Pyer de Kuberten
Download 18.5 Kb.
|
olimp tarjima
- Bu sahifa navigatsiya:
- Qış Olimpiya oyunları
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir. Olimpiya xartiyası 5 bölmədən ibarətdir. Olimpiya xartiyasının birinci bölməsi Olimpiya hərəkatının əsas prinsiplərinə həsr olunmuşdur. Bu prinsiplər həvəskarlar idmanının əsası sayılan fiziki və mənəvi keyfiyyətlərin inkişafına təsir göstərməyə, gəncləri idman vasitəsilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etməyə, sülh yaratmağa kömək edir. Bütün dünyada xalqların xeyirxah iradəsini stimullaşdıran Olimpiya prinsipləri gəncləri böyük idman bayramlarında Olimpiya oyunlarında birləşdirməkdir. Olimpiya oyunları bütün ölkələrin həvəskar idmançılarını - vicdanlı və bərabər hüquqlu insanları yarışlarda birləşdirir. Bu ölkələr və ya ərazilər arasında deyil, Olimpiya oyunlarında həmin ölkənin və ya ərazinin idmançılarının iştirak etmək hüququnu ölkələrdə mövcud olan və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış Milli Olimpiya Komitəsi müəyyənləşdirilir. Ölkələrə və ya ayrı-ayrı şəxslərə qarşı irqi və dini ayrı-seçkiliyə və ya siyasi motivlərə yol verilmir. BOK Olimpiya oyunlarını keçirmək şərəfinə ölkəni və ya ərazini deyil, böyük şəhəri layiq görür. Olimpiya oyunlarını keçirməyə dair məsuliyyəti ölkənin seçilmiş şəhərinin Milli Olimpiya Komitəsi daşıyır. Qış Olimpiya oyunları ayrıca təşkil edilir. O, Yay Olimpiya oyunlarından 2 il sonra keçirildi. Oyunlardan gələn gəlir yalnız Olimpiya hərəkatının və həvəskarlar idmanının inkişafına sərf olunur. Həmin bölmədə Olimpiya bayrağı, Olimpiya rəmzinin təsviri və nizamnaməsi verilmişdir. Bunlar BOK-un müstəsna dərəcədə şəxsi malı hesab olunur. Burada Olimpiya məşəli və Olimpiya emblemi barədə əsasnamə də verilmişdir. Download 18.5 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling