Cavab: Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərini dövlət
müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olmaq və qonşu dövlətlərlə mehriban
münasibətlər yaratmaq təşkil edirdi. Azərbaycan Xalq Cumhuriyyəti diplomatiyasının ilk
addımı 30 may 1918-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin suverenliyinin elan
edilməsi haqqında xarici dövlətlərə radioteleqrafla (ABŞ, Fransa, İngiltərə, Sovet Rusiyası,
Türkiy, Almaniya, İtaliya və s.) rəsmi məlumat verilməsi oldu.
AXC qonşu dövlətlərə (Türkiyə, Gürcüsatan, İran, Sovet Rusiyası) münasibətdə
xarici siyasətinin əsas istiqamətlərini nələr təşkil edirdi və Cumhuriyyət
diplomatiyasının ilk addımı nə oldu?
Cavab: AXC – Türkiyə münasibətləri:
04 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyəti Batumda Türkiyə (Osmanlı)
ilə “Sülh və dostluq haqqında müqavilə” imzaladı. Belə ki:
Batum müqaviləsi AXC-nin xarici siyasətində ilk uğurlu addım hesab olunur;
Osmanlı dövləti bu müqavilə ilə AXC-nin müstəqilliyini tanıyan ilk dövlət oldu;
Müqavilənin IV bəndinə əsasən Osmanlı hökuməti AXC-yə hərbi yardım göstərməyi
üzərinə götürdü;
Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski bu bəndə istinad
edərək Osmanlı hökumətindən hərbi yardım istədilər.
30 sentyabr 1918-ci il tarixində imzalanmış hansı Mudros barışığına görə Türkiyə ordusu
1 həftə ərzində Bakıdan, 1 ay ərzində isə Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qaldı.
Türk qoşunları Bakını tərk etdikdən sonra 17 noyabr 1918-ci il tarixində General Tomson
başda olmaqla ingilis qoşunları Bakıya daxil oldu.
AXC – İran münasibətləri:
Do'stlaringiz bilan baham: |