Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər
Download 0.62 Mb. Pdf ko'rish
|
Fiziki-və-kolloid-kimya-2(1)
ELEKTROLİTLƏRİN ADSORBSİYASI
Zəif elektrolitlərin adsorbsiyası, əksər hallarda qeyri-elektrolitlərin adsorbsiyasından kəskin fərqlənmir, adsorbat molekulyar halda olur. Qüvvətli elektrolitlər isə ionlar şəklində adsorbsiya olunur və bu prosesdə Vander-Vaals qüvvələri deyil, kimyəvi qarşılıqlı təsir qüvvələri həlledici rol oynayır. Odur ki, qüvvətli elektrol itlərin adsorbsiyası daha mürəkkəb təbiətlidir. İon adsorbsiyası iki əsas mexanizm üzrə gedir: 1. ekvivalent və ya iondəyişmə adsorbsiyası; 2. ionların kristallar üzərində seçici adsorbsiyası. Hər iki halda ionların adsorbsiyası bərk və maye fazaların sərhəddində ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi ilə əlaqədardır. Bərk elektrolitlərin elektrolit məhlulu ilə sərhəddində ikiqat elektrik təbəqəsi iki yolla əmələ gəlir. 1. ionların kristalın səthində adsorbsiyası nəticəsində; 2. kristalın səth təbəqəsində ionlara dissosiasiya nəticəsində. Bu proseslər elektrolit məhluluna salınmış elektrodun səthində ikiqat elektrik təbəqəsinin yaranmasına oxşayır. Mühazirə 14 MAYE DİSPERSİON MÜHİTLİ KOLLOİD SİSTEMLƏR Maye dispersion mühitli kolloid sistemlər üç qrupa bölünür: suspenziyalar (B/M), emulsiyalar (M/M) və köpüklər (Q/M). Suspenziyalar. Bu tip kolloid sistemlərdə bərk dispers faza hissə-cikləri 10 - 5 -7 m ölçülərində olur. Daha iri hissəciklər tez çökür. Suspenziyaların disperslik dərəcəsi mikroskopik və ya sedi mentasiya analizi üsulları ilə təyin edilir. Ən kobud dispers suspenziyalar asılqan adlanır. Suspenziyaları həm dispersləşmə, həm də kondensləşmə üsulları ilə alırlar. Qatı suspenziyalar yüksək tiksotropiya qabiliyyətinə malikdir. Disperslik dərəcəsi az olduğundan, suspenziyalar tipik kolloid məhlullarla müqayisədə kinetik davamsız olub, sedimentasiyaya uğrayır. Onların aqreqativ davamlılığını sistemə stabilizator (ionlar, səthi aktiv maddələr, yüksəkmolekullu birləşmələr və s.) əlavə etməklə artırırlar. Stabilizator hissəcikləri dispers faza hissəciklərinin səthində adsorbsiya olunaraq, onların aqreqasiyasının qarşısını alırlar. Suspenziyalar təbiətdə mühüm rol oynayır. Çöküntü süxurlarının əmələ gəlməsi, çayların deltasında lil yığılması suspenziyaların sedimen tasiya və koaqulyasiyası ilə əlaqədardır. Yağlı boyalar tikintidə isti fadə olunan əhəng və sement məhsulları suspenziyalarıdır. 10> Download 0.62 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling