YMB və 
həlledicinin polyarlığı yaxın olduqda hərislik yüksək olur və həqiqi məhlul əmələ 
gəlir (məsələn, kauçukun benzolda məhlulu). YMB və həlledicinin polyarlığı 
kəskin fərqli olduqda zol əmələ gəlir.
Polimerlərin həll olması, adətən, şişmə prosesi ilə müşaiyət olunur. 
Polimer həlledici ilə təmasda olduqda qarşılıqlı diffuziya başlayır. Nəticədə 
polimerin həcmi və kütləsi artır, şişir.
Polimer müxtəlif həlledicilərdə şişmə qabiliyyəti şişmə dərəcəsi (α) ilə ölçülür.
α = 
𝑚−𝑚
0
𝑚
0
və ya α = 
𝑉−𝑉
0
𝑉
0
Burada: m
0
və m polimerin ilkin və şişdikdən sonrakı kütləsi;
V
0
və V müvafiq həcmləridir. 
Polimerlərin quruluşundan və temperaturdan asılı olaraq şişmə məhdud və 
qeyri-məhdud olur. 
Polimerin kütləsinə əsasən hesablanməş şişmə dərəcəsi daha dəqiqdir., 
çünki bu halda ölçmənin nəticələri kontraksiya hadisəsindən asılı
deyildir. Bu hadisənin mahiyyəti ondan ibrətdir ki, iki maye qarışığının
həcmi onların həcmlərinin cəmindən fərqlidir. 
Polimerin quruluşu və tempraturdan asılı olaraq şişmə məhdud və 
qeyri məhdud ola bilər. Məhdud şişmə zamanı şişmə dərəcəsi
maksimal qiymətə çatır, sonra isə şişməsi zamandan asılı olmur 


(məsələn rezin benzolda məhdud şişir). Qeyri-məhdud şişmədə şişmə
dərəcəsi maksimumdan keçir və polimerin tədricən həll olması
hesabına sıfıra qədər azalır (məsələn kauçuk benzində qeyri-məhdud 
şişir).

Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling