Pyer de Kuberten


Download 18.5 Kb.
bet2/4
Sana24.01.2023
Hajmi18.5 Kb.
#1115297
TuriQaydalar
1   2   3   4
Bog'liq
olimp tarjima

Ikinci bölmədə Beynəlxalq Olimpiya Komitəsi, onun hüquqi statusu, məqsədi, BOK-un hüquqları, onun təşkili və quruluş prinsipləri, bu komitəyə üzv olma, icraiyyə komitəsi iclasları və sessiyaları təsvir olunmuş, habelə BOK-un vəsaiti göstərilmişdir.
Üçüncü bölmədə «Milli Olimpiya Komitələri» (MOK) haqqında məlumat vardır. Milli Olimpiya Komitələrinin yaradılmasını xarakterizə edən qaydalar, habelə MOK-un və onun üzvlərinin hüquq və vəzifələri haqqında məlumat verilmişdir.
Dördüncü bölmə «Olimpiya oyunları» adlanır. Bura daxildir: idmançıların Olimpiya oyunlarına buraxılması kodeksi (həvəskar idmançı statusunun müəyyən edilməsi), tibbi kodeks (Olimpiya oyunları iştirakçılarının tibbi nəzarəti haqqında, dopinqin qadağan edilməsi haqqında və i. a.), idmançıların milli Olimpiya Komitəsi tərəfindən iştirakı şərtləri haqqında, BOK tərəfindən beynəlxalq idman federasiyalarının tanınması siyahısı, məzmun haqqında əsasnamə, Olimpiya oyunları proqramının müəyyən edilməsi və ona yenidən baxılması, bu proqrama idman növləri və ayrı-ayrı idman növlərinin daxil edilməsi, milli-mədəni proqram haqqında, Olimpiya oyunlarında komandaların (idmançıların) iştirakı haqqında sifarişlərin və digər sənədlərin tərtibi haqqında, habelə hakimiyyət və xidməti şəxslərin tərkibi haqqında, onların Olimpiya kəndində və ondan kənarda yerləşdirilməsi haqqında, Olimpiya stadionunda və digər idman qurğularında rəsmi şəxslərin, jurnalistlərin və i. a. yerləşdirilməsi qaydaları. Bu bölməyə, həmçinin Olimpiya mükafatları haqqında əsasnamə, habelə Olimpiya oyunlarını kütləvi informasiya vasitələrilə işıqlandırmaq qaydaları daxildir.
Beşinci bölmə «Olimpiya oyunları protokolu» adlanır. Burada milli Olimpiya komitəsinin olimpiya oyunlarına hazırlıq və keçirmək haqqında səlahiyyətini Olimpiya oyunları Təşkilat Komitəsinə vermək haqqında əsasnamə (burada sonuncunun statusunun, hüquqlarının və vəzifələrinin müəyyən edilməsi haqqında), Olimpiyadanın qaydası, Olimpiya oyunlarının keçirilməsi müddətləri və davam etməsi qaydaları (Olimpiya şəhəri haqqında, Olimpiya oyunlarına hazırlıq və onu keçirmək haqqında), təntənəli açılışı, oyunların bağlı elan olunması, mükafatçıların təltif edilməsi öz əksini tapır. Siyasi, dini və ya irqi xarakterli təbliğat tədbirlərinin, habelə kommersiya reklamlarının keçirilməsi haqqında qadağalar və s. göstərilir.
Rəsmi izahat Burada bəzi əsas proqramlar dəqiqləşdirilir. Bunlar BOK və MOK hüquqlarına aiddir və Olimpiya bayrağının, rəmzinin, embleminin, terminlərin izahı, idmançıların hüquqları, idman növlərinin tanınması meyarları, Olimpiya oyunlarının kütləvi təbliğinə aid müxtəlif məsələlər (mətbuat, televiziya, radio nümayəndələrinin yerləşdirilməsi, Olimpiya oyunlarını translyasiya etmək, Olimpiyaya aid texniki filmlər çəkmək və i.a.) haqqında məlumatdan ibarətdir.
BOK-un Olimpiya xartiyasına əlavə təlimat da təsdiq olunmuşdur ki, bu da məcburi xarakter daşıyır. Onun ayrı-ayrı paraqraflarında Olimpiya oyunlarından siyasi və kommersiya baxımından istifadə edilməsi, habelə Olimpiya hərəkatına peşəkarlığın soxulması qadağan olunur. Bu sənədlərdə BOK-un sessiyaları haqqında vəziyyət ətraflı qeyd edilir (bura oyunların keçirilməsinə namizəd olan şəhərlər haqqında anket də daxildir), öz namizədliyini Olimpiya oyunları təşkilatlarına irəli sürmüş şəhərlər üçün şərtlər və tələblər də qoyulur. Onun ayrı-ayrı fəsilləri BOK-un xüsusi komissiyasına və onların təşkili qaydasına həsr olunmuşdur.
Orada Olimpiya xartiyası, BOK-un himayəsi altında olan regional oyunların keçirilməsi qaydaları (1952-ci ildə 47-ci sessiyada qəbul olunmuşdur), Olimpiya kuboku haqqında əsasnamə, Olimpiya medalının nizamnaməsi, habelə BOK-un nəşrləri haqqında məlumat da vardır.


Download 18.5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling