Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər
Download 0.62 Mb. Pdf ko'rish
|
Fiziki-və-kolloid-kimya-2(1)
ADSORBSİYA NƏZƏRİYYƏSİ
Bərk adsorbentlər böyük xarici, yaxud daxili səthə malik olan və təmasda olduğu maye və ya qazları adsorbsiya edə bilən təbii, süni materiallardır. Lənqmürün monomolekulyar adsorbsiya nəzəriyyəsi -1915-ci ildə İ.Lənqmür aşağıdakı müddəaları əsas tutaraq adsorbsiya izoterminin tənliyini almışdır. 1. Adsorbsiya qüvvələri kimyəvi təbiətlidir və nisbətən qısa məsafələrdə təsir göstərir. 2. Adsorbsiya adsorbentin bütün səthində deyil, onun səthinin çıxıntılarında yerləşən aktiv mərkəzlərdə gedir. 3. Adsorbsiyaolunmuş molekullar adsorbentin səthində hərəkət etməyib, aktiv mərkəzlərdə fiksəolunmuş vəziyyətdədir və bir-biri ilə qarşılıqlı təsirdə deyillər. 4. Aktiv mərkəzlər doyma xassəsinə malikdir. Hər aktiv mərkəz bir adsorbat molekulu saxlaya bilər. Ona görə də, belə adsorbsiya nəticəsində adsorbentin səthində monomolekulyar təbəqə əmələ gəlir. 5. Adsorbsiyaolunmuş molekul müəyyən müddətdən sonra aktiv mərkəzdən qopur – desorbsiya edir, onun yerini yeni adsorbat molekulu tutur və s. Nəticədə sistemdə dinamik adsorbsiya tarazlığı yaranır. Fərz edək ki, adsorbentin səthi sabit temperaturda qazla təmasdadır və sistem adsorbsion tarazlıq halındadır. Onda vahid zamanda adsorbsiya olunan qaz molekullarının sayı desorbsiyaolunan molekulların sayına bərabərdir. ν ads .=ν des . Adsorbentin səthinin ümumi sahəsini vahid qəbul edək. Onun adsorbat molekulları ilə tutulmuş hissəsini θ ilə işarə edək. Onda səthin boş hissəsi (1- θ) olar. Aydındır ki, θ – fiziki mənaca adsorbsiya olunmuş maddə miqdarının (A) maksimal adsorbsiyaya nisbətinə bərabərdir. θ = A/A ∞ (4) V ads. = V des. olduğu üçün k ads. P(1-θ) = k des. θ. Bu ifadənin hər iki tərəfini k des. sabitinə bölüb, kads./ kdes.= k qəbul ets (Temperaturun artması ilə desorbsiya güclənir, k –azalır. A ∞ - sabit kəmiyyət olub, adsorbentin maksimal tutumunu, maksimal adsorb siyanı göstərir. Onun qiyməti adsorbentin vahid səthinə düşən aktiv mərkəzlərin sayından, adsorbat molekullarının ölçülərindən asılıdır. Download 0.62 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling