141
Napalm
neft məhsullarına (benzin, dizel yağı və s.) xüsusi
qatılaşdırıcı maddələr qarışdırmaqla hazırlanır. Tez alışan,
qonur-qara rəngli qatı maddələr, düşdüyü yerə yapışaraq 800
0
-
1200
0
C temperaturda 5-10 dəqiqə yanır. Napalmanın yanması
nəticəsində alınan temperaturu 1200
0
-1600
0
C -ə qədər artırmaq
üçün ona metal maqnezium və ya alüminium tozu əlavə edilir.
Belə qatışıq
pirogel
adlanır. Pirogel
2-5 dəqiqə
parlaq alovla
yanır, nazik metal təbəqələrini yandırıb deşir və uzunmüddətli
yanğın ocağı törədir (şəkil 65).
Şəkil 65. Napalm yandırıcı aviasiya bombası
Termit
aliminium və dəmir oksidlərinin mexaniki qarışı-
ğından ibarətdir. Termit havasız da yana bilər, düşdüyü yerdə
3000
0
C temperatur yaradır. Polad, dəmir və digər metal təbə-
qələrini yandırıb deşir.
Ağ fosfor
havada öz-özünə alışan muma bənzər zəhərli mad-
dədir. Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.
Radiotezlik silahı
zərbə təsiri elektromaqnit şüalanmalarının
ifrat yüksək tezliklərə və ya son dərəcədə aşağı tezliklərə əsas-
142
lanan vasitələrə radiotezlik silah deyilir. Radiotezlik silah
insanın ruhi aləminə də təsir edə bilər.
Geofiziki silah
yerin atmosferində, hidrosferasında və litosfe-
rasında gedən proseslərin fiziki xassələrinin süni surətdə
dəyişdirilməsi yolu ilə cansız təbiətin dağıdıcı qüvvələrdən
hərbi məqsədlərlə istifadə etməyi imkan verən müxtəlif vasitə-
lərə deyilir.
Do'stlaringiz bilan baham: